“Texnoloji çağ internet inqilabı ilə başladı”
“Hər bir cəmiyyət iki cəbhədən ibarətdir: düşüncələrlə yaşayan rasional azlıqdan və obrazlarla, simvollarla yaşayan emosional çoxluqdan. Bu cəbhələr mədəniyyəti də iki yerə bölür”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
“Sosial media çağından əvvəl bütün informasiya ötürücüləri düşüncələrlə yaşayan azlığın əlində idi. Yaxşı hegemonluq edirdi.Texnoloji çağ internet inqilabı ilə başladı: azlığın taxtını devirdi. Meydanı obrazlarla, simvollarla yaşayan çoxluğa verdi. Bu, texnoloji bir din çağıdır. Bu çağın da öz “ peyğəmbərləri” var. Onlar ya özlərini obraza, simvola çevirib kütlələri ofsunlayırlar, ya da uydurduqları obrazlarla, simvollarla emosional cazibə yaradıb çoxluğu arxalarınca aparırlar. Bu çağ 124 min “peyğəmbərin” eyni vaxtda “peyğəmbərlik” edə bildiyi bir çağdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Iyun 2026 13:07
“AzParking”in mobil tətbiqi yeniləndi
25 Iyun 2026 12:21
"Apple" məhsullarını rəsmi olaraq "Bakcell Shop"da əldə et!
24 Iyun 2026 17:19
"Azərikard"dan kart hesablarındakı problemlə bağlı - AÇIQLAMA
24 Iyun 2026 11:13


Bakı -°C

