ANA SƏHİFƏ / YAZARLAR

MÜSƏLMANA ORUC QADAĞASI

41301    |   2015-06-26 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ramazan ayını Allah müsəlmanlar üçün bir sevinc, qurtuluş, bağışlanma ayı buyurub. Dünyadakı bütün müsəlmanlar bu bağışlanma ayını səbirsizliklə gözləyir, dualar, tövbələrlə günahlarının bağışlanacağına böyük ümid bəsləyirlər. O baxımdan hər bir müəslman üçün bu ay əvəzsizdir. Amma görək hər bir müsəlmana Allahın bu gözəl nemətini yaşamaq nəsib olurmu?
Əvvəlcə dünyadakı müsəlman sayına nəzər yetirək. Əldə olunmuş məlumatlara görə, Yer üzündə 7 milyard 68 milyon 607 min 554 insan yaşayır. Bunlardan 1 milyard 757 milyon 292 min 623-ü müsəlmandır. Yəni, planetdə yaşayan hər dörd insandan biri müsəlmandır (dəqiq rəqəm - 24,86%). Ən çox müsəlman Asiyada yaşayır, sonra Afrika, Avropa, Şimali və Cənubi Amerika, Avstraliya və İndoneziya, Hindistan, Pakistan, Banqladeş, Nigeriya, Misir, İran, Türkiyə, Efiopiya, Əlcəzair. Daha sonra Sudan, Çin, İraq, Mərakeş, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Özbəkistan, Yəmən və Tanzaniya gəlir. Dünyada yaşayan müsəlman sayına görə 21-ci yerdə Rusiya dayanır. Müsəlmanların sayı olduqca sürətlə artır, buna Rusiyaya İslam ölkələri (Orta Asiya, Qazaxıstan və Azərbaycan) nümayəndələrinin emiqrasiyası səbəb olur. Rusiyanın müsəlman əhalisinin sayı müxtəlif hesablamalara görə, 18 milyondan 21 milyon nəfərədəkdir.
Müsəlmanlar dünyanın çox yerində təzyiqlərə məruz qalır, haqqları tapdanır. Terrorçu, cinayətkar adı altında islamafobiya təsəvvürü yaratmaqla müsəlmanları gözdən salma kampaniyaları gizli-aşkar fəaliyyətdədirlər. Danimarkadakı qalmaqallar - Muhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasının yayılması, Fransada, Amerikada və s. İslam əleyhinə etiraz nümayişləri keçirilməsi bu sahədə kompleks işlərin getdiyinə əminlik yaradır.
Çində həmişə təzyiqlər altında yaşayan uyğurlar bu fürsətdən məhrum edilərək Ramazan qadağası ilə üzləşirlər. Çin keçən il olduğu kimi bu il də Sinzyan Uyğur Özerk Bölgəsindəki dövlət işçilərinə oruc tutmağı qadağan edib. Çin rəhbərliyinin yaydığı xəbərdə bildirilir ki, Şərqi Türkistan olaraq bilinən Sinzyan Uyğur bölgəsində dövlət qulluqçularının, tələbələrin və müəllimlərin oruc tutması qadağan edilir. Həmçinin, uyğurlara məxsus restoranların oruc saatları müddətində açıq olmasına məcburiyyət qoyulub. Dünya Uyğur Konqresi nümayəndəsi Dilşat Raşit Çin hökümətinin müsəlmanların işlətdiyi restoran və mağazalarda siqaret və spirtli içkilərin satışının davam etdirilməsinin tələb olunduğunu bildirib.
Təxminən 250 ildir Çin suverenliyi altında olan Şərqi Türkistandakı Müsəlman Türklər, hələ Maocu Qırmızı Çin rejiminin zülmü altında yaşamaqdadırlar. Mao başçılığındakı kommunistlərin Çin rəhbərliyini ələ keçirmələrinin ardından, assimilyasiya olmağı rədd edən Şərqi Türkistandakı müsəlmanların fiziki olaraq məhvinə yönəlindi. Qətl edilən müsəlman sayı qorxunc ölçülərdə idi. 1949-1952-ci illəri arasında 2 milyon 800 min; 1952-1957-ci illər arasında 3 milyon 509 min; 1958-1960-cı illəri arasında 6 milyon 700 min; 1961-1965-ci illəri arasında 13 milyon 300 min adam ya Çin ordusu tərəfindən qətl edildi ya da rejimin doğurduğu qıtlıq nəticəsində öldü. Xalqın həyatda qala bilən hissəsi isə böyük təzyiq və işgəncələrə məruz qaldılar. Şərqi Türkistanda xalqa tətbiq olunan təzyiqlər, serblərin Bosniyada müsəlman boşnaqlara və ya Kosovada alban əksəriyyətə tətbiq etdiklərindən fərqli deyil. Ölkədəki Çin məhkəmələrinin "cəza" üsulları da son dərəcə mərhəmətsiz və vəhşicəsinədir. Diri-diri torpağa basdırmaq, amansızca döyülən bir insanı çılpaq halda qara yatırtmaq, iki qıçı iki ayrı öküzə bağlanan bir insanı ikiyə bölmək kimi "cəza"lar tətbiq olunmuşdur.
Kommunist rejim, 1949-cu ildən etibarən, bir tərəfdən müsəlmanları məhv edərkən bir tərəfdən də bölgəyə sistemli bir şəkildə çinli immiqrant yerləşdirdi. Bu gün isə uyqurlar kəndlərdə yaşamağa çətinlik çəkərkən, çinlilər şəhərlərə yerləşdirilməkdədir. Çin rəhbərliyi ayrıca Şərqi Türkistanlı müsəlmanları nüvə sınaqlarında təcrübə olaraq istifadə etmişlər. İlk olaraq 16 oktyabr 1964-cü il tarixində başladılan nüvə sınaqların mənfi təsirləri üzündən bölgə insanı ölümcül xəstəliklərə tutulmuş, 20 min üzürlü uşaq dünyaya gəlmişdir. Nüvə sınaqları səbəbiylə ölən müsəlman sayının 210 minə çatdığı deyilir. Minlərlə insan isə ya şikəst qalmış, ya da xərçəng kimi xəstəliklərə tutulmuşlar. Çin, 1964-cü ildən günümüzə qədər Şərqi Türkistan torpaqlarında əlliyə yaxın atom və hidrogen bombası partlatmışdır.
Şərqi Türküstanın tarixi türk tarixi ilə başlayır. Tarixi sənədlərə görə, Şərqi Türküstandakı məhəlli hökmdarlar ilk dəfə Böyük Hun İmperiyasının tərkibində birləşiblər. İmperatorluğun zəifləməsi ilə çinlilərin Şərqi Türküstan torpaqlarına hücumları başlayıb. Çinlə Hun dövləti arasında toqquşmalar uzun müddət davam edib və bu zaman Şərqi Türküstan üzərindəki hakimiyyət də gah Çində, gah Hun dövlətində olub. Sonralar mərhələlərlə Göytürk dönəmi, müxtəlif xanədanların idarəçiliyi, yenidən G?yt?rkl?r, Çin, tibetlilər, ?kinci G?yt?rk Xaqanl???, türk boyu olan türgislər, qarluqlar, Qaraxanl? d?vl?ti... Saltuk Bu?ra xanın dövründə İslam rəsmi din elan edilib. 1090-cı ildə Şərqi Qaraxanlı səlcuqlarla birləşib. 15 il sonra isə yenidən müstəqillik qazanıb. Amma bu dəfə qarahıtaylar və naymanların hücumlarına məruz qalıb. Monqol tayfaları olan qarahıtay və naymanların iqtidarı 1218-ci ilə - ?ingiz xan ordularının istilasına qədər davam edib. Çingiz xan Şərqi və Qərbi Türküstanı da işğal edib. Onun ölümündən sonra isə ölkə dörd oğlu arasında bölünüb və Türküstan Çağatayın payına düşüb.
Mancur istilasından qurtulmaq üçün Şərqi Türküstanda ayrı-ayrı zamanlarda qurtuluş hərəkatları olub. 1863-cü ildə Şərqi Türküstanda azadlıq hərəkatı uğurla nəticələnib və işğalçı Çin birlikləri ölkədən qovulub. Hərəkata başçılıq edən Yaqub bəy Osmanlı hökmdarı Sultan ?bd?l?zizdən himayədarlıq istəyib. Sultan Əbdüləziz Türküstana hərbi heyət və silah göndərib. Türkiyədən gələn əsgərlərin yardımı ilə Yaqub bəy 80 minlik ordu qurub. ?ngilt?r? və Rusiya Şərqi Türküstan dövlətini rəsmən tanıyıb. Lakin Osmanlının zəifləməsindən və yardımları kəsməyə məcbur olmasından sonra İngiltərə və Rusiya çinlilərin Türküstanı işğal etməsinə göz yumub.
1875-ci ildə Yaqub bəyin ölməsindən yararlanan Çin 1876-cı ildə Şərqi Türküstanı bir daha işğal edib. On minlərlə türk, o cümlədən Yaqub bəyin bütün ailəsi qılıncdan keçirilib. 1884-cü ildə bütün Şərqi Türküstan Çinə qatılıb. Çinin bir vilayətinə çevrilən bu türk yurduna Şin Çianq (Yeni torpaq) adı verilib. Uyğurlara yönəlik soyqırım başlayıb, türk memarlıq üslubunda tikilən bütün binalar sökülüb, yerində Çin üslubunda binalar tikilib, Şərqi Türküstan şəhərlərinin adları dəyişdirilib, türklər çincə oxumağa və çinlilərlə evlənməyə məcbur edilib. 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda - Kaşqarda istiqlal elan edilib. Xoca Niyaz Hacı ölkənin prezidenti seçilib. Bundan sonrakı dövrdə uyğurlar çinlilərlə yanaşı ruslarla mübarizə aparmaq məcburiyyətində qalıblar. Ruslar Şərqi Türküstanın prezidentini zorla devirib yerinə bir çinlini gətiriblər. Şərqi Türküstanda Xoca Niyaz Xan da daxil olmaqla 300 min nəfər həbs olunub, minlərlə insan öldürülüb. Rus işğalı 1944-cü ilə qədər davam edib.
İkinci Dünya müharibəsi dövründə Şərqi Türküstana başçılıq edən çinli Şen rusları qovub. Bundan sonra isə milliyyətçi Çin birlikləri Şərqi Türküstanı işğal ediblər. Onların ilk işi bölgəni çinliləşdirmək olub. Bölgəyə Çindən çox sayda insan gətirilib, çin dili məcburi hala gətirilib, türklər çinlilərlə evlənməyə məcbur edilib, ziyalı türklər həbsə atılıb. Kommunist Çin birlikləri 1949-ci ilə qədər uyğur türklərinə zülm ediblər.
1949-cu ildə Çin Xalq Cümhuriyyəti qurulub. 6 il sonra Sincan Muxtar Vilayəti yaradılıb. Son 50 ildə Şərqi Türküstanın problemlərini dünyaya çatdırmağa çalışan ən məşhur isimlərdən biri İsa Yusif Alptəkin olub. Şərqi Türküstanın simvolu halına gələn İsa Yusif Alptəkin 1901-ci ildə Kaşqarda anadan olub. 1936-cı ildə Çin Respublika Məclisinə seçilib.1947-cü ildə Şərqi Türküstan hökumətinin baş katibi olub. 1949-cu ildə Çin Xalq Qurtuluş Ordusunun Şərqi Türküstana yerləşdirilməsindən sonra Hindistana - Kəşmirə sığınıb. 1954-cü ildə Türkiyəyə köçub və orada Şərqi Türküstan Mühacirlər Cəmiyyətini qurub və Şərqi Türküstanın səsini dünyaya duyurmağa çalışıb. 1995-ci ildə dünyasını dəyişib. Oğlu Erkin Alptəkin də Şərqi Türküstan azadlıq hərəkatının iştirakçılarındandır, hazırda Almaniyada yaşayır.
Şərqi Türkistan xalqını dinindən imtina etdirmək üçün hər cür qorxutma və təzyiq üsulunu istifadə edən Çin şovnizmi, ən qatı dövrünü kommunist diktator Maonun 1966-1976 illəri arasında yeritdiyi Mədəniyyət İnqilabı əsnasında yaşadı. Məscidlər yıxıldı, toplu ibadət qadağan edildi, Quran kursları bağlanıldı və bölgəyə yerləşdirilən çinlilər müsəlmanlara təcavüz etmək üçün hər yolu sınadılar. Məktəblərdə dinsizlik təbliğatı edildi. Ayrıca bütün ünsiyyət vasitəsiylə insanların din əxlaqından uzaqlaşmaları üçün sıx səy göstərildi. Dini elmlərin öyrənilməsi və dini məlumatlara sahib qabaqcıl kəslərin xalqı öyrətmələri isə tamamilə qadağan edildi.
Şərqi Türkistanda Müsəlman Türklərə istiqamətli zülm şiddətlə davam etməkdədir. Çin rəsmi vəzifəliləri, Türk gənclərini potensial olaraq rejim əleyhdarı görərək səbəbsiz yerə evlərindən yığmaqdadır. Gənclər isə, bu zülmdən xilas olmaq üçün dağlara qaçırlar.
1996-cı ildən bəri on minlərlə Uyğur Türkü, tutularaq düşərgələrdə ağır işgəncələr edilir. Bir İnsan Haqqları Təşkilatının rəsmi yazısında da ifadə edildiyi kimi, şübhəlilər, tək iclasda bitən iddialarla kürək cəzasına məhkum edilir, ya da meydanlarda edam edilirdilər. Çünki məhkəmələr, Kommunist Partiyanın təlimatı ilə çalışır. Ən dəhşətverici olanlardan biri isə hamilə qadınların evlərindən alınaraq qeyri-gigyenik şərtlərdə sonsuzlaşdırılmaları, körpələrin öldürülmələridir.
Bəli, "Yaman günün ömrü az olar" deyiblər, amma uyğurların əzabları bitmək bilmir. Bu müqəddəs ayda - Quranın müsəlmanlara hədiyyə edildiyi Ramazanda müsəlmana buyurduğu şərtləri allahsızlar həyata keçirmə imkanı vermirlər.
Bu il isə oruc tutanlar üçün daha sərt inzibati cəzalar tətbiq edilməkdədir. Dövlət qulluğunda işləyənlər oruc tutarsa işini itirir, cəzaya məruz qalır, hətta polis küçədə oruclu insanı yerə yıxaraq boğazına məcbur su tökməklə orucunu batil edirlər.
Sinzyan vilayətində daim təzyiq altında qalan, təcavüzə, haqsızlığa uğrayan, dinsizliyə məcbur edilən türklərin səsi heç bir yerə çatmır. İllərin, əsrlərin əzabına qatlaşan uyğur türkləri bu qədər basqılara baxmayaraq yerlərini tərk etmir, adət-ənənənlərini unutmur, "çinliləşmək" istəmirlər.
Çinin cənubunda yerləşən Yulin şəhərində ənənəvi it əti festivalı keçirilib. Yulinlilər ilin ən uzun gününü qeyd etmək üçün it əti yedikləri bu festival Çinin özündə də çoxlu müzakirələrə səbəb olub.
Festival, son illərdə heyvan haqları müdafiəçilərinin sosial mediada etdikləri paylaşımlar və online imzatoplama kampaniyalarında tənqid edilir. Etirazlara baxmayaraq yulinlilər öz festivallarını keçirirlər.
Bu xəbəri dinlədikcə düşünürsən ki, bunlar Şərqi Türküstanda müsəlman-türk əti "yeyirlər" it əti niyə yeməsinlər ki, allahsızlar.
Dünyadakı türk dövlətlərini isə deyəsən uyğurların bu dözülməz taleyi heç maraqlandırmır.
Beləliklə, uğyur türkərinin qurtuluşu, azadlığı Allahın umuduna qalıb. Bu müqəddəs günün sahibi onlara yardımçı olsun inşaallah!



YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK