adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dövlət sərhədi evinizdən keçir?

ETİBAR CƏBRAYILOĞLU
368711 | 2013-05-18 00:21

Dünya teatrməkanına inteqrasiya etməyi qarşısına məqsəd qoyan və bu məqsədə addım-addımgedən "YUĞ" Dövlət Teatrı daha bir beynəlxalq layihə üzərindəyaradıcılıq işi aparır. Sadə, el dilində desək, bu teatrda əcnəbilərlə tamaşahazırlanır. Həmin tamaşaya həm əcnəbilər baxacaq, həm də özümüzünkülər.

"Sərhəddə".Amma məşqdə

"YUĞ"Dövlət Teatrının bir neçə aktyoru yığışıbdı giriş qapısının ağzına. Siqaretisiqaretin oduna calayırlar. İndi bu saətdə gərəkdi ki, qapının ağzı tamaşaçıilə dolu ola. Amma hanı tamaşaçı? Tamaşaçı yoxdu. Niyə yoxdu?

Düzünəqalsa, tamaşaçının burda nə işi var? Axı bu gün tamaşa-filan olmayacaq. Hələməşq gedir, atam-qardaşım. Bircə o qalmışdı ki, tamaşaçı gəlib məşqdə dəotursun.

Məşq zamanızalda tamaşanın yaradıcı və texniki heyəti olur. Uzaqbaşı bir nəfər dəjurnalist.

Məşqdi də,atam-qardaşım. Bir arıq və əcnəbi rejissor, yəni polyak Tomaş Leşçinskioyana-buyana gedə-gedə tapşırıqlarını verir. Özü də rus dilində. Xəbərçilərxəbər verir ki, bir aya yaxındı burdadı. Aktyorların adını əzbərləməyə, onlarıtanımağa vaxt tapıb.

Onlarıpolyak ləhcəsində çağırır. Elə bil Vidadi Həsənovla, Sonaxanım Mikayılova ilə,Yaqut Paşazadə ilə, Təranə Ocaqverdiyeva ilə, Qasım Nağı ilə, Oqtay Mehdiyevlə,20-30 ilin dostudu, "Beşmərtəbənin" qarşısında onlarla bir ton çörəkkəsib.

Rejissorunyanında bir arıq, əcnəbi xanım da oturub. Ara-sıra Tomaşla məsləhətləşir.Bağışla, xala qızı, adınızı da bilmirəm. Eybi yox, premyeradan sonra öyrənərəm.

Məşqdi də,atam-qardaşım. Gah işıq məsələsi Tomaşı razı salmır, gah da musiqi vaxtındaverilmir. Vidadi müəllim isə məsələni konkret qoyur - ya gitara üçün kəməralınmalıdı, ya da elə alınmalıdı! Axı tamaşanın şirin yerində gitarada mahnıçalacaq. Digər aktyorlar da onun başına cəm olub Ramiz Rövşəndən oxuyacaqlar.

Ah bu qızınbarmaqları,

Uzun-uzunbarmaqları.

Döymədiatam, döymədi,

Qapımızıbarmaqları.

Vidadimüəllim, Şeyxzamanovu səhnədə görmüsünüz, Turabovu institutda. Hələlik kəmərsizoxuyun, sabah alarlar da. Dünyanın axırı deyil ki... Bir yandan da Oqtayınayağı. Oqtay, qardaşımsan, rejissor deyir ayağını gizlət, gizlət də...

"Sərhəddə"

Jurnalist,tamaşaçıya məşq yox e, tamaşanın özü lazımdı. Başa düşdün, atam-qardaşım?

Tamaşanınadı olacaq "Sərhəddə". Onu da qələmə alıbdı Slavomir Mrojek.Atam-qardaşım, əlinə qələm götürən hər kəs nəsə yazır. Bəs bu Slavomir Mrojeknə yazıb, nə deyir?

Deməli belə,ailə şam yeməyinə hazırlaşır. Elə bu saətdə diplomatlar peyda olur və deyirlərki, dövlət sərhədi bu evin içindən keçəcək. Bu sərhəd ailənin hər bir üzvünüayı-ayrı dövlətlərin vətəndaşına çevirəcək. Həngamə də elə bundan sonrabaşlayır. "Dövlət sərhədini" qanunsuz keçməyə cəhd göstərən Nənəöldürülür. Ailə isə bütün bunlara əhəmiyyət vermədən əvvəlki kimi yaşamağaçalışır. Ev sahibinin ad gününü keçirir, hətta sərhədçiləri də həmin mərasimədəvət edirlər.

Mrojek özüslubuna sadiqdi. Dramaturq bu əsərin finalını da tamaşaçı üçün açıq qoyur.Tamaşaya baxmaq azdı, gərək finalda nə baş verəcəyini özün düşünəsən,atam-qardaşım.

Mrojekaktual məsələyə toxunub. Müəllif belə hesab edir ki, müharibələr, sərhədlərinsanların xoşbəxt yaşamasına mane olur. Biz insanların yaratdığı sərhədlər -dini, irqi, sosial ayrı-seçkilik də faciə gətirir.

"Sərhəddə"

və onunrejissoru

İçəridəməşq gedir. Yazının əvvəlindəki mənzərədi. Məşqdi də, atam qardaşım. Kənaraçəkilib bu beynəlxalq layihənin prodüseri Səbuhi Məmmədovla söhbətləşirik.Məlum olur ki, tamaşa dövlət teatrları arasında ilk müştərək beynəlxalqprodüser layihəsidi: "Layihə Mədəniyyət və Turizm Nazirliyinin,"YUĞ" Dövlət Teatrının, Polşanın ölkəmizdəki səfirliyinin,AR-Production - Beynəlxalq Prodüser Şirkətinin və A.Mitskeviç İnstitutununbirgə səyi nəticəsində ərsəyə gəlib.

Tamaşayaquruluş vermək üçün Bakıya dəvət olunan Tomaş Leşçinski gənc olmasınabaxmayaraq yetərincə tanınmış simadı. 1980-ci ildə Polşada doğulan Tomaşvətənində ali aktyorluq təhsili alıb. Rusiyanın Sankt-Peterburq şəhərindəkiTeatr Sənəti Akademiyasında Veniam Filştinskinin kursunu bitirib. Rusiyada vəABŞ-da aktyor kimi çalışıb. Rusiyada, Polşa və Almaniyada həm kino, həm dəteatr layihələrində iştirak edib. Bir müddət Polşa Dövlət Radiosundakı rus diliredaksiyasının rəhbəri olub. Polşanın,Rusiyanın, Gürcüstanın və Belarusun müxtəlif teatrlarında tamaşalar hazırlayıb.Onun quruluş verdiyi "Cinayət və cəza" (F.Dostoyevski), "Kapitanqızı" (A.Puşkin), "Mənim bütün oğullarım" (A.Miller) ,"Polis" (S.Mrojek) tamaşalar böyük uğur qazanıb".

SəbuhiMəmmədov istedadlı rejissorun bu tamaşaçının da maraqla qarşılanacağına əmindi.

"YUĞ"Dövlət Teatrı "Sərhəddə" tamaşasını bu gün mətbuat nümayəndələrinətəqdim edəcək. Sadə dillə desək, premyera jurnalistlər üçün oynanılacaq.

Hörmətimizvar da, atam, qardaşım.

ETİBAR

CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV