ANA SƏHİFƏ / YAZARLAR

MƏRDİMAZAR

16754    |   2013-01-19 08:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Qurban kişinin qanı bərk qaralmışdı. O qədər qanı qaralmışdı ki, çırtma vursaydın yanağından qan damardı. Amma çırtma vurmamışdan əvvəl cibindən qəlyan çıxardıb içərisini tənbəki ilə doldurdu. Özü də onun tənbəkisi o birilərinin çəkdiyi tənbəkiyə oxşamırdı...

Çünki Qurban kişi elə öz həyətində tütün əkər və o tütünü də bir müddətdən sonra toplayar, yaxşı-yaxşı qurudardı. Tütünü günün qabağına elə səliqə ilə düzərdi ki, çoxları buna köks ötürərdi. Bəziləri də çalışardılar ki, tütünü sahədən yığan kimi Qurban kişitək günün qabağına düzsünlər. Düzdür, onlar bu tütünü günün qabağına düzürdülər. Amma br axşam qəfil yağış yağanda şirin yuxudan qalxa bilməz və tütün də yağışın altında qalıb ya çürüyər, ya da nəm çəkərdi...

Çoxları Qurban kişinin tənbəkisinə heyran olardı. O tənbəkidən tütündən çox gül ətri gələrdi. Qurban kişi də bu gül ətri gələn tənbəkini barmaqları ilə ovxalaya-ovxalaya qəlyanın içərsinə doldurardı. Bu dəfə də qəlyana gül ətri gələn tənbəki ilə ağzına qədər doldurdu. Bir neçə qullab vurdu və tüstünü ciyərinə çəkdi. Sonra da həmin qullab vurduğu tüstünü burnundan çölə buraxdı...

Gül ətri verən tənbəki də Qurban kişinin hirsini soyutmadı. Bu hirs tezliklə soyana oxşamırdı. Əksinə, hər dəfə qullab vuranda onun qaşları çatılar və öz-özünə deyərdi: "Gərək Abbas belə alçaqlıq eləməyəydi. Qızı qaçırırdı, qaçırırdı, heç olmasa üstünə töhmət atmayaydı".

Dərindən nəfəs saldı. Amma bu dəfə nəfəsi çox çətinliklə gəldi. Özü də fikirləşdi ki, bəlkə ona nəsə bir şey olub. Hələ indiyə kimi bu vəziyyətə düşməmiş, belə tıncıxmamışdı. Hətta o qədər hövsələsiz olmuşdu ki, yanındakı ağsaqqalları belə eşitmək istəmirdi. Papirosdan bir neçə qullab alıb ağsaqqallardan olan Seyidəli kişiyə tərəf döndü:

- Yox, gərək bu oğraşın təpəsinə tüfəngi özüm çaxım. Yoxsa bu qədər biabırçılıq və hörmətsizlik olmaz...

Kəndin sayılan ağsaqqallarından biri kimi tanınan Seyidəli kişi başdan-ayağa Qurbanı diqqətlə süzdü. Sonra da dedi:

- Güllə çaxmağa nə var ki, onu nənəm də bacarar?! Oğul odur ki, aləmi qarışdıran və camaatı bir-birinə vuran bu odun üstünə su töksün...

Qurban kişi:

- Su tökmək elə bizə qalıb. O qədər yanan ocağın üstünə su tökmüşük. O qədər qan tökən adamları su ilə yumuşuq. Qana qan deməmişik. Qana su tökmüşük. Amma bunlar neyləyirlər?! Burdan-bura nə ağsaqqal sayırlar, nə də qarasaqqal! Gör, iş nə yerə çatıb ki, qanmaz oğlu, qanmaz sənin kimi kişinin sözünü də eşitmək istəmir!..

Seyidəli kişi qonşusu Qurbanı diqqətlə dinləyirdi. Görürdü ki, Qurban danışdıqca od tutub yanır. Sadəcə olaraq onun yanmağı görünmürdü. Amma hiss olunurdu ki, Qurbanın içində bir dəniz var. Və o dənizin dalğaları o qədər şahə qalxıb ki, onun qarşısını almaq sonra çətin olacaq. Bunların hamısını kəndin ağsaqqalı Seyidəli kişi yaxşı bilirdi. Seyidəli kişi yaxşı bilirdi ki, Abbas böyük qələt eləyib və el-obanın boynuna böyük yük qoyub...

Bütün bunların hamısını Seyidəli kişi yaxşı bilirdi. Elə ona görə də hövsələdən çıxan, səbri bir tikə olan Qurbanı yumşaltmaq istəyirdi. Sükut içində olan Qurbana diqqətlə baxdı və dilləndi:

- Sən qan-qan demə. Bir az səbrini bas, görək nə məsələdi?! Deyirsən, qardaşın qızını qaçırıblar, sonra da üstünə böhtan atıblar. İndi də qıza sahib çıxmaq istəmirlər. Bir az döz görərsən ki, vəziyyət necə düzəlir. Hər şey tezliklə üzə çıxacaq.

Seyidəli kişinin məsləhətlərindən Qurban kişi bir qədər toxdadı. Amma yenə içi intiqam hissi ilə döyünürdü:

- Seyid, vallah, hər şeyi sənə qurban eləyirəm. Allaha and olsun, gedərəm onların qapısına, bu tüfənglə hamısını bir-bir cücə kimi qıraram. Qabağımı sənin kimi ağsaqqalların məsləhəti kəsir. Yoxsa mən Abbas-zad hərləyən deyiləm ha?! Noulsun ki, onun pulu-pənəsi, varı-dövləti çoxdu. Bu kənddə hamı bir-birinin yeddi arxa dönəninə bələddir. Dünənki gədə bir az pul tapır, kreditə bir dənə də maşın alır, elə bilir ki, nə istəsə eləyə bilər. Amma bilmir ki, adamın tutub ağzını cırıb qulağının dibinə qoyarlar...

Hələ Abbasın ağzını cırıb qulağının dibinə qoymamışdılar. Amma ona hər şey yaxşı aydın idi. Aydın idi ki, kəndi bir-birinə qarışdırıb, götürüb qaçdığı qıza böhtan atıblar. Üstəlik də sonra da qızı aparıb evlərinə qoyublar. Bu cür biabırçılığın altından heç cür çıxmaq olmazdı. Adətən belə hallar baş verəndə qan su yerinə axmalı idi. Çünki kiminsə təmiz uşağına, qızına böhtan atmaq və ona şəbədə qoşmaq çox pis nəticə verərdi. Ona görə də artıq Abbas kişiyə çox şey bəlli idi. Bəlli olmayan o idi ki, hələ o başına papaq qoyub kəndin ortasına qorxusundan çıxa bilmirdi. Üstəlik də çıxsaydı çətin ki, kimsə onun salamını alardı, qabağına yeriyərdi və hal-əhval tutardı.

Abbas kişi bir şeyi yaxşı bilirdi ki, bu cür münaqişələrin axırı yaxşı qurtarmır. Oğlu Aydın başından yekə qələt eləyib, onun xəbəri olmadan qonşunun qızını qaçırıb və sonra da fikrini dəyişib qızı evlərinə ötürüb...

Elə əsas söz-söhbətlər də burdan qaynaqlanırdı. Qiybətcil arvadlar, qiybətcil kişilər deyirdilər balam, nouldu, Abbasın gədəsi qızı qaçırdı, sonra da saxlamayıb aparıb evlərinə buraxdı. Qiybətcil kişilər yasda, toyda bu söhbəti yada salmaqla sanki ləzzət alırdılar. Az qala kənddə arvadlardan çox, kişilər qiybət eləyirdi. Görünür elə bu qiybətin də get-gedə artması həmin hadisənin üstünə bir az da benzin tökürdü. Söz-söhbət çoxaldıqca, dedi-qodu da artırdı və hərənin də ağzından bir avaz gəlirdi.

Abbasın oğlu Aydın da qorxusundan evdən çölə çıxmırdı. Abbasın arvadı Nərmin də xeyrə-şərə gedə bilmirdi. Abbasın o biri oğlanları da nə təhər qorxmuşdularsa, kəndə çıxmağa üzləri yoxuydu. Heç Abbasın özünün də üzü yoxuydu. Çopur sifəti, iri gözləri daha da pis vəzyyət almış, hətta danışanda belə dili topuq vururdu. Bir gecə kəndə xəbər yayıldı ki, bəs Abbasın oğlu Aydını iflic vurub. Ağzı-burnu əyilib. Bir gün sonra isə iflic vurmuş, ağzı-burnu əyilmiş Abbasın oğlu Aydın rəhmətə getdi. Kənd bir-birinə dəydi. Dedilər, bunlar hamısı günahsız qızın qarğışlarının nəticəsidir. Bəlkə də o qız Abbasın oğluna, Abbasa və arvadına o qədər qarğış eləmişdi ki, onu yerlə-göy götürə bilməzdi. Bu qarğışlar onların heç birinin qulağına çatmamışdı, amma camaatın dediyinə görə, qız evə qayıdandan sonra hər gün onun həyatını zəhərləyən bu mərdimazar insanlara lənət oxuyurmuş.

...Oğlunun üçü günü Abbas kişi qapının ağzına çıxdı. Ordan da bir-iki addım kənd yoluna tərəf addımladı. Yas günü onların qapısına əvvəllər olduğu kimi, çoxlu adam da gəlməmişdi. Çünki kənd camaatının tənəli baxışları və ikrah hissləri çoxlarını Abbas kişidən və onun oğlanlarından iyləndirmişdi. Abbas kişinin və oğlanlarının adı çəkiləndə məclisdəkilər deyirdilər ki, bu mərdimazarların söhbətini eləməyin. Ancaq kənddə elə adamlar var idi ki, qəsdən bu söhbəti qızışdırır və tez-tez Abbas kişini və oğlanlarını yada salırdı...

Abbas kişi bir-iki addım da üzü yuxarı doğru addım atdı. Gördü ki, qarşıdan kəndin ağsaqqalı Seyidəli kişi gəlir. Utandığından üzünü qapılarına sarı çevirdi. Amma Seyidəli kişinin salamını eşidəndə bir qədər ürəkləndi.

Seyidəli kişi:

- Ay Abbas, gördün də, oğlun başımıza nə oyun açdı. Gərək camaatın qızına sataşmayaydı. Görürsənmi, yanlış bir addım el-oba arasında hansı vəziyyət yaradıb. Əvvəldən onun ağzına bir şillə vurmalıydın. Deməliydin ki, a köpəkoğlu, qızı qaçırmısan indi də canın çıxsın saxla!..

Abbas kişi qıpqırmızı qızardı. O qədər qızardı ki, sifətinin rəngi qırmızı pomidora oxşadı. Elə Abbas kişinin özü də pomidora oxşayırdı. O qədər pomidor əkib-becərmişdi ki, o qədər pomidor satmışdı ki, o qədər pomidor yemişdi ki, indi də rəngi pomidora çalırdı. Qıpqırmızı qızaran Abbas kişi ürəyini ovxalaya-ovxalaya dedi:

- Aydın bizim papağımızı yerə soxdu! Məni kəndnən, qohum-əqrəbaynan düşmən elədi. Axırda da özü də Allah-Təala tərəfindən cəzasını aldı. Kəndə çıxmağa utanıram. Yer yarılsa yerə girərəm...

Seyidəli kişi diqqətlə onu dinləyirdi:

- Ay Abbas, bu məsələnin belə böyüməsində sənin də günahın az deyil. Sən nə kişisən ki, öz oğluna yiyəlik eləyə bilmirsən. Hələ utanmaz-utanmaz da deyirsən ki, mənim günahım yoxdu. Ən böyük günah səndədi ki, övladına ağsaqqallıq eləyə bilmədin. Yoxsa Qurbandan olsaydı, həmin gecə gəlib sizin evdə bir-iki nəfəri güllələmişdi. Çox saq olsun! Mənim və ağsaqqalların sözünü eşitdi və yerə salmadı...

Abbas kişi:

- Vallah Seyid, sən elə bilmə ki, mən bu işdən xəcalət çəkmirəm. Dedim axı yer yarılsa yerə girərəm. Amma neyləmək olar?! Bədxasiyyət övladı Allah heç kimə qismət eləməsin. O uşaq da kiməsə çəkmişdi. Nə illah, elədim məni eşitmədi. Dedi ki, qaçırmışam, özüm də aparıb evlərinə qoyacağam.

Seyidəli kişi:

- Axı sən bilirdin ki, o qız çox namuslu və tərbiyəli bir uşaqdı. Bunu bilə-bilə bu addımı oğlun atdı, sən də göz yumdun. Axırı da belə oldu...

Üç-dörd gündən sonra Abbas kişi də dünyasını dəyişdi. Üç-dörd gündən sonra həmin qızın hirsi tamamilə soyudu. Üç-dörd gündən sonra kənddə xəbər yayıldı ki, qız başqa bir oğlana qoşulub qaçdı...

... Üç-dörd ildən sonra həmin qız sevdiyi oğlanla Bakıdan kəndə qayıtdı. Yanında da gül parçası kimi bir oğlan, bir qız uşağı. Həyat yoldaşı Elnur isə hüquqşünas idi və böyük biznes şəbəkəsi vardı. Üç-dörd ildən sonra itirilən hər şey yavaş-yavaş geri qayıtdı. Geri qayıtmayan o oldu ki, kənddə hamı Abbas kişinin və övladlarının mərdimazar kimi tanıyırdılar. Deyirdilər ki, bu adamlardan heç vaxt camaat xeyir görməyib və onlardan nə qədər uzaq olsan bir o qədər başın salamat qalar...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK