adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

DƏYiŞMƏYƏN HƏQiQƏTLƏR

VƏDAT KUŞAKLI
17520 | 2009-05-18 23:37
İl 1973 və ya 1974. Heybeliadada Deniz Lisesində birinci, ya ikinci kurs tələbəsiyəm. Yaşım 15 və ya 16. Məktəbdən qıraqda uniforma əynimdə izndən məktəbə dönərkən biri ilə tanışdım. 40 yaşlarında bir adamdı. Yunanıstanda Selanikdə yaşayan bir türk olduğunu söylədi mənə. Cocuqdum halbuki. Amma yaşıdı olan bir adam kimi anlatdıqca anlatdı mənə. Gördükləri zülmləri, çəkdikləri əziyyəti anlatdı. Dünyanın dörd bir tərəfində türklərin yaşadığını və bu türklərin bizlərdən çox xidmət, ilgi, sevgi gözlədiyini anlatdı. Mən bu Selanik türkündən ayrılıb məktəbə dönəndən iki gün sonra məni ziyarət etdi. Hətta mənə bir qutu hədiyyə siqaret də gətirmişdi. Siqaret çəkmək əsgəri okulda yasaqdı. Gizlicə çəkirdik. Mən o siqaretləri qorxaraq da qəbul etmişdim və arkadaşlarımla birlikdə bir neçə həftə gizlicə çəkib qurtarmışdıq. Selanikli mənə yenə eyni şeyləri anlatdı. İçimə bir qorxu da düşmüşdü. Əcəba, ajanmıydı? Çox gözəl türkcə bilən yunanmıydı və ya mənim ideolojik səhvlərimin olub-olmadığını yoxlamağa çalışan MİT ajanımıydı? Bu qorxuları yaşasam da dəliqanlığıma yaraşan şəkildə qonaqpərvərlik də göstərmişdim, ziyarət qəbulunu da idarə etmişdim.
   
   İl 2009. Tarix 18 mart. Türkiyədəki televizyonlarda İskeçe müftisi soydaşımızı izlədim. "Cocuqlarımızın türkcə öyrənməsindən vaz keçdik. Yunanca öyrənsələr də olur, yetər ki, bir dil öyrənsinlər, cahil qalmasınlar. Nəticədə dil dildir. Dünyanı təqib etmək, dünyanı oxumaq üçün hər hansı bir dil də ola bilər. Amma yunan yetkililəri cocuqlarımızın yunanca öyrənmələrini də istəmirlər. Cocuqlarımız cahil qalsın istəyirlər. Biz də nə yapıb edib cocuqlarımızın təhsillərini Türkiyədə almalarını təmin etməyə çalışırıq". Bu şəkildə danışırdı İskeçe müftimiz. 35-36 il əvvəl tanıdığım və ajan sandığım Selanikli gəldi ağlıma.
   
   İl 2009. Doğu Türküstan Kültür və Dayanışma Dərnəyinin yayın orqanları olan "Göybayraq"da bunları oxuyuram: "Yüz minlərcə Türküstan qadını zorla qısırlaşdırılır. Əllərindəki torpaqlar qəsb edilib çinlilərə peşkəş edilir. Camelər donuz axuruna döndərilir. Müsəlmanların ibadətlərinə müdaxilə edilir. "Quran" oxumaq yasaq".
   
   İl 2009. Axıska türkləri Türkiyədən vətəndaşlıq aldıqları üçün toy-bayram edirlər. Onsuz da Türkiyə zatən bütün türklərin öz vətəni, ana vətəni. Bəlli ki, rəsmi olaraq bürokratik işləmlər olaraq xeyli müddətdir ki, bu işlərlə əlləşirlər.
   
   İl 2009. Şimali Kipr Türk Cümhuriyyəti. Kipr türklərin əlindən alınmağa, yunan yönətiminə bağlanmağa, asılı hala gətirilməyə, əski qaranlıq günlərə geri döndərilməyə çalışılır.
   
   İl 2009. Şimali İraqdakı türkmən qardaşlarımız səssiz bir şəkildə soyqırıma uğrayırlar. Faili-məchul cinayətlərin həddi-hesabı yox orada.
   
   İl 2009. Süleyman Mərdanoğlu liderliyində qurulan "Altın miras" isimli ilk Türkcə Özbəkistan veb səhifəsini təsbit edirəm. Bəlli ki, 2007-dən bəri yayında olan bir vebsaytı olduqca ilgi, sevgi, bəyəni qazanmışdır. Türklərin türklük həsrəti ilə yanıb tutuşduqlarını izləyirəm bu səhifələrdə.
   
   İl 1878. Məğlub olduğumuz Osmanlı-Rus savaşı. Məşhur 93 xaosu. Qazi Osman Paşanın şanlı bir müdafiə yapmasına rəğmən dəfələrlə mühasirəyə alınan Plevna qalasını qılıncı ilə birlikdə təslim etmək zorunda qaldığı il. Bu qarışıqlıqdan sonra böyük babam Həsənin Dəliorman, Razqatdan böyük annəm Nəfisənin Selanikdən cocuq ikən ayrı-ayrı qəfilələr halında at və öküz arabaları ilə ilk öncə Frakiyaya, sonra da Anadoluya köç etmələrinə səbəb olan savaş. 36 il sonra 1914-18-ci illərdə özümüzdən ayıra bilmədiyimiz ermənilərin, qonşularımızın, bizim nənələrimizin, dədələrimizin namusuna, mallarına, canlarına, onurlarına təcavüz etmələrinə, onlara soyqırım uyğulamalarına səbəb təşkil edən sonun başlanğıcı olan savaş. İstiqlal hərbini bütün dünyaya qarşı aparmağımıza səbəb olan bir məğlubiyyət. "93 qarışıqlığı" deyərlər köhnələr bu başımızın aşağı düşdüyü tarixə. Yenilsək də rus generalların sayğı duyduğu Qazi Osman Paşaya hörmətlə qılıncını iadə etdikləri bir savaşdı bu. Amma Qazi Osman Paşa ilə birlikdə təslim olan türk zabitlərinin, türk sıravilərinin o qədər şanslı olmadıqları və hörmət görmədikləri bir savaşdı bu. Təxmini bizim böyük baba 1890-91 doğumlu. Yəni bu məğlubiyyəti o deyil də, onun babası və böyük babası mütləqa yaşamışlardı. Amma əsl acıyı, çileyi, məğduriyəti, zülmü Plevnadakılar deyil, onların övladları, nəvələri, sonrakı nəsilləri yaşadılar, hələ də yaşanmaqdadır. Bütün bunları toparlasaq qarşımıza üç həqiqət çıxar.
   
   1. Bu gün daha rifahlı, bol qazanclı, başlarının dik olacağı, hüzur içində gülümsəyə biləcəkləri bir yaşam uğrunda türklər dünyanın bütün qitələrinə, bütün ölkələrinə əlinin əməyi, alnının təri, gözünün nurunu verməklə köç edirlər. 1878-də Plevnada məğlub olmasaydıq bu gün bunlar olmayacaqdı. Alın təri, beyin, göz nuru, əl əməyi köçləri olmayacaqdı.
   
   2. Müsəlmanlar xristian və yəhudi dünyasında sevilmirlər, aşağılanırlar. Türklər isə özlərini mədəni sanan dövlət siyasətlərində saldırqan, barbar, qaba, güvənilməz bir millət olaraq anladılır. Yəni həm türk, həm müsəlman olmaq bütün diqqətləri üzərimizə toplayır. Asiyanın, Avrasiyanın, Qafqazların, Orta Doğunun gici, avarası, zır dəlisi olaraq tanıdırlar bizi, belə deyirlər.
   
   3. 1973-cü ildə o əsrarəngiz Selanikli mənə belə demişdi: "Türkün türkdən başqa dostu yoxdu". Türkiyə xaricindəki bütün türklərin Türkiyə türklərinə çox ehtiyacları var. Bunu heç vəchlə unutma və mənə söz ver ki, təkcə Türkiyə içindəki deyil, Türkiyə xaricindəki türklər üçün də çalışacaqsan. Atatürkün iziylə gedəcəksən.
   
   Mən o gün ona söz vermişdim. İndi də bütün dünya türklərinə söz verirəm və bir çağrıda bulunuram. Əl-ələ, könül-könülə, çiyin-çiyinə verək, bir ox qırılar, üç ox qırılar, amma bir çox ox qırılmaz. Bütün türk oxları yan-yana dursun, ürəklərimiz bağlansın, ağlımız birləşsin. Bütün insanları irq, din, dil, məzhəb, kültür, rəng, cinsiyyət, məslək, təhsil ayırımı yapmadan sevək, sayaq. Amma ilk öncə bir-birimizə güvənək, söykənək, arxa-arxaya verək. Bütün türk şəhidlərini və Mustafa Kamal Atatürkü rəhmətlə anaraq görüşmək üzrə deyirəm.
   
   

TƏQVİM / ARXİV