Xeyli vaxtdır ki, Bakıda sərnişin nəqliyyatında qayda-qanun yaratmaq üçün həm Nəqliyyat Nazirliyi, həm də Dövlət Yol Polisi İdarəsi birgə fəaliyyət göstərir. Təbii ki, bu da onunla bağlıdır ki, bir çox avtobus sürücüləri yol hərəkəti qaydalarını kobud surətdə pozur və hətta nəqliyyat vasitəsini dayanacaqda belə saxlamırlar.
Əlbəttə, mütəmadi olaraq avtobusların qanunları pozması ilə bağlı bayaq dediyimiz kimi, reydlər keçirilir. O da bəllidir ki, bəzi avtobus sürücüləri sükan arxasında əyləşərkən təcrübələri olmamaları bir yana, heç onların sürücülük vəsiqələri belə yoxdur. Bir hadisə törədən kimi həmin dırnaqarası sürücülər avtobusu yolun ortasında qoyur, sonra da aradan qaçıb çıxır. Təsadüfi deyil ki, Bakı şəhərində baş verən avtobus qəzaları zamanı belə hadisələrə tez-tez rast gəlmək mümkündür.
Bütün hallarda yenə avtobusda əyləşib mənzil başına getmək istəyən sərnişinlər əziyyət çəkməli olurlar. Yəni avtobus sürücüsü bir-biriylə ötüşürsə, sürət həddini aşırsa və qəfil əyləci basırsa, bu anda sərnişinlərin nələr yaşadığını onların özlərindən başqa heç kim dərindən duya bilməz. Çünki avtobus sürücüsü əyləci qəfil basırsa və maşını yerindən birdən-birə tərpədirsə, yenə yıxılan sərnişin olur. Dəfələrlə avtobusun salonunda biz sərnişinlərin yıxılmasının və müxtəlif dərəcəli bədən xəsarəti almalarının şahidi olmuşuq. Sürücüyə iradımızı bildirəndə o, heç nə olmayıbmış kimi, özünə haqq qazandırır və deyir ki, vaxtım azdır, gərək növbəti dayanacağa çatam.
Bu vaxt azlığı da çox vaxt sürücülərin özlərinin hoqqalarıdır. Hər hansı metrostansiyasının qarşısında vaxtdan artıq gözləyir, sərnişin yığır və itirdiyi vaxtı aradan qaldırmaq üçün avtobusu yüksək sürətlə idarə edir. Hətta növbəti dayanacaqda avtobusu saxlamaq belə istəmirlər.
Çox uzağa getməyək, "Azərbaycan" nəşriyyatının qarşısında dəfələrlə 96, 5, 39 nömrəli marşrutlarda işləyən avtobuslar sürətlə gəliblər, dayanacağa çatanda maşını saxlamayıb hərəkətə davam ediblər. Çünki yaşıl işığın yandığı vaxtı həmin yerdən keçib tez bir vaxtda gözdən itiblər. Sərnişinlər də dayanacaqda dayanmayan avtobus sürücülərini qınamalı olublar. Bütün bu hallarda yalnız və yalnız sürücülər qınanmalıdır. Ən azından ona görə ki, avtobusu hər bir dayanacaqda saxlamaq və sərnişinləri götürmək onların vəzifə borclarıdır. O başqa bir məsələdir ki, bir də görürsən, dayanacaqları fərdi taksilər zəbt etdiyinə görə avtobuslar ora girə bilmir və bir qədər aralıda sürücü maşını saxlayıb sərnişin götürür.
Biz dəfələrlə dayanacaqları zəbt edən fərdi taksilərlə bağlı məsələləri gündəmə gətirmişik. Düzdür, Nəqliyyat Nazirliyinin əməkdaşları onlara xəbərdarlıq edəndə bir müddət həmin taksilər gözə dəymir. Elə ki nazirliyin əməkdaşları ordan uzaqlaşır, bax onda yenə taksilk fəaliyyəti ilə məşğul olan sürücülər dayanacağı yenidən zəbt edirlər. Məsələn, Yeni Günəşli yaşayış sahəsinin "D" massivində fərdi taksi sürücüləri dayanacağı zəbt edib tutublar. 50 və digər nömrəli avtobuslar isə dayanacaqda dayanmaq imkanına malik deyillər. Sürücü də əlacsız qalıb avtobusu yolun hərəkət hissəsində saxlayır. Bu zaman isə avtobusdan düşən sərnişinlər təhlükəli vəziyyətlə üzləşirlər. Çünki arxadan gələn nəqliyyat vasitəsi hər an həmin piyadanı vura bilər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin rəisi, polis mayoru İlqar İbrahimov bildirir ki, mütəmadi olaraq əməkdaşlarımız tərəfindən avtobusların kobud qayda pozuntularına yol vermələri diqqət mərkəzində saxlanılır. Xüsusən də avtobusları sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmayan və eyni zamanda qəza vəziyyəti yaradan şəxslər barəsində daha ciddi tədbirlər görülür.
Son vaxtlar onlarla bu cür avtobus sürücüsü barəsində inzibati protokol tərtib edilib və onlar məsuliyyətə cəlb olunublar. Deməli, birmənalı olaraq hər bir avtobus sürücüsü daha çox diqqətli olmalı, sərnişindaşıma qaydalarına əməl etməli, kobud qayda pozuntularına yol verməməlidirlər. İ.İbrahimov onu da dedi ki, sonuncu reydimiz zamanı avtobus dayanacağında dayanmayan sürücülər barəsində də ciddi ölçü götürülüb. Bir daha onlara xəbərdarlıq edilib ki, hər bir avtobus sürücüsü əgər şərait varsa, dayanacaqda durmalı və sərnişinləri götürməlidir. Əks təqdirdə, bunun özü də qayda pozuntusu hesab olunur. Əlbəttə, bütün bu tədbirlər birmənalı olaraq hərəkətin təhlükəsizliyinə yönəldilib və avtobus sürücülərinə isə qaydalara əməl etmək qalır.