Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə itib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 27-nə keçən gecə Poltava vilayəti üzərində döyüş tapşırığının icrası zamanı baş verib. Təyyarə ilə əlaqənin kəsilməsindən sonra onun qəzaya uğrama səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Məlumata görə, pilot vaxtında katapult edərək həyatını xilas edib. O, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb, daha sonra tibbi müayinədən keçirilməsi və zəruri yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.


Bakı -°C

