ANA SƏHİFƏ / YAZARLAR

HEÇ KİM AZƏRBAYCAN SEVGİMƏ XƏLƏL GƏTİRƏ BİLMƏZ

112103    |   2009-08-29 09:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli redaktor!
   
   1994-cü ildə təzyiqlər nəticəsində Azərbycandan ayrıldıqdan sonra haqqımda yüzlərlə iftira yazısı yazıldı, vətənə xəyanətdə ittiham edildim, hədsiz hesabsız həqarətlərə məruz qaldım. Yazılanların doxsan doqquz faizinin quyruqlu yalan olmasına baxmayaraq 15 il ərzində heç birinə cavab vermədim, susmağı üstün tutdum. Bunun bir çox səbəbi vardı. Əsas səbəb, verəcəyim cavablarla Azərbaycanda süni gərginlik yaratmaq məqsədiylə cəfəngiyyat ədəbiyyatına qurşananların dəyirmanına su tökməmək idi. Onarlın dərdi mən deyildim, Azərbaycanımızı müvəffəqiyyətə irəli aparan mövcud iqtidardı. O iqtidar ki, köklərində mikraskopla kürd qanı axtarılır və bu qəbildən olan yazılarla kimlərinsə önündə ən iyrənc məqsədlər qoyulurdu. Onların mənə qarşı şəxsi bir ədavəti yoxdu. Onların ədavəti vətənimizin qardaşlıq baxçası olmasına, Azərbaycan dövlətinin müasir demokratiya prinsipləri əsasında inkişaf etməsinə, sosial sahədəki nailiyətlərin günü-gündən artmasına, Azərbaycan iqtidarının başqalarının iradəsi ilə deyil, öz vətəndaşlarının mənafeləri əsasında müdrik siyasət yürütməsinə qarşı idi.
   
   İqtidarın "PKK-nı himayə etməsi" şəklindəki böhtan kampaniyalarında Azərbaycan vətəndaşı, "PKK-nin MDB koordinatorü" kimi Həjar Əsgərovun adını hallandırmaq, böhtana həqiqət donu geyindirmək üçün lazımıydı. Adımdan bəzi müxalifət gücləri kişiliyə sığmayan bir şəkildə istifadə etdilər.
   
   Hər iftira yazısını oxuduqdan sonra fikirləşirdim ki, bəlkə koldan atanlar bundan sonra yaxamdan əl çəkərlər. Ancaq elə olmadı. Türkiyə dövlətinin Kürd probleminin demokratik həlli üçün müsbət adımlar atdığı, PKK ilə dolayısı ilə görüşmələr keçirdiyi halhazırki dönəmdə belə sensasya tapmaqda çətinlik çəkən üzdən-iraq jurnalistlər qır-saqqız olub Həjarın adından yapışırlar. Ən acınacaqlısı isə odur ki, bu cür ürəkbulandıran "məqalələr"lə bilərəkdən Azərbaycan xalqını bu torpaqda milli zəmində heç bir problemləri olmayan və digər türksoylu azərbaycanlılarla on illər boyu qaynayıb-qarışmış azsaylı kürdlərə qarşı qoymaq istəyirlər. Lakin tamamilə əminəm ki, "stəkanda firtina" yaratmaq istəyən bu dirnaqarasi jurnalistlər əkmək istədikləri bu ədavət toxumunun bəhrəsini heç bir zaman görə bilməyəcəklər.
   
    Bəzi müxalifət qəzetlərinə görə həyatım boyu üzünü görmədiyim Ermənistanın köhnə prezidenti Köçəryanın yaxın dostuyam, tək bir xarici Kürdün yaşamadığı Dağlıq Qarabağa minlərlə Kürdü köçürməyə davam edirəm, axırıncı dəfə 1989-cu ildə Kəlbəcərdən Bakıya getdiyim zaman gördüyüm Dağlıq Qarabağı su yoluna çevirmişəm, 1994-cü ildən sonra ayaq basmadığım Azərbaycana tez-tez gəlib iclaslar keçirir və vətənimə qarşı qiyam hazırlayıram, PKK-nin MDB koordinatoruyam və s. İndi burada haqqımda yazılan iftiraların hamısını dilə gətirsəm, qəzetinizdə başqa yazılara yer qalmaz.
   
   Təkçə bir misal gətirəcəyəm: məni tez-tez Azərbaycan mətbuatında Laçınıın işğalından sonra 1992-ci ildə güya oraya gedib "Kürd dövləti qurma" fəaliyəti yürütməklə ittiham edirlər. 1992-ci ildə Bakıdaydım və ermənilərin bir neçə Ermənistanlı Kürdü də məkrli əməllərinə alət edib Laçında iclas keçirməsinə qarşı Azərbaycan mətbuatında ən kəsərli məqalələri də mən yazmışdım. Maraqlıdır ki, 30-dan çox samballı elmi, bədii və publisistik kitabların müəllifi, Azərbaycana olan sevgisinı öz əməlləri ilə dəfələrlə sübuta yetirmiş rəhmətlik atam Şamil Əsgərov da son illər eyni məzmunlu iftiralara tuş gəlidi. Bütün bunlarin kökündə Azərbaycanda yaşayan bütün milli azlıqlara tolerantlığı ilə tanınan "kürdləşdirilmiş" iqtidara qara yaxmaq məqsədi sezilmirmi?
   
   Həsən bəy Zərdabinin həqiqətlər üzərində qurduğu, bir zamanlar mənim də çalışdığım Azərbaycan mətbuatına hər zaman hörmətlə yanaşdım. Haqqımda cəfəngiyyat yazanların bu mətbuatla heç bir əlaqəsinin olmadığına, siyasi sifarişləri yerinə yetirdiklərinə inandım. Onlar mənim Azərbaycan sevgimə xələl gətirə bilməz.
   
   Söz pəhləvanları öz çaldıqlarına özləri oynayan zaman mən dünyanın onlarla ölkəsində, fərqli dillərdə çap edilən məqalələrimdə Azərbaycanın mənafeyini müdafiə etdim, erməni işğalına qarşı çıxış etdim. "New-York times" gəzetində və "Amerikanın səsi" radiosundaki müsahibələrimdə Dağlıq Qarabağ probleminin həllini aşağıdaki iki şərt əsasında həyata keçirilə biləcəyini söylədim: Azərbaycanın işgal edilmiş bütün torpaqlarının geri qaytarılması və bundan sonra Dağlıq Qarabağa Azərbaycanın dövlət bütövlüyü içində muxtariyyət verilməsi. Məsələnin belə həll edilməsi hər Azərbaycanlının arzusu deyilmi? Azərbaycan mətbuatında olduğu kimi Kürd mətbuatında da var olan üzdən-iraq jurnalistlər tərəfindən "azərbaycançılıq", bu ölkənin mənafeyini müdafiə etdiyim üçün "ittiham" olundum. Hər zaman ittiham olunmaq mənim tale yazım oldu.
   
   2005-ci ildə İstanbulda Türkcə çap edilən, 2007-ci ildə Rus dilində 10 min tirajla nəşr etdirdiyim "Diaspora Kürdləri" kitabımda Erməni işgalcılığına, Ermənistan dövlətinin Kürdlər üzərindəki məkrli siyasətinə geniş yer verdim.
   
   Azərbaycan həqiqətlərini dünyaya çatdıran Həjar vətən xaini, iqdidar həvəsi üçün hər çür nakişilikdən çəkinməyən boşboğazlar "qəhrəman" olurlar.
   
   Hörmətli redaktor!
   
   Mən nəinki PKK-nin MDB koordinatoru, hətta bu təşkilatın üzvü belə deyiləm. Azərbaycan xalqını da, Kürd xalqı qədər sevən müstəqil bir Kürd və Azərbaycanlı yazıçı, şair ve jurnalistəm. Kəlbəcərliyəm. Allahın köməyi ilə Kəlbəcər işgaldan azad olununanda oraya ən birinci gedən də mən olacağam. Ölümüm bahasına olsa da. Əsl işim sevməkdir: Haqqı, Kürdü, Azərbaycanlını, İnsanları. Amalım haqqın yanında, nahaqqın qarşısında olmaqdır. Mənim əsl işim, qayəm və kimliyim budur.
   
    Bir cani edam ediləndə belə ona söz haqqı verirlər. Məni saxta sözlə atıb tutanlar, adımı qaralayanlar, xalqıma böhtan atanlar, bir sözlə məhkəməsiz, sorğusuz-sualsız "edam edənlər" mənə söz haqqı verməyi belə firkirləşmədilər.
   
   Azərbaycan xalqına və dövlətçiliyinə, vətənimizin milli mənafeyinə, xalqlar arası qardaşlığın gücləndirməsinə, demokratiyanın daha da genişlənməsinə, söz azadliğina xidmət edəcək bütün suallarınıza cavab verməyə hazır olduğumu ifadə edir və haqq işinizdə Sizə uğurlar diləyirəm.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-05-24
2017-05-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan, yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim onu çağırtdırır. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim, mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam...




digər lətifələr
ARXİV
FACEBOOK