ABŞ Ukraynaya "sülh" gətirir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
609 | 2024-05-15 09:30

ABŞ-ın dövlət katibi Entoni Blinken, Kiyevə elan edilməmiş səfərə gəlib:

 "Biz kritik anda görüşürük... Biz başa düşürük ki, zaman çox vacibdir, ona görə də, konqress külli miqdarda hərbi köməklik göstərilmədiylə bağlı paketi təsdiq edəndən bir dəqiqə sonra, prezident Co Bayden Ukraynaya vəd olunan silahları göndərdi. Yaxın günlərdə döyüş meydanlarına daha çox silah-sursat göndəriləcək"- deyə Blinken çıxışı zamanı bildirib.

ABŞ-ın dövlət katibi daha sonra bəyan edib ki, Rusiya ordusu Ukraynanın şərqində daha bir genoş miqyaslı hücuma hazırlaşır. Blinken qeyd edib ki, qarşıdskı həftələrdə və aylarda ukraynalılardan daha çox səy göstəriməsi tələb olunacaq. O, Ukraynada səfərbərliklə bağlı sərt qərarların qəbul edilməsini dəsyəkləyib: "Bu, çətin, lakin məcburiyyətdən irəli gələn qərardır"

ABŞ dövlət katibi qeyd edib ki, Qərb Ukraynanın NATO-ya qəbulu yoluna yaxşı işiqlandırılmış yol açır.(? R.H.) "NATO artıq Ukraynanın alysnsa inteqradiyasını tezləşdirmək üçün, NATO-ya daxil olma şərtlərinin yerinə yetirməyəcəyi ilə razılaşlb. Hərbi blok və Ukrayna, münasibəylərini tətəfdaş ölkələrlə, o cümlədən ABŞ-la ikiyətəfli razılaşmalarla nizamlayacaq"-deyə Blinken bildirib.

Vaşinqtonun Kiyevə xəbərsiz səfər edən "sülh göyərçini" əminliklə daha bir maraqlı açıqlama da verib: "ABŞ administrasiyası konqresdən aldığı səlahiyyətlərdən istifadə edərək Rusiysnın dondurulmuş aktivlərini Ukraynata vermək niyyətindədir. G7 dövlətləri də Rusiyanın milyarlarla dollar aktivlərini Ukraynanın xeyrinə aktivləşdirməklə, Moskvaya güclü siqnal göndərmiş olarlar".

Görünən odur ki, "Sem dayının" Rusiya-Ukrayna müharubəsinin başladığı vaxtdan bu günədək səsləndirdiyi "sülh çağırışları", boş aazan qapağının çıxardığı səs-küydən başqa bir şey deyilmiş. Vaşinqtonun  bu vaxtadək Ukraynanın hərbi qüvvələrinə qoyduğu "investisiyalar", əslində Kiyevi məğlubiyyətə  sürükləyir...

 

TƏQVİM / ARXİV