Adalet.az | KÖÇ... Adalet.az | KÖÇ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÖÇ...

19603    |   2012-05-12 07:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bəzən adam yernən-göynən əlləşir və canını qoymağa yer tapmır. Adam canını qoymağa yer tapmayanda hər şey onun gözündə adiləşir və balacalaşır. Dünya boyda olan bir varlıq, əriyə-əriyə balaca bir nöqtəyə çevrilir. Bu nöqtəyə çevrilmək və bu nöqtədən dünyaya baxmaq çox çətin və həm də kədərlidir. Fikirləşəndə görürsən ki, hər şey yarandığı kimi bir gün də yoxa çıxır və itib gedir...
   
   Heç kim dərdsiz deyil. Hərənin özünə görə bir yükü, bir dərdi, bir kədəri və bir ələmi var. İnsan onda özünü dərk edir ki, bu yükün altından çıxa bilir, dərdi, kədəri özündən uzaqlaşdırmağı bacarır. İnsan varsa, onun ürəyi var, onun qəlbi var və ən nəhayət onun dünyanı dərk eləyən beyni var. Hər şey də beynə, yaddaşa hopur və zaman-zaman tarixə dönür...
   
   Bu yazını qələmə almağım qəribə bir ovqat yaşamağımla bağlıdı. Fikirləşdim ki, düz 22 ildir "Ədalət"də işləyirəm. Ondan əvvəl tələbə olmuşam və ondan da uzaqda orta məktəb illərində oxumuşam. Bu illərin, bu ayların və bu günlərin hər birinin sevincli, kədərli anları olub. Sevincimizdən, fərəhimizdən çox yazmışam. Sadəcə olaraq, bu dəfə itirdiklərimizdən, bizi tərk eləyənlərdən və ən nəhayət bir yerdə işlədiyimiz, oxuduğumuz və dünyasını dəyişmiş dostlardan danışmaq istəyirəm...
   
   Bəlkə də bu həm Allaha xoş gedəcək, həm də dünyasını dəyişmiş insanların ruhu dincələcək və şad olacaq. Qəzetimizin bu 22 illik tarixində çox istedadlı adamlar işləyib və çıxıb gediblər. Bunlar öz yerində. Və onlar barəsində danışmağım başqa yazımda mümkün olacaq. Bu yazımdasa bayaq dediyim kimi, qəzetimizin müxtəlif dövrlərində çalışmış, dünyasını dəyişmiş insanlar haqqında danışacağam. Onların hər birinin öz yeri və öz mövqeyi olub. Yada salmaq istəyirəm: Mirmayıl Cəbrayılov, Nəriman Səttaroğlu, Əliyusif Məmmədov, Ərşad Mirzə, Yusif İsmayıl, Pərviz Əliyev, Elcan... bunların hər birinin qəzetimizdə çoxlu sayda yazıları dərc olunub. Hər biri öz imzaları ilə tarixin səhifələrinə düşüblər. Özü də maraqlıdır ki, onların heç biri kiminsə haqqında mənfi fikir işlətməzdilər.
   
   Rəhmətlik Əliyusif Məmmədovu çoxları sözü üzə deyən, cəsarətli insan kimi tanıyırdı. Əliyusif ixtisasca hüquqşünas idi. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin bitirmişdi. Bizim qəzetdə işləməmişdən öncə Saatlıda hüquq-mühafizə orqanlarında çalışmışdı. 1990-cı ildə qəzetimiz çıxanda bizə gəldi və qəzetimizdə yazmağa başladı. Hamımızın ona böyük hörməti vardı. Çünki o, sadə və səmimi adamıydı. Xeyli müddət qəzetimizdə hüquqi mövzularda maraqlı yazılarla çıxış elədi. Sonra Respublika Prokurorluğunda işə dəvət olundu və bir müddət keçməmiş Astara rayonuna prokuror köməkçisi göndərildi. Orda işləyəndə hərdən bir yolunu bizim qəzetdən salırdı. Əvvəlki sadəliklə bizimlə görüşər, rayona dəvət eləyərdi. Deyərdi ki, gəlin Astaraya qulluğunuzda olum. Amma bizim də heç birimiz o, Astarada işləyərkən qonaq gedə bilmədik. Və bir gün eşitdik ki, Əliyusif dünyasını dəyişib.
   
   Mirmayıl Cəbrayılovsa bizim qəzetə "Azərbaycan" qəzetindən keçmişdi. Uzun müddət "Bakı" qəzetində və digər mətbuat orqanlarında məsul vəzifələrdə çalışmışdı. Mən universitetdə oxuyanda ilk dəfə təcrübə zamanı "Bakı" qəzetində Mirmayıl müəllimin yanında olmuşdum. O da qəzetin partiya həyatı şöbəsində işləyirdi. Çox səliqəli, çox dəqiq və çox da mədəni insan idi. Gərək onun yanında özünü elə aparaydın ki, bir nöqsanın olmayaydı. Elə ki, nöqsanını gördü, bax onda səni möhkəm danlayacaqdı. Biz ona "polkovnik" deyirdik. Görkəmindən, oturuşundan və duruşundan da polkovnikə oxşayırdı. O qədər ziyalı adamıydı ki, bir kimsə yoldaşlarımızdan onun yanında hətərən-pətərən danışmazdı. Az-çox ağzını boş-boş qoyub danışan, onunla dostluq eləyən, daha çox Mirmayıl müəllimə sürücü kimi qulluq göstərən Məhəmmədəli Mustafa idi. O da Mirmayıl müəllimin əsəbləşdiyini görəndə o dəqiqə özünü yığışdırardı. Ağzı nə idi yığışdırmasın. Məhəmmədəlini özü ilə aparmazdı, Məhəmmədəli də ac qalardı. Mirmayıl müəllimin çox tərbiyəli və savadlı övladları var. O övladlardan ikisi hüquq fakültəsini bitirib. Bir oğlu Respublika Prokurorluğunda şöbə prokuroru işləyir. Bir sözlə, Mirmayıl müəllim çox şərəfli bir ömür yaşayıb və kiminsə minnətli çörəyini yeməyib. Biri də ona nəsə yaxşılıq eləyəndə, ruzi verəndə deyərdi ki, halal elə. O, hamıdan həmişə halallıq istəyərdi. O halallığı da biz ona vermişik...
   
   Həriman Səttaroğlu da gorkəmindən "obxxoeyisə" oxşayırdı. Hər hansı bir yerə gedəndə elə bilirdilər ki, o hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyir. Amma elə ki, Nəriman müəllim deyirdi ki, qəzetdə işləyirəm və müxbirəm ona çoxları inanmırdı. Çoxlarının inanıb-inanmamasından asılı olmayaraq Nəriman müəllim öz sənətinə və peşəsinə sədaqətlə qulluq edirdi. Həmişə kostyum geyərdi, qalustuk bağlayardı və başına da şlyapa qoyardı. Üzü qırxılı olardı. Bir dəfə görmədim ki, onun üzündə tük olsun. Restorana yemək yeməyə gedəndə onun görkəminə baxıb, oturuşuna, duruşuna fikir verib pul almazdılar. Amma Nəriman müəllim isə zorgücünə o pulu verərdi.
   
   Günlərin birində möhkəm qar yağır və Nəriman müəllim də qarlı-buzlu yolla gedirmiş. Başında çox qiymətli xəzli bir papaq varmış. Arxadan gələn cavan oğlan sürətlə qaçaraq Nəriman müəllimin başından papağı götürüb ildırım sürəti ilə gözdən itir. Nəriman müəllim deyir ki, cavan oğlan elə sürətlə qaçırdı ki, bilmirdim nə eləyim. Bircə onu bacardım ki, deyim, adə, qaçma, səni vurdum. Guya tapançam vardı, mən də onu vuracaqdım. Beləcə qiymətli papağımı oğru götürüb qaçdı...
   
   Ərşad Mirzə! Çox maraqlı, həm də yumorlu bir adam idi. Danışığından doymaq olmurdu. Tez-tez də deyirdi ki, bir yazı yazmışam, sərlövhəsi belədir: "Məhəmmədəlinin yuxusu, yalan çıxır çoxusu". Bizim qəzetdə rəhmətlik Ərşad müəllim ilk gündən işləyirdi. Həmin günlərdə də Aqil Abbasa, Əliyusif Məmmədova və Aydın Ağazadəyə şeirlər yazmışdı. Bu şeirlərdə səmimiyyət də vardı, ironiyada. Hamı bilirdi ki, Ərşad müəllim seyiddir və qəlbini qaraltmaq olmaz. İş yoldaşlarımızdan biri bir dəfə onun xətrinə dəymişdi və həmin gün də maşını əzmişdi. Ərşad müəllimi səhər-səhər görəndə maşını əzən iş yoldaşımız onun əlindən öpdü və dedi ki, seyid bağışla, sənin qəlbini qırmışam. Ərşad müəllim də dedi ki, mən səni çoxdan bağışlamışam.
   
   Çətinə düşəndə və pulum olmayanda Ərşad müəllimə ağız açardım. O da deyərdi ki, heç kimdən pul istəmə, pulun olmayanda mənə de, nə qədər lazımsa verəcəm. Ərşad müəllimin pulu çox bərəkətli idi, alıb xərcləyən kimi başqa yerdən əlimə pul gələrdi və borcumu qaytarardım. Amma qaytaranda da Ərşad müəllim onu götürməz "get, özünə əyin-baş al, sonra mənim pulumu verərsən" deyərdi. Mən də əyin-baş alardım və bundan sonra Ərşad müəllim qaytardığım pulu götürərdi. Allah ona və digər rəhmətə gedən iş yoldaşlarımıza qəni-qəni rəhmət eləsin!..
   
   
   
   ***
   
   Tələbə vaxtının da dostları olub. ADU-nun jurnalistika fakültəsində oxuyanda yaxşı tələbə yoldaşları, dostlar tapmışıq. Biz universiteti 1979-cu ildə bitirmişik. Afaq Məsud, Baba Vəziroğlu, Rəhman Salmanlı, Tofiq Yusifov, Loğman Rəşidzadə, Flora Sadıqova, Səadət İldırımzadə, Əli Səfəroğlu, Nizaməddin Rəfiyev... tələbə dostlarım olub. Onların hamısı Azərbaycan mətbuatında öz sözlərini deyiblər və bu gün də yazırlar.
   
   Artiq tələbə dostlarımızın da yarpaq tökümü başlayıb. Bir neçə il bundan qabaq Azər adlı əslən Bakıdan olan tələbə dostumuz dünyasının dəyişib. Sonra da eşitdim ki, gözəl şair və publisist, Ucarda yaşayan Əli Səfəroğlu rəhmətə gedib. Ondan bir müddət sonra isə mənim yerlim - Füzuli rayonunun Rəfəndi kəndindən olan Rəşid kişinin oğlu Nizaməddin Rəfiyev dünyasını dəyişib.
   
   Bu tələbə dostlarımın da hər birinin öz yeri olub.
   
   Nizaməddinlə çox yoldaşlıq eləmişik, çörək kəsmişik və atası Rəşid kişi rəhmətə gedəndə tələbə dostum Teyfurla onların evində olmuşuq. Nizaməddinlə "zborda" olanda eyni bir-biri ilə yaxın ikimərtəbəli çarpayıda yatmışıq. Bir dəfə elə oldu ki, onu yuxulu-yuxulu itələdim, o da çarpayıdan yerə düşdü. Qolu-qılçı əzilsə də bir şey demədi və qalxıb çarpayıya uzandı. Yaşca məndən böyük olduğuna görə həmişə xətrini çox istəyirdim. Nəinki mən, digər tələbə dostlarım da Nizaməddinə hörmətlə yanaşırdı. 60 illiyi ərəfəsində şair Cabir Novruzun oğlu Müşfiqlə bizim redaksiyaya gəldi. Dedi ki, mənim 60 illiyimdir. Müşfiq yazı yazıb. Bir söz demədən yazını götürüb baş redaktorumuz İradə Tuncayın otağına keçdim. Hər şeyi xanıma anlatdım, xanım da dedi ki, sənin tələbə dostundusa, sabahkı nömrəyə yazını qoyun getsin. Yazı sabah çıxdı və Nizaməddinin sevincindən həddi-hüdudu olmadı. Zəng edib mənə dedi ki, bundan böyük hədiyyə olmaz. Həm sənə, həm də İradə xanıma təşəkkür eləyrəm. Bir müddətdən sonra eşitdim ki, Nizaməddin qəflətən ürək tutmasından dünyasını dəyişib. Dedim ki, nə yaxşı o vaxtı onun xahişini yerinə yetirdim və qəlbini qırmadım. Elə bunun özü mənə böyük təsəlli oldu...
   
   Əli Səfəroğlu isə gözəl şair idi. Yaxşı publisist idi. Məclisdə qeyri-adi bir tamadalıq eləmək istedadına malik idi. O danışanda elə bil ki, dodaqlarından bal süzülərdi. Şeirləri də bal kimi şirin idi, söz-söhbətləri də. Biz "zborda" olanda fakültəmizin komandiriydi. Yaxşı yeyib-içən və zarafatcıl insanıydı. Təsadüfi deyil ki, onun şeirlərinin çoxuna Aşıq Əhliman mahnı bəstələyib. O, mahnıları Aşıq Əhliman elə-belə bəstələməyib. Çünki Əli Səfəroğlunun şeirlərinin hər misrasında bir musiqi vardı. Əli Səfəroğlu bu gün dünyamızda olmasa da onun şeirləri və mahnıları şairi yaşadır. Aşıq Əhliman hər dəfə deyəndə ki, mahnının sözləri Əli Səfəroğlunundu, bax onda hər misradan onun ürəyi, qəlbi və işığı hiss olunur. Bu misralarda Əli Səfəroğlu danışır, gülür və insanların qəlbinə yenidən yol tapır...
   
   
   
   ***
   
   ... Sinif yoldaşlarımdan Ədalət və Yusif dünyasını dəyişiblər. Hər ikisinin şükürlər olsun ağıllı, kamallı övladları var. Yusifin oğlu Elçin Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, özü də çox savadlı və ağıllı bir oğlandı. Səhv eləmirəmsə, vəkil işləyir. Yusif Namazovla orta məktəbdə oxuyanda 6-cı sinifdən 10-cu sinifə qədər bir partada əyləşmişik. Çox savadlı və istedadlı oğlan idi. İnşanı hamıdan yaxşı yazırdı. Çoxları elə ondan köçürər və ondan da bəhrələnərdilər. Xəttinə söz ola bilməzdi. Amma bizdən tez "ayılmışdı".
   
   ... 6-cı sinifdə oxuyanda bir qız istəyirdi və o qızın da adını sinəsinə yazmışdı. Bunu eşidən sinif rəhbərimiz onu ayağa qaldırdı və lövhənin qabağına çıxardı. O ki, var müəllimimiz rəhmətlik Yusifi şillələdi. Sinəsini açdı, gördü ki, qızın adı yazılıb. Dedi ki, get poz, o da pozmadı. Beləcə, nə şillə, nə qorxu Yusifi o böyük sevgidən çəkindirə bilmədi. Qız da onu çox istəyirdi, amma sadəcə olaraq, bunu büruzə vermirdi. Hamı bilirdi ki, sinifimizdə filankəs Yusifin dərdindən ölür.
   
   Yusif mübarizə aparmağı da, döyüşməyi də, vuruşmağı da bacarırdı. Qız üstündə düşən davada həmişə tay-tuşlarını döyərdi. Məktəbi qutarandan sonra texnikumu bitirdi və kənddə uzun müddət kassir işlədi. Çoxları deyir ki, ermənilər Füzulini almaq ərəfəsində Yusifin əlində 6 kisə pul vardı. Onun yerinə kim olsaydı, gedib Bakıdan 10-15 ev alardı və kef eləyərdi. Amma Yusif bunların hüç birini eləmədi, o 6 kisə pulun hamısını Beyləqanda banka təhvil verdi. Bax, Yusif rəhmətlik belə oğlan olub!..
   
   Bu yazım bəlkə də kimlərinsə qaysaq bağlamış yarasının gözünü qopardacaq. Bu yazım qaysaq bağlamış yaranın gözünü qoparsa da rəhmətə gedən iş, tələbə və orta məktəb yoldaşlarımın ruhunu şad edəcək. Həm də bu yazını yazmaqla mənim çiynimdən ağır yük götürüləcək. O yük ki, nə vaxtandır mənim çiynimdəydi və bu yazını yaza bilmirdim. Yazını yazdım, çiynimdəki yük yüngülləşdi və ruhum sakitləşdi. Yadıma böyük şair Musa Yaqubun aşağıdakı misraları düşdü:
   
   
   
   Dünyanın zəmisi heç imiş demə,
   
   Dəryanın gəmisi köç imiş demə.
   
   Heçimi, köçümü indi bilmişəm
   
   İndi bilməyim də gec imiş demə...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK