ANA SƏHİFƏ / YAZARLAR

YASİN PULU

19316    |   2010-02-27 02:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyanın işlərindən heç cürə baş açmaq olmur. Düzdür, dünya nə qədər qəliz və mürəkkəb olsa da, ondan və oyunlarından baş açanlar da var. Yəni bir də görürsən ki, bir göz qırpımında hər şey dəyişəndə bəzi adamlar da o dəqiqə düşüncələrini və hərəkətlərini dəyişirlər. Bir neçə gün bundan əvvəl bir yaxın dostum rəhmətə gedən atası yuxusuna girdiyinə görə, həmişə yasin oxutdurduğu mollaya atasına yasin oxutdurmaq istəyib. Amma molla gözünü yumub və ağzını açıb ona elə qiymət "oxuyub" ki, dostumuz da məəttəl qalıb.
   
   Molla da deyib ki, sən bu qiymətə görə, məni qınama. İndi görürsən ki, hər şeyin qiyməti günbəgün artır, mən də tay neyniyim. Əvvəllər oxuduğum qiymətə indi yasin oxumuram. Ona görə də zəhmət çəkib 20 manatından keçməlisən ki, mən də sənin atana bir yasin oxuyum və onun ruhu sakitləşsin. Onun ruhu o dünyada sakitləşsin, sən də bu dünyada narahat olmayasan. Həmin dostumuz da tay mollaya bir şey demir. Heç pul verib atasına yasin də oxutdurmur. Ordan gəlir tanıdığı şair dostu Xaqani Ayxanın yanına və deyir ki, sən ərəb dilini və Quranı yaxşı oxuyursan. Al bu pulu mənim atama bir yasin oxu. Xaqani də pulu geri qaytarır və deyir ki, mən heç vaxt pulla yasin oxumuram. Əgər deyirsən ki, atama yasin oxu, mənim gözüm üstə və hansı molla ki, səndən yasin oxumağa görə, 20 manat pul istəyib, onun yeri cəhənnəmlikdi. Çünki yasinin və Quranın heç vaxt qiyməti yoxdur.
   
   Amma neyləmək olar ki, bizim mollalar bu gün rəhmətə gedən adamı yerdən götürməyə görə, 200-300 manat və yas məclisini əvvəldən axıra qədər aparmaq üçünsə 500 manat pul istəyirlər. Onlar da o pulu hər adamdan ummurlar. Görürlər ki, rəhmətə gedən adamın qohum-əqrəbası və sahibi pullu adamdı, bax onda başlayırlar bayaq dediyimiz kimi, qiymət "oxumağa". Bu gün məmləkətimizdə mollaların sayı durmadan artır. Elə bir balaca yasini əzbər bilən adam gedib hər hansı qəbiristanlıqda dayanaraq müştəri gözləyir ki, kimsə gələcək və rəhmətə gedəninə yasin oxutduracaq. Bir çox savadlı ruhanilər və din xadimləri deyirlər ki, qəbiristanlıqların kənarında duran o adamlara yasin oxutdurmayın. Çünki onlar yasini nəinki düzgün oxumur, heç ərəb dilini belə bilmirlər. Ərəb dilini bilməyən adam necə düzgün yasin oxuyacaq? Bütün məmləkətlərdə alimlərin, ziyalıların və savadlı adamların sayı artdığı halda bizim məmləkətimizdə mollaların sayı durmadan yüksəlir. Ona görə də onların daha savadsız və daha səviyyəsiz nümayəndələri adamları aldadır, onların zəif nöqtəsini bilir və bundan sui istifadə eləyirlər. Bu cür mollalardan yaxa qurtarmağın rahat yolu isə yaxşını pisdən, işığı qaranlıqdan ayırmaqdı. Qaranlıqla gedən yolun axırı işıq olur. Ancaq elə eləmək lazımdır ki, nə o qaranlığa düşəsən, nə işığı səbirsizliklə gözləyəsən.
   
   
   
   ***
   
   Bu gün çoxları giley-güzar eləyir ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq bazarlarda hər şey "od tutub yanır". Ona görə də nə bazar-dükana girmək mümkündür, nə də mağazalara. Güya birinci dəfədir ki, məmləkətimizdə bayram qabağı hər şey bahalaşır? Onsuz da həmişə belə olub. İstər yeni ilə qabağı, istərsə də Novruz bayramı qabağı bazar-dükanda hər şeyin qiyməti kəllə-çarxa qalxır. Bunu da elə-belə eləmirlər. Çünki məmləkətimizdə elə insanlar var ki, millətin həm əziz, həm də kədərli günlərindən istifadə eləməkdə ustadılar. Təbii ki, bayramqabağı bazarlarda bahalaşmanı yaradan süni amillərdi. Bu barədə dəfələrlə hökumət və dövlət səviyyəsində fikirlər söylənilib. Bildirilib ki, ayrı-ayrı inhisarçı qüvvələr bazarlarda və topdansatış mağazalarında süni bahalaşma yaradırlar. Təəssüf ki, bu fikirlər dəfələrlə yüksək səviyyələrdə belə səslənsə də, amma onun camaat üçün elə bir isti-soyuğu olmayıb. Yəni yenə hansı inhisarçısa bazara diqtə eləyib və hər şeyi bir əldə cəmləşdirərək bahalaşdırıb. Bir çoxları bahalaşmaya görə, bazarlarda piştaxta arxasında əyləşən ayrı-ayrı satıcıları qınayırlar. Guya bazarda bahalığı yaradan həmin adamlardı. Əslinə qalanda həmin adamlar da məhsulları topdansatış mağazalarından alırlar. Dəfələrlə müxtəlif bazarlarda kənd təsərrüfatı məhsulları satan satıcılar and-aman eləyib deyiblər ki, biz məhsulları baha qiymətə satmırıq. Topdansatış yerlərində bizə verilən məhsulun üzərinə uzaq başı 20-30 qəpik pul qoyuruq. Ona görə də bahalığa görə, camaat bizi yox, topdan satış mağazalarını idarə eləyən ayrı-ayrı adamları qınamalıdılar. Əgər soğanın kiloqramı 1 manatdırsa, boranı 1 manat 40 qəpikdirsə, vallah, buna görə, camaat bizi qınamasın. Çünki hər şey vahid bir əldə cəmləşir. Hələ bir azdan sonra lap bahalıq olacaq.
   
   
   
   ***
   
   Biz Bakıda sərnişin nəqliyyatında yaranan özbaşınalıqla bağlı yazı yazmaqdan yorulduq, ancaq sərnişin nəqliyyatı üçün məsuliyyət daşıyan adamlar insanlara pis xidmət göstərməkdən yorulmadılar. Belə baxanda fikirləşirsən ki, şükür Allaha Bakıya nə qədər təzə və iritutumlu avtobuslar gətirilib. Bunun özü çox təqdir olunası haldır. Amma elə ki, bəzi iritutumlu avtobuslara minirsən, yağışlı və yağmurlu havada avtobusun şüşəsi o qədər çirkli olur ki, hansı dayanacaqda düşməyini müəyyənləşdirə bilmirsən. Axı kimləsə əziyyət çəkib milyonlarla pul xərcləyib təzər avtobuslar gətirib. Bəs nə üçün sürücülər bu təzə və iritutumlu avtobusların salonunu təmiz saxlamırlar? Üstəlik, şüşələri də vaxtlı-vaxtında yudurtmağa ərinirlər. Bunları yola vermək olar. Amma onu başa düşmək olmur ki, bir çox avtobus sürücüləri sərnişin daşımaq əvəzinə, sanki kartof-soğan aparırlar. Belə ki, fevralın 23-də saat 18:30-da metronun "Neftçilər" stansiyasından Yeni Günəşliyə istiqamət götürən 316 saylı marşrutda işləyən avtobusun sürücüsü sərnişinlərin kefinə əməlli-başlı soğan doğradı. 10 TB 391 nömrəli avtobusu idarə edən sürücü tez-tez lazım gəldi-gəlmədi əyləci basır və bu zaman ayaq üstə duran sərnişinlər bir-birinə dəyirdi. Sərnişinlər də sürücünün hərəkətinə öz narazılığını bildirəndə sürücünün yanında əyləşən iki cavan oğlan (çox güman ki, onun dostları idi) ona qahmar çıxıb və müdafiə eləyirdilər. O cavan oğlanlar deyirdilər ki, hələ sevinin ki, bu sürücü avtobusu aşırmayıb. Bu sözlərdən sonra sürücü daha da özündən çıxıb sürəti artırdı və yenidən əyləci qəfil basdı. Ayaq üstə olan sərnişinlər yenidən bir-birinə dəydilər. Bu vaxtı bir qadın ucadan dilləndi: "Ay oğul, adam aparırsan ey, bir az ehtiyatlı ol. Biz dinmirik, sən də lap ağ eləyirsən". Sürücü heç bir şey demədi. Yenə yanındakı oğlanlar dilləndi ki, xala, qorxub-eləməyin bu oğlanın atası "D" kateqoriyası alıb verib. Sizi sağ-salamat mənzil başına çatdıracaq.
   
   Çox qəribədir ki, sürücü bir əli ilə sükanı idarə edir, digər əlində də siqareti saxlayırdı və tez-tez də siqaretdən sümürüb tüstünü salona buraxırdı. Hansı ki, mövcud qanunla ictimai nəqliyyatda siqaret çəkmək, radio və maqnitafonu işlətmək qadağandır. Amma buna baxan kimdir? 10 TB 391 nömrəli avtobusun sürücüsü yenə öz kefində idi. Sərnişinlər dayanacaqda düşəndə dedilər ki, canımızı bu sürücüdən bir təhər xilas elədik, yazıq bizdən sonra bu avtobusa minənlərin gününə. Bizim başımıza açılan oyun onların da başına açılacaq.
   
   
   
   ***
   
   Həmişə qış vaxtı olanda və havalar soyuq keçəndə vəhşi heyvanlar, xüsusən də canavarlar kəndlərə hücum eləyir. Hətta onlar ayrı-ayrı adamların tövlələrindən qoyun-quzunu götürüb aparmağa çəkinmir. Həyətdə də it olmayanda canavarların işi əla gedir. Bu il müxtəlif rayonlarda yaşayan insanlar canavarların hücumuna çox məruz qalıblar. Onlar deyirlər ki, heç əvvəlki qışda bu qədər canavarlar kəndə hücum çəkmirdi.
   
   Amma bu qış nədənsə canavarlar qoyun-quzudan və kənddən uzaq durmurlar. Bir neçə gün bundan əvvəl isə Göyçay rayonunda günün günorta çağı bir neçə canavar qoyun sürüsünə hücum edib. Əlində silah olmayan və qoyunları otaran adamsa heç bir şey eləyə bilməyib. Təbii ki, sürünün yanında çoban itləri olmayanda və eyni zamanda silah da işə düşməyəndə onda canavarlar bir göz qırpımında bir neçə qoyun-quzunun axırına çıxırlar. Bu hücumu zamanı bir neçə nəfərin qoyun-quzusu canavarlar tərəfindən parçalanıb. Camaat da deyir ki, bizim tüfənglərimizi əlimizdən alıblar və biz də canavarların hücumunun qarşısında aciz qalmışıq. Nə də özləri gəlib onları vurmurlar. Nə vaxta qədər biz canavarların əlində aciz qalacağıq? Görünür, Göyçay camaatı lap ümidələrini itirib. Amma onlar ümidlərini üzməsinlər. Çünki artıq bir azdan havalar istiləşəcək, hər yan yaşıllığa bələnəcək. Bax, onda da canavarlar kəndlərdən uzaqlaşıb meşələrə, dağlara çəkiləcək. Deməli, camaat yenə ümidini yaza bağlamalıdır.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-19
2018-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (25%)
Argentina (12.5%)
İspaniya (12.5%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK