ANA SƏHİFƏ / YAZARLAR

DİRƏDÖYMƏ...

Və yaxud əhatə dairəsində qalmaq istəyi

23193    |   2013-01-19 08:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Keçən günlərin söhbətidi. İndi yadıma düşür, daha doğrusu, özüm yadıma salıram. Çünki söhbət bir çox məqamları yenidən göz önünə gətirmək, yenidən dəyərləndirmək imkanı verir. Mən də yaranmış imkanı elə-belə fötə vermək istəmirəm. Yəni olmuş olacaq, eşitdiyim, gördüyüm, o cümlədən də fəhm verib barəsində düşündüklərim həmin o bu günlərin söhbətinin içindən bir xətt kimi gəlib keçir. Əslində o xətt həm də bir ağ cığırdı...

Hə, əvvəldə dedim ki, bu günlərin söhbətidi. İki dəyərli ziyalımız, iki dəyərli söz adamımız ayrı-ayrılıqda təmasımız zamanı mənə köşə yazılarımla bağlı fikirlərini söylədi. Bir az qeyri-ciddi görünsə də, amma tərif də, tənqid də (xüsusilə tərif - M.Ə) yerinə düşəndə ürəyinə yağ kimi yayılır. Tənqid isə səni təkrar düşünməyə, təkrar götür-qoy etməyə məcbur edir. Elə bil ki, əlindən tutub gətirir səni hardan addımlamağa başlamısansa, ora və deyir ki, buyur, bu yol, bu da sən, yenidən addımla, biz də baxaq, qiymət verək.

Yadıma düşmüşkən bir xatirə deyim. Sovet ordusunda xidmətə başlayanda bir bölükdə üç nəfər azərbaycanlı xidmət edirdi. Onlardan biri ucqar dağ kəndindən gəlmişdi. Loru dildə desək, "şaqat" eləməyi bacarmırdı, yəni sırada addımlarını nizamlayıb cərgənin nizamını tuta bilmir, ya özündən öndə gedənin dabanını tapdalayır, ya da arxasınca gələnin zərbəsini alırdı. Buna görə də həmin o həmyerlimizi yalançılar sözü olmasın, düz bir ay meydançada addımlamaq hərəkətinə məcbur etdilər. Yazıq yayın cırhacırında Rustavidə o qədər təpik döydü ki, qan-tərə batmaqla yanaşı, ayaqları döyənək oldu. Bir ay da hospitalda ayaqlarının müalicəsinə həsr olundu. Qaydanda gülə-gülə deyirdi ki, komandirə kələk gəldim. Bir ay o mənə təpik döydürdü, bir ay da mən onu gözlətdim. İndi bir ay da gedib evdə dincəlib əsgərliyin üç ayına vida deyəcəm...

Hə, heç bilmirəm bu xatirə niyə yadıma duşdü, amma onu bilirəm ki, söz sözü çəkəndə, fikir fikri tamamlayanda, məqsəd aydın olanda, illah da ki, münasibət qarşılıqlı anlaşmaya xidmət edəndə onda yaşamaq da, yazmaq da, lap elə təpik döymək də maraqlı olur. Çünki sən öz çevrəndə səni duyanları, sənə dəyər verənləri görürsən. İnsan da həmişə diqqətin acı olur, diqqətin ehtiyacını yaşayır. Nə var ki, kiməsə beş manat pul verib könlünü almağa və yaxud bir hədiyyə verib ürəyini ovutmağa. Bunu hər kəs bacarar. Ancaq insana diqqət göstərməyi hər adam bacarmır. Təbii ki, söhbət adamdan gedəndə...

Deməli, mənimlə söhbət edən, daha doğrusu, məni söhbətə çəkən həmin o dəyərli söz adamları birmənalı olaraq vurğuladılar ki, köşə yazılarımda daha sərbəstəm, daha rahatam və bu rahatlıq da şeirlərimin ovqatı ilə tamamlanır. Yəni söz cümlədən, nəqli fikirdən poetik fikrə keçməklə öz axarını bir genişliyə, bir düşüncə meydanına çıxarır. Doğrusu, bu deyilənləri heç ağlıma da gətirməmişdim. Çox məmnun oldum. İndi də o sözləri xatırlayır və o fikirlərin sahiblərinin adlarını da yazıya köçürmək istəyirəm. Amma bir anlıq qorxuram. Çünki onlardan icazə almamışam. Ona görə də tərəddüd içindəyəm. Lakin bir əminliyim var ki, o da xalqdan gələn deyimdən bəhrələnir. Atalar deyib ki, "sən sözünü de, sahibi götürəcək!". Deməli, mənim barəmdə xoş sözlər söyləyən həmin yazar dostlarım da yəqin ki, onlara, onların diqqətinə olan ehtiramımı elə qarşılıqlı diqqət kimi də qəbul edəcəklər...

Hə, söz ki, diqqətdən düşdü, onda bir məqama da üz tutaq. O da duyğusal olmaqdı. Elə ki, duyğular güc gəlir, elə ki, o güc gələn duyğulara təslim olursan. Onda sözün bütün mənalarında təkcə ağ bayraq qaldırmırsan, onda ürəyini açıb qoyursan ortaya. Görmək istəyənlər həm o ağ bayrağı görürlər, həm də ürəyinin içini. Bax elə mənim ürəyimin içində indicə cücərən bu misralar kimi.

Dünya bir can köynəyidi

Dar gəlir, mənə dar gəlir.

Kədərə, qəmə əyilmək-

Ar gəlir, mənə ar gəlir!

Əridib gözün yağını

Suvardın sevgi bağını

Düşündüm vüsal çağını-

Bar gəlir, mənə bar gəlir!..

Bu nə seçim, bu nə qismət

Görənlər aparır həsəd!

Məcnunu öldürən həsrət-

Yar gəlir, mənə yar gəlir...

***

Yeni ilin yeniliyini hiss etdirən bu qarlı hava əslində göz önündə olanları bir ağ örpəyə bürüyür. Yəni Bakıya səpələnmiş qar yalnız görünən yerləri, küçə və meydanları, parkları, bulvarları, evlərin damını ağardıb. Qalan nə varsa, hamısı elə köhnədi. Az qala adam bu mənzərəni seyr edəndə ilin də dəyişmədiyinə, ilin də köhnə olduğuna inanmaq istəyir. Bir də ki, köhnə, ya təzə... Burdakı fərqi necə müəyyənləşdirmək olar? Hələ mən paltarın, maşının, evin, hətta arvadın köhnəsindən danışmıram. Söhbət ilin təzəsindən, köhnəsindən gedir. Dekabrda da eyni işləri görürdük, yanvarda da həmin işləri təkrarlayırıq. Gördüyümüz işləri qarşı-qarşıya gətirsək, sanki güzgüdə bir-birinə baxır, biri o birisinin əksidir. Amma neyləyək ki, birinin təvəllüdü dekabrdı, birininki yanvar. Biz də özümüzü bu yeni il, bu təzə il adıyla yenilik uğrunda döyüşlərdən keçirə-keçirə təkcə sabahlara yox, həm də bizi gözləyən son məntəqəyə yaxınlaşırıq...

Bir dəfə avtobusla nəşriyyata gəlirdim. Yasamal qəbiristanlığının yanına çatanda konduktor salona üz tutub soruşdu:

- Qəbiristanlıqda düşən olacaq?

Onun bu sorğusu məndə bir gic gülmək yaratdı. Elə gülə-gülə də dedim:

- Qəbiristanlıqda heç kim könüllü düşmür...

Hə, indi biz də o son məntəqənin adını bilsək də və bütün yolların da ora getdiyindən xəbərdar olsaq da, amma gedirik. Çünki bu tale yoludu, bu ömür yoludu. Əvvəli Olumdu, sonu Ölüm!!! Bunu mən deməmişəm, mənim kəşfim deyil. Bunu deyənlər deyir, mən də oxuyub öyrənmişəm. Sadəcə, mənim üçün həmişə bir qaranlıq sual mövcud olub. Daha doğrusu, bu olumla ölümün arasında bir qaranlıq nöqtə, bir qaraltı görmüşəm və ha çalışsam da o qaranlığa, o qaraltıya işıq sala bilməmişəm. Söhbət ondan gedir ki, insan olumla ölümün labüdlüyünü qəbul edir. Amma sözün bütün mənalarında insan kimi yaşamaq, insan kimi davranmaq, bütövlükdə insan olmaq ölçülərini gözləmir. Necə gəldi, necə bacardı ağına-bozuna baxmadan, birinin haqqını yeməklə, başqa birinin haqqını tapdalamaqla, lap özgəsinin yoluna qələm sancmaqla, quyu qazmaqla, ev yıxmaqla, daha nə bilim nələrlə, nələrlə ölümə doğru gedir. Bax, mən bunu dərk edə bilmirəm, mən bu qaranlığa işıq sala bilmirəm. Olsun ki, bu mənim zəifliyimdi və yaxud da bacarıqsızlığımdı. Amma hər nədisə, bu bir gerçəklikdi...

Yanvarın birinci on gününü yola salıb hələ ki, damlarında qarın qaldığı bu şəhərdə ikinci ongünlüyə yol salıram. Təkcə özüm üçün yox, həm də düşüncələrim, duyğularım üçün. Nə var ki, tək başı saxlamağa. İki əl bir başı dolandırmasa, onda onların heç birinin faydası olmaz, gərəksiz bir şeyə çevrilərlər. Amma oğul o kəsə deyirəm ki, iki əllə bir başı yox, iki əllə həm də duyğularını da, çevrəsini də dolandıra bilsin, əl uzatsın, qayğı göstərsin. Təəssüf ki, qayğı uman, qayğıya ehtiyacı olan qayğı göstərəndən, qayğı göstərmək istəyəndən və yaxud da buna el üzünə məcbur olandan qat-qat çoxdu. Ona görə də bir damla qayğı milyonlar arasında bölünmür, yəni bölmək mümkün olmur. Onda da bir inciklik, bir giley-güzar ortaya çıxır və hər kəs də özünə görə haqlı olur. Lakin bütün haqların içərisində ən böyük haqq elə böyük Yaradana məxsusdur. Kimin haqlı-haqsız olduğunu da qanunlarla yanaşı, ən böyük ədalət prinsipi ilə sonda Yaradan özü müəyyən edir...

Etiraf edim ki, özümü dərk edəndən ən çox umduğum diqqət olub. Bunu yazılarımda da yazmışam, şeirlərimdə də diqqətə çatdırmışam. Amma nə faydası. O diqqət payım həmişə qıt olub, qısır olub və mən eləcə gözləyə-gözləyə yazmağımda, pıçıldamağımda, diqqət isə öz işindədi. Daha doğrusu, diqqət göstərməli olanlar, diqqət umduqlarım öz işlərindədilər...

Yadıma düşmüşkən, işıq üzü görən ilk kitablarımın birində yazmışdım ki:

heç kimdən, heç kəsdən umacağım yox

gözü toxluğumla öyünmüşəm mən...

anam qollarını yüyrük eyləyib -

atamın çiynində böyümüşəm mən...

Bəli, bu cür böyümək haqq edə-edə, amma umacağımı da gizlətməmişəm. Elə bu yazıda da gizlətmədim. Bir də ki, bütün gizlinlilərin üstü qırx gündən sonra açılır. Əgər o gizli qırx gündən sonra faş olacaqsa, onu niyə indidən faş etməyək?.. Elə bu məramla da pıçıldamaq istəyirəm. Daha doğrusu, artıq pıçıldadığımı bilgisayara diktə edirəm:

Bir az da özümüzdən

Danışaq bəlkə bu gün?!

Unudub üstümüzə

Salmasın kölgə bu gün-

Həsrət..

Çözüb qəmin, acının

Düyünlərini açaq...

Vüsal atəşlərindən

Qaçaq düşsün, qoy qaçaq-

Həsrət!

Söhbətə mövzu deyil

Belə anda kənd, bölgə...

Danışaq qoy tanısın

Səni də bütün ölkə-

Həsrət!

***

Bayaq xatırlatdım ki, yanvarın birinci on günü arxada qaldı... Sovet ordusundakı xidmət illərimin bir məqamını da yada saldım... Bir də onu xatırlatdım ki, ən böyük umacağım diqqətdi... Bax, əslində yazdığım bu yazının bütün ağırlıq yükü də bu üç xatırlamanın, bu üç dayaq nöqtəsinin üzərində dayanıb. Və mən də bu sacayağını seyr edə-edə yazdıqlarımı, düşündüklərimi, eləcə də yaza bilmədiklərimi sağa-sola saf-çürük etməklə mövzunu konkretləşdirmək, fikrin dayaq nöqtəsinə gəlib çıxmaq istəyirəm. Çünki dünyada mövcud olan hər nə varsa onun hər birinin dayaq nöqtəsi də var. O dayaq olmasa, onda o mövcudluq da mümkün deyil... Mən özüm-özlüyümdə dayaq nöqtəmi də tanıyıram, bilirəm və o dayaq nöqtəsinin ətəyindən yapışıb əvvəldə dediym kimi, bir ağ yolla getməkdə israrlıyam. Hara qədər, nə vaxtacan...

Mən bu yazını diktə etdiyim anlarda N saylı hərbi hissənin dünyasını müəmmalı şəkildə dəyişmiş əsgəri barəsində görüntülər, eləcə də fikir mübadilələri varlığımı alt-üst etdi, 90-cı illərə qayıtdım. Atəşkəsə qədər içərisində olduğum müharibənin sarsıntılarını, ağrılarını, ölüm-itimini yenidən yaşadım. Təbii ki, baş verənlər dözülməzdi, dəhşətlidi. Amma baş verənləri təmkinlə araşdırmaq əvəzinə, onu düşmənin də sevinə biləcəyi halda təqdim etmək, açıb-ağartmaq yolverilmizdi. Mən bunu başa düşə bilmirəm, ümumiyyətlə başa düşmək də istəmirəm və birmənalı özüm-özümdə qərarlıyam:

- Hər günahın cəzası var. Hər cəza da günaha görədi. Biz özümüz etdiyimiz günahların cəzasını nədənsə ya özümüzdən kənarlaşdırır, ya onu "dəmir" əllərimizlə özümüzdən qovur, ya da etinasızlıq göstəririk. Amma bilmirik ki, günahlar gec-tez cəzasına çatır. Çünki günah da insana aiddir, günahkarlıq da...

Hə, bu yazını istədiyim kimi yekunlaşdıra bilmədim. Ona görə də üç dayaq nöqtəsinin üzərinə yüklədiyim fikirlər yarımçıq qaldı, hörgüsü hörülmüş evin damı kimi - üstü açıq...

P.S. Bu oyunu - yəni yazının başlığında adı keçən oyunu hamı oynaya bilmir...

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK