ANA SƏHİFƏ / YAZARLAR

BƏRK TUT ƏTƏYİNDƏN TUTDUĞUN HAQQIN...

13930    |   2012-05-26 07:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Hər adamın işi deyil ki, haqq-ədalət və həqiqət yolunda çətinliklərə, əzab-əziyyətlərə və sıxıntılara dözə bilsin. Bunu o insanlar bacarırlar ki, onların içində həmişə haqq-ədalət və Allah sevgisi güclü olub. Hətta ataları dirilib gəlsə belə, o haqqı, o ədaləti danan deyillər. Çünki onların içindəki o sevgi, o istək, o məhəbbət həmişə əbədi olub...
   
   Dəmir Gədəbəyli də belə əyilməz və belə sınmaz ziyalılardandır. Dəmir müəllimi ötən əsrin 70-ci illərində - biz tələbə olanda tanıyırdım. Tanıyırdım ki, Dəmir Gədəbəyli Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində çalışır. Həmin komitədə radionun "Gənclik" redaksiyasının redaktoru idi. Biz tələbələrə böyük sevgi və məhəbbətlə yanaşırdı. Başqaları bizi qısqanır, yazılarımızın üstündən bəzən xətt çəkir, amma Dəmir müəllim isə tamamilə başqa cür münasibət bəsləyirdi. Elə o vaxdan hiss elədim ki, onun böyük ürəyi və sadə bir qəlbi var.
   
   O qəlb böyük olduğu qədər də işıqlı və nurlu idi. Yazdığımız süjetlər efirdə səslənəndən sonra, görürdük ki, o bizə başqa redaksiyalardakından daha çox qonorar yazır. Hər dəfə də təşəkkür edəndə deyirdi ki, siz tələbəsiniz, mən də tələbə olmuşam və görmüşəm ki, qonorarın şirinliyi nə deməkdir. Özünəməxsus görkəmi, çöhrəsindəki gülüşü ilə həmişə digərlərindən seçilərdi. Yerişi də, oturuşu da, duruşu da bir məktəb idi. Biz də belə insanlara baxıb, ondan çox şey öyrənirdik. Ondan yaxşı yazmağı, sadə və səmimi olmağı əxz eləyirdik.
   
   Tələbəlik illərindən sonra demək olar ki, Dəmir müəllimi gec-gec görürdüm. Çünki artıq qəzetlərdən birində redaktor işlədiyimə görə, Az TV-yə gedə bilmirdim. Hərdən də ora yolum düşəndə Dəmir müəllimə və eləcə də digər ustad sənətkarlara baş çəkər, onlarla görüşərdim. Bu görüşlər mənim içimə xoş duyğular, ovqat və işıq gətirərdi. O cür ziyalılarla görüşəndən sonra bir müddət onların xoş aurasından çıxa bilmirdim...
   
   Dəmir Gədəbəyli həm gözəl şairdi, həm gözəl jurnalistdi, həm də istedadlı publisistdi. Çoxlu sayda kitabları çıxıb, şeirlərinə mahnılar bəstələnib. Həmin mahnılar efirdə səslənəndə bir daha bu istedadlı şairin gözəl şeirlərinin şirinliyinə və axıcılığına məəttəl qalırsan. Məəttəl qalırsan ki, onun hər misrası nə qədər poetik, nə qədər fəlsəfi və nə qədər də yenidir. Mən heç də bu yazımda Dəmir Gədəbəylinin böyük şair olmasından danışmaq istəmirəm. Onun böyük, yaxud da kiçik şair olmasını oxucular daha yaxşı bilir.
   
   Mən sadəcə olaraq, Dəmir müəllimin böyük insan, böyük şəxsiyyət və əyilməz insan olması barəsində danışmaq istəyirəm. Ötən əsrin 80-ci illərinin axırlarında xalq hərəkatı başlayanda Dəmir müəllim də meydanda olan liderlərin arasında idi. Müəyyən zaman kəsiyindən sonra həmin şəxslərin hərəsi bir vəzifə tutdu, bir partiya rəhbəri oldu, amma Dəmir müəllimin heç nədən və heç kimdən umacağı yox idi. Dəmir Gədəbəyli nə meydanda, nə də başqa yerdə heç vaxt boğazdan yuxarı söz demirdi. Nə deyirdisə, nə danışırdısa ürəyindən gələni söyləyirdi. O söz beyindən ürəyə, ürəkdən də dilə gəlib və milyonların qəlbinə bulaq suyu kimi süzülüb.
   
   O heç vaxt nə yalan danışıb, nə də başqaları kimi vəzifə təmənnasında olub. Bayaq dediyim kimi, sadəcə olaraq, bu adam həmişə ürəyinin səsini insanlara çatdırıb. O səsi kim necə eşidibsə, tay özü bilər. Dəmir müəllimi nə zamanın ehtiyacı, nə zamanın çətinliyi, nə də zamanın gərdişi əyə bilməyib. Ataların belə bir misalı var: "Ehtiyac qul eylər qəhrəmanı da". Bilmirəm, bu fikri atalar nə vaxt söyləyib, ancaq bir onu bilirəm ki, Dəmir müəllim kimi, möhkəm insanları ehtiyac da əyə bilməyib. O, soğan-çörək yeyib, şor-çörək yeyib, ancaq hansısa namərdə, hansısa savadsıza və nadana baş əyməyib!..
   
   ... Onunla bu yaxınlarda çay süfrəsi arxasında görüşdük. Şirin söhbətindən və dadlı-duzlu danışığından doymaq olmurdu. 35 il bundan əvvəlki kimi çöhrəsindən nur tökülürdü. Hiss olunurdu ki, yenə əvvəlki tək dünya malında gözü yoxdur. Sadəcə olaraq, haqsızlığa, ədalətsizliyə o illərdə olduğu kimi, bu gün də üsyan eləyir, etirazını bildirir. Qəribədir ki, heç vaxt taleyindən, dolanışığından və həyatından bir kəlmə də şikayət eləməyib. Böyük ədəbiyyatdan, böyük poeziyadan və böyük sənətdən söhbət açır...
   
   Deyir ki, Səməd Vurğunla bizim kök qohumluğumuz var və böyük şairlə bağlı heç yanda eşitmədiyim bəzi fikirləri söylədi. Dedi ki, 50-ci illərin əvvəllərində Səməd Vurğunu təqib eləyəndə, sıxanda böyük şairi atam Gədəbəyə gətirir. İki-üç ay onu Gədəbəydə saxlayır və heç kəs bilmir ki, bu adam Səməd Vurğundur. Anam soruşur ki, bu qara kişi kimdir, atam da başqa adamdır deyir. Elə olur ki, onlar səhər evdən çıxır və axşam evə qayıdırlarmış. Evdən də çıxanda tüfənglərini götürüb meşəyə qalxırlarmış. Meşədə, dağlarda ov oladıqdan sonra, yenidən kəndə, bizim ocağa gəlirlərmiş. Bir axşam da evə gələndə anam əlində sini onlara çay gətirirmiş, atam da karıxıb Səmədin adını çəkir. Səməd Vurğunun adını eşidən kimi həyəcandan sini anamın əlindən yerə düşür. Anam məəttəl qalır ki, üç aydır evdə qonaq olan adamın Səməd Vurğun olduğunu atam ona niyə deməyib. Ona görə anam atamı bir il danışdırmayıb. Atam da deyib ki, ay arvad, bilirsən ki, Səməd Vurğunu hər tərəfdə axtarırlar. Əgər sənə desəydim ki, bu kişi Səməd Vurğundur, arvadların da xirtdəyi yoxdur. Gedib orda-burda danışacaqdın, onda biləcəkdilər ki, Səməd Vurğun bizim evdə qalır. Arvad hər şeyi başa düşür və əri ilə barışır...
   
   Günlərin birində də Səməd Vurğunu Bakıda Mircəfər Bağırov çox incidir. Hətta onu ev dustağı da eləyirlər. Təbii ki, Səməd Vurğunun da Moskvada kifayət qədər tanıyırlar. Böyük rus yazıçısı Fadeyev bu məsələdən xəbər tutur və Stalinlə görüşür. Stalinə deyir ki, Səməd Vurğun Şərqin böyük şairidi. Mircəfər Bağırov onu ev dustağı edib. Stalin də dəstəyi qaldırıb Mircəfər Bağırovla telefonla danışır və deyir ki, mən Səməd Vurğunu Londona gedən nümayəndə heyətinin tərkibinə salmışam. Etirazın yoxdur ki? Təbii ki, Mircəfər Bağırov hər şeyi başa düşür və Səməd Vurğunu azad eləyir...
   
   Bütün bünların hamısını Dəmir müəllim danışır. Özü də deyir ki, həmin əhvalatları mənə Səməd Vurğunun qardaşı rəhmətlik, Mehdixan müəllim danışıb. Gərək bunların hamısını gələcəkdə olduğu kimi, qələmə alım...
   
   Sonra da bir siqaret yandırır, qullab vurmağa başlayır. Deyəsən, düşüncələri onu lap uzaqlara aparır. Siqaretin tüstüsü burula-burula yuxarı qalxır. Siqaret çəkən adam olmasam da bu tüstüdən nədənsə bezmirəm. Fikirləşirəm ki, sanki bu tüstünün içində hansısa dolaşığa düşmüş bir insanın taleyini axtarıram. Dəmir müəllim yenə Fərman Kərimzadənin "Axırıncı aşırım" kinofilmindəki obrazları yada salır. Deyir ki, kinonun çəkilişində və ssenaridə bir çox şeylər həqiqətə uyğun deyil. O da təbii ki, Sovet dövrünün ideoloji təbliğatı ilə bağlı idi. Çünki Sovet rejimi heç vaxt Kərbəlayı kimi, Abasqulu bəy kimi, Qəmlo kimi insanları sevmirdi. Orda kolxoz quruluşundan danışılır. Hansı ki, kolxoz quruluşundan öncə Kərbəlayi Türkiyəyə getmişdi. Ümumiyyətlə, ruslar istəməzdilər ki, Azərbaycanda bayaq dediyim kimi, Kərbəlayi, Qəmlo kimi bəylərin kişi xasiyyətləri filimdə canlandırılsın. Mənfi rolda verilən Qəmlo çox vətənpərvər, namuslu və qeyrətli bir bəy olub. O, ömrünün böyük bir hissəsini daşnaqlara qarşı mübarizəyə həsr eləyib. Axırda da erməni kirvəsinin evində daşnaqlar onu kürəyindən xəncərlə vurub öldürürlər...
   
   Qəmlo elə bir kişi, elə bir insan olub ki, o adam heç vaxt kasıba-kusuba əl qaldırmayıb, əksinə kasıbların, yetimlərin qeyrətini çəkib və onlara arxa durub. Mənim təzə bir kitabım çıxıb. Adı da "Qəmlo"du. Bu poemanı yazanda fikirləşdim ki, o kişinin üstünə çox böhtanlar, çox şərlər atıblar. Mən də bir ziyalı və şair olaraq Qəmlonun əsl kişi obrazını yaratmışam. Qəmlonun qohum-əqrəbası bu gün İmişli rayonunda yaşayır. Qəmlonun bacısı zəng eləyib mənə deyib ki, sən ki, bu ağir yükü, şəri, böhtanı Qəmlonun üstündən götürdün, daha ölsəm də dərdim yoxdur. Poemanı oxuyan hər bir azərbaycanlı biləcək ki, mənim qardaşım necə qeyrətli kişi olub...
   
   Dəmir Gədəbəyli! Sizin böyük ürəyiniz, böyük istedadınız və böyük də səmimiyyətiniz var. Allah-Təala heç də hər adama bu qədər gözəl dəyərlər bağışlamır. Allah ancaq sevdiyi və qoruduğu insanlara bu qədər dəyər verir. Sizin də dəyəriniz Allah-Təala tərəfindən verilib və əliniz qələm tutandan haqq-ədaləti, gerçəkliyi və düzgünlüyü vəsf eləmisiniz. Məncə, buna görə də hec təəssüf hissi keçirmirsiniz və peşiman da deyilsiniz. Çünki bu dünyaya kişi kimi gəlmisiniz və kişi kimi də bir sifətlə yaşayırsınız. Ona görə də bir şeirin aşağıdakı misrasında deyildiyi kimi:
   
   
   
   Bərk tut ətəyindən tutduğun haqqın...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK