hacklink Adalet.az | Nə qədər "yar, yar" desək də... Adalet.az | Nə qədər "yar, yar" desək də... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nə qədər "yar, yar" desək də...

21108    |   2015-06-06 01:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən mahnılardan danışırıq. Bir də görürsən verilişə çağırırlar, mahnı mətnlərindən söhbət edirlər: Nə bilim bayağı mahnılar-filan. Mən də hərdən qulaq verirəm bu mahnılara necə olsa, "Hər insanda atır bir ürək". Mənim sözüm deyil, bir mahnıdandı. Yəqin demək istəyir ki, ürəyimiz varsa, musiqini də, sözü də duymalıyıq. Sonrasında deyir "onu mənə çağırın gəlsin", yəni o ürəyi atanı. Bundan da maraqlı mahnılar var:

Sən mənim
bu vuran ürəyimsən
Sən mənim arzumsan,
diləyimsən.

Niyə maraqlıdı. Çünki bu misralar o qədər məşhur ki, hamıya oxunur: sevgiliyə, vətənə, ata-anaya.

Səni belə bilməzdim,
Bilsəydim vəfasızsan
Sənə könül verməzdim
Anama da deməzdim.

İndi belə mahnılara qulaq asdıqca ürəyimiz sevinməsin neynəsin. Ya zövqümüz gözəl olmasın neynəsin?

Nə durmusuz siz belə
Dayanmısız bəs niyə
Gəl qoşulub bizlərə
Yallı gedək əl-ələ...

Bunnan gözəl nə olsun? Əsil həmrəylik mahnısıdı.

Yasəmən,
sənsiz ay mələk,
Yasəmən,
sənsiz odlanır ürək
Yasəmən,
gəl gedək

və s.
Və ya

Susma göylər yenə ağlar
Susma ötən çağlar
Məni dəli edən mələyimdən danış

"Əlimi sən tutmasan ölərəm sən olmasan.
Sən idin gecə-gündüz yalan danışan da,
Həsrətdən gün kimi alışan da,
sən idin küsən də tez barışan da,
ya da küsəndə tez barışan da

- hansının olduğunu dəqiq deyə bilmərəm, amma - belə misallar çox çəkmək olar. Adətən belə mahnıların musiqisi oynaq olur, yəni oynamaq üçündü. Burda söz lazım deyil, elə oynamaq lazımdı. Heç olmasa əsəbiləşən olmaz. Nə məcburdu bunu mahnı kimi oxumaq? Ay müğənnilər, nə olar qoy oynasınlar, siz də istirahət edin. Vallah, bu sizin sənətinizə xələl gətirməz. Onsuz da bu mahnıları sevənlər onun nə dediyinin fərqində deyil. Heç onları qınamaq da düz deyil. Belə mahnılar çoxdu indi. Çox olmağını hardan bilirik? Hardan bilirik axı? Hər birimiz azca düşünsək cavabı rahatca taparıq. Çoxları bizim TV-lərə baxmadığını, ya az baxdığını deyir. Mən də az baxanlardanam. Amma bu mahnıları eşidirəm. Yəni o qədər səslənir ki... Hələ klipi-filanı. Ən çox da LİDER-də. Bu kanal niyə belə oldu ki? İndi kimsə deyə bilər bunun biznes tərəfi var. Mən də bilirəm. Amma inanıram ki, əgər belə mahnıları verməsələr, o müğənnilər məcbur olub daha səviyyəli mahnılar oxuyarlar. Bunları da qoy diskə yazdırsınlar, kim istəsə qulaq assın. Ya elə internetdə paylaşsınlar. Nə bilim o qədər üsul var ki. Özümüz belə mahnılara yer veririk efirlərdə sonra da başlayırıq ki, tamaşaçı zövqü pisdi, ya kitab oxuyan yoxdu... Bir dəfə kanallarımızdan birini açdım, inanın hansı olduğunu unutmuşam, gördüm bəh-bəhlə rusiya efirində də səslənən bir mahnıdan danışırlar. Elə bildim nəsə uğurumuz var. Baxam görəm nə: "Davay-dosvidaniya" deyə bir meyxananı, ya o tipdə bir mahnını göylərə qaldırırlar, oxuyanlar da verilişdə. Özü də elə danışırlar, heç Müslüm Maqamayevi özü haqda belə danışan görməmişdim. Utandım, əsəbiləşdim. İndi rus kanalı olanda nə olar? Nə bilirsiz ciddi-ciddi bəyənirlər? Bəlkə demək istəyirlər: Baxın bu Azərbaycan musiqisidi, zarafat edirlər, gülürlər bizə? Belə sözləri eşidən şeir oxuyarmı? Oxumaz. Ya başa düşməz oxusa da. Mən mahnıya təfəkkür məhsulu kimi baxıram. Əslində ciddi məsələdi. Musiqi, söz ciddi məsələdi. Gözəl mahnı düşüncəmizə təsir edir. Mahnı beynimizə sənət, poeziya daşıyır. Mənasız sözlər eşidən hansı qulaq şeirin yükünü anlayar? Ac adama əlinə keçəni versən yeyəcək, dadını fərq etmədən. Sonra zövqlə hazırlanmış ləzzətli bir yemək versən, o da zövq alacaq, əvvəlkini bəyənməyəcək. Əsil yeməyin necə olduğunu biləcək. Təbii ki, bayağı dediyimiz mahnılara qulaq asanlar çoxdu - "getmə, getmə ay yarım"a qulaq asanlar çoxdu. Mən düşüncəmizin, anlamın, söz, musiqi duyumunun zənginləşməsindən danışıram. Mahnıların xüsusi əhəmiyyəti var bu məsələdə. İnsanları musiqiyə - gözəl sözə yönəltmək lazımdı. Öz sözlərimə olan mahnılardan misal çəkim: Musiqisi Aygün Səmədzadənin olan "Məktəb illəri". Azmı sevən var? Amma nanay-filan deyil. Düşündürən, qavram, ürək istəyən mahnıdı. Sözləridi elə vay-vay, yarım deyil, ağrılıdı əslində. Ya "Bakı haqqında nağıl". Kamal bəyin bəstəsində "Özün günahkarsan" mahnısı. Bu günlərdə qəfil mesaj aldım Nərmin Heydərova adlı bir xanımdan: Kamalə xanım, "Özün günahkarsan" mahnısını dinləyirik dostlarla. Sizin yazdığınızı dedim. Hamı təşəkkür edir. Mən isə lap, lap ürəkdən təşəkkür edirəm. Həyatıma aid olmasa da ürəkdən hiss edirəm. Film çəkiləsi sözlərdi. Rəsm əsəridi. Ürəyinizə sağlıq. Var olun. Özü də bu Nərminin 21 yaşı var. "Sizcə ağlaram yar-yar, ölərəm ay yar və s. olsaydı "Sənət əsəri" deyərdilərmi? Gecə 1-də müəllifə məktub yazardılarmı? Məncə yox. Və B.Vahabzadənin, Nəbi Xəzri, Cabir Novruz, Məmməd Araz, Vahid Əziz, Ramiz Rövşən, Xanım İsmayılqızı və başqalarının sözlərinə nə qədər gözəl mahnılar var. İndi elə mahnılar yazaq, yaradaq oxuyaq ki, sənət əsəri desinlər.
O qədər istedadlı cavan şairlərimiz də var ki, bir şeirlərini oxuyun, SÖZ axtarın. MAHNI səsləndirək efirlərdə. İndi nə düşünsəz də AZ.TV-də, İTV, Mədəniyyət kanalında belə səfeh mahnıları vermirlər. Bir yaxşı fikirləşin ay yazanlar, oxuyanlar, efirdə yayanlar: heç kimə pul verə, maddi dəstək ola bilmirik, heç olmasa mənəvi dəstək olaq. Nə olar, təhsil bir tərəfdən, siz də o biri tərəfdən camaatı kor qoymayaq, beyinlərini korlamayaq. İnanın, belə mahnılar çox yaşamır, bu gün "sevə-sevə" dinləyənlərin də sabah yadından çıxır, elə bu mahnılardan birində deyildiyi kimi - O mənim olmadı getdi, Sevgilim olmadı getdi. Birdən-birə gözdən itdi, ürəkdə qalmadı getdi. Getdi, getdi, getdi, getdiiii... Bu mahnılar da belədi, nə bizim olacaq, nə sevgilimiz olacaq, nə ürəklərdə qalacaq - itəcək... Nə qədər:
getmə yolunu kəsib "sevirəm sevirəm" söylərəm.
Sənsən ürəyim, sənsən mələyim, getmə. Fikrim yaman qarışıb yar, yar - desək də...



YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO