adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2024 11:50
572
GÜNDƏM

Erməni mediası:"Krantslılar hökumət binasını göz yaşları ilə tərk etdilər"

Ermənilər hazırda “şok” vəziyyətdə nə etdiklərinin fərqində deyiilər.


Beləki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasına etiraz edən Kirants kənd sakinləri 29 apreldə axşam saatlarında Baş nazir Nikol Paşinyanla görüşə gediblər.
Baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və digər rəsmi şəxslər Kirants sakinləri ilə görüşüblər.
11 gündür ki, Azərbaycana qarşı , sərhədlərin dəqiqləşdirilməsinə qarşı əngəllər törədən tavuşlular Ermənistan hakimiyyətinə qarşı mübarizə aparırlar

Sərhəd zolağının Krants kəndinin içindən keçməsinə narazı olan ermənilər görüşdə dəbuna etiraz ediblər. Amma sərhədin sovetlərin vaxtındakı demarkasiyaya uyğun olması ilə bağlı təklifləri qəbul edilməyib.
Mətbuatın yazdığına görə, onlar hökumət binasını göz yaşları içində tərk ediblər və Paşinyanın onlara söylədiklərinin təfərrüatlarını açıqlamayıblar.
Qeyd edək ki, erməni mediası başqa bir mövzuya da aydınlıq gətirib Ermənistanda parlament çoxluğu müxalifət “Hayastan” fraksiyasının Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı bəyanat layihəsini rədd edib.
Məlumata görə, hakim partiya buna səbəb kimi “Ermənistanın 1 millimetr ərazisinin heç kimə verilməməsi” faktını müzakirə etməyəcəyini göstərib:
“İndiki proses Ermənistan və Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır”.

P.S. Ermənilərin erməniləşdirdiyi Kirants kəndinin əsl adı isə Çaykənd kəndidir. Dədə -baba yurdumuz...

Əntiqə Rəşid