ANA SƏHİFƏ / YAZARLAR

TEZ-TEZ GÖRÜŞMƏSƏK DƏ…

Onun yeri özəldi və özünündü

35287    |   2015-05-27 18:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onda dünyanın durumu da başqa idi, rəngi də, elə havası da. Çünki hava bir yerdən sifariş verilir, biz bir yerə boylanır və beləcə hamımız bir-birimizin cərgəsini, yerini gözləyə-gözləyə yaşayırdıq. Və elə bilirdik ki, dünyanın işləri bax elə bu axınla da axıb gedəcək. Ağlımıza da gəlmirdi ki, bu axının səmti dəyişə bilər, qarşısına bənd, bərə də atmaq olar...…

Bəli, biz həmin o dünyanın nəbzinə uyğun bir şəkildə qurmuşuq həyatımızı. Birimiz oxuyur, birimiz işləyir, başqa birimiz də həmin o oxuyanın, işləyənin kölgəsində daldalanırdıq. Doğrudur, o dünyanın qanunları çox sərt idi. İşləməyəni cəzalandırırdı, işləməyəni antipot adlandırırdı, işləməyəni tüfeyli sayırdı. Ona görə də bəziləri yalandan da olsa adını hansısa bir ünvanda fəhlə kimi, gözətçi kimi qeydiyyatdan keçirib özünü sığortalayırdı. Bunun özü də bir qəribəlik idi. Adın siyahıda olurdu, maaş cədvəlinə qol çəkib məbləğin çox böyük hissəsini sənə həmin o şəraiti yaradana bağışlayırdın. Amma...…

Bəli, bu məqamda yadıma bir əmma da düşür. Elə bir əmma ki, onu deməsəm, yazmasam günah olar. Deməli, universitet təhsilini baş vurub o vaxtkı Stepanakertə, qədim və bugünkü Xankəndinə təyinatla göndərildim. Amma orda bildirdilər ki, boş yer yoxdu. Bir aya yaxın, bəlkə də bir az artıq işsiz qalmağa məcbur oldum. Sonra isə sayılıb-seçilən hörmətli insanların köməyi ilə Füzuli rayonundakı "Araz" qəzetinə işə düzəldim. Özü də yarımştat bir işə. Aldığım maaş cəmi-cümlətani 35 rubl idi. Bu, korrektor köməkçisi vəzifəsi kimi bir şey idi. Amma buna baxmayaraq, çox sevindim. Çünki ailəli bir adamın işsiz qalmasının nə demək olduğunu yəqin ki, hər kəs bilir. Bilməyənlər də istəsələr bilənlərdən soruşub öyrənə bilərlər. Nə isə...…

Hə, özüm Tuğ kəndində yaşayırdım, iş yerim Füzuli şəhərinin mərkəzində. Kəndlə şəhərin arası 17 kilometrlik bir məsafə idi. O vaxtlar indiki qəzetçilikdən fərqli olaraq işin də saatı var idi. Yəni indiki kimi nə vaxt istəsən işə gələ bilməzdin. İş saat 8-də başlayırdı. Ona görə də mən kənddən rayona gələn və daha dəqiq desəm, ən tez yola çıxan maşınlardan birinə atlanmaq üçün evdən saat 6-da çıxırdım. Hansı modeldə, hansı formada olmasından asılı olmayaraq, o maşınlardan birinin ya banında, ya sürücünün yanında, ya avtobusda özümü çatdırırdım iş yerinə. Hərdən olurdu ki, bir saat və yaxud 40 dəqiqə işə tez gəlib çatırdım. Ona görə də iş başlayana qədər rayon mərkəzindəki mədəniyyət evinin qarşısındakı parkda gəzişirdim və yaxud da redaksiyanın yerləşdiyi küçəni aşağı-yuxarı ölçürdüm. Məhz o küçəni ölçdüyüm zamanlarda o, qarşıma çıxdı. Baxıb gördüm ki, redaksiya ilə üzbəüz olan o vaxtkı maarif şöbəsinin girişinin önündə də bir cavan oğlan gəzişir. Öncə uzaqdan bir-birimizlə salamlaşdıq... uzaqdan bir-birimizlə xoş ünsiyyət yaratdıq... sonda bu ünsiyyət bizi bir-birimizə yaxınlaşdırdı. Ən sevilən filmlərimizdən biri olan "Əhməd haradadır?" filmində bir səhnə var, onu gözünüzün önünə gətirin - qonşuların arasındakı çəpəri. Bax, bizim üzbəüz binanı bir-birindən ayıran həmin o küçə bir növü həmin o çəpərə bənzəyirdi. Və biz həmin o küçəni günlərin birində obrazlı desəm, ortadan qaldırdıq. İkimiz də bir-birimizə tərəf addım atdıq. Bu da səbəbsiz deyildi...…

Bəli, bir gün redaksiyanın tapşırığı ilə maarif şöbəsinə getməli oldum. Həmin illərdə Füzuli rayon maarif şöbəsinin müdiri çox ağsaqqal, dünyagörmüş, sayılıb-seçilən bir kişi idi. Hamı ona Hüseyn müəllim deyə müraciət edirdi. Yerişi, duruşu, baxışı, hətta sifətindəki mülayimlik qarışıq bir sərtlik o adamın oddan-alovdan keçdiyindən xəbər verirdi. Mən rayonda yaşadığım, işlədiyim müddətdə bu insanın həmişə uca tutulduğunun, məclis-mərəkədə xüsusi ehtiramla qarşılandığının və o vaxtkı raykomda sözü kəsərli, nüfuzli bir insan kimi sayıldığının şahidi olmuşam. Ona görə də Hüseyn müəllimlə görüşmək, onun fikirlərini öyrənmək mənim üçün çox maraqlı idi. Və mən də redaktorun tapşırığını həvəslə yerinə yetirib necə deyərlər, iki addımlıqdakı maarif şöbəsinə bir göz qırpımında özümü çatdırdım. Katibənin icazəsi ilə Hüseyn müəllimin iş otağına daxil oldum və bu otaqda səhərlər salamlaşdığım cavan oğlanı da gördüm. Uzaqdan-uzağa salamlaşdığımız həmin oğlanı, yəni Hafiz müəllimi mənə Hüseyn müəllim istinad verdi:

- Tanış ol. Bu, Hafiz müəllimdi. Gənc və perspektivli kadrdı. İşgüzarlığı, savadı çox xoşuma gəldiyindən onu şöbəyə işə gətirmişəm.

Bəli, biz Hafiz müəllimlə ilk dəfə belə bir şəraitdə bir-birimizin əlini sıxdıq. Yaxşı deyiblər ki, ağsaqqal xeyir-duası ilə, ağsaqqal məsləhəti ilə, ağsaqqal təqdimatı ilə gerçəkləşən istənilən iş mütləq uğura aparır, uğurla nəticələnir. İllər ötdükcə mən bunu Hafiz müəllimlə olan münasibətimdə bir daha hiss etdim. Gördüm ki, məhz Hüseyn müəllimin təqdimatı ilə başlanan tanışlıq necə doğmalığa, dostluğa çevrilə bilibdi. Özü də təkcə biz fərdlərin deyil, həm də bizim ailələrin, bizim ətrafımızın yaxınlaşması ikimizin münasibətindən qidalanıbdı.


Bütün qaçqın və köçkünlər kimi mənim də, elə Hafiz müəllimin də həyatında kifayət qədər ağır, problemli, qayğılı məqamlar var. Mən Hafiz müəllimlə yaxınlaşmağa, doğmalaşmağa başlayanda anladım ki, bu həyat dəyirmanı bizim ikimizi də sınaqlardan keçirir, bizim ikimizi də sabahkı günlərin zərbələrinə, təpkilərinə qarşı daxilən cilalayır, bülövləyir. Öncə mən bunu alın yazımın bir dilxoşluğu, bir şıltaqlığı kimi qəbul elədim. Amma gördüm ki, yox, bizim, eləcə də o illərin insanlarının taleyinə müharibə yazılıb, müharibə düşüb. Həmin müharibəyə qədər isə biz artıq səhərlər, eləcə də digər vaxtlarda görüşəndə daha yaxından hal-əhval tutur, baş verən müxtəlif hadisələrə, mətbuatdan oxuduğumuz müxtəlif elmi-bədii yazılara münasibət bildirmək, onları birlikdə araşdırmaq, təhlil etmək bizim üçün adi normalara çevrilirdi. Yəni biz artıq bir qəzetçi, bir maarif təmsilçisi kimi günün özünə, günün sözünə anlayışla yanaşıb öz prizmamızdan baxıb, qiymət vermək haqqını əldə etmişik. Ona görə də rahatlıqla, yəni içimizin dediklərini, pıçıldadıqlarını bir-birmizdən gizləmədən, ütüləyib çərçivəyə salmadan bölüşür və şəxsən mən hər dəfə də Hafiz müəllimin böyük mütaliəsindən nələrsə öyrənirdim. Çünki o, ali təhsilli və özü də rus dili üzrə ali təhsilli mükəmməl bir pedaqoq, həm də rus dilinin bütün çalarlarına əli çata bilən bir ziyalı idi. Moskvada və digər böyük şəhərlərdə rus dilində nəşr olunan ən sanballı kitab və jurnallara abunə olan Hafiz müəllim söhbətlərimiz zamanı həmin o yeniliklərlə məni də tanış edirdi. Məndə də həvəs yaradırdı ki, o kitab və jurnalları arayıb, axtarıb tapım. Təbii ki, dünyanın ən halal, ən dayanıqlı məfhumlarından, özü də madiyyəti üstələyən məfhumlarından biri, bəlkə də birincisi, sözdü, kitabdı, yazıdı. Bax, Hafiz müəllimin sözə, kitaba sevgisi onu mənim iç dünyamın adamına çevirmişdi. Və bu çevrilmə prosesi heç bir sifarişsiz, heç bir asılacaqsız, özü öz sürətilə, özü öz çalarları ilə baş verirdi...…

Füzulinin işğalından sonra biz müəyyən bir zaman kəsiyində pərən-pərən düşdük. Doğrudur, hələ hadisələrin ilk günündən mən artıq rayon qəzetindən ayrılıb paytaxt mətbuatında Qarabağ üzrə bölgə müxbiri kimi işləyirdim. Onda da biz Hafiz müəllimlə görüşürdük, çay süfrəsi arxasında fikirlərimizi, baş verən hadisələri bölüşürdük. Bu prosesin hara gedib çıxacağını təxmin etməyə çalışırdıq. Ancaq qaçqınlıq dövründə bizim görüşlərimiz say etibarı ilə azalsa da, kəmiyyət etibarı ilə daha da məzmunlu və sanballı oldu. Çünki həyat bizi içərisinə atdığı problemin ağırlıqları altında sıxıb saxlaya bilmədi. Biz öz gücümüzə, bir-birimizin gücünə bu sıxıntıları aşmağa, onun içərisindən çıxmağa çalışdıq və bunu da bacardıq. Artıq Hafiz müəllimin özünün də mətbuatdakı yazıları, həmçinin müsahibələri, eləcə də mənim barəmdə TRT-Avaz studiyasının hazırladığı verilişdə söylədikləri, nəhayət, mənim kitablarımla bağlı telefon zənglərində, üzbəüz görüşlərdə dedikləri bir daha məni inandırdı ki, ürəyim səhv etməyib, ürəyim yanılmayıb. Bu ürək bir işığın, bir ziyanın, bir ziyalının üzünə qapısını açıbdı. Təsəvvür edin ki, mənim üçün doğma olan insanların, xüsusilə Vahid Əlifoğlunun yaradıcılığı, şəxsiyyəti Hafiz müəllim üçün önəmli olduğuna görə, mən onu daha çox sevməyə, daha çox özümə doğma hesab etməyə könüllü şəkildə başlamışdım. Yəni Hafiz Tahirov həm də mənim bir çox dostlarımın dostu idi...…

Bir dəfə tələbə dostlarımla Hafiz müəllimi görüşdürdüm. Hansısa bir səbəb üzündən tələbə dostum ailəmin, özümün güvənc yeri olan Firudin və Vaqiflə Beyləqana getmişdik. Ordan Horadiz qəsəbəsinə üz tutduq. Əhmədbəyli dörd yolunda Hafiz müəllimlə qarşılaşdıq. Yanındakı dostların kimliyini biləndə israrla bildirdi ki, burdan bir kənara getdi yoxdu. Dostlarınla birlikdə mənim qonağımsınız. Biz həqiqətən onun qonağı olduq. İlk baxışda bu bir ziyalı, bir insan mövqeyidi, münasibətidi. Amma süfrə arxasındakı məzmunlu söhbət mənim tələbə yoldaşlarımın yaddaşına Hafiz müəllimin adını yazdı. İndinin özündə də söz sözü çəkəndə, Füzulidən, Horadizdən danışanda onlar mütləq Hafiz müəllimi soruşurlar. Deməli, bu, bayaq dediyim dostumun və yaxud dostlarımın dostunun bir-birinə ünsiyyətindən, bir-birinə olan diqqətindən xəbər verir. Zənnimcə, bütün bunların hamısı mənim tale yazım idi. Bu, Allahın mənə hədiyyəsidi. Özü də dəyərli dostlar hədiyyəsi!

Bəli, mən Hafiz müəllimin həyatımdakı yerinin çox kiçik bir hissəsini, necə deyərlər, bir göz qırpımını kağıza köçürdüm. Ancaq ürəyimə bələd olanlar, ürəyimdə olanlar və mənim iç dünyama hökmü keçən hər kəs bilir ki, hər gün və yaxud ayda, ildə bir dəfə görüşmək dostluğun göstəricisi deyil. Mənə görə dostluğun göstəricisi, ümumiyyətlə isə iç dünyamda olanın kimliyinin göstəricisi onun yaddaşında və həyatındakı yeridi, xatırlanmasıdı. Mən Hafiz müəllimi demək olar ki, hər gün xatırlayıram, hər gün düşünürəm. Çünki onun iç dünyamdakı yeri özəldi və onun özünündü.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK