hacklink Adalet.az | ÜÇ GÖMRÜK Adalet.az | ÜÇ GÖMRÜK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜÇ GÖMRÜK

43236    |   2015-11-28 08:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bir dövlətin davamı və ölməzliyi ancaq ədalətlə mümkün olar"
Həzrət Əli

Bu yayda dostum Namiq Hüseynov ilə Dağlıq Altaya getdik və ömrə bədəl iki həftə yaşadım. Ordan qayıtdıqda da ayrı bir dostum Əziz Məmmədov zəng vurub mənə və Əhməd Oğuza ayrıca bilet aldığını bildirdi. Novosibirskdən Moskvaya uçduq, ordan da Vladiqafqaza və bir həftə də o bölgəni gəzdik. Dağıstana gedib iki gün qaldıq, paytaxtı ilə tanış olduq, Narınqalanı ziyarət etdik və nəhayət üz tutduq müqəddəs Azərbaycanımıza. Gömrükdən keçərkən bir ləzgi məmur bütün camaatı soydu, rüşvət almamış bir dənə adamı da buraxmadı. Yaşlı bir qadının cəmisi əlli dolları vardı, ağlada-ağlada onu da əlindən aldı və yola saldı. Növbə bizə çatdıqda min dərədən su gətirdi və keçə bilməzsiniz dedi. Dostum Əhməd Oğuz mənə "buna rüşvət verməsək bizi buraxmayacqdı, neyləyək?" deyə sual verdikdə, "ayrı əlacımız yoxdursa lənət olsun verək və bu dəlixanadan canımızı qurtaraq" dedim. Nə başınızı ağrıdım, 500 rubl rüşvət verib yaxamızı qurtardıq. Rus polisləri məni saxlayıb bir otağa soxdular, hamını buraxdıqdan sonra bir qəpiyə də dəyməz suallar verdilər. Haralısan, hardan gəlirsən, vəzifən nədir, falan-filan. Onlardan da canımızı birtəhər qurtardıq. Azərbaycan tərəfə keçdikdə əlimizi-qolumuzu tovlayıb sərhəddi keçdik, gömrük məmurlarından hörmət və izzətdən savayı heç nə görmədik, sağ olsunlar.
Azərbaycanın müstəqillik hərəkatında ən başından iştirak etmiş bir insan olaraq neçə dəfə Sarp qapısından keçib Gürcüstan üstündən Azərbaycana gəldim. O vaxtlar Gürcüstan gömrükçüləri eyni ilə Rusiya Federasiyasının ləzgi məmurları kimi rüşvətxor idi. Rüşvət isə başa düşənlər üçün ən alçaq bir rəftardan savayı heç nə deyildir, ancaq o vaxtın gürcü məmurları üçün isə adicə bir iş idi. Hər gəlişimdə və gedişlimdə kitablardan savayı heç nəyim olmadığına görə canımı tezliklə əllərindən qurtarırdım, ancaq ilişəcəyi olanlar əsla.
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra 1990-cı illərde TRT xətti ilə tez-tez doğma vətənimizə gəldikdə vaxt-vaxt hava limanında vəzifəsinin nə qədər məsuliyyət tələb etdiyini bilməyən bəzi polislərə və zabitlərə də rast gəlmişdim. İndiki vaxtda isə o körpülərin altından çox sular axıb, Azərbaycan gömrüyü də, gömrükdə işləyənlər də, Azərbaycanın siması da yerlə göy qədər dəyişib.
Günlər ayları, aylar illəri qovaladı və bir gün Dağlıq Altaya getmək qismət oldu. Ordan qayıdandan sonra bir neçə gün bu gözəl şəhərdə qalmalı oldum. Dostum Nazim Hüseynliyə zəng edib hal-əhval tutdum. "Sabah gözləyirəm, gəl geniş söhbət edək" dedi, getdim görüşdük, Dağlıq Altayla bağlı xatirələrimi, orda apardığım axtarışları danışdım. Təqaüdə çıxdığımı deyən kimi "qardaş, gəlirsən və bizim universitetdə dərs deyirsən, sənə bu ölkənin, bu xalqın ehtiyacı var, yoldaşına zəng çal və onu razı sal, gəlirsiniz vəssalam". Neçə on illərdir dostlaşdığım böyük maarifçi alimin və xalqını, dövlətini hər şeydən artıq sevən bu gözəl insanın sözünü yerə sala bilməzdim. Ankaraya getdim və yoldaşımı da götürüb Bakıya gəldim. Təlim-təhsil işi qədəm götürən kimi də tələbələrimlə görüşüb onlara dərs deməyə başladım. Oturum üçün miqrasiya idarəsinə müraciət etdik, ancaq pasportumla bağlı problemlərdən asılı təkrar Ankaraya gedib qayıtmalı oldum. Budəfəki gedişimdə və gəlişimdə də Qırmızı Körpü gömrüyündə axır neçə ildir rast gəldiyim rəftarlarla qarşılaşdım. Keçən illərdə də mərhum milli şairimiz Məmməd Arazın qardaşı oğlu Ceyhun İbrahimli başda olmaqla, İsməndiyar Məhərrəmov kimi gömrük məmurlarından həddən artıq hörmət görmüşdüm.
Həftə axırında dostum Əli Şamil ilə yoldaşlarımızı götürüb Qubaya getdik ki, havamızı dəyişək. Şəhərə çatdıq və yenicə oturub qabağımıza qoyulan çaydan bir qurtum alar-almaz telefonumun zəngi çaldı. Alo dedikdə, qarşı tərəfdəki şəxs özünü tanıtdı. Seyfəddin bəy sizi Elnur Mustafayev narahat edir, mən Qırmızı Körpü gömrüyündə işləyirəm, siz bu gün maşınınızla gecə saat 24-ə qədər ölkə xaricinə çıxmalısınız. Bundan xəbəriniz var? Dərhal dostum Aqil Abbasa zəng çaldım və vəziyyəti çatdırdım, ölkə xaricinə çıxmadan ayrı bir qanuni yolu vardırmı, nə edə bilərəm deyə sual verdim. O da bir az gözlə, dostlarla görüşüm görək qanun nə deyir, öyrənib sənə deyərəm dedi. Bir neçə dəqiqə sonra zəng edərək, "qanuna görə sən ölkə xaricinə çıxmalısan" dedi. Əli Şamil ilə Qubadan ayrılıb Bakıya gəldik, pasportumu götürüb üz tutduq Qırmızı Körpüyə. Saat 22 radələrində sərhəddə çatdıq, ancaq yolda Elnur bəy Mustafayev bir neçə dəfə zəng çalıb harda olduğumuzu, vəziyyətimizi sorub öyrəndi. İlk dəfə idi ki, bu cür bir hərəkətlə üzləşirdim və heyrət içində idim. Onun zəngləri isə vəzifəsinin məsuliyyətini dərk etmiş bir kadrın əməlləri idi. Sərhədə çatar-çatmaz sənədlərimiz yoxlandı və yola salındıq, gömrüyü keçib Keşəli kəndinə getdik, gecəni dostum Osman Əhmədoğlunun evində qalıb səhərisi qayıtdıq.
Gürcüstan gömrüyü haqda hər hansı söz dəməyə ehtiyac yoxdur, çünki Saakaşvili hakimiyyətə gəldikdən sonra rüşvət və digər mənfi işlər tamam-kamal götürüldü. Bəlkə on dəfə Gürcüstan gömrüyündən keçib Azərbaycana gəldim, Türkiyəyə qayıtdım, ancaq nə gömrükdə, nə də yolda heç bir mənfi cəhətlə üzləşmədim. Bir dənə polis maşınımı üstündə Türkiyə nömrəsi var deyə saxlamadı. Hətta bir neçə dəfə yolumu azanda düşüb qabağıma əsas yola kimi aparıb yola saldı. Saakaşvili getsə də qoyduğu ənənə eyni ilə davam edir. Gömrük işçiləri və polislər turistlərə həddən artıq hörmətlə, nəzakətlə yanaşır, onlar turistin ölkəyə pul buraxdığının, ölkənin təbliğatı üçün görülən bu cür işlərin önəmini qavrayıblar.
Keşəlidən qayıtdıqda gömrükdə bu dəfə ayrı bir gözəl insanla üzləşdim, Mirzə Mirzəyev. Sən dəmə növbə rəisi imiş. Məmurlar və Mirzə bəy bizə o qədər səmimiyyət, gülər üz göstərdilər ki, hələ də şokdayam. Düzünü deyim, mən də, Əli Şamil də böyük qürur hissi keçirirdik. Azərbaycanımızın Qırmızı Körpü gömrüyündə işləyən bu cür mədəni, qayğıkeş, dövlətini sevən, onu sevdirməyin yollarını dərk etmiş gözəl kadrları var artıq. Bu hörmət sadəcə olaraq bizə də göstərilmirdi, ordan keçən hər bir şəxs üçündü.
Əziz dostlarım Aqil Abbas da, Fərəc Ulusoy da daha əvvəlcə demişdilər ki, yolda hər hansı bir problemlə üzləşsən hökmən zəng çal. Ceyhun İbrahimi, Mirzə Mirzəyev, İsməndiyar Məhərrəmov, Elnur Mustafayev kimi dövlət məsuliyyətini dərk edən yetkin kadrların işlədiyi yerlərdə nə problem ola bilərdi ki?
Ancaq bir iradımı da deməliyəm. Birincisi, hər şəhər arasında polis postları var. Avropanı bir başdan digər başa gəzib-görmüş bir insan olaraq heç bir yerdə bu cür polis postlarına rast gəlmədim. Sanki hər bir rayon bir dövlətdi və bir rayondan o birinə keçərkən sanki ayrı bir dövlətə daxil olursan.
Gömrükdə işləyən o cür gözəl kadrların yaratdığı imici təəssüflər olsun ki, bəzi yol polisləri bir andaca məhv edir. Onlar sürücülərə qarşı göstərdikləri üzlə və hərəkətləri ilə Azərbaycanı da, Azərbaycan dövlətçiliyini də, Azərbaycan xalqını da hörmətdən salırlar. Atalar deyib, dostun dili acı olur.
Əlaqəli yerlərə hörmət və məhəbbətlərimlə.



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK