ANA SƏHİFƏ / YAZARLAR

ÜMİDİMİZ KİMƏ QALIB?

18581    |   2009-11-27 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tez-tez nəqliyyatda yaranan probemlərlə bağlı mövzulara toxunmağımız heç də təsadüfi deyil. Ən azından ona görə ki, bu problemləri yada salmaqla biz hansısa məsələlərin az-çox həllinə nail oluruq. İlk növbədə bizi qınayanlardan alqışlayanlar qat-qat çox olub. Biz heç də öz dərdimizi yox, yüz minlərlə insanın ağrısını-acısını və problemini çözmək istəyirik. Buna nə dərəcədə nail olub-olmamağımızı zaman göstərəcək.
   
   Biz isə hər an və hər gün öz işimizi görməliyik. Çünki əgər sükan arxasında əyləşən sürücü avtobusu idarə edərkən bir saniyə də olsa nəyisə nəzərdən qaçırırsa, bunun axırı heç də yaxşı olmur. Bu dəfə Bakı-Sumqayıt avtobusunda hərəkət edərkən gördüklərimi qələmə aldım ki, həmin qaldıracağımız məsələlər tezliklə öz həllini tapsın. Həmin avtobusları idarə edən sürücülərin bir "xəstəlikləri" var. Bir də görürsən ki, Baş Dövlət Yol Polisi İdarəsinin Saray postundakı tağımına az qalmış sürücülər sərnişinlərə deyirlər ki, pullarınızı yığın. İlk baxışda burda elə bir qəbahət yoxdur. Avtobusda əyləşən hər hansı sərnişin gec-tez gediş haqqını ödəməyə borcludur. Amma sadəcə olaraq avtobusun hərəkət etdiyi bir vaxtda sürücülərin bu pulu yığması çox böyük təhlükə törədir. Hərçənd ki, bu pulları kondoktorlar yığsaydı burda elə bir qəbahət olmazdı. Çünki sürücü avtobusu idarə edə-edə bir əli sükanda, bir əli isə pulda olur. Bir çox halda isə onun nəzərləri yoldan yayınır. Bu isə çox təhlükəli və qorxulu anların baş verə biləcəyindən xəbər verir. Belə ki, Allah uzaq eləsin, bir anlıq sürücü həmin vəziyyətdə idarəetməni itirə bilər və nəticədə avtobus aşar. Gediş haqlarını isə ya yola düşməmişdən, ya da Sumqayıta çatanda çox asanlıqla yığmaq olar. Bəs onda nə üçün sürücülər əvvəldə və sonrada deyil, avtobusun hərəkət etdiyi vaxt pulları yığmaq istəyirlər? Sürücülər bunu bir çox səbəblərlə izah eləyirlər. Məsələn, onlar deyirlər ki, mənzil başına çatanda bəziləri pul verməyib aradan çıxmaq istəyirlər. Elə olmazmı ki, sərnişinlər avtobusa minən kimi həmin pullar yığılsın və camaat da mənzil başına rahat çatsın. Axı sürücülərin günahı üzündən gündə bir avtobus aşır, nə qədər sərnişin həlak olur və yaralanır. Bakı-Sumqayıt avtobusunda da sürücülərin pul yığması zamanı belə halların baş verməsi istisna deyil. Deməli, bu barədə həm Nəqliyyat Nazirliyi, həm həmin marşrutların sahibləri, həm də avtobus sürücüləri ciddi götür-qoy eləməlidilər. Çünki bu camaat yazıqdır və avtobusa əyləşən hər hansı adam evinə sağ-salamat çatmaq istəyir.
   
   
   
   ***
   
   Heç kimin bizim həkimlərə işi düşməsin. İşi düşdüsə, deməli onların başına olmazın müsibətləri açılacaq. Ən azından həkimlər həmin xəstəni bir neçə özəl klinikaya müayinə və analiz olunmağa göndərəcəklər. Bu müayinə və analizlər də elə-belə başa gəlmir. Yəni müayinələrdən keçmək üçün özəl klinikalarda 400-500 manata yaxın pulun çıxacaq. Hələ onu da bilmək olmaz ki, sənə qoyulan diaqnoz düzgündür, ya düzgün deyil. Çünki bizim məmləkətdə ən müasir tibbi avadanlıqlar olsa belə, heç də pasiyentləri müayinə edərkən onlara düzgün diaqnoz qoyulmur.
   
   Uzağa getmək istəmirəm. Bizim yaxın qohumumuzu düz 6-7 ildir həkimlər ordan-ora, burdan da bura göndərirlər. Yəni dövlət xəstəxanasından tutmuş özəl klinikalara qədər həmin adam müayinədən və müalicədən keçib, ancaq heç bir şəfa tapmayıb. 7-8 min manat pulu çıxan yaxın qohumum axırıncı dəfə "Ömür" və Mərkəzi Klinikada müayinədən keçib. Çox qəribədir ki, həmin klinikaların da rəylərəi və analizləri bir-birinə zidd olub. Bir klinikada ona deyiblər ki, sənin öd yollarında probem var, başqa birində isə fərqli analizlər çıxıb. Uzun müddət bu müayinələrə uyğun həmin adamın üzərində həkimlər müalicə aparıblar. Xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə, get-gedə daha da ağırlaşıb və o zəifləyib. Bir neçə həftə bundan qabaq bizim təkidimizlə qohumum İrana getdi və Tehranın "Atia" hospitalında 8 gün müalicə olundu. Həkimlər onu müayinə edərkən bizim həkimlərin rəylərinə və analizlərinə baxıb başlarını bulayıblar. Deyiblər ki, onların heç biri sizi düzgün müayinə və müalicə etməyib. 7 gün müddətində həmin qohumumu yüksək səviyyədə müalicə ediblər və bu gün o özünü lap əla hiss eləyir. Ona yazılan dərmanların hamısı isə bəyənmədiyimiz İranın istehsal etdiyi pereparatlardır. Qohumum deyir ki, iranlı həkimlər bizə həddindən çox nəvaziş göstərirdilər. Sanki özümüzü Bakıda hiss eləyirdik. Onlar dedi ki, sizin o savadsız həkimləri heç biz burda aptekdə işə götürmərik. Həkim də xəstəni bu günə qoyar? Bir qədər də gec gəlsəydiniz düzgün aparılmayan müalicə nəticəsində sizə heç bir köməklik edə bilməyəcəkdik. Bizdə xəstəyə deyirlər ki, bunu yemə, onu yemə. Amma İranda tamamilə fərqli münasibət var. Daha doğrusu, onlar xəstəni az müddətdə sağaldır və sonra da çox şeydən yox, az şeydən xəstələri özlərini qorumağı tövsiyə eləyir. İrandan aldığı dərmanlara cəmi 400 dollar pul ödəyib mənim qohumum. Amma burda 3-4 dərmanı almaq üçün ondan qat-qat çox pul vermişdi. Artıq iki gündür ki, qohumum işə çıxır və özünü əla hiss edir. Deyir ki, xəstəxanada birinci gün dərman atan kimi hiss elədim ki, yaxşılaşıram. İki-üç dərmandan sonra özümü lap əla hiss elədim. Heç elə bil o ağrı-acı məndə yox idi. İndi 4 aydan sonra bu müalicələri qəbul edib yenidən iranlı həkimlərin yanına qayıdacam.
   
   Təki bütün xəstələr belə tezliklə şəfa tapsınlar. Yoxsa bizim məmləkətimizdəki kimi aylarla və illərlə xəstəxanaların qapısı ağzında sürünüb əzab-əziyyət çəkməsinlər. İndi hər adamın imkanı yoxdur ki, gedib İranda və digər xarici ölkələrdə özünü müalicə və müayinə etdirsin.
   
   
   
   ***
   
   O gün bir neçə qəzet yazmışdı ki, havaların soyuması və qarın yağması ilə əlaqədar olaraq Xaçmazda, Qubada qaz təchizatında problemlər yaranıb. Yəni havaların qarlı və şaxtalı keçdiyi günlərdə əhaliyə qaz verilmir. Hələ soyuq və qarlı günlər qabaqdadır. Payız aylarında camaat bu qədər çətinlik çəkirsə, onda görün qış aylarında insanlar hansı müsibətlərlə üzləşəcəklər. Onsuz da bizim camaat hər cür çətinliyə, müsibətə öyrəşib. Yəni biz öyrəşmişik ki, qış gələndə qazımız yanmasın, işığımız yanmasın və istilik sistemimiz işləməsin. Ancaq balaca körpəni və xəstə uşaqları biz babalar və böyüklər heç cürə başa sala bilmirik ki, yuxarı vəzifədə əyləşən "əmilərin" dünya vecinə deyil. Çünki soyuqda qalan həmin "əmilər" deyil, körpə və xəstə uşaqlar, onların imkansız ailələridir.
   
   Bir çoxları elə bilir ki, əyalətlərdə camaat işıq, Qaz qıtlığı yaşayırsa, şəhərdəkilər qışın şaxtalı günlərində evlərində buğlana-buğlana yatırlar. Yəni onların mənzilləri od kimi olur. Hansı ki, heç Bakının özündə və qəsəbələrində nəinki qış vaxtı, yayın ortasında belə qaz zəfi gəlir. Bu zəif qaz havalar soyuyanda lap "ölür". Yəni qazın üstünə qoyulmuş hər hansı xörək, çaynik saatlarla qaynamaq bilmir. Bir stəkan çaya Bakının kəndələrində insanlar həsrət qalır. Ona görə də əksər halda insanlar qaz gəlməyəndə elektrik enerjisindən istifadə eləyirlər. Xətlər də həddindən artıq yüklənəndə gərginliyə dözə bilməyib sıradan çıxır. Onda da işıqlar sönür, soyuq günlərdə insanlar qazsız və işıqsız qalırlar.
   
   
   
   ***
   
   Bizdə hər şeyə yamaq vurmaq adət halını alıb. Dədə-babadan görmüşdük ki, yamağı şalvara, pencəyə, köynəyə vurarlar. Amma indi tamamailə başqa şeylər görürük. İndi də yamağı təzə tikilib və sökülən yollara vururlar. Məsələn, Bakı-Hacıqabul yolu deyilənlərə görə, Avropa standartlarına uyğun tiklib. Ancaq 5-6 il keçməyib ki, həmin yolun da müxtəlif istiqamətləri dağılmağa başlayıb. Bunun bir səbəbi magistral yolun keyfiyyətsiz inşa edilməsidirsə, digər səbəbi ağır yüklü maşınların normadan artıq yük aparması və yolları dağıtmasıdır. Heç kimə sirr deyil ki, beynəlxalq istiqamətlərdə hərəkət edən ağır yüklü maşınlar həmin yolları pis günə qoyub. İndi-indi fikirləşirlər ki, hansı yük maşınları isə normadan artıq yük daşımasın. Guya bununla nəyinsə qarşısını almaq mümkün olacaq. 15-20 ton yük aparan maşının yükünü boşaldırlar, amma 30-40 ton yük daşıyan maşına heç kəs bir söz deyə bilmir.
   
   Dağılan yola yamaq vurmaqla bu qədər ağır yükün öhdəsindən necə gəlmək olar. Yamağı bu gün vuracaqsan sabah yenə dağılacaq. Ən yaxşısı budur ki, yolları tikib istifadəyə verəndə həmin o ağır yüklərin daşınması nəzərə alınsın. Yəni nəzərə alınsın ki, yeni istifadəyə verilən yolda 30-40 tonluq yük maşınları hərəkət edəcək. Təbii ki, həmin yolu da inşa edərkən o ağır yüklər nəzərə alınmalı, problemlər vaxtında həll edilməlidir. Yoxsa indi dağılan yollara yamaq qoymaqla heç bir problemi həll eləmək və yolları normal vəziyyətdə saxlamaq çox çətindir. Ən başlıcası isə yeni salınmış yolların dağılmasının qarşısını almaq lazımdır. Çünki bu yolların salınması üçün dövlət milyonlarla manat vəsait xərcələyib. Əgər yollar vaxtında qorunsa və mühafizə edilsə, onda o yollar dağılmaz, sonradan da mənasız yamaqlara da ehtiyac olmaz.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK