ANA SƏHİFƏ / YAZARLAR

Xeyirxahlıq dünyanı xilas edə bilər

Əjdər Olun yazdığı yeni səhnə əsəri balaca tamaşaçılarda ətrafdakılara qarşı mərhəmətli olmağı aşılayır

41772    |   2015-11-07 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti dəfə premyera sevinci yaşandı. Yaradıcı kollektiv Əjdər Olun "Biri vardı, biri yox" tamaşasını təqdim etdi. Adından da göründüyü kimi, yeni səhnə əsəri teatrın balaca tamaşaçılarına ünvanlanıb.

Teatra
məhrəm adam

Yeni əsərin müəllifi də teatr aləmi üçün məhrəm sayıla bilən qələm adamıdır. Əjdər Ol istedadlı şair-publisist, tərcüməçi kimi yaxşı tanınsa da, son illər teatrlarımızla sıx yaradıcılıq əlaqələri saxlayır.
"Alın yazıma düzəliş", "İndidən...", "Könül vuruşu" kimi maraqlı kitabların müəllifi olan Əjdər Olun "Molla Nəsrəddin və Əmir Teymurun filləri" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılıb. O, Akademik Milli Dram Teatrı üçün isə məşhur alman yazıçısı Stefan Sveyqin "Yad qadının məktubları" əsəri əsasında "Son məktub" pyesini qələmə alıb. İstedadlı şair milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahimxəlil kimyagər" pyesinə libretto yazıb və Xalq artisti, bəstəkar Siyavuş Kərimi ilə birgə yaradıcılıq məhsulu olan "Kimyagər" komediyası Dövlət Musiqili Teatrda tamaşaya qoyulub.
Əjdər Ol bu dəfə balaca tamaşaçıları düşündürmək qərarına gəlib və "Biri vardı, biri yox" pyesini Dövlət Gənc Tamaşaçılar Teatrına təqdim edib. Tanınmış və doğma müəlliflə növbəti əməkdaşlığa həvəslə yanaşan teatr kollektivi isə bir neçə aylıq gərgin yaradıcılıq axtarışlarından sonra maraqlı tamaşa hazırlayıb. "Biri vardı, biri yox" tamaşasına Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycanın və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Yeni səhnə əsərinin rejissoru Gülnar Hacıyeva, quruluşçusu rəssamı Elxan Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Ah... bu Tülkülər
olmasa...

"Biri vardı, bir yox" həyəcan dolu hadisə ilə başlayır. Məlum olur ki, şəhərdə zəlzələ baş verib, insanlar köməksiz vəziyyətdə qalıblar. Meşədə yaşayan heyvanlar bundan xəbər tutunca bir yerə toplanır və təbii fəlakət nəticəsində çətin durumda qalan insanlara kömək etmək istəyirlər.
Amma Tülkü hər addımda bu xeyirxah işə mane olmağa çalışır, öz marağını güdmək istəyir. Ona görə meşədəki digər heyvanları da bu fikirdən daşındırmaq üçün müxtəlif yalanlar uydurur. Təəssüf ki, bəzi insanlar da meşə heyvanlarının xoş niyyətlərini başa düşmür və onlara çətin anlar yaşadırlar. Bütün bunlara baxmayaraq sonda...
Əsərin müəllifi Əjdər Ol və tamaşa üzərində çalışmış yaradıcı heyət insanlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara diqqətlə yanaşmaq, çətin anlarda kömək əli uzatmaq kimi nəcib hisslər aşılayır.
Quruluşçu rejissor kimi Bəhram Osmanovun yozumu, Elxan Sərxanoğlunun sadə, əsərin mahiyyətini açan səhnə tərtibatı, bəstəkar Məryəm Əlibəylinin tamaşa üçün yazdığı oynaq mahnılar, Səbinə Məmmədovanın qurduğu rəqslər müəllif ideyasını tamamlayır.
"Biri vardı, biri yox" tamaşasında quruluşçu rejissor teatrın istedadlı gənclərinə güvənib. Mirzə Ağa Mirzəyev (Şir), Elgün Yəhyayev (Ayı), Anar Səfiyev (Canavar), Venera Abbasova (Tülkü), Ramil Məmmədov ( Meymun), Zümrüd Quliyeva (Dovşan), Səbinə Məmmədova (Siçan) səhnədə öz maraqlı ifaları ilə balaca tamaşaçıları inandıra bilirlər.
Premyeraya gələnlər öz yaşıdlarına, dostlarına bu maraqlı tamaşa haqqında yəqin ki. hələ çox danışacaq, həmişə xeyirxah, mərhəmətli olmağa çalışacaqlar.
"Biri vardı, biri yox" tamaşasının sonunda zaldakı balacaların reaksiyası və alqışı buna inanmağa əsas verir.




YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK