hacklink Adalet.az | SEÇKİLƏRİMİZ Adalet.az | SEÇKİLƏRİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SEÇKİLƏRİMİZ

20923    |   2015-10-31 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 1-i tarixi Türkiyədə və Azərbaycanda seçkilər günüdür. əzəli və əbədi qardaş olan hər iki cümhuriyyətə də bu seçkilərin uğur gətirməsini arzulayıram.
Arzu sözü mənə, insanın öz həyatı, gələcəyi, ölkəsi, vətəni, dövləti, xalqı və onlarla bağlı gerçəkləşməsini istədiyi çox şeyləri xatırladır. Hər bir insan kimi mənim də bu barədə arzularım çoxdur. İstərdim ki, Türkiyə Cümhuriyyəti indiki halda Hun, Göytürk, Səlcuq, Osmanlı imperiyalarının ən qüdrətli dövründəki kimi güclü olsun. Təəssüflər olsun kig Gerçəkləşməyən bu arzumun yaratdığı psixoloji də, Türkiyənin indiki vəziyyəti də ürəyimi ağrıdır.
Niyə Türkiyəni birinci planda dilə gətirirəmə Çünki Türkiyə sadəcə olaraq Osmanlı İmperiyasının yox, on min ildən də artıq bir zamanı əhatə edən Türk dövlət gələnəyinin mirasçısıdır. Bundan əlavə sayı üç yüz milyona çatan Türk Dünyasının dünən də alınmaz qalası, ümid bağladığı bir dövlət idi, bu gün də elədir. Türkiyə isə, bu dünyanın özüylə bağlı arzularını və ümidlərini doğrultmağa məcbur deyil, məhkumdur. Ancaqg
Bir an üçün qədim dövrlərimizi xatırladım, dastanları yaratdığımız çağları. Potanin və Van Gennep kimi qərbli tərəfsiz alimlər belə Slav, German, Fin və Fransız xalqlarının ən qədim ədəbiyyatlarındakı dastan ünsürlərini Türklərdən götürdüklərini irəli sürüblər.
Dastanlar, elə-belə əsərlər deyildir. Onlar, millətlərin böyük işlərə imza atmaq üçün özlərinə böyük inam duymalarında, milli mənliklərinə qayıtmalarında və yenidən böyük millət olmalarında, itirdikləri azadlıqlarını təkrar əldə etmələrində böyük işlər görüblər. Məsələn Almaniyanın sürətlə inkişaf etməsində German dastanlarının və nağıllarının böyük təsiri olub. 18-ci əsrin axırlarına kimi nəinki onlar bütün Avropa xalqları qədim vaxtlarda yalnızca Latınların və Yunan xalqının şeiri olduğunu, memarlıq deyilincə də yalnızca ilahə Athenanın heykəlini bilir, həykəltəraşlıq deyildikdə də ancaq E. Q. V-ci əsrdə yaşayan Yunan heykəltəraşı Phidiainin olduğunu zənn edirdi. Onlar üçün yalnızca bir dastan vardı İliada, bir qəhrəman vardı İliada dastanındakı Aşil.
Bunun səbəbi də, Renəssans dövrüylə başlayan qədim Yunan və Latın mədəniyyətinin Avropalılar tərəfindən heyranlıqla tanınmasının nəticəsiydi. Ancaq 18-ci əsrin ikinci yarısından sonra Almaniyada romantizm cərəyanının özülü qoyular qoyulmaz Grimm və Schlegel qardaşları və digər Alman alimləri ilə yazıçıları qədim German nağıllarını tədqiq etdilər. Nibelungen adlı dastan önəm qazandı və beləliklə Almanlar Siegfried adlı dastan qəhrəmanlarını daha yaxından tanımış oldular. Bu qəhrəmanlıq dastanı da Alman millətçiliğinin özülünü yaratdı. Onlar öz milli mənliklərinə qayıtdılar və öz sənətlərini, ədəbiyyatlarını yaratdılar. Wagner adlı musiqiçiləri Nibelungən dastanlarından ilham alıb böyük opera əsərləri bəstələdi və Alman xalqının qısa müddətdə hər yöndə böyük həvəslə işləyib Avropanın ən böyüyü olmasına səbəb oldu. Bu ruh, Alman xalqına basılmaz, məğlub edilməz və təmbəlliyi xəyalına da gətirməz bir ideya bağışladı. O ruhla işləməyə, araşdırmağa, ziyalanmağa üstünlük verən Alman xalqı iki dünya müharibəsində də yerlə yeksan olduğu halda bu gün dünyanın üçüncü böyük iqtisadiyyatına malik oldu.
Avropalılar, Orta əsrin inqvizisiya anlayışını renessans hərəkəti ilə məhv, səmavi dinlərini də keşişlərin təəssübündən xilas etdilər, elmin üstünlüyünü və aliliyini həmişə ön planda saxladılar və bu günkü vəziyyətə çatdılar. Biz isə bu gün də Ulu Sabir demişkən, "Aman, ay Molla dayı, bir kitab açdır, fala bax"g bəli, fala baxırıq.
Osmanlının külləri arasından xalqı silahdaşlarıyla çıxaran Atatürk, peyğəmbərimiz Həzrət Məhəmmədin də vəsiyyəti üzrə Türkiyə xalqına, "həyatda ən həqiqi mürşid elmdir" deyərək əbədi xilas yolunu göstərdi, ancaq indi adını dinçi qoyanlar xalqı yenə orta əsrin qaranlıqlarına qərq etdilər. Atatürkün ayağının altının türabı ola bilməyəcək qədər də tanqahı olmayanlar, onu "əyyaş"lıqla ittiham etdilər. Atatürkdən sonra hakimiyyətə gələnlərin, on iki ildən bəridir Türkiyənin idarəsində yeganə söz sahibi olanlar da daxil olmaqla hamısının həyata keçirdiyi siyasətlə 78 milyonluq Türk xalqının bu gün 20 milyonu ibtidai məktəb məzunudur və iki milyon insan adını da yazıb-oxuya bilmir. 629 il dünyaya ağalıq edən Osmanlının mirasçısı olan Türkiyə hələ də özünə məxsus bir motor markası da yarada bilməyib. Ancaq 1948-ci ildə yaranan Güney Korea, 1950-ci ildə Qüzey Korea tərəfindən işğala məruz qalsa da bundan canını tezliklə qurtardı və bu gün onların Hyundai adlı bir markaları var və dünya deyilən bu arenada böyük dövlətlərlə yarışırlar.
Demokratiyanı bizdən götürən Avropada bir dostunun özünə axşam qonaqlığı verdiyinin mətbuatda əks etməsi nəticəsində bu qonaqlığın xalqın nəzərində dostunun ona rüşvət verməsi şəklində qiymətləndiriləcəyini fikirləşən bir dövlətin başqanı istefaya çıxır. Türkiyədə ayaqqabı qutularında milyon dollarlar tapılır, rüşvət alan dövlət adamlarının adları televiziya ekranlarında dəlilləriylə birlikdə dünyaya nümayiş etdirilir, bu adamlar nəinki istefaya çıxır, Türkiyədə bəzilərinin haşa, peyğəmbərləşdirdiyi bir siyasət xadimi çıxıb, üzü qızarmadan "bu pulları ora paralelçilər qoyub" deyir və dövlətin yüksək postlarını işğal edən bu adamları dəstəkləyir. Bir sözlə xalqın gözünün içinə baxa-baxa yalan deyir. Qəribə olan da budur ki, Müsəlman olduğunu iddia edən, gündə beş dəfə Allaha səcdə etdiyinə inanan insanlar da gözləri görə-görə bu "paralelçi" yalanına inanır. Çünki siyasət deyilən bu murdar yol, "paralelçi" yalanına inananların gözünə pərdə çəkib. Onların düşüncəsinə görə oğurluq da etsə, qatil də olsa, rüşvət də yesə, cinayətkar da olsa öz liderləri, ya da partiyalarından olan bir kəsin buna haqqı var. Deməli onlara görə Tanrının haqq buyurduğu yox, bu cür liderlər və ya partiya mənsublarının söylədikləri yalan olsa da haqqdır. Bu da çağdaş bütpərəstlik dəyilə Axı Həzrət Məhəmməd beytülmaldan bir libaslıq parça oğurlayan səhabəsinin cənazə namazını qıldırmamışdıg
Nə başınızı ağrıdım, şəxsən mən bu seçkidən o qədər də ümidvar deyilem. Ulu Tanrı Quranda, "siz nəyə layıqsınızsa o cür də idarə edilərsiniz" deyib. İndiki müsəlmanlarımız oğruya, qatilə, azğına arxa çıxanların, onları dəstəkləyənlərin özlərinin də oğurluğun, qatilliyin cinayətinə şərik olduğunu bilmir.
Deməli bu günkü müsəlmanlarımız kardı, kordu vəssalam. Allah sənə rəhmət eləsin ulu şairimiz Şəhriyar;

"Göz yaşına baxan olsan qan axmaz
İnsan olan xəncər belinə taxmaz,
Amma heyif kor tutduğun buraxmaz..."

Türkiyədə bu gün, siyasi olaraq bir tərəfə müxalifət edir deyə jurnalistlər Türkiyə Türkcəsi ilə desək "sudan bəhanələrlə" tutulub zindana tullanır, televiziya ekranları qaraldırır, yayım orqanları bağlanır. Bütün bunlar Avropada, gavur dediyimiz Xıristiyan dünyasında niyə yoxdur görən, ancaq bizdə varə! Avropada nəinki bu əməllər, bircə dəfə yalan deyən siyasətçinin siyasi talei məhv olar, bizdə isə günü-gündən çiçəklənir. Bu da absurd bir mənzərə yaratmırə
Biz nə müsəlmançılığı düzgün başa düşmüşük, nə ulu babalarımızın dünyaya ərməğan kimi bəxş etdiyi demokratiyanı, nə də milli mənliyimizin məsuliyyətini. Allah sonunu xeyrə çalasın...






YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK