hacklink Adalet.az | MÜASİR BÜTPƏRƏSTLƏR Adalet.az | MÜASİR BÜTPƏRƏSTLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜASİR BÜTPƏRƏSTLƏR

22742    |   2012-04-14 08:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütə, bütlərə tapınmaq mifoloji çağlardan üzübəri bir çox millətin inam sistemində öz anlayışını diktə etdirmişdir. Həmin anlayış bütpərəst xalqların genlərinə hopduğundan, irsi təsiri bugünkü əsrimizdə belə onların davamçılarında başqa formada da olsa öz hakimiyyətini davam etdirməkdədir. Biz türklər isə şükür ki, bu anlayışdan həmişə kənarda dayanmış və səmavi xarakterli inamımızdan əl çəkməmişik. Yəni, Allah yolundan yayınmadığımıza görə də Ulu Tanrı bizə peyğəmbər yollamağa ehtiyac duymamışdır.
   
   Bugün sinəsini gərə-gərə "biz müasir, güclü, demokrat, insansevər bir xalqıq, dünyəvi dövlətik" deyən Hind-Avropalıların inam genləri bütpərəstlik özülü üstündə yüksəlmişdir. Xüsusilə Avropa kulturunun bünövrə daşı isə Yunan mədəniyyətidir. Yunan mifolojisini açıb oxusanız orda təbiətdəki hər bir şeyin öz ilahının olduğunu görərsiniz ki, həmin ilahların başı da Zevsdir. "İliada və Odessa" dastanını oxuyanlar, Zevsin öz qızı Elizabetin başına Olimpos dağında nələr gətirdiyini yaxşı bilir. Sözün burasında bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Qərblilərdə "yiyə, iyə" anlayışı olmadığına görə, bizim iyələrimizə onlar "ilah" kimi yanaşıblar və bizi politeist millət kimi qələmə veriblər. Bu anlayışı təmsil edənlərin başında da Anohin, Radlov, Eliade, Jean-Paul Roux və digərləri dayanır.
   
   Hind-Avropa xalqlarının bir hissəsinin də, Ərəbistan yarımadasında yaşadığı məlumdur. Adı, Sami, İbrani və ya nə olarsa olsun fərqi yoxdur, onların da babaları vaxtilə bütpərəst olublar. İnam genləri bütpərəstliklə yoğrulmuş xalqların balaları səmavi dinə inansalar da genlərinin əhatələdiyi dairədən kənara düşə bilməzlər, bilməyiblər. Atalar düz deyib də, armud yetişəndə dibinə düşür. Həzrət Məhəmməd hələ bəşəriyyətə xilaskar kimi yollanmazdan əvvəl onun ulu babası İbrahim peyğəmbərin bütlərə olan münasibətini və Fironla dialoqunu dinlər tarixini oxuyanlar bilirlər. Həzrət Məhəmmədə peyğəmbərlik gəldiyi vaxtlarda bütpərəstlik, irtica, hər cürə əxlaqsızlıq Ərəb yarımadasında hökm sürürdü. Tanrının sevgilisi kimi yaradılan, insanlığın düçar olduğu qaranlıqdan çıxış yolunu işıqlandıraraq, onlara xilas mənzilini göstərmək məqsədiylə bəşəriyyətə yollanan peyğəmbərin başına gətirilən oyunları da həmin bütpərəstlər həyata keçirmişdilər. O bütpərəstlərin inanıb-tapındığı yeganə bir şey vardı, pul, yəni qızıl. Onlar qızılla hər şeyi, hətta insanların şəxsiyyətini, ləyaqətini, mənliyini də satın ala bilirdilər. Mərhəmətin, insafın, insanlığın gözə qoyulacaq bir zərrəsi də onlarda tapılmırdı. Yaradılmışların ən şərəflisi olan insanın onlar tərəfindən mal kimi alınıb-satılması da mərhəmətsizliyin çatdığı irtica səviyyəsini göstərirdi. Deyəcəksiniz ki, o vaxt cahiliyyə əsri idi, insanlar elmdən-ürfandan uzaqdı, cəhalətin, irticanın qaranlıq dəhlizlərində şüurlarını, bir sözlə özlərini itirmişdilər. Bizim yerlərdə "hər saatın, hər vaxtın öz hökmü vardır" deyə bir ifadə işlədilir. Mənə görə onun bir digər mənası da hər əsrin özünə məxsus fikir və anlayış dünyası, elmi atmosferi, psixolojisi, öz həyat tərzi vardır deməkdir. əslində hər əsrdə inkişaf edən texnolojidir, elmdir. İnsanların genlərinə yerləşmiş inam və anlayış irslə təyin olunur, yəni irs, genlərin diktəsinə görə inkişaf edir, daşıyıcısı da kulturdur, elmin-texnolojinin ona dəxli yoxdur. Təbii ki, hər millətin mərhəmətlisi də, qəddarı da, təmizi də murdarı da vardır, atalar demişkən "meşə çaqqalsız olmur", ancaq əsas götürülən faiz hesabıdır. Bir millətin səksən faizi mərhəmətlidirsə, təmizdirsə, insaflıdırsa o yaxşı xalqdır. Açıb tarixi oxuduğumuzda aydın görürük ki, qurulduğu və yaşadığı coğrafiyadan asılı olmayaraq bütün Türk dövlətləri, həm öz vətəndaşlarına, həm hakimiyyətləri altındakılara, həm də dünyanın digər yerlərində olan xalqlara hörmətlə yanaşıblar. Hamisi olduqları xalqların dillərinə, dinlərinə, mədəniyyətlərinə nəinki toxunmaq, onları inkişaf etdirmək üçün hər cürə yardımı da ediblər. Türkün böyüklüyünün bir yönü də budur.
   
   İstanbulun 1453-cü ildə Fateh Sultan Məmməd tərəfindən tutulduğu bilinən həqiqətdir. Bu tarixi hadisədən 39 il sonra Amerika qitəsi tapılıb. Əlbəttə o itməmişdi ki, tapılsın. Avropalılar onun varlığından həmin tarixdə xəbərdar olublar. Sonra da Avropada nə qədər ipsiz-sapsız, qatil, oğru, fahişə, ac-yalavac, cani vardırsa gəmilərə doldurulub bu qitəyə yollanıb. Gedənlər də oranın yerli xalqına öz xarakterlərinə uyğun şəkildə rəftar eləyiblər. Hindu deyilən Qızıldərililər, Azteklər kütləvi şəkildə məhv edilərək dünyanın ən dəhşətli soyqırımları törədilib. Həmin soyqırımçıların nəsli indi Amerika qitəsinin qüzeyində ABŞ adlanan və dollar adlı bütə tapınan bir dövlətin postunda əyləşib dünyada meydan sulayır.
   
   Bir vaxtlar qılıncının dalı da, qabağı da kəsən Böyük Britaniyanı xatırlayın. Onu yaradanlar, etdikləri zülmlərin bəhrəsini gördülər və sərhədlərində gün batmayan imperiyaları dağıldı. İndi ingilisler Britaniya adasına qısılıblar, ancaq bu dövlətin də ömrünün uzun olacağına əsla inamım yoxdur, bir vaxt latınların başına gələn onların da başına gələcək, dilləri və adları qalacaqdır. Zülm və zorbalıq, varlığının səbəbi olan, qarət və soyğunla böyüyüb inkişaf edən ABŞ da dağılacaqdır; çünki ilahi ədalətin təcəllisi gec olsa da pərsəngi heç vaxt əyilməyib. Atalar, zülm ilə abad olanın axırı bərbad olar deyib. Bu söz, min illərin sınağının təcrübəsindən xəbər verir.
   
   Mənim nə ingilislərə, nə də ABŞ-lılara, nə avropalılara, nə də ruslara qəsdi-qərəzim vardır, ancaq bunlar fironlara rəhmət oxudacaq vəhşilikləri həyata keçirirlər. İraqda, Səddamın əlində kütləvi qırğın silahları vardır dedilər, oranı işğal etdilər, özləri qırğınlar törətdilər, hələ də törədirlər. İraqda indiyə kimi iki milyondan artıq müsəlman məhv edilib. Qanmaz ərəblər də liderlərinin boynuna çatı salınandan, sərvətləri əllərindən çıxandan, dövlətləri məhv olandan sonra oyanıb dəhşətli bir yuxuda olduqlarını başa düşdülər, ancaq atını minən çoxdan dörtnal çapıb mənzilinə çatmışdı. İraqdan sonra növbə Liviyaya gəldi. Müasir fironlar, bir vaxtlar Qəddafi üçün ölümün gözünə dik baxan cahil və satqın ərəb balalarının cibinə, buraxdıqları yaşıl rəngli dollarları doldurub Qəddafini onların gözündə bir qatilə çevirdilər və həmin cahillərə öz liderlərini vəhşicəsinə öldürtdülər. Gorun nura qərq olsun Sabir baba, Fəxriyyə şeirindən baxıb bu əsri nə aydın görübsən...
   
   Türk Dünyasının Media Orqanlarının yığıncağında hörmətli Əli Həsənov çıxış edərkən demişdi ki; "Xarici xəbər agentlikləri dünyaya xəbərləri öz istədikləri kimi ötürürlər. Ötürülən xəbərlər doğrudan da söylənənləri əks etdirir, yoxsa dilə gətirilən o xəbərlər həmin xəbər agentliklərinin yiyələrinin maraqlarına xidmət edir?!" Bu sözlər nə qədər düzgün və sərrast bir məntiqin məhsulu idi, Əli Bəyi min yaşasın. Orta Şərqlə bağlı xəbərlərə baxın, onlarda Reuters, Əl-Cəzirə, AP, BBC, CNN, Fox, Francə24 kimi agentliklərin imzasını görə bilərsiniz. Onların da kimə və nə üçün xidmət etdiyi də aydın məsələdir.
   
   Bir vaxtlar dünyada iki qütb vardı, onları dəmir pərdə ayırırdı, lakin doxsanıncı illərdə artıq kökündən laxlamağa və dağılmağa başlamışdı. Rumıniya kommunist blokda idi və Nikolay Çavuşesku imperialistlərin qarşısında dayanan ən böyük maneələrdən biriydi. Həmin qara qüvvələr Çavuşeskunu taxtından salmaq üçün yaxşı bildikləri bir oyunu səhnəyə qoydular. Tibb universitetlərinin xəstəxanalarında tələbələrə dərs keçilən, yarılan meyidlər vardı. Həmin meyidlər müəyyən strateglərin göstərişi ilə xəstəxanadan götürülüb müəyyən yerlərdə küçələrə buraxıldılar və o saat həmin yerdə bitib onları lentə yazan, fotosunu çəkən imperializmin casusları dünya miqyasında hay-küy qaldırdılar ki, Çavuşeskunun xüsusi xidmət orqanları insanları bu cür vəhşiyanə şəkildə qətlə yetirir, ölkədə qırğın törədilir. Toplum hövl ilə ayağa qaldırıldı, Çavuşesku hakimiyyətdən salındı və axırda həyat yoldaşı ilə birlikdə bir divarın dibindəcə dayandırılıb gülləbaran edildi. Aradan uzun illər ötəndən sonra məlum oldu ki, Çavuşesku hansı yollarla və kimlər tərəfindən məhv edilib. Həmin oyun öncə İraqda, sonra Misirdə, sonra Liviyada həyata keçirildi, indi də Suriyada səhnəyə qoyulub.
   
   Verilən dəqiq məlumatlara görə Suriyada müəyyən yerlərə Serb sərrast atıcılar və qərbli xüsusi xidmət orqanlarının adamları yerləşdirilir. Onlar təşkil olunan nümayişlərdə tüfəngin nişangahına kim rastlayırsa vurub yerə sərirlər. Əgər vurulanlar əsgər və ya polisdirsə, "vuranlar üsyançılardır", yox əgər üsyançılardan vurulubsa, "bunları vuranlar dövlətin adamlarıdır" deyirlər. Hər iki halda da işi xod gedən, pula yerikləyən bütpərəstlər, itirən, məhv olan, tifağı dağılan isə müsəlmanlar olur.
   
   Pula tapınan müasir bütpərəst imperialistlərin yeganə məqsədi Orta Şərqin neft və qazını arxayın şəkildə əllərinə keçirib mənimsəməkdir, bütün oyunlar da bunun üçün səhnələnir. Onlar üçün bu oyunun səhnəyə qoyulmasının yeganə yolu da, özlərinə maneəçilik törədəcək olanların əleyhində dünya miqyasında mənfi fikir yaratmaq, sonra da vurub sıradan çıxarmaqdır. Müasir bütpərəstlərə görə fələstinlilər onların təkərinə çomaq soxur, çünki ərəblərin ən ayıq olanları onlardır. İraq və Səddam məhv olub, Qüzey İraqda Yəhudi dinini mənimsəyən və İsrailə dayaq olacaq bir Kürd dövləti yaranmaq üzərədir, şiə ərəblərlə sünni ərəblər bir-birinin qanını içir, artıq oranın suyu handan-hana durulmaz. Çəm-xəm eləyən Fələstinin yeganə dayaq nöqtəsi təkcə Suriya qalıb, Suriya ələ keçirilərsə ondan gördüyü dayağı kəsilən Fələstin axırda diz çökər. Suriyanın də İraq kimi suyu qızandan sonra İsrailin cığırında şönküyüb oturan olmaz və bölgədə Amerika-İngiltərə-İsrail triosunun hökmü tamam-kamal yeriyər. Neçə müddətdir İrana aramsız çəkilən hücumların bir səbəbi də Fələstin və Suriyaya verdiyi dayağa görədir, yoxsa nüvə silahına yiyələnmək filan bəhanədir, onlar keçi su bulandırması edirlər.
   
   Yəhudi nəsəbli Samuel Huntingtonun "Mədəniyyətlər Toqquşması" tezisi addım-addım həyata keçirilir. Orta Şərqdə dəhşətli oyunlar gedir. Səhnəyə qoyulan tamaşadan da ah-nalə, fəryad-fəğan və qan iyi gəlir.
   
   Allah bəşəriyyəti bu müasir bütpərəstlərin şərrindən saxlasın.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK