Adalet.az | DƏRİN QUYU... Adalet.az | DƏRİN QUYU... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏRİN QUYU...

16522    |   2011-10-22 07:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir çox qaranlıq mətləblərdən heç cürə baş çıxarmaq olmur. Yəni baş çıxarmaq olmur ki, haqq-ədalət dediyimiz bir şeyi nə vaxt tapmaq mümkün olacaq. kimi dindirirsən haqsızlıqdan, ədalətsizlikdən və özbaşınalıqdan danışır. Biri deyir ki, qanuni işimi yoluna qoymaq üçün nazirliyə gedirəm, orda məni aylarla, illərlə süründürür, sonra da işimə əncam çəkmirlər. Başqa birisi isə gileylənir ki, onsuz da bu dünya düzəlməyəcək. Adi bir arayışı almaq üçün "JEK" rəisi məni 10-15 dəfə aparıb gətirdir və sonra da "şirinlik" alıb həmin arayışı mənə verir. Bütün günahlar zəmanədədir.
   
   Ancaq zəmanənin heç bir günahı yoxdur. Zəmanəni qınayanlar birinci özlərini, sonra da onları meşin qapılarının arxasında aylarla, illərlə saxlayan brüokrat məmurları, vəzifə sahiblərini qınamalıdılar. Yoxsa əks təqdirdə bundan bir şey çıxmayacaq. Çox qəribədir ki, elə zaman həmin zamandı. Yəni əvvəlcə yaz gəlir, yay olur, payız gəlir və sonra da qışı yaşayırıq. Deməli, günəş də həmin günəşdi, yağış da həmin yağışdı, qar da həmin qardı. Sadəcə olaraq, biz insanlar dəyişmişik. Libasımızı yox, içimizi, ürəyimizi və qəlbimizi dəyişmişik. Biri yanımızda yıxılıb ölür, can verir, Əzrayılla əlləşir, həmin adamın yanından keçənlər ona kömək etmək əvəzinə başını aşağı sallayıb ordan uzaqlaşırlar. Özü də çalışırlar ki, daha tez və cəld gözdən itsinlər...
   
   Beləcə, hər şeyə, hər ana və özümüzə qarşı çox soyuqqqanlıyıq. Hətta o qədər soyuqqanlıyıq ki, ən yaxın adamımız - dostumuz, qardaşımız ağır xəstə olanda bir dəfə olsun ona baş çəkmirik. Deyirik ki, işimiz xirtdəyə qədərdi, başqa bir vaxtı ona dəyərik. Başqa bir vaxtı da başqa-başqa işlərlə məşğul oluruq. Ya yeyib-içməyə gedirik, ya kiminsə toyunda oluruq, ya da elə öz iş-gücümüzə başımız qarışır. Çox qəribədir ki, 30-40 ilin dostları belə bəzən görürsən ki, çətin günündə, ağır anında bir yerdə olmur, aradan sivişib çıxır. Sonra da deyirlər ki, bəs filankəsin çörəyi dizinin üstündədi. Əgər filankəsin çörəyi dizinin üstündədirsə, bəs görəsən niyə 30-40 il həmin adamlar bir yerdə çörək kəsib dostluq ediblər, süfrə arxasında bir-birlərinin sağlığına badələr qaldırıblar, mərdlikdən, kişilikdən və ən nəhayət sədaqətdən boğazdan yuxarı söhbət eləyiblər! Axırda da məlum olub ki, hər şey təmənna üzərində qurulubmuş. Ona görə ki, həmin adamlardan biri vəzifə kreslosunda əyləşibmiş. Vəzifə və kreslo da əldən gedəndən sonra dost da görüb ki, tay əvvəlki var-dövlət, hörmət və nüfuz yoxdur, yoldaşlıq elədiyi adamdan ayrılıb. Dünyada o qədər belə şeylər olur ki!..
   
   
   
   ***
   
   
   
   Deyirlər ki, dövlət qulluğuna ancaq test üsulu ilə qəbul olmaq mümkündü. Bunu kimlərsə nə üçün deyir onu bilmirik, qoy olsun. Amma sadəcə olaraq, testdən keçən savadlı və istedadlı gənclərin hamısı işə qəbul olunmalıdır. Təəssüf ki, mənim tanıdığım bir neçə istedadlı və savadlı gənclər var ki, onlar testdən keçsə belə, sonradan müsabiqədən keçə bilməyiblər. Özü də bu uşaqlar Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiriblər. Onların bir neçəsini çoxdan tanıyıram. İstedadına, savadına və bacarığına söz ola bilməz. Sadəcə olaraq, bu gənclərin elə də imkanları yoxdur. Yəni o uşaqlar kasıb ailələrinin balalarıdır. Bəs onda nə üçün bu cür istedadlı uşaqlar vəzifəyə irəli çəkilmir? Çoxları da deyir ki, bu gün dövlət qulluğuna vəzifəyə qoyularkən hər şey şəffafdır. Belə də şəffaflıq olar? Prokurorluq orqanlarında testdən nə qədər uşaqlar uğurla keçib. Ancaq imkanı olmayan, arxasında kimsə durmayan gənclərin çoxu kənarda qalır. Eləcə də digər nazirliklərdə işə götürülərkən musabiqə zamanı kimin arxasında "dayısı" varsa, o vəzifəyə irəli çəkilir. Nə üçün prokurorun oğlu prokuror olmalı, polis rəisinin oğlu polisdə işləməli, nazirin oğlu hər hansı yüksək vəzifə kreslosunda əyləşməlidir?! Əksər vəzifələrdə əyləşənlərin çoxu imkanlı adamların, vəzifəli şəxslərin və daha doğrusu, pullu adamların övladlarıdılar. Amma bacarığı, savadı və istedadı olan bir kasıb balası kənarda qalıb testdən keçsə də iş gözləyir. Həmin işi və vəzifəni isə təbii ki, asanlıqla ona vermək istəmirlər. Beləcə, haqq-ədalət ayaqlar altına düşür, hər şeyin pulla, adamla həll olunduğunu görən istedadlı gənclərin qəlbi sınır və bu dünyadan hətta bəziləri küsürlər. Ona görə də onlar müəyyən zaman kəsiyindən sonra öz yerini tapa bilməyəndə ya ölkəni tərk edirlər, ya da depressiyaya düşürlər.
   
   Dünyada ən böyük var-dövlət millətin istedadlı, savadlı və bacarıqlı gəncləridi. Onlara da qiymət verməyəndə bu uşaqlar hər şeydən küsür və gedib düşürlər dərin bir quyunun dibinə. Həmin dərin quyunun dibinə düşən bir-iki istedadlı gənc deyil, onların sayı yüzlərlə, minlərlədi. Savadlı, ziyalı gənc vəzifə kreslosunda əyləşəndə o millətinə də namusla, qeyrətlə xidmət eləyir. Vay o gündən ki, həmin kresloda nadan, kütbeyin, savadsız və cahil gənc əyləşsin. Təəssüf ki, bu gün vəzifə kreslosuna əyləşənlərin çoxu bu cür adamlardı. Onlar da camaatın işi düşəndə bu vəzifə sahibləri insanları həftələrlə, aylarla, illərlə süründürür, pul almamış məsələni həll eləmirlər.
   
   Bu isə çox böyük xəstəlikdir. Bu xəstəlik xərçəng, ürək-damar, QİÇS xəstədiyindən də təhlükəlidir. Bəs bu təhlükənin qarşısını kim alacaq?! Mən almayım, sən alma, bəs kim alsın?! Axı bu xəstəliyə hər gün saatlarla qapının arxasında durub işlərinin düzəlməsini gözləyən insanlar daha tez-tez yoluxa bilərlər. Hər halda, biz dedik, kimlərsə eşidəcək, eşitməyəcək, bu onların öz işidi...
   
   
   
   ***
   
   
   
   Bu yaxınlarda Müşfiq qəsəbəsindən qayıdanda bir maşınla şəhərə gəldim. Daha doğrusu, yaxın dostlarımızdan biri əl elədi və sürücü də maşını saxladı. Mən də maşina əyləşib yerimi rahatladım. Sonra diqqətlə sürücüyə baxanda gördüm ki, əynində Azərbaycan ordusunun paltarı var. Paltara baxanda çox sevindim. Çünki Azərbaycan əsgərini həmişə döyüşkən, qürurlu və mərd görmək istəmişəm. Elə ilk andan da həmin əsgərlə söhbətimiz alındı. Daha doğrusu, o, hərbi hissələrin birində müddətindən artıq xidmət edən bir insan idi. Hiss olunurdu ki, torpağını, xalqını və millətini çox ürəkdən sevir. Adı da Namiq idi. Namiq qardaşımızla metronun "20 Yanvar" stansiyasına satana qədər dərdləşdik. Təpədən durnağa qədər türkçü olan Namiq qardaşımızın ürəyi dolu idi. Ürəyi dolu idi ki, danışmqdan doymurdu. Onun türk əsgərinə, türk zabitinə və türk dövlətinə böyük sevgisi varıydı. O qədər böyük sevgisi varıydı ki, dedi hərbi qulluğu başa vurandan sonra ömrümə bir gün qalsa da, Türkiyəyə gedəcəm. Ordakı qədim muzeyləri, yaşayış yerlərini və ən nəhayət Atatürkün movzeleyini ziyarət edəcəyəm. Sonra da türklərin tarixi ilə bağlı maraqlı söhbətlər elədi. Dedi ki, türk hara ayaq basıbsa, orda ot bitib, çiçək açıb, ruzi olub. Hətta böyük Osmanlı imperiyası zamanı türk əsgərləri Arvopanın ölkələrini fəth edərkən bir qadının namusuna belə toxunmayıb. Getdikləri ölkənin insanlarını özlərinə doğma, əziz biliblər. Türk sərkərdəsi, türk əsgəri ona aman diləyənə həmişə rəhm edib, bağışlayıb. Qılıncının altından keçən əsri, əsgəri və insanı türk qılıncı heç vaxt kəsməyib. Sizin bir rəhbəriniz var: Aqil Abbas. Onun müxtəlif televiziya kanallarında çıxışlarına həmişə böyük maraqla baxıram. Hər şeyi olduğu kimi danışır. Ürəyindən nə keçirsə, elə onu da deyir. Heç vaxt boğazdan yuxarı Aqil müəllim söz deməyib. Ağa ağ deyib, qaraya qara. Fikirləşirəm ki, onun nə boyda türk dünyasına sevgisi var. Bir dəfə də Aqil müəllimin çıxışına Türkiyə televiziyasından baxdım. Elə orda da bizdə olduğu kimi ağzından od tökülürdü. Deyirəm bu zalım oğlu qorxmur ki, Türkiyədə onu belə danışdığına görə, tutub içəri salarlar?! Bir də fikirləşirəm ki, insanın əqidəsini və xarakterini heç vaxt dəyişmək olmaz. Aqil müəllim də həmişə olduğu kimi görünən adamdı. Ümumiyyətlə, onun Azərbaycan ordusuna, Azərbaycan xalqına və bütövlükdə türk dünyasında hər adamda olmayan böyük bir sevgisi var. Allah o sevgini heç vaxt ondan əsirgəməsin. Biz də elə adamlardan, elə ziyalılardan həmişə işıq, nur alır və mənən özümüzü rahat hiss edirik. Sənin müdirindi, görəndə deyərsən ki, bir Azərbaycan əsgəri ona salam söyləyir. Vallah, elə bilirəm ki, Aqil Abbas mənim doğma qardaşımdı. Həyatda özünü görməmişəm, ancaq televizorda görmüşəm. Bir də "Dolu" və "Batamanqılınc" romanlarını oxumuşam. Elə ordan da Aqil Abbası dağ boyda görmüşəm. Ancaq dağ boyda adamlar və dağ boyda ürəyi olan insanlar belə yaza bilərlər.
   
   Bizim də hərbi hissəsnin komandiri sizin ellidi. Çox qeyrətli və vətənpərvər bir zabitdi. Heç vaxt imkan verməz ki, əsgərin çörəyinə, yeməyinə kimsə göz diksin. Həmişə də bizə deyir ki, birinci əsgərin qarnı doymalıdı, sonra zabitlərin. Əsgərlər yeməkxanada olarkən elə o özü yeməyə nəzarət edir. Deyir ki, əsgərə doyunca çörək verilməlidir, əsgər doyunca yeməlidir və bundan sonra o, borcunu yerinə yetirməlidir.
   
   Metronun "20 Yanvar" stansiyasına necə gəlib çatmağımızı hiss etmədik. Bircə onu hiss elədik ki, artıq mən dediyim yerə çatmışıq. Söhbətin şirinliyindən doymayan Namiq qardaşımız mənim mobil telefonumun nömrəsini götürdü. Dedi ki, sənin kimi yazı-pozu adamları ilə tanış olanda elə bil ki, dünyanı mənə verirlər. Tez-tez zəng edəcəm. Vaxt olanda bir stəkan da çay içərik. Amma səndən bir xahişim var: türkçülükdən və türk dünyasının böyüklüyündən çox yazın. Çünki həmin yazılar bu millətə, bu xalqa çox lazımdı. Özünü sevməyən, özünü tanımayan və özünü qorumayan millət heç vaxt nicat yolu tapa bilməz. Bizim də nicatımız və Qarabağa gedən yolumuz türkün böyük birliyindən başlanğıc götürür...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO