"Apple" məhsullarını rəsmi olaraq "Bakcell Shop"da əldə et!
Bakcell artıq Apple məhsullarının Azərbaycandakı rəsmi satış mərkəzi statusunu əldə edib. Bununla da istifadəçilər ən yeni iPhone modellərini rəsmi şəkildə birbaşa Bakcell Shop-dan əldə edə biləcəklər.
Adalet.az xəbər verir ki, xüsusi kampaniya çərçivəsində müştərilər iPhone modellərini 18 ayadək faizsiz və ilkin ödənişsiz əldə etməklə yanaşı, seçilmiş modellər üzrə hər ay 2500 dəqiqə və 50 GB-dək internet hədiyyəsindən də yararlana biləcəklər.
Bu əməkdaşlıq Bakcell-in müştərilərinə qlobal texnologiya brendlərini təqdim etmək və premium xidmət təcrübəsini genişləndirmək istiqamətində atdığı növbəti addımdır. Rəsmi satış statusu istifadəçilərə orijinal məhsul və rəsmi zəmanət üstünlükləri təqdim edir.
Ən yeni iPhone modellərini artıq Bakcell Shop və Bakcell-in rəsmi satış mərkəzlərindən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
10 Avqust 2026 12:32
Azərbaycanda süni intellektli “Aysu” təqdim edildi - Nə edəcək? - VİDEO
05 Avqust 2026 11:55
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
04 Avqust 2026 11:14
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
03 Avqust 2026 10:43
Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
02 Avqust 2026 19:00


Bakı -°C

