hacklink Adalet.az | YERİN ALLAHLARI KÖÇÜB GEDİRLƏR... Adalet.az | YERİN ALLAHLARI KÖÇÜB GEDİRLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YERİN ALLAHLARI KÖÇÜB GEDİRLƏR...

16968    |   2011-08-27 01:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yayın iki ayı arxada qaldı. Əslində yay yarı olanda, nənələrimiz demişkən, quyruq doğanda öz gücündən itirsə də, daha əvvəlki kimi nəfəs kəsə, qora bişirə bilməsə də, havalara sərin demək olmazdı. Yenə də səhərlər günəş üfüqdən qalxan kimi od ələyir, qızmış torpağın istisi təzədən üzüyuxarı vururdu. Amma bu istilər oruc tutanların iradəsini qıra bilmədi. Son günlərədək o dünyaları üçün savab qazanmaq əzmiylə Muğanın cəhənnəm istisində öz sədaqətlərini göstərdilər... Onlardan çox-çox uzaqlarda, dinin yarandığı o qumlu səhralarda yaşayanlar isə əsl cənnəti bu dünyanın özündə yaratmaq üçün ilin əvvəlindən ölüm-dirim savaşına çıxmışdılar. Və axşamların birində telekanallar susmaq bilmədi. Səhər qəzetlər car çəkdi... Qəddafi rejiminin çökdüyü dünyaya bəyan edildi...
   
   
   
   ***
   
   Min illər keçir, zaman, tarix dəyişir, bu tiranlar isə tarixdən ibrət götürmürlər ki, götürmürlər. Axı, dünya hələ başa çıxan zülm-istibdad görməyib. Lap əsrlərlə uzansa da. Bəs, bunlar nəyə ümid edirlər?! Gah bu, gah digər ölkədə hakimiyyətə gəlir, vədlər verir, xalqı inandırır, yerini möhkəmlədəndən sonra hər şeyi unudub meyidləri üstündə iqtidara gəldikləri insanlara arxa çevirirlər. Günlərin birində hər şeyin sona yetəcəyini görəndə də əvvəl elədiklərini təkrarlayıb xalqı təzədən qırğına verirlər...
   
   Özünü qalib sayan xalqın sevinci heç də təbii görünmür. Qələbə onların deyil. Heç kim bilmir sabah nələr olacaq. Bunu üsyançılara havadan yardım edən NATO təyyarələrini göndərənlər daha yaxşı bilirlər...
   
   Bir zülmkarın meydandan getməsi zülmün bitməsi demək deyil. A.Düma demişkən, zülmün ömrü zülmkarın ömründən uzundu. Azadlıq yanğısı, demokratiya aclığı millətin ruhunda olmalıdı. Həmişə özünə ağa axtaranlar bu şirinliyi çətin ki, dada bilsinlər. Müsəlman dünyası qul psixologiyasına meyllidi. Zülmə tabe olmağı sevəndi. Başqa ölkələrə, millətlərə heyranlıqla tamaşa edər, ancaq öz torpağında əsl azadlıq, firavanlıq yaratmaq barədə düşünməz. Özünün dünənindən öyrənib meydana çıxanlara bu gün baş əyər...
   
   
   
   ***
   
   Atılıb-düşən, rəqs edən, mahnı oxuyan, havaya güllə atan adamlara baxıram. Baxdıqca qoca dünyanın bizə öyrədilən (təbii ki, zamanın, şəraitin diqtəsilə öyrədilən) tarixi gözlərim önündə səhifələnir. Ölkələrin və millətlərin taleyində belə səhnələr yüzlərlə, minlərlədi. Azadlıq quşu bəzəkli gəlin kimi çox xalqların ağlını başından alsa da, ona sahiblənməyi hər millət bacarmayıb. Çünki öz içində bəsləməyib onu, öz tarixini olduğu kimi yaşatmağı bacarmayıb...
   
   İnqilablardan, üsyanlardan kimlərin yararlanması barədə müdrik kəlamı xatırlayıram. İndi də elə. Kim düşündü, kim həyata keçirdi, kimlər də qazanacaq?!
   
   Bəlkə uduzanlar da elə bu gün papağını göyə atanlar olacaq?!... Kim bilir...
   
   "İnqilablar tarixin bic övladlarıdır" deyənlər də var, axı...
   
   Məktəb illərində Səməd Vurğunun "Zamanın bayraqdarı" poemasını çox sevirdim. Poemadakı "Partiyamızdır" rədifli şeiri və bu şeirə Qara Qarayevin bəstələdiyi kantatanı dinləyəndə çox həyəcanlanır, "Yıxıldı ağalar, qullar dünyası..." misrası isə ürəyimi dağa döndərirdi. Ağalar və qullar dünyasının əbədilik tarixin arxivinə verildiyinə, ancaq tarix kitablarında qaldığına bütün varlığımla inanırdım. Doğulub böyüdüyüm rayonda səhərdən axşamacan pambıq tarlalarında qəddini düzəltmədən kətmən vuranları, pambıq yığanları isə kommunizmin qurucuları sayırdım. Nəslimin o gözəl günləri görəcəyinə inanırdım... Od-alovdan keçən insanların qələbədən sonra bir də yer üzündə güllə səsi eşidilməyəcəyinə inandıqları kimi. Yəqin qələbə xəbərini çatdırınca qəlbi partlayan Marafon da bir də müharibə olmayacağına inanırmış...
   
   Spartak da elə bilirdi ki, bir-iki üsyanla qul boyunduruğunu həmişəlik aça biləcək...
   
   Amma... hər şey elə tez unudulur ki,... İtkilər də, yaralar da, göz yaşları da...
   
   
   
   ***
   
   "Qəddafi rejimi çökdü!" deyib qışqıranlar sabah nələr olacağını bir bilsələr... Kimi yoğurur, kimi yapır, kimi də hazırca kökə tapır. (Müdrik xalqımın başına gəlməyənlər yoxdu. Ona görə də, tarixin hər dönəminə aid, zamanın sınağından çıxmış kəlamları, deyimləri o qədərdi ki,...) Bütün inqilabların, üsyanların, çevrilişlərin sonunda vəzifə davası başlayır. Və son anda bu işi başlayanlar, məhrumiyyətlər bahasına başa vuranlar kənardan baxmalı olurlar. Vuruşa qıraqdan baxıb canını qoruyanlar, fürsət gözləyənlər hər şeyə sahib olmağı bacarırlar.
   
   Proletar ədibinin "Dankonun ürəyi" adlı hekayəsini yəqin ki, bizim nəslin nümayəndələri unutmazlar. Qaranlıqdan qorxan qəbiləni günəş işığından məhrum ediblər. Adamlar qalın meşədə azaraq yolu tapa bilmirlər. Belə bir vaxtda Danko adlı gənc qeyri-adi seçim edir: sinəsini parçalayıb ürəyini çıxarır, məşəl kimi yandıraraq başı üstünə qaldırır, adamları qaranlıqdan çıxarır... Sonra nə olur?! İşıqlı dünyaya çıxmış adamlar ayaqlar altında qalıb can verən gənci heç yada da salmırlar. Onun yerə düşmüş ürəyini tapdalayıb keçirlər...
   
   Hər halda olanlar oldu. Liviya hadisələri də zamanın, tarixin bir gərdişidi. Hələ ki, Azadlıq ilahəsi ərəb səmalarında cilvələnir. Sonrasını həyat göstərəcək...
   
   
   
   Dünyanın işləri
   
   keçib gedəcək,
   
   Hər şeyi sahmana
   
   salacaq həyat.
   
   Yerin allahları
   
   köçüb gedəcək,
   
   Qalacaq insanlar,
   
   qalacaq Həyat!
   
   
   
   deyən şair çox müdrikmiş. Bizim dərk edə bildiyimizdən də qat-qat artıq müdrik...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK