Tahir Abdullayev: "Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur"
Azərbaycanın MMA idmançısı Tahir Abdullayev üçün rəqibin kim olmasının fərqi yoxdur.
Adalet.az-ın məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.
Döyüşçü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində braziliyalı Ceferson Nasimentonu məğlub etməsi barədə danışıb:
"Özümü əla hiss edirəm. Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm. Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mən rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq".


Bakı -°C

