Çində günəşi daha yaxından izləyəcəklər
Çin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb.
Güclü astronomik alət texniki sınaqlardan uğurla keçib.
Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində yerləşir.
Bu teleskop sayəsində çinli mütəxəssislər günəş küləyinin təsiri altında uzaq mənbələrdən gələn radiosiqnallarda dalğalanmaların gündəlik müşahidələrini aparacaqlar.
Belə monitorinqin aviasiya, aerokosmik layihələr, rabitə, naviqasiya və enerji sistemlərinin işinə mənfi təsir göstərən maqnitosfer və ionosferdəki dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verəcəyi gözlənilir.
Digər Xəbərlər
25 Iyun 2026 13:07
“AzParking”in mobil tətbiqi yeniləndi
25 Iyun 2026 12:21
"Apple" məhsullarını rəsmi olaraq "Bakcell Shop"da əldə et!
24 Iyun 2026 17:19
"Azərikard"dan kart hesablarındakı problemlə bağlı - AÇIQLAMA
24 Iyun 2026 11:13


Bakı -°C

