warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ACILARIN ƏN ŞİRİNİ Adalet.az | ACILARIN ƏN ŞİRİNİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ACILARIN ƏN ŞİRİNİ

20957    |   2011-08-20 01:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Onun necə öldüyünü mənə danışın.
   
   - Onun necə yaşadığını sizə danışacağam...
   
   
   
   Həyat həmişə ölümdən qabaqdadı, bütün istəklərin başlanğıcıdı, şiddətli bir istəkdi, elə sevginin özüdü. Cazibədardı, xoş gözləntilər mənbəyidi, sirli-sehrlidi.
   
   Həyat-candı! Deməli, hər şeydən şirindi...
   
   Və bütün bunlara görə birinci ondan başlamaq lazımdı. Deyirlər, insan dünyaya gələn gündən öz ölümünə doğru gedir. İnanmıram. Qəbul edilən deyil. İnsan həyata gəlir, yaşamağa gəlir. İlk çığırtısından dünyaya meydan oxuyur: "Eşidin, bilin, mən gəldim! Daha hər şey əvvəlki kimi olmayacaq! Mən çox şeyləri dəyişə biləcəm. Görərsiniz!" Gözünü açmamış ağzını açıb axtarır, yemək istəyir. Tapmayanda əllərini ağzına soxub barmaqlarını sorur. Nəyin bahasına olursa-olsun yaşayacağını bəyan edir...
   
   Onu da deyirlər ki, körpə dünyaya gələndən sonra qırx gün gözləri görmür. Deməli, baxır, amma görmür. İşıqlı dünyaya gəlsə də, qaranlıq bir aləmdə yaşayır. Bəlkə də bu bizə belə gəlir. Axı, biz yaşadığımız aləmdən başqa da aləmlərin mövcudluğunu ya bilmir, ya inanmır, ya da qəbul eləmək istəmirik. Yəqin o aləmdə ancaq bizim dünyamızın qonağı olsa da, hələ onu görə bilməyən məsum çağalar yaşayır. Elə bir aləm ki, orada yalnız ananın isti qucağı, ətirli nəfəsi, şirin səsi... bir də süd dolu döşləri var. Hələ ki, ondan ötrü həyat budu. Başlanğıc budu. Yuxuda olanda gah dodağını büzüb ağlayır, gah da dişsiz damağını göstərib gülür. Gözünə nələr, kimlər görünür öz dünyasında?! Nə eşidib ağlayır, hansı sözdən sevinib gülür?!...
   
   İşıqlı dünyaya isə lap az qalıb. O, bizim dünyamızı körpə qığıltısıynan doldurmağa tələsir...
   
   Biz necə, onu qarşılamağa hazırıqmı?! Hər şeyə heyrətlə baxan o gözlərə hansı cilddə görünürük?! Axı, hələ heç nə deyə bilmirlər. Deyə bilməsələr də bizləri tanıyırlar. Əməlli-başlı tanıyırlar. Hər adamın qucağına getmirlər. Kimisinin səsini, simasını sevib üzünə gülürlər, kimisinin də səsindən qorxub üzlərini gizlədirlər...Öz məsum dünyalarından ayrılmayıblar hələ. Bizim riyakar dünyamıza alışa bilmirlər hələ. Keşkə heç alışmazdılar...
   
   Kiçik nəvəmi yatızdıranda ona layla çalıram. Xoşuna gəlir, gözləri xumarlanır. Mənsə ağlamamaqçın canımı dişimə tuturam. Sinəmdən qopan sızıltılarla ona o qədər şeylərdən danışmaq istəyirəm ki,.. Amma qıymıram. Qoy indidən hər şeyi bilməsin. Ömrün acılarından gec xəbər tutsun. Şirin, dadlı uşaqlığının ömrü uzun olsun. Onsuz da mənim indi deyə bilmədiklərimi, demək istəmədiklərimi həyat özü çatdıracaq ona...Qəhər boğazımı tıxayıb səsimi kəsəndə özü-özünə layla çalmağa başlayır... İlahi! Sən bu laylanı hansı musiqidən yoğurdun? Bu dil açmamış körpə öz "dilində" nələr deyir? Sifətinə elə qayğılı, hüznlü ifadə kölgə salır ki,.. Bəlkə mələklərlə danışır?! Onlara artıq insanların arasında olduğunu, həyat deyilən mücadilənin başlandığını söyləyir... Bu qığıltıda, bu mızıltıda nələr gizlənir?!
   
   Niyə bütün sirlərini bizə açmırsan, Ya Rəbbim?!
   
   Görən, başa düşürmü ki, ona həmişə belə layla deməyəcəklər?! "Yastığında gül, döşəyində bənövşə bitməsi" də olsa-olsa anasının arzularıymış. Qarşısındakı isə həyatdı! Çoxüzlü həyat! Hiyləgər, işvəkar, aldadan, amansız... bir də, dilənçi payı kimi ara-sıra xoşbəxtlik işartıları verən həyat...
   
   
   
   ***
   
   
   
   Daş-kəsək üstündə ayaqyalın da gəzəcək, başının altına otdan-ələfdən yastıq da qoyacaq. Və çox olsun ki, belə yatmaqla yuxusu pərqu yorğan-döşəkdə yatanlarınkından da şirin olacaq. Çünki bütün təsadüfləri, təzadları və qəfləti olaylarıynan təsəvvürlərimizi alt-üst edən həyatdı bu. Şirini ilə acısı üzbəüz, bədbəxtliyi xoşbəxtliyilə daban-dabana, hönkürtüləri qəhqəhələrinə qarışıq. Gəl anla, döz, yaşa...
   
   Bu işıqlı dünyada nə sehr, nə cazibə varsa, insan oğlu ondan bezmir. Elə hey ölümdən qaçır. İrəli qaçır. Daha xoş günlər görəcəyi, bütün ağrıları unudacağı bir aləmə çatacağı ümidiynən qaçır. Arxada qoyub gəldikləri onun ruhunu qırmayıb. Əksinə, çəkdikləri daha bərk əllə dünyadan yapışmağa vadar edir onu. İnsanın yaşam mücadiləsi izahı qeyri-mümkün, tərifə-tərənnümə sığmayan heyrətli bir duyğudu. Son ana qədər vuruşduran, saman çöpündən imdad dilətdirən, bir udum havadan dağ gücü alan fövqəladə bir qüvvədi...
   
   Bunun harası ölümə doğru getməkdi?!
   
   Ölüm zəiflərin son sığınacağıdı...
   
   Hamının gec-tez gedəcəyi məkandan, üz tutacağı yoldan imdad, çarə dilənməz... Ömrün sonu onun əvvəlinə çıraqçı ola bilməz...
   
   İnsan nəinki ölümə doğru getmir, əksinə, bir ömürdə neçə ömürlər yaşamaq amacıynan çarpışır. Payına düşən ömürdə övladının, nəvə-nəticəsinin, Vətəninin, millətinin daha güvəncli sabahıyçın çabalayır. Alın yazısıynan razılaşmır, taleyə boyun əymək istəmir. Hər şeyin öz əlində olmasına, özünün ağlı, biliyi, güclü ruhuynan qədərini dəyişəcəyinə inanır. İçindəki qüvvənin, enerjinin haradan qaynaqlandığına fərq qoymadan edir bunları.
   
   İrəliyə baxır...
   
   Yox, ölümünə inanan bunları edə bilməz. Bu, ölümsüzlüyünə inananların əməlidi. Ətrafında hər şeyin öldüyünü görə-görə, hər şeyin təzədən doğulacağına inandırır özünü. İnanır ki, heç zaman yox olmayacaq. Ucsuz-bucaqsız Kainatın harasındasa, hansı şəkildəsə həmişə var olacaq. Gördüyü və görə bilmədiyi işləriynən, sevgiləriynən, həsrəti, kədəri və nisgiliynən...
   
   İnanmaq gözəl şeydi...
   
   İnamsız yaşamaq bir ömürlük məhbəsdi...
   
   İnam ölümü də öldürür...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK