bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | SONDA BAŞLANAN... Adalet.az | SONDA BAŞLANAN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SONDA BAŞLANAN...

18597    |   2011-10-01 03:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yenə Payızdan danışmaq istəyirəm. Yorulmadan, usanmadan. Ağlıma gələn bütün gözəl sözləri şəninə demək, məndə yaratdığı bənzərsiz duyğuları bölüşmək istəyiynən qələm götürmüşəm. Adını böyük hərflə yazmağıma təəccübləndiniz, deyilmi?! Mən də elə bunu istəyirəm. İstəyirəm biləsiniz ki, Payız mənimçün çox az olan xüsusi isimlərdən biridi. Bənzərsiz, sevgili, duyğuları zənginləşdirən bir fəsildi...
   
   Yer üzünün insanları bir-birinə çox oxşayır. Zövqləri, istəkləri, vərdişləriynən. İstedadlısı da, istedadsızı da ümumi çox şeylərə sahibdi. Bu bəsit, hamıya bəlli fikirlərimə görə məni qınamağa tələsməyin. Demək istədiyim odur ki, biz özgə fikrinə, misallara ehtiyac duyanda həmişə ünlülərdən yapışırıq. Bu da bizim günahımız deyil. Oxumağı, eşitməyi öyrənəndən onların fikirlərini yeridiblər başımıza. Bəyənsək də, bəyənməsək də. Onların həyat tərzi, davranışları nümunə göstərilib. Tələb olunub ki, biz də mütləq onlar kimi olaq. Hər birimizin ayrıca fərd kimi yaranmağımız kimsənin vecinə olmayıb. Bizləri dünyaya gətirənlər də, öyrədənlər də bunu istəyiblər: onların görmək istədikləri kimi olmalıyıq. Heç kəs deməyib ki, özün ol! Necə yaranmısansa, elə qal! Deməyiblər...
   
   Nəyi sevmişik deyiblər: hə, filankəs də bunu xoşlayardı. Nəyi xoşlamışıq, filan məşhurun da belə olduğunu eşitmişik. Elə ediblər ki, ətrafımıza baxmağa nə vaxtımız olub, nə də ehtiyacımız...
   
   Payızdan söhbət açanda da ixtiyarsız olaraq bu fəsli sevən, əsərlərində dönə-dönə, heyranlıqla təsvir, tərənnüm edən şairlərin, yazıçıların, rəssamların adları xəyalımda sıralandı. Ancaq qəsdən heç birinin adını çəkməyəcəyəm. Qoy, bilənlər də unutsun. Sıradan birinin fikirləri daha maraqlı olur çox zaman. Ancaq bu "sıravi"lərin arasında da "payız sevdalısı"nı görmədim. Elə payız girən kimi burun qırışdırdılar, sifət turşutdular yağışa, küləyə, palçığa...
   
   Ayaqlarının altını həmişə qupquru, ağacları yamyaşıl, göyləri buludsuz, tərtəmiz görmək istəyənlər əbədi fırlanan Yer kürəmizi dayandırmaq, dünyanın rənglərini dondurmaq istəyirlər, yoxsa?! Hərdən ağlıma bu fikirlər də gəlir. Deyirəm, keşkə, adamların yeni planet yaratmaq bacarığı olaydı. Görəsən, o planet necə olardı?! Payızının, qışının, dərəsinin, dağının, çaylarının, göllərinin, çöllərinin, düzlərinin başına nə oyun açardılar?!...Yəqin onda təbiilikdən əsər-əlamət olmazdı. Eynən Hollivudun çəkiliş meydanları kimi. Hər şey süni, əllə yaradılan, ilahi nəfəs dəyməmiş...
   
   (Görün, payıza olan vurğunluğum məni haralara apardı?! Az qala aləmi özümə düşmən elədim...)
   
   Mənə elə ulu Yer kürəsinin payızı da xoşdu. Onu nə dəyişər, nə də bir cizgisinə əl vurardım...
   
   
   
   ***
   
   Hamı onda kədər, son, qürub axtarır. Görünür, fəsillərə münasibət də naturadan, xarakterdən qaynaqlanan bir şeydi...
   
   Axır vaxtlar özümə qəribə bir fikir təlqin eləmişəm. (Çox güman ki, çarəsizlikdən!) Özümü inandırmışam ki, bu dünyada (lap elə Kainatda) hər şey sonsuz və əbədidi. Heç nə sona yetmir, məhv olmur, itmir. Elə bizim həyatımız da. (Adam özü-özünü aldatmağı da bacarmalıdı. Onda yaşamaq o qədər də çətin olmur.)
   
   Özünü həmişəyaşarlığa öyrətmək insanın köhnə peşəsidi. Cənnəti itirdiklərinə görə Adəm babamızı nə qədər qınasalar da, guya könülsüz gəldikləri bu dünyadan heç vəchlə əl çəkmək də istəmirlər. Elə bir ucdan ömrünü uzatmaq, özündən sonra iz, nişanə qoyub getmək üçün dəridən-qabıqdan çıxırlar. Kəlməbaşı "fani" dedikləri dünyadan beşəlli yapışıblar...
   
   Bəlkə öz istəyi deyil, buna vadar edilir insan?! Kim bilir...
   
   
   
   ***
   
   Payız nəyin sonudu? Bilmirəm. Payızda qürub edən nədi? Görməmişəm. Günəşdirsə, dünya yaranandan bəri ilin bütün fəsillərində səhər çıxıb axşam batmaq onun peşəsidi. Əksinə, payızda daha ilıq, canayaxın olur. Yandırmır, qaraltmır. İşığı da yaydakından daha xoş, daha şux olur. Payız gününün sonunda günəşin qürubunu seyr etməyənlər "mən gözəllikdən nəsə anlayıram" deməsinlər...
   
   Aranda payız daha gözləniləndi, arzulanandı. Bu yerlərdə torpağın da, insanın da su həsrəti, sərinlik təşnəsidi Payız. Bar-bəhərindən, bərəkətindən qəsdən söz açmıram. Bundan hamı danışa bilir...
   
   Payız son deyil, başlanğıcdı. Oxumağa, öyrənməyə gedən yolun başlanğıcıdı. Qələm götürməyin, dəftər-kitaba əyilməyin vədəsidi. Bildiklərini öyrətməyin, bacardıqlarını həyata keçirməyin, yuxusuz gecələrin, axtarışların, kitabxana künclərinə çəkilməyin, kağız-küğüz arasında eşələnməyin vaxtıdı, fəslidi Payız...
   
   
   
    ***
   
   Nə qədər istədim, bu dəfə kəndimizə üz tutmayım, alınmadı. Özümlə bacarmadım. Düzünə qalsa, heç bunu istəmədim də. Taleyi taleyimə oxşayan, hamının unutduğu, görənlərin də görməzlikdən gəldiyi kəndimiz. Əslində, ilin bütün fəsillərində payız görüntüsü, payız ovqatı var bizim kəndimizdə...Adama elə gəlir ki, (daha doğrusu, mənə) durub uzaqdan, bir qədər də hündürdən baxsan, bir hüzn, nisgil örtüyü görərsən kəndin üzərində. İldən-ilə artan, qalınlaşan örtük. Ona da əminəm ki, heç bir örtük-filan yoxdu, bunu mənim-uzun illər doğma el-obasından ayrı yaşayan bir kəsin həsrətli düşüncələri uydurub. Əksinə, hər yerdə olduğu kimi, burada da ömrü ancaq bir fəsildən-gül-çiçəkli yazdan, ya da boranlı-şaxtalı qışdan ibarət olanlar var...
   
   Fəsillər də nisbiymiş, sən demə...
   
   Təbiətdən əlavə ürəklərin də öz fəsilləri olurmuş, mən bilməmişəm...
   
   Bəlkə hər kəs öz payını götürsün deyə dünyamızı belə yaratmış Tanrımız?!...
   
   (Hərdən filosofluq eləməyimdən özümün də xoşum gəlir. Bəzən də hər şeydə məna axtarmağım canımı sıxır. Ancaq kimsə bunu payızın adına yazmasın. Ən az darıxdığım fəsildi Payız...)
   
   
   
   ***
   
   Payızla bağlı kədərli düşüncələri də sevmirəm. Bircə...xəzəl olmuş bağlara, ur olmuş bostanlara ağı demək keçir ürəyimdən. Puç olmuş arzulara, boş qalmış ürəklərə bənzədirəm... Baxmayaraq ki, kəndimizdə toy yiyələri ur olmuş bostanın şırımlarını hamarlayıb toyxana tikirdilər. Cavanlar da tozu qalxan torpağa hərdənbir su çiləyib dan yeri sökülənəcən sümük sındıra-sındıra oynayırdılar...
   
   Payız toylarının adını çəkdim, ürəyim titrədi. Qışın sazaqlı-şaxtalı günlərinəcən çəkərdi bu toylar. Toyların əl-ayağını yığışdırıb bir qədər nəfəslərini dərəndən sonra indi də subay oğlanların ayağını "kəndirləməyə" tələsərdilər. Əvvəl-əvvəl arvadlar "kəşfiyyat"a başlardı. Yaşmaqaltı pıçıltılardan qız evinin məramı öyrənilirdi. Axşamın qaranlığı düşəndə təzə pencəyini geyib, ancaq mötəbər yerlərə qoyduqları buxara papaqlarını gözünün üstünə endirmiş bir-iki kişi, arxada da qoynunda-qoltuğunda qırmızı yaylığa bükülmüş nişan üzüyü aparan elə o qədər arvad kiminsə doqqazının ağzında dayanırdılar...Səhər açılıb camaat örüşə mal-qara ötürəndə, artıq axşamkı şad xəbər bütün kəndə yayılmış olurdu...
   
   Hə, bunun nəyi sondu?! Qürubu harasındadı?!...
   
   Kədərdənsə, danışmağa belə dəyməz...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK