Adalet.az | HƏRƏNİN ÖZ HAVASI Adalet.az | HƏRƏNİN ÖZ HAVASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏRƏNİN ÖZ HAVASI

Özgə havasına oynayan da var

40640    |   2015-10-09 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, bu da payızın bir günü. Əslində hər şey ardıcıllıqla, necə deyərlər, bir zəncirvari şəkildə baş verəndə o qədər də diqqəti çəkmir. Amma bax belə, qəflətən olanda isə özündən asılı olmadan reaksiya verirsən. Çünki sənin diqqətini çəkir, sənə özünü göstərir. Sadə şəkildə desəm, pıçıldayır ki, mən də varam, niyə heç mənim barəmdə düşünmürsən?..

Təbii ki, bunu payız deyir, sevdiyimiz o gözəl yox. Çünki gözəllərin naz-qəmzəsi ilə yanaşı, qürurları da adamın suyunu sıxıb çıxrarır. Onlar demək əvəzinə, daha çox dedirtməyi xoşlayırlar. Bu fikir mövzuya bir haşiyə sayıla bilər. Ona görə də yenidən qayıdıram payızın üstünə. Çünki iki gündü Bakıda və bütövlükdə məmləktimizdə havanın üz-gözü elə turşuyub, göy üzü elə dümanlanıb ki, elə bil indicə səni də bağrına basıb ağlayacaq - hönkürə-hönkürə, dəli kimi. Düzdü, arada belə bir addım atdı. Gecənin yarısında hay-küylü bir selləmə oldu. Şəxsən mən və mənim kimi bir çoxları özülsüz gecəqondunun hayında olduğundan bu selləmədən ləzzət ala bilmədi. Amma adamın üstündə Allah var, təbiət də bizə rəhm elədi. Çox qısa oldu selləmənin müddəti. Yoxsa indi Xəzər dənizində axtaracaqdınız mənim olacağımı - "evimi!"

Hə, doğurdan da havada çox qəribə bir ağırlıq var. Elə bil adamın çiyinlərindən üzü torpağa tərəf sıxır. Ola bilsin ki, bu da payızın bir xüsusiyyətidi. Axı payızda təkcə toylar olmur. Payızda həm də yarpaqlar tökülür. Özü də təkcə ağacların yarpaqları yox, insanların da nəsili tökümü başlayır. Ömrün payızı deyirlər buna. Eh, bu şairlər, söz adamları payıza o qədər söz qoşublar ki, adam heç bilmir hansına üz tutsun, hansından iqtibas gətirsin, nümunə gətirsin. Mən bu yerdə heç kimə əziyyət vermədən nə vaxtsa yazdığım bir bəndi yadıma salıram. O bənddə mənim düşüncəmə, mənim nəzərlərimə görə çox şey var. İndi siz də oxuyacaqsınız. Mənimlə razılaşsanız məmnun qalacam. Razılaşmasanız, elə bu payızın bir günü kimi sükutla ötüb gedəcəm. Bax, o bənddə demişəm:

Baxıram yarpaqlara

Səssizcə qopub düşür...

Sevgisi bitən yarpaq -

Ölümüylə görüşür!..

Bəli, bu ömrün bütün fəsillərində istənilən mənanı axtarmaq və o fəsillərə istənilən bəzəyi vurmaq mümkündü. Ən azından ona görə ki, yazan da, söyləyən də insanın özüdü. Deməli, insan nəyi necə görürsə və yaxud da nəyi necə görmək istəyirsə, ona o cür baxıb, o cür naxış vurur. Və bu da bir günlə, bir fəsillə bitmir. Hər gələn fəsil, hər dəyişən il bu naxışları, bu ilmələri, bu deyimləri həm şaxələndirir, həm təzələyir, həm də onun zəncirinin həlqələrini artırır. Çünki illər, fəsillər və nəsillər yenilənir və hər yenilik də özü ilə təzə münasibət gətirir, təzə baxış formalaşdırır. Doğrudur, bu gün dünəni inkar etməyə həmişə maraqlı olub. Elə nəsillər də belədir. Ona görə də yanaşmalar bəzən öz təsdiqini tapmır, daha çox inkara meylli olur və bunu da hardasa bir qanunla əlaqələndirirlər, bağlayırlar. Adını da qoyurlar inkarı inkar qanunu. Nəticədə həmin o inkaretmə dönüb inkişafa çevrilir. Çox təəssüf ki, indiki durumda, yəni havanın bu qədər cansıxıcı olduğu məqamda mən nəyinsə inkar edilməsinin və yaxud da həmin inkarın nəyinsə inkişafına səbəb olmasının heç bir elementini görmürəm. Sadəcə, gördüyüm odur ki, ətrafımda, Bakının üzərində çox ağır bir hava kütləsi qol-qanadını açıb. Gözləyir ki, indicə, elə bu an çalxalansın, sonra da gözlərini yumub nəriltiylə, gurultuyla ələnsin üstümüzə...

Yeri gəlmişkən xatırladım ki, indiki anda həmin o nərilti, gurultu zənnimcə hamıya lazımdı, elə Bakının özünə də. Çünki yuyulub təmizlənməli çox şeylər var, içi adamlar qarışıq. Nə isə... Yağıb-yağmayacağı, nərilti-gurultu qoparıb-qoparmayacağı təbiətin öz ixtiyarındadı. Mən sadəcə, içimdən gələni, ürəyimdən keçəni dilimə gətirdim. Necə deyərlər, mən bir dilək dilədim. O diləyin qəbul olunub olunmayacağı isə ixtiyar sahibinin əlindədi. Ona görə də susub misralarla baş-başa qalmağa üstünlük verirəm. Düşünürəm ki, bu havada kövrək misraların yeri görünür.

Sən köhnə bir havaya

Gəl, köklə təzdən məni...

Qoy yuxudan oyatsın -

Bu hava tezdən məni!..

Mən yamacda tək binə

Çatacağam əhdimə...

Duman enib çəhlimə -

Tanısa izdən məni!

Bəlli günüm, qədərim

Əkdiyimi qoy dərim!

Yaşayaram, kədərim -

Salmasa üzdən məni!..

***

Doğrudan da hər bir hava - istəyir təbiətdən, istəyir onun bir parçası olan insanın ifasından qaynaqlansın, fərq etməz, mütləq insanın ovqatının formalaşmasına öz təsirini göstərir. Tutaq ki, aşıq Ədalət "Yanıq Kərəm"i çalır və yaxud Rəmiş "Ana" mahnısını, ya da ki, Kamil Cəliliov "Azərbaycan təranələri"ni və yaxud da Elşən Həşimov "Yetim segah"ı... Bunları dinləyəndə mütləq səndə bir ovqat yaranır. Ya xəyalın çəkib aparır səni doğulduğun ünvana, ya hansısa bir durum yenidən canlanır gözünün önündə, ya da özün-özünlə rahatca danışa bilirsən, həmsöhbət olursan və yaxud da təbiətin üzünə açılan bir günündə dan söküləndən günəş özünü göstərənə qədər seyr etdiyin mənzərə, həmin o içərisində olduğun mühit, o hava səni yenə kökləyir. Bax bu mənada özünü təkcə hiss etdirməyən, həm də evimizin içərisinə təpilən bu payız havası adama çox şeylər söyləyir. İlk söylədiyi zənnimcə arxasınca qışın gəlməsidi. Və bu da o deməkdir ki, sənin evində, həyatında hazırlıqlar hansı formadadı, hansı vəziyyətdədi. Sən bu qışı qarşılamağa özünü hazır bilirsənmi? Bax, artıq iki gündür ki, qaş-qabağını töküb içimdə bir sıxıntı yaradan və məni də bu sıxıntıya kökləyən hava özü ilə birlikdə qışla bağlı bir xeyli sualları da az qala bir-bir mənə göstərir, mənə xatırladır. Və mən də o suallardan yayınmağa çalışsam da bacarmıram. Çünki həmin suallar mütləq cavabalandırılmalıdır. Lap açığını desəm, bu suallar təkcə mənimlə fərdi şəkildə qarşılaşmır, mənimlə hesablaşmağa gəlməyib. Bu suallar əslində mənim evimin, ailəmin sualıdı. Yəni onun istiliyindən tutmuş qazına, işığına, suyuna qədər bütün zəruri məqamları özündə ifadə edir. Deməli, necə olur-olsun çıxış yolu tapmaq, sualları cavablandırmaq gərəkdir. Ona isə təkcə fiziki güc yox, həm də cibdən əlin boş çıxmaması bir tələbat kimi, zərurət kimi gərəkliyini az qala utana-utana pıçıldayır. Və mən də bu pıçıltılara alışdığımdan havanın məni içinə atdığı ovqatdan çıxmağa çalışıram. Lakin bu çabalama çox uğursuzdu. Yəni sual yerində qalır, cavab isə... Mən onu axtarıram!

Göründüyü kimi, həyatımızın hər bir anı mütləq mənada havalanmış bir görkəmdədi. Özü də bu havalanma daha çox problemlərlə, onların həll olunmayan və yaxud da tapılmayan səbəbləri ilə bağlıdı. İnsan da səbəbi tapa bilməyəndə, təkcə acizliyini yox, həm də çarəsizliyini özünə dərd etməyə məcbur olur. Həyatın bu məcburiyyəti isə elə bir ömrün qırılan simləri, tökülən yarpaqları kimi üzücüdü və biz bu üzüntüləri zaman-zaman içimizdə, canımızda daşımağa doğulduğumuzu inkar edə bilmərik. Şəxsən mən həmin inkarı dilə gətirməyi belə özümə günah sayıram. Ona görə də özümdən başqa kimsədən incimək fikrim və iddiam yoxdu. Bax, inciməkdən söhbət düşdüyünə görə də üzümü sənə tutub deyirəm:

Nazını çəkməyə yaranıbdı o

Gülüm, ürəyimi belə incitmə...

Tel-tel saçın kimi daranıbdı o-

Verib küləklərə - yelə incitmə!

Dözümü min dəfə sınaqdan keçib

Gah haqlı, gah haqsız qınaqdan keçib...

Sevinci həmişə qıraqdan keçib-

Ümidi bitməyib, hələ, incitmə!

Kimsəyə çatmır ki, bu fəryad, bu ün

Düşüb neçə yerdən bu ağrı, düyün...

Özü öz içində əriyir hər gün-

Qarışıb gedəcək selə incitmə!

Hakim də, hökm də sənin özünsən

Hər gün olanları başdan çözürsən...

Bilirəm, sən ona necə dözürsən-

Özün nə edirsən, elə, incitmə!..

***

Bütün yazılarımda özüm də bilirəm ki, daha çox özümü, yaşadıqlarımı, duyduqlarımı, düşündüklərimi və bir də arzularımı yazıram. Doğrudur, bunu mənə irad tutan dostlar da, oxucular var.

Və hətta bəzən bildirirlər ki, yazılarımda həddən artıq pessimist və nostalji hiss olur. Mən də onlarla razılaşıram. Çünki həm bacardığım, həm də yaşadığım budu. Başqa cür ola bilmirəm və olmaq fikrim də yoxdu. Sadəcə, mənim üçün bu yazıların dünyaya gəlməsi, az-çox oxunması sizinlə həmsöhbət olmağımla yanaşı, həm də daxilən bir az yüngülləşməyimdi, rahatlanmağımdı. Bu mənada ki, yazdıqlarımı ikicə nəfər oxuyursa, deməli mən iki nəfərlə həmsöhbət olmuşam və deməli iki nəfərə içimdə nələr varsa onu söyləyə bilmişəm. Onlar, bax həmin iki nəfər dərdimə əlac tapa bilməsələr də, problemimə yardımçı olmasalar da dinlədikləri üçün, oxuduqları üçün xüsusi təşəkkürə layiqdilər. Məhz həmin o dinlədiklərinə, oxuduqlarına görə, onlar artıq mənə növbəti yazı üçün bir stimul veriblər, bir ipucu uzadıblar. Mən də bir az da yaşamaq, bir az da bu dünyanın havalarını dinləmək, bu dünyanın havalarına köklənmək istəmişəm. Təbii ki, buna haqqım olub-olmadığını buna səlahiyyət sahibi olanlar bilir. Son yazılarımın birində bildirmişdim ki, "Mən çıxıb gedəcəm səssiz-səmirsiz"... Bununla bağlı dəyərli dostlardan biri iradını bildirdi. Mən təbii ki, onun səmimiyyətini, onun iradını qəbul etdim. Amma onu da deməyi unutmadım ki, ümumiyyətlə insan, mənim əxlaqıma, mənim dünya görüşümə görə, nə vaxtsa, hardansa, kimin yanındansa çıxıb gedirsə, o, böyük Səməd Vurğunun dediyi kimi, "şirin bir xatirə tək" xatırlanmalı, yaddaşlarda qalmalıdı. Və hər kəs də məhz bu prinsipi özünə məram, məqsəd etməli, bu cür düşünüb, bu cür də yaşamalıdı. Faciə onda baş verər ki, gedənin arxasınca daş atılar. Nə isə... İndiki məqamda mənim bu yazımın bir növü dünyaya gəlməsinin səbəbkarlarından ən birincisi çox dəyərli qələm dostum Samir Sədaqətoğludu. Məhz Samir bəy mənə ünvanladığı yazılarının birinin adını "Hava" qoymuşdu. Xeyli vaxt bundan öncə, yəni mənim 50 yaşımda yazdığım həmin o yazının havası hələ də başımda idi. Payızın bugünükü havası mənim də içimi təpətdi. Və bir də gördüm ki, elə bu havanın özünə bənzəyən bir yazı qaralayıb bitirdim...

Hər halda bütün havalar sümüyə düşmür... bütün havalar sevilmir. Bu məlumdu. Amma o da məlumdu ki, hər kəsin öz havası var. Mən də bu yazını bir növü öz havam kimi ortaya çıxardıram. Bilmirəm, necə qarşılayacaqsınız. Amma tam səmimiyyətimlə deyirəm ki, indiki durumuma və indiki havaya məhz bu cür bir havayla dəstək verməyim, özümü ona uyğunlaşdırmağım sizi rahatsız edərsə, onda çalışın öz havanıza köklənin. Çünki o havanın dilini daha yaxşı bilirsiniz. Mən isə...

P.S. Yazını yarımçıq saymayın. Çünki hava durumu qarışıqdı. Proqnozu belə veriblər.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK