hacklink Adalet.az | ANA - OĞUL Adalet.az | ANA - OĞUL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ANA - OĞUL

23099    |   2011-04-09 07:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dini inam və müqəddəs kitablara əsasən bəşəriyyətin ilkin adımı həzrət Adəmin yaradılmasıyla başlayır. Ancaq insanlığın çoxalıb-artmasının əsas səbəbkarı isə onun həyat yoldaşı həzrət Həvvadır.
   
   Qadınlar ümumiyyətlə fiziki yöndən kişilərdən daha gücsüz kimi nəzərə çarpsalar da toplum içində, daha düzü Türk toplumu içində ən başdan bəri həddən artıq hörmətəlayiq bir yerə malik olublar. Qərblilər hələ Orta əsrdə psixoloji narahatçılığı olanlara, epilepsiyaya düçar olmuş və s. xüsusilə də qadın xəstələrə, "ruhuna şeytan girib" düşüncəsiylə onları döyə-döyə qətlə yetirdikləri çağlardan min illər qabaq, Türk qadını dövlətin ən nüfuzlu qurumu olan qurultaylarda iştirak edir, həddən artıq həssas qərarlara yetişilməsində öz fikrini qadınları təmsilən bəyan edir və lazim gəlsə xaqanı da tənqid edə bilirdi. Bu boyda bir nüfuza və azadlığa malikdi.
   
   Qadınlar, insan nəslinin davamını təmin etdiyindən qədim türklər ona tarix boyu böyük hörmət göstərib.
   
   Qadının ən önəmli sifəti onun ana olmasıdır və qədim Türklər anaya "ög" adını qoyubdur. Bu gün işlətdiyimiz "ana" sözü bizlərə Hetlərdən yadigardır. Azərbaycan mədəniyyət dairəsində "ev"ə xalq arasında "öy, ev", Türkmənlər "öy", qazax qırğızlar "üy", Özbəklər "uy" deyir. Qısaca desək türk dünyasında "ev", öy, üy, uy və digər şəkillərdə tələffüz edilsə də hamısı "ög" sözünün müəyyən söyləyiş çalarlarıdır. Azərbaycanın bəzi yerlərində isə hamilə qadınlara "iki öylü" ifadəsini də işlədirlər. Qədim türkcədə ana əvəzi işlədilən "ög" sözü ilə bugün türk dünyasında barınaq mənasında işlədilən "ev, öy, üy və s." sözləri arasında təbii ünsiyyət vardır. Barınağın, insanları bir araya yığıb kölgəsi altında cəmləşdirməsi, onların üzləşəcəyi hər cürə çətinlik və təhlükəyə mane ola biləcək kəyfiyyətiylə qorunaq vəsfini daşımasından ötrü hər insan üçün əlçəkilməz bir mövqeyə malikdir. Evi-barınağı olmayıb küçələrdə yaşayanların toplum içindəki yeri ümumdünyada təcrid olunmuşluqdur və digər insanlarla onların arasında sanki keçilməz bir ictimai divar vardır. Türklər, ana bətninin eynilə ev kimi bir barınaq xüsusiyyətinə malik olmasından asılı ona və onun sahibinə "ög" deyib. "Ög, üy, uy, ev" keyfiyyət yönündən insanı da təmsil etdiyindəndir ki, Azərbaycanın bəzi yerlərində hamilə qadına "iki öylü" adı qoyulub. Bundan da başa düşülür ki, ana ilə ev arasında təbii və sınmaz bir rabitə vardır.
   
   Ana ilə balası arasındakı əlaqə müqəddəsdir və bu rabitə tanrının xüsusilə insana bəxş etdiyi bir lütfdür. Bu ünsiyət yalnızca insanlar arasında yox bütün canlı məxluqat arasında gülcüdür və onun gücünün nəyə qadir olduğunu heyvanlar dünyasında da müşahidə edirik.
   
   Tanrının şərəfləndirərək yaratdığı insanoğlunun qadına, yəni anaya çox şey borclu olduğu həqiqətini heç nə əvəz edə bilməz. Ana, balası üçün bütün çətinliklərə, məşəqqətlərə dözə biləcək, təhlükələrə qarşı canını belə gözünü qırpmadan verə biləcək fədakarlığa malikdir. Ulu Peyğəmbərimiz bundan ötrü "Cənnət anaların ayaqları altındadır" kəlamını söyləyib. Müqəddəs kitabımız "Qurani- Kərim"də də ana ilə bağlı bir çox buyruq vardır.
   
   Türkiyədə Anadoluya "Ana vətən" deyilir. Bu ifadə, vətən məfhumunun biz Türklər üçün nə mənaya gəldiyini çox gözəl ifadə edir. İstiqlal Hərbində cəbhədə döyüşən mehmetçiklərə sursat daşıyan qadınlarımız, analarımız, bəşəriyyət tarixində tayı və bərabəri olmayan bir qəhrəmanlıq, qar yağarkən körpəsinin üstünə örtdüyü adyalı çəkib sursat islanmasın deyə onun üstünə örtən və mənzilə çatdıqda balasının soyuqdan həlak olduğunu görərək əvəzsiz bir fədakarlıq nümunəsini insanlığa göstərib.
   
   Çanaqqala döyüşlərində oğlunun başına xına yaxıb onu vətənə qurban kimi yollayan ana ilə, Qarabağın Xocalı qəsəbəsində Xocalı Soyqırımı yaranan gecə meşəliyin kənarında bir ağacın ardında dayanıb özlərinin və digər Xocalı sakinlərinin xilası üçün döyüşən və sursatı bitdiyində Ruslar tərəfindən qışqırdılmış vəhşi haylar tərəfindən iki oğlunun da gözünün qabağındaca başı kəsildiyini onunla götürdüyüm müsahibədə danışan və "haylar onların başını kəsərkən bir ana kimi ürəyim od tutub yandı ancaq igid oğullarımla qürur hissi keçirirəm, çünkü onlar ölmədən öncə intiqamlarını artıqlamasıyla alıb onlarla hayı cəhənnəmə vasil eləmişdilər və millətimizə yaraşan bir qəhrəmanlıq nümunəsi nümayiş etdirmişdilər" dediyində, türkün anasının nə cür bir yaradılışa və müqəddəsliyə malik olduğunu vurğulamışdılar. Çanaqqala döyüşlərində oğlunu qurbanlıq kimi yollayan o ana ilə, aralarındakı zaman və məkan fərqinə baxmayaraqx Xocalı Soyqırımında iki igid oğlunu vətənə qurban verən Qarabağlı bu ana arasında missiya yönündən hər hansı fərq yoxdur.
   
   Tariximizdə böyük qadın qəhrəmanlar, hər şeyini vətən və millət yolunda fəda edən insanlar yetirmişik. Ana və oğul münasibətlərinə bir nümunə də Türk tarixinin tayı-bərabəri çox az tapılan lideri Atatürkün üzləşdiyi hadisəni, həmin anın şahidi olan şəxsin öz dilindən təqdim edərək nə cür bir millət olduğumuzu yeni nəsillərimizə çatdırmaq istəyirəm.
   
   Ankarada bu gün "Atatürk Orman Çiftliyi" deyilən yer o vaxtlar bataqlıq və baxımsız, ağcaqanadların, bör-böcüyün, ilan-çayanın hakim olduğu bir yer imiş. Atatürk, İstiqlal Hərbini qazandıqdan və paytaxt elədiyi kiçik Ankara qəsəbəsinə yerləşdiyində buranı xəzinədən öz maaşıyla satın alaraq xalqına qazandırmaq istəyib və necə deyəllər oranın abad olması üçün bir işçi kimi işləyib. Bir gün "çiftliyim" dediyi bu yerdə dolanıb havasını dəyişərkən yaşlı bir qadına rast gəlir və aralarında mənəvi olaraq qızlığa götürdüyü balaca Gökçən xanımın da şahid olduğu bu diyaloq yaranır:
   
   -Salam nənə.
   
   -Salam.
   
   -Hardan gəlib hara gedirsən nənə?
   
   Yaşlı qadın biraz duruxsunur və Atatürkün üzünə qəribə bir ifadəylə baxıb deyir:
   
   - Niyə soruşursan, buraların saabısan? Yoxsa qoruqçususan?
   
   Atatürk gülümsünür.
   
   - Nə sahibiyəm, nə nə keşikçisi nənə. Bu torpaqlar Türk millətinin malıdır, buranın keşikçisi də Türk millətinin özüdür. İndi hardan gəlib hara getdiyini deyəcəksən?
   
   Qadın başını bulayır və:
   
   - Təbii ki deyəcəyəm. Mən Sincanın bir kəndindənəm bəy, otun güc bitdiyi, atın gec-gec yetişdiyi qovruq kəndlərinin birindənəm. Bizim mıxtar (kəndxuda) mənə bilet alıb qatara mindirdi, qodum (qoyub) Ankaraya gəldim.
   
   -Muxtar səni Ankaraya niyə yolladı?
   
   -Qazi Paşamızı (Atatürk nəzərdə tutulur) görməyim üçün. Mıxtarın başını yaman ağrıtdım... Mənim iki oğlum gavır hərbində şəhid oldu. Ölkəni gavırlardan xilas edən şəxsi bir dəfə görmədən ölməyim deyə daim dua etdim. Qazi Paşa yuxularıma girdi. Mən də hər Allahın günü mıxtarın qulağını dəng elədim ki, mənə bilet al gedim Ankaraya Paşamızı görüm, o da simacat olub yaxasına yapışmağımdan təngə gəlib bezdi və bilet alıb məni Ankaraya yolladı. Gicə (gecə) vaxtı gəldimdi (gəldim). Yolu nəyi bilmədiyimdən ağşamdan bəri bu cür özümü ora-bura vurub vurnuxub dururam bəy.
   
   - Sənin Qazi Paşadan başqa bir tələbin var?
   
   Gökçən xanım deyir: Qadının üzü birdən haldan-hala düşdü və əsəbani bir ifadəyə büründü, sonra da hirsli-hirsli bunları dedi:
   
   - Toba de bəy, toba de! Daha nə istəyə bilərəm ki... O bizim vətənimizi xilas etdi, bizi düşmənin əlindən qurtardı, şəhidlərimizin qəbrini gavırlara çığnatmadı daha nə istəyə bilərəm ki, ondan? Onun sayəsində indi öz kefimizə yaşıyooz (yaşayırıq). Onun-bunun gavır dölünün iti olmaqdan onun sayəsində qurtulmadıq? Buralara bir dəfə üzünü görmək, ona "sağ ol Paşam!" demək üçün gəldim. Onu görmədən ölsəm gözləri açıq gedərəm. Sən əfəndi bir adama bənziyon (bənzəyirsən), mənə bir köməklik elə Qazi Paşanı tapacağım yeri denən.
   
   Atatürkün gözləri yaşla dolmuş və ha gilələndi ha gilələnəcək hala gəlmişdi. Mənə sarı dönüb dedi:
   
   -Görürsənmi Gökçən, bizim xalqımızdır bu, mənim kəndlim, mənim vəfalı Türk anamdır bu.
   
   Atımdan düşdüm və yaşlı qadının əlini tutub dedim:
   
   -Anacan, sən göydə axtardığını yerdə tapdın, yuxularına girən, səni buralara kimi gətirən Qazi Paşa, yəni Atatürk qarşında dayanıb.
   
   Qadın bunu eşidər-eşitməz əlindəki dəyənəyi yerə tulladı və Atatürkün əllərinə döşənib öpməyə və ağlamağa başladı. Atatürk də diz çöküb onun əllərini öpdü, ana-oğul bir-birini möhkəm-möhkəm qucaqlayıb ağlayırdılar. Yaşlı qadın bəlkə on dəfə Atatürkün əlini öpdü, Atatürk də onun. Qadın ağlayıb sakitləşdikdən sonra həybəsindən bir bükülü çıxartdı və Atatürkə uzatdı.
   
   - Bircə inəyim südündəndi. Qazi Paşam özüm pendir tutdum, sənə ərməğan gətirdim, xoşuna gəlsə yenə də tutub gətirərəm.
   
   Atatürk, o saat bükülünü açdı və pendirdən bir tikə qoparıb yeməyə başladı, yeyə-yeyə ondan ləzzət aldığını söylədi. Bir az sonra durub birlikdə Çankaya Köşkünə getdik. Atatürk ordakılara üzünü tutub bu əmri verdi:
   
   - Bu anamızı iki gün burada qonaq edin, sonra kəndinə aparın. Gedərkən də özünə üç inək alıb verin, mənim ərməğanım olsun. İnəklərin pulunun nə qədər tutduğunu gəlib söyləyin maaşımdan ödəyəcəyəm.
   
   Türkün əlləri qabarlı, iki oğlunu şəhid vermiş kasıb anası ilə bir millətin xilaskarı, bir dövlətin qurucusu və dünyaya nümunə olmuş bir lider oğlu ilə arasında yaranan bu dialoq bizim bir millət olaraq böyüklüyümüzü təsdiqləyən ən önəmli sənəddir. Atatürk, Tanrı tərəfindən seçilmiş və Türk millətinə xilaskar kimi yollanmış bir şəxsiyyətdi. Qəbri nurla dolsun.
   
   Tanrıdan yeganə diləyim, əziz millətimizə bəxş etdiyi ilahi missiyanı ona çox görməsin.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK