Bakıda yarışan sürücülər saxlanıldı - VİDEO
Bakı Şəhər DYP İdarəsindən verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.
Digər Xəbərlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18
"Vətəndaşlara cərimə borcu olduğu barədə saxta SMS-lər göndərilir" - DYP
04 Mart 2026 09:05
Bəzi yollarda tıxac var - SİYAHI
03 Mart 2026 12:30


Bakı -°C

