Gürcüstanda vəziyyət gərginləşir... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
608 | 2024-05-13 11:02

Məlum hadisələrlə bağlı etirazçıların günlərlə Tbilisi küçələrinə axışması getdikcə vəziyyəti gərginləşdirir. 

 Hakim partiya xalqın mütləq əksəriyyətinin etirazlarına baxmayaraq, "xarici agentlərlə bağlı" qanun layihəsini üçüncü oxunuşda qəbul etməkdə israrlıdır.  Qanun layihəsinin qəbul edilməsinə etiraz edən mitinqçilər isə şəhərin küçə və prospektlərini bağlamaqla deputatların bu qanunu üçüncü oxunuşda qəbul etməsinin qarşısını almaq istəyirlər.

 Hakimiyyət etirazçı mitinq iştirakçılarını dağıtmaq üçün, parlament binası ətrafına xüsusi təyyinatlıları və mitinqçiləri sıxışdırlb çıxarmaq üçün xüsusi texnikaları cəmləyiblər. 

 Bildirilir ki, mitinqçilər bütün gecəni parlament binası önündə keçiriblər. Onlar deputatların binaya daxil olmasının qarşısını almaq istəyirlər. 

 Parlament, bu gün hüquq komitəsində etiraza səbəb olan qanun layihəsini üçüncü oxunuşda qəbul etmək niyyətindərlər. 

  Artıq bir aya yaxındır ki, rusiyayönümlü hakim partiya ilə, avropayönümlü etirazçılar arasında gərginlik davam edir. Avropa günü münasibətiylə və xarici agentlərlə bağlı qanunun əleyjinə olan etirazçıların Tbilisinin mərkəzində yürüşü başlayıb. Etirazçılar şəhərin dörd istiqamətindən Avropa meydanına doğru irəliləyirlər.

 Gürcüstan hakimiyyəti yürüşün qarşısının alınması üçün Rustavelli meydanına əlavə briqada və texnika cəlb edib.

 Görünən odur ki, gürcü xalqı yenə də, Qərblə Rusiya arasında gedən siyasi mübarizənin arasında qalmaqdadır. Allah köməkləri olsun...


 

TƏQVİM / ARXİV