ANA SƏHİFƏ / YAZARLAR

AVROPA İTTİFAQI PARÇALANIR?

143387    |   2015-03-20 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

YUNANISTAN PROBLEMLƏRİNİ ÖZGƏ HESABINA HƏLL ETMƏK İSTƏYİR

Avrokomissiya Yunanıstanın avrozonadan çıxmasını mümkün sayır. Lakin başa düşür ki, bu, valyuta ittifaqına mənfi təsir edə bilər. Bu fikirlərlə alman mətbu orqanı Die Weltə müsahibə verən iqtisadi və maliyyə məsələləri üzrə avrokomissar Pyer Moskovisi bildirib. Daha sonra o, əlavə edib ki, avrokomissiya Afinanı avrozonada saxlamaq fikrində elə də qətiyyətli deyil. Bu ölkə avrozonanın tələb və normalarına riayət edərsə İttifaqda qala bilər. Avrokomissarın fikrincə, valyuta ittifaqının parçalanması onun bütün üzvlərinə, ələlxüsus da Almaniyaya ziyan vuracaq. Xatırladırıq ki, hazırda Yunanıstanın kredit verən təşkilatlara borcu 320 milyard avrodur.

Rəsmi Afina
Almaniyadan işğala görə təzminat tələb edir

Yunanıstan hökumətinin iqtisadi və siyasi təşəbbüsləri getdikcə artmaqdadır. Bu həftə rəsmi Afinanın Berlindən II Dünya Müharibəsi zamanı Yunanıstan ərazilərini işğal etməsi ilə bağlı təzminat tələbi ilə çıxış etməsi Avropa mətbuatında ciddi diskussiyalara səbəb olub. Yunanıstanın baş naziri Aleksis Çipras Almaniyanın II Dünya Müharibəsi ərəfəsində bu ölkəni işğal etməsi ilə bağlı vurduğu ziyan və yüz minlərlə vətəndaşının qətlə yetirilməsi ilə bağlı təzminat ödəmələri barədə bəyanatla çıxış edib. Yunanıstanlı siyasətçinin fikrincə, söhbət 322 milyard avrodan gedir, əks təqdirdə isə Yunanıstan ərazilərində olan Almaniya dövlətinə məxsus aktivləri milliləşdirə bilər.
Almaniya tərəfinin də bu bəyanata mövqeyi gecikməyib. Anqela Merkelin mətbuat katibi bildirib ki, hələ ötən əsrin 90-cı illərində Almaniyanın birləşdirilməsi danışıqları zamanı Yunanıstanla bağlı bütün məsələlər razılaşdırılıb. Ona görə də Yunanıstanın təzminat tələbi doğru sayıla bilməz. Beləliklə, küncə sıxışdırılan Yunanıstan ilə Avrokomissiya arasındakı parçalanma getdikcə dərinləşməkdədir. Belə görünür ki, Yunanıstan ya avrozonanı tərk etməli, ya da məğlubiyyəti ilə barışmalıdır.
Rəsmi Afina avrozonadan çıxmaq və borclarını ödəməsi ilə bağlı referendum keçirməli və xalqa hər iki variantın müsbət və mənfi cəhətlərinə aydınlıq gətirməlidir.

Avropa
Rusiyaya üz tutan
Yunanıstanı itirə bilər


Yunanıstan və Rusiya hökumətləri arasında getdikcə genişlənən münasibət Avropanı narahat etməyə başlayıb. Çoxları hesab edir ki, Qərb "xeyirxah tərəfdaşlarına" tərəf üz tutan Yunanıstanı birdəfəlik itirə bilər. Rəsmi Moskva ilə Yunanıstan hökumətinin alternativ variantlar üzərində hansı danışıqlar aparılması hələ ki məxfi qalır. Yunanıstan ucuz Rusiya qazını, Rusiya sərmayəsinin artırılmasını və Rusiya turistlərinin bu ölkəyə axınının genişləndirilməsini səbirsizliklə gözləyir. Moskva isə öz növbəsində bu tərəfdaşlıq vasitəsilə Avropa İttifaqı daxilində özünə tərəfdaş qazanmaq niyyətindədi.
Yunanıstanın Xarici İşlər Nazirliyi isə bəyan edir ki, çoxtərəfli xarici siyasət qadağan edilməyib və cinayət də sayılmır. Baxmayaraq ki, 2013-cü ildə provoslav Kiprinin gərgin iqtisadi böhrana düşdüyü vaxtda Moskva heç bir kömək etməmişdi. Prezident Putin isə Kiprin borclarının ödənilməsini yalnız bir şərtlə - Rusiya hərbi gəmilərinin Kipr limanlarına buraxılması müqabilində həll edə biləcəyini bildirmişdi.

Yunanıstan
Avropanı hədələyir


Bu ölkənin müdafiə naziri Panos Kammenos rəsmi Afinanın borc böhranından çıxmasına kömək edilmədiyi təqdirdə qaçqınlar və o cümlədən İŞİD üzvlərinin, yəni cihadçıların da üzünə sərhədləri açacağı ilə hədələyir. Bu isə radikal islamçıların - terrorçuların kütləvi şəkildə Avropaya soxulmasına şərait yarada bilər. "Milyonlarla miqrantlar Avropaya daxil olacaq"-deyə hədələrini davam etdirən müdafiə naziri bildirib ki, maliyyə yardımı göstərilməsə elə bu ay Yunanıstan dövləti iflasa uğrayacaq.

Yunanıstan
öz xalqını qarət etmək niyyətindədi


Afinanın maliyyə vəsaiti tükənir. Vəziyyət o qədər dramatikdir ki, hökumət milli, sosial fondların pullarını ələ keçirmək məcburiyyətindədi. Bu isə sosial təbəqə sistemini diz çökdürmək deməkdir. Hökumət sosial və digər dövlət fondlarının vəsaitinə əl qoymaqla 2 milyard avroya yaxın vəsait əldə edə bilər. Bu da çox az müddətə Yunanıstanın problemlərini qarşılaya bilər. Bəs sonra? Yəqin ki, ümid qalır Almaniyanın 322 milyard avroluq təzminatın ödəməsinə. Bu da ümidverici illüziyadan başqa bir şey deyil.


YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK