Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTOLAR
Bakcell və Peerstack Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən “SummerStack Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə tanış olublar.
Adalet.az xəbər verir ki, tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “SummerStack Bootcamp” proqramı iştirakçılara proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna hazırlayır.
Qeyd edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri olan “Java” və “Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və layihə əsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
Bakcell innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir.
Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
24 Iyun 2026 09:31
Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
22 Iyun 2026 09:48
"Instagram" psixi sağlamlığa mənfi təsir göstərir? - Alimlər təbil çalır
19 Iyun 2026 08:39
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
18 Iyun 2026 11:33
Mobil rabitə gəlirlərimiz artdı
16 Iyun 2026 17:26
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı oldu
12 Iyun 2026 15:43
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
11 Iyun 2026 18:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
08 Iyun 2026 16:59


Bakı -°C

