adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ABŞ-da Prezident seçkiləri ətəfəsində "qasırğa" gözlənilir... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
384 | 2024-04-29 09:39

 Prezidentliyə namizəd, müqəddəsdən-müqədəs sayılan, ABŞ-ın  pul-kredit siyasətinə müdaxilə etmək istəyir

 Amerikan KİV-ləri Donald Trampın iqtisadi proqramını müzakirəyə çıxarıb. Bu ptoqramın bəzi detalları medianın əlinə keçib. Bunlardan biri də, Federal ehtiyat sisteminin  (FES) müstəqilliyinin məhdudlaşdırılması ilə bağlıdır. On iliklərdir ki,  bu məsələ iqtisadçıların diqqət mərkəzində olsa da, son anlarda onun həyata keçirilməsi qətiyyən mümkün olmayıb. 

 İndi isə vəziyyət dəyişir. The Wall Street Journal yazır ki, Federal ehtiyata birbaşa prezidentin nəzarət etməsi ideyası Trampın komandası tətəfindən iqtisadi reformaların  aparılması yönündə iri miqyaslı planın bir hissəsi  kimi müzakirə olunur.  Prioritet məqsəd ölkə başçısının dolların emissiyasına nəzarət etmək imkanlarının yaradılmasıdır. Başqa sözlə, Tramp müqəddəsdən-müqəddəs sayılan ABŞ-ın pul-kredit siyasətinə müdaxilə etmək istəyir. 

  İqtisadi liberalizm baxış bucağından faktiki olaraq mərkəzi bank sayılan Federal ehtiyat sisteminin müstəqilliyi əsas elementlərdən biri kimi qiymətləndirilir. Ona  görə də, dərc olunan məlumat, liberal eksperlərdə ciddi təşviş yaradıb. 

 Trampın seçki qərərgahı məlumatın dəqiqliyini təsdiq etmir.  "Gəlin daha konkret olaq: əgər məlumat birbaşa Tramp tərəfindən, və yaxud onun təyin etdiyi seçki komandasının hər hansı bir üzvü tərəfindən səsləndirlmirsə, bu cür siyasi bəyənatlar rəsmi sayılmamalıdır"- deyə Trampın seçki komandasından bildirilib.

 Digər tərəfdən isə, tramçıların Federal ehtiyat sisteminə nəzarət etmək cəhdləri heç də sirr deyil. Hələ birinci prezidentliyi dövründə Tramp dəfələrlə FES-ə əsas stavkaların müəyyən edilməsində təyziq göstərməyə cəhd etmişdir. 

  FES-in müstəqilliyi ilə bağlı,  Ağ Evdə çoxsaylı müzakirələr aparıldığı da məlumdur. Bir tərəfdən bu təşkilatın rəhbəri, qanunvericiliyə görə, Senatla razılaşdırıldıqdan sonra prezident tətəfindən təyin olunur, digər tətəfdən isə dövlət başçısının onu vəzifəsindən azad etmək imkanlarında müəyyənlik yoxdur. Yəni qanunvericilikdə bunu necə həyata keçirməklə bağlı konkret mexanizm yoxdur. Hələ tarixdə  heç bir prezidentə ölkənin baş bankirini istefaya göndərmək nəsib olmayıb. 

  FES-in necə idarə olunması və stavkaların nizamlsnması birbaşa dövlət borcu problemləri ilə əlaqədardır. Dövlət borcu isə ildən-ilə rekord dətəcədə artmaqdadır və hazırda 35 trilyon dollara yaxındır. Son iki ildə təkcə bu borclara görə ödənilən faizlərin miqdarı iki dəfə artaraq 659 milyard dollara çatıb. 

 Politico qəzetinin yazdığına görə, Tramp bu məsələni devalivasiya yolu ilə həll etmək istəyir. Bu bir tərəfdən idxalı ucuzlaşdırmaqla ticarət çatışmamazlığına pozitiv təsir göstərə, eyni zamanda Çin və Avropa iqtisadiyyayına zərbə vura bilər.

 Lakin devalivasiyanın açıq-aydın neqativ tətəfləri də var ki, o da amerikan vəyəndaşlarına qaçılmaz inflyasiya şoku yaratmaqdan ibarətdir. Ona görə də ekspertlər hesab edirlər ki, devalivasiya olacağı gözlənilmir. güman edilir ki, "bir addım geri- iki addım irəli" strategiyasından istifadə olunsun. 

  Bütün bunlar ehtimalllardır. Lakin qeyd olunur ki, 45-ci prezidentin yenidən hakimiyyətə qayıdışı, Tramp və tərəfdaşlarının da nümayəndəsi olduğu yeni amerikan məhdudçuları idealogiyasının daşıyıcıları, qlobalist layihələrin sonunu gətirə bilər. 

 Bundan başqa, ehtimal olunir ki, bu cür xəbərlərin yayılması təkcə strateji deyil, həm də taktiki məqsədlər daşıya bilər. Hazırda ABŞ-da iqtisadi vəziyyət seçkiqabağı diskusiyaların mərkəzində dayanır. Tramp opponentinə bu sahədə təyziq göstərməkdədir: "Bayden inflyasiyaya nəzarəti itirib..."- deyə Corciyada tətəfdaşlatı ilə keçirdiyi mitinqdə bəyan edib.

 Bir çox ekspertlər Trampın təşəbbüsünə skepsis yanaşırlar. Güman edilir ki, Tramp bu tezislərlə hələ birinci prezidentliyi dövründə də çalışıb. Lakin həmin vaxtlar sistem daha geclü olduğu üçün ideyalarını həyata keçirə bilməyib. 

  Bütün bunlarla yanaşı, bir çox ameriksn ekspertləri, amerikan iqtisadi modelində struktur dəyişikliklərinə getməyin vacibliyini qeyd edirlər. Tramp yenidən prezident kreslosuna yiyələnməyi bacararsa, onda onun radikal yanaşması bir çox faktorlardan, birinci növbədə liberal elita ilə qarşıdurmada kimin daha güclü olmasından asılı olacaq.

 Rüstəm Hacıyev

  "İsvestiya" qəzetinin materiallarından istifadə olunub

TƏQVİM / ARXİV