ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞDA KƏSİŞƏN YOL

«İçimdəki adamlar» silsiləsindən

41717    |   2015-05-13 18:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözü və özü üst-üstə düşən insan

Hər bir insan kimi hər bir yazı da doğulur, dünyaya gəlir və bu gəliş təbii ki, içdən, ruhdan, ən vacibi isə səmimiyyətdən maya tutanda onun qarşısını kəsmək, onu görməmək mümkünsüz olur. Belə ki, bütün yazı-pozu adamlarının qələmlə, dəftərlə təması təbii ki, ya zərurətdən, ya daxili hayqırtıdan, narahatlıqdan, ya hansısa bir məqsəddən pərvəriş tapır. Yəni yazı adamı masa arxasına keçib həmin o bəlli istəklərin hansısa birinin diqtəsini sözə çevirir. Amma hərdən də elə istəklər, elə narahatlıqlar, elə məram və məqsədlər olur ki, onu yalnız özün üçün, özünün dörd divarının içərisi üçün saxlamaq həm faydalı, həm də normal sayıla bilər. Çünki insanlar kimi həmin o çoxlu və fərqli məqsədlər də həmişə və hər yerdə nə faydalı olmur, nə də bir önəm kəsb etmir. Olsa-olsa o yazanın, yəni istəyini ortaya qoyanın hansısa bir məqsədə çatmasına xidmət edir. Bu isə sonda təmənnanı, nəfsi qabardır…

Şükürlər olsun ki, onu tanıdığım gündən mən təmənna və nəfs anlayışının bu insandan nə qədər uzaq olduğunu dərhal hiss etdim. Anladım ki, şəxsən ilk dəfə gördüyüm bu insanın bir amalı, bir məqsədi var. O da içərisindəki böyük sevgiyə, yəni sırasında olduğu bir bütövlüyün yoluna, andına bağlılıq, dönməzlikdi. Amma buna qədər isə…

Bəli, mən bir söz adamı, bir mətbuat işçisi olaraq onun ölkədə tirajlanan yazılı mediada ara-sıra imzasına rast gəlmişdim. Etiraf edim ki, hansı bölgəni təmsil etdiyini nə kimdənsə eşitmişdim, nə də buna maraq göstərmişdim. Sadəcə, bir oxucu kimi həmişə izlədiyim ədəbi orqanlarda, gündəlik mətbuatda onun şeirlərini görəndə bir oxucu marağı ilə gözdən keçirmişdim. Ürəyimə yatanlar da olmuşdu, diqqətimdə qalmayanlar da. Səmimi etiraf edim ki, onun daha çox torpaqla, insanla, xüsusilə Qarabağla bağlı yazıları mənə daha doğma gəlmişdi. Görünür, ataların məşhur bir deyimi «qan çəkir, torpaq çəkir» müdrik kəlamı elə-belə, təsadüfdən söylənilməyib. Onun gerçək təsdiqini mən özümdə, daha doğrusu, onun mətbuatda görünən imzasına, yazısına sevgidə, maraqda bir daha gördüm, inandım. Bu inam da, sevgi də bizim yollarımızı kəsişdirdi. Öncə yanaşı, paralel gedən bu yollar elə Qarabağda, ikimizin də ağrılarımızın, sevinc və həsrətimizin ünvanında qovuşdu, üst-üstə düşdü. Məhz həmin gündən ona bağlılığım, ona bir ziyalı kimi, əqidəsinə sadiq bir insan kimi marağım artdı. Təbii ki, bu sevgi də, bu maraq da özümdən asılı olmadan məni onu öyrənməyə, onun iç dünyasını görməyə, tanımağa həvəsləndirdi… və gördüm də, tanıdım da…

Yeri gəlmişkən, bir etiraf da edim. Çünki bu etiraf zəruridi və onu dilə gətirməsəm, həqiqəti bütünlüklə yazmış olmaram. Bu etirafın da mayasında yenə bir doğma insan dayanır. Daha konkret desəm, məni barəsində yazmağa başladığım və artıq iç dünyamın adamlarından olan Tahir Rza ilə görüşdürən, qarşılaşdıran, bir süfrə arxasında əyləşməyə şərait yaradan «Ədalət»in təsisiçisi, millət vəkili, dəyərli yazıçımız Aqil Abbas oldu. Məhz onun sayəsində ilk dəfə 1994-cü ildə Ağcabədidə Tahir Rza ilə görüşdük. Rayonda tədbir keçirilirdi. Bu tədbirə dəvət almış Aqil Abbas məni də özü ilə birlikdə həmin mərasimə aparmışdı. İcra hakimiyyəti binasınının qarşısında xeyli adam toplaşmışdı. Özünəməxsus istiqanlılığı olan Aqil müəllim maşından düşən kimi hər kəslə çox mehribancasına görüşüb öpüşdü. Mən də qonaq olduğum üçün sakitcə ilk dəfə gördüyüm bu adamlara əl uzatdım. Aqil Abbas toplaşanlar arasında gözündə eynək olan bir nəfərlə qucaqlaşıb öpüşdü və sonra geri çevrilib mənə dedi:

- Yəqin Tahir müəllimi tanıyırsan?

Doğrusu, sualdan çaşsam da özümü sındırmadım. Elə etika xatirinə:

- Tanıyıram! – dedim.

Amma ürəyimdə fikirləşdim ki, çöhrəsi mənə tanış gələn bu adamı mən harda görmüşəm. Və birdən də xatırladım. «525-ci qəzet» də! Hə, bu o idi -Tahir Rza! – Demək görüşümüz bu günə, bu yerə aid imiş və gəlib burda da görüşdük…

Həyat təbii ki, bir günlə, bir görüşlə bitmir və yaxud da bir gündən, bir görüşdən ibarət deyil. Tahir müəllimlə Ağcabədidə ilk ayaqüstü görüşümüz sonra öz axarına düşdü. Mən onun aftoqrafla bağışladığım kitablarını oxudum. Mətbuatdakı yazılarını daha yaxından izləməyə başladım. Tam səmimiyyətimlə deyim ki, bunu məqsədli edirdim. İstəyirdim ki, şeirlərindəki, yazılarındakı Tahir Rza ilə həyatdakı Tahir Rzanın müqayisəsini özüm üçün aparım və əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm ki, bu məqsədli müqayisə sonda Tahir müəllimin qələbəsi ilə yekunlaşdı. Çünki o, yazılarında, şeirlərində olan Tahir Rza idi. Onu mən həyatda başqa cür görə bilmədim. Nə qədər cəhd etsəm də, tapa bilmədiyim fərq məni inandırdı ki, bu dünyada, bu məmləkətdə, bu mühitdə göründüyü kimi olan, olduğu kimi görünən insanlar var imiş. Onlardan biri də Tahir Rza idi!..

Hər dəfə onunla görüşəndə, telefonla danışanda mən öz-özümə müəyyən suallar verirəm. Əslində bu suallar mənim yazı adamı, mətbuat adamı olmağımdan qaynaqlanır. Çünki mən dəyişməzlik, bütövlük xəstəsiyəm, onun sorağındayam, onun ardınca günlərlə, aylarla gəzib dolaşmaqdan yorulmuram. Və tanıdığım, yavaş-yavaş iç dünyama qəbul etdiyim adamların həyatını öyrənmək, onların keçdiyi yola nəzər salmaq və bu prosesdən ortaya çıxan sualların hər birinin cavabını tapmaq məni düşündürdüyü qədər də özünə cəlb edir. O vaxt sevinirəm ki, sualların cavabı gördüyüm gerçəkliklə qoşalaşır. Yəni şübhəyə, hətta gümana da yer qalmır. Necə ki, mən Tahir Rzanın sovet dönəmindəki həyat yolunu, hansı çətinliklərdən keçdiyini, xeyirxah insanların yardımı ilə öz kimliyini sübut etmək qabiliyyətini onu tanıyanlardan öyrənəndə öz-özümə qərar verdim ki, əqidəsinə, inamına və nəhayət halal soykökünə söykənib ayaqda durmağı bacaranlar təsadüfi küləklərdən yıxıla bilməzlər. Onlar müəyyən sarsıntı, əsəb gərginliyi yaşaya bilərlər, amma əyilməzlər, sınmazlar. Üstəlik, onlar arzulamadıqları, özləri layiq bilmədikləri yerdə heç vaxt dayanmazlar, oturmazlar. Çünki bu adamların mənlik və əqidə çəkiləri var. Üstəlik, bu adamlar keçdikləri ömür yolunda özlərinin də dedikləri kimi, görə-görə, öyrənə-öyrənə sədləri, sərhədləri yarıblar. Qarşılarındakı məqsəd inama, əqidəyə, halallığa xidmət olubdu. Bunun da barını, bəhrəsini Tanrı verib. Elə Tahir Rzaya verdiyi kimi…

Onunla yolyoldaşı olmuşam. Müdriklərimiz deyib ki, qardaşı da yolyoldaşlığında daha yaxından tanımaq mümkündü. Mən Tahir müəllimlə etdiyim yolyoldaşlıqlarında onun təkcə aid olduğu bölgəni, təkcə Qarabağın tarixini, mədəni, ictimai həyatını, üstəlik bu coğrafiyanın işıqlı adamlarını necə yaxından tanıdığını, onların bir çoxuyla təmasını, hətta mənim həsəd apardığım yaxınlıqlarını, doğmalıqlarını öyrəndikcə təkcə bilgi əldə etmirdim, həm də işıqlı bir insanla yaxınlaşdığımı, onun çevrəsinə daxil olduğumu anlayıb sevinir və bundan daxilən ləzzət alırdım. Axı köklü-köməcli insanları, onların həyatını, şahidin, işitarkçının, təmasda olanın dilindən eşitmək özü şahidə çevrilmək deməkdi. Bax bu mənada mən Tahir Rza ilə istər ədəbiyyatdan, istər konkret insanlardan, istər bugünkü durumdan və xüsusilə ictimai müstəvidə olan mənzərələrdən söhbət edəndə həm onun məsələlərə münasibəti, həm mühakimələri, həm mütaliəsi məni doğrudan-doğruya xoş ovqat üzərində kökləyirdi. Nə yolun yorğunluğu, nə mənasız telefon zəngləri, nə də bəzən bir-birimizin fikrini yarıda kəsib etdiyimiz müdaxilələr məni bu xoş ovqatdan qoparıb ayıra bilmirdi. Üstəlik iç dünyama köçən bu insanın ailəyə, övladlara münasibəti, öz adı və ailə adını cəmiyyətdə tənzimlənən bir şəkildə qorumaq məharəti mənə son dərəcə peşəkarlıq diqtə edirdi. Yəni birmənalı şəkildə görürdüm və duyurdum ki, Tahir Rza nə özünü, nə övladlarını, nə ailəsini, nə ətrafını kimdənsə üstün tutmur və yaxud da üstün tutulmasına imkan vermirdi. Xüsusilə övladların, nəvələrin cəmiyyət üçün yararlı olması onu daha çox düşündürürdü. Bax, mən onları görüb, duyub, şahidi olduqca Tahir Rzanın şeirlərini ikinci dəfə, üçüncü dəfə oxusam da orda şair fantaziyasını yox, şairin həyatını, qələmə söylədiklərini bir daha izləmiş oluram…

Bəli, biz təkcə Ağcabədidə, Ağdamda, Xocavəndə, ümumiyyətlə Qarabağda deyil, Bakıda da, lap elə aran bölgələrimzdə də görüşüb söhbətləşəndə, məclisdə qarşılaşanda mən bir rahatlıq hissi yaşayıram. Könlümdən keçənləri deyə biləcəyim, özümü rahat hiss edəcəyim bir insanın, bir şairin, bir ziyalının yanında olduğuma güvəncim artır. Bilirəm ki, bu münasibətlər və onun mənə göstərdiyi diqqət bugünün, dünənin bəhrəsi, barı deyil. Bu, əslində ruhu bir yerdən qidalanan, bir bulaqdan su içən insanların gec-tez kəsişən yolları üçün yazılmış taledi. Biz də o taleni yaşayırıq. Necə ki, Tahir müəllim öz elində, obasında sevilir, sayqı ilə qarşılanır. O da öz növbəsində öz elinə, obasına sevgisini həm yazır, həm də içində göstərir!..

Mən 1995-ci ildən bu günə şəxsən tanıdığım, amma son 5 ildə özüm üçün kəşf etdiyim insanların sırasında onun yeri fərqlidi. Bu fərq də ondan ibarətdi ki, o, özü və sözü ilə birlikdə mənim içimdə olan adamların yanındadı. Bu yeri ona mən ayırmamışam, mən verməmişəm, bəyənsə də, bəyənməsə də, bu yer onun halal haqqıdı. Düşünürəm ki, içimdəki, ürəyimdəki yerin digər sahibləri kimi Tahir Rza da nə vaxtsa bu yerə, bu iç dünyama görə narahatlıq hissi keçirməyəcək. Və zaman mənli-mənsiz bu dünyanın, yəni mənim özümün olan o balaca dünyanın mükafatını məhz həmin insanlara görə verəcək. Deməli, mən ürəyimin hər kəsə açılmayan bu qapısını elə Allahın lütfü və yazısıyla açıb içəri keçənlər üçün nə qədər borclu olduğumu dərk edə-edə onlar barəsində yazdıqlarımda da heç nəyi boyalı, bəzəkli təqdim etmirəm, pafosdan, reklamdan yararlanmıram. Çünki onlar bir topa işıqdılar. İşığı isə görmək lazımdı.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK