Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
"Apple" şirkətinin payızda təqdim edəcəyi flaqman modeli "iPhone 18 Pro"nun ilkin satış qiyməti gözləniləndən xeyli baha ola bilər.
Adalet.az xəbər verir ki, smartfonun baza versiyasının qiymətinin 1299 dollardan başlayacağı gözlənilir ki, bu da hazırkı "iPhone 17 Pro" ilə müqayisədə 200 dollar bahadır. Qiymət artımının əsas səbəbi cihazın maya dəyərinin kəskin yüksəlməsidir. İstehsal xərclərinin artmasına birinci növbədə operativ (RAM) və fləş-yaddaş (daxili yaddaş) mikrosxemlərinin bahalaşması, həmçinin yeni aparat təminatı həllərinin tətbiqi təsir göstərir.
"TechInsights" araşdırma şirkətinin məlumatına görə, yeni nəsil smartfonlar üçün nəzərdə tutulan 12 QB-lıq operativ yaddaş dəstinin qiyməti cari modellərlə müqayisədə dörd dəfəyə yaxın arta bilər. Eyni vəziyyət daxili yaddaş bazarında da müşahidə olunur və burada da qiymətlər bir neçə dəfə yüksəlib.
Hesablamalara görə, dəyişikliklər fonunda baza "iPhone 18 Pro" modelinin maya dəyəri 582 dollardan 726 dollara qədər qalxa bilər. Cari gəlirlilik səviyyəsini qorumaq üçün "Apple" artan xərclərin bir hissəsini birbaşa alıcının üzərinə qoymağa məcbur olacaq.
Qeyd edək ki, "Apple"ın rəhbəri Tim Kuk artıq şirkətin yaddaş çiplərinin bahalaşması səbəbindən qiymətləri qaldırmağı planlaşdırdığını etiraf edib. O, bildirib ki, texnologiya nəhəngi bu xərcləri artıq öz büdcəsi hesabına kompensasiya edə bilmir.
Digər Xəbərlər
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18
Rəqəmsal tədqiqat belə aparılacaq
07 Iyul 2026 13:18
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir
07 Iyul 2026 11:48
"Dünya xeyli kiçilib və bir əlin içindəki mobil telefona yerləşib"
03 Iyul 2026 12:27
Azərbaycanda "Facebook" istifadəçiləri 4 dəfə azaldı
01 Iyul 2026 11:20


Bakı -°C

