ANA SƏHİFƏ / YAZARLAR

PULUN YOXSA, YIXIL ÖL!..

20348    |   2009-08-22 01:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bu gün dünyamız dənizin içində çalxalanan bir gəmiyə bənzəyir. Təlatümlü dalğalar gah bu gəmini uzaqlara vurub aparır, gah da sahilə çıxarmaq istəyir. Ancaq şahə qalxan dalğalar dünyamız kimi, o gəmiyə də sahilə çıxmağa və yan almağa imkan vermir.
   
   Dünya dənizin içindəki gəmi kimi, çalxalanmaqda davam eləyir. Hər şey də yavaş-yavaş öz əvvəlki dəyərini, qiymətini və hörmətini zaman-zaman itirməyə başlayır. Bu yazını elə-belə qələmə almıram. Çünki son vaxtlar görürəm ki, pulsuz və imkansız adamlar hansı müsibətlərlə, faciələrlə üzləşirlər. Yəni pulu olmayan, maşını olmayan, imkanı olmayan adamlara cəmiyyətdə yuxarıdan aşağı baxırlar. Hətta bəzən belələrinin üst-başına baxıb, salamını da almırlar. Özləri bilərlər, salam Allahın salamıdır, alsalar da sağ olsunlar, almasalar da.
   
   Pulsuz adamlarınsa həmişə işi çətin olub. Amma bugünki yaşam tərzində isə bu məsələlər daha da qəlizləşib və çətinləşib. Elə ki, xəstələnib xəstaxanaya düşdün, bax onda sənin üzünə baxan olmayacaq. Pulun varsa, irəli durub sənə kömək eləyən tapılacaq və pulun yoxsa, elə xəstaxananın qabağındaca zarıya-zarıya qalacaqsan. Sovet hökumətinin vaxtında həkimlər işə başlayanda Hippokrat andı içərdilər. Bilmirəm, indi bu andı içirlər, ya yox. Bir onu bilirəm ki, indi əksər həkimlər bu anda məhəl qoymur, əlin cibində olmasa, pul verməsən, heç xəstəxanaya səni qəbul eləməyəcəklər. Amma sirr deyil ki, səhiyyə sistemində vicdanlı və namuslu həkimlər də var.
   
   Bir dəfə yaxşı yadımdadır ki, yaxın qohumlarımızdan birinin uşağı xəstəxanada yatanda orda kasıb bir ailənin övladı da müalicə olunurdu. O uşağın atasının nə həkimə verməyə pulu vardı, nə də dəriman almağa. Bir qadın həkim hər gün evindən gələndə o uşağa yemək gətirər, dərman alar və müalicə olunub çıxana qədər ona təmənnasız yardım göstərərdi. Belə həkimlərin qarşısında biz baş əyirik və Allah-Təaladan arzulayırıq ki, bu cür həkimlər məmləkətimizdə çox olsun.
   
   Bakıda elə xəstəxanalar var ki, (ən çox da özəl xəstəxanalar) orada pulun olmasa, heç kəs səni müayinə və müalicə eləməyəcək. İllah da ki, kasıb olasan və arxancanda gələnin olmaya. Elə yıxılıb xəstəxananın qabağında öləcəksən. Bir qədər də insafsız həkimin əlinə düşəndə sənin başına olmazın oyunlarını açacaqlar. Əgər həkim bilsə ki, pulun var, imkanın yaxşıdır, onda sənə xəstə gözü ilə yox, kommersiya marağı ilə baxacaq və uzun müddət səndən əl çəkməyəcək. O vaxta qədər əl çəkməyəcək ki, görəcək, imkanlısan, müxtəlif bəhanələrlə səni qorxuzub, pulunu əlindən alacaq. Daha doğrusu, özün yalvarıb, o pulu verəcəksən ki, həkim, qurban olum, məni düşdüyüm bəladan xilas elə. Həkim də zəhimli baxışları ilə başını tərpədəcək ki, əlin cibində olsa, hər şey yaxşı olacaq. Üstəlik də sənə o qədər dəva-dərman yazacaqlar ki, elə bu dəva-dərmanın özü bir ətək pul eləyəcək. Həkim də məsləhət biləcək ki, ancaq bu dəva-dərmanı hər yerdən yox, mənim dediyim aptekdən almalısan. Müxtəlif dərman firmaları ilə işləyən həkimlərin əlinə düşəndə isə xəstənin vəziyyəti daha da ağır olur. Həkim resept yazır və bu reseptlərlə də pasiyentlər apteklərə gedib oradan həmin dərmanları alırlar. Amma apteklərdə bilirlər ki, həmin dərmanları yazan həkimlər kimlərdir və buna görə də həmin həkimlər yazdıqları reseptin faizlərini həmin dərman firmalarından alırlar. İndi görün, bizim bəzi həkimlər xəstələrin taleyi haqqında fikirləşirlər, yoxsa özlərinin biznes maraqları barəsində?
   
   Bir çox həkimlər isə müayinə və müalicə edəndə xəstələrə düzgün diaqnoz qoymurlar. ATV-nin "El içində" verilişində açıqlandı ki, özəl klinikalardan birinin həkimi xəstələrdən birində hepatit virusu olduğunu bildirib. Həmin xəstə isə uzun müddət bu virusa qarşı özündə müalicə apartdırıb. Amma sonrakı müayinələr zamanı məlum olub ki, heç, həmin xəstədə hepatit virusu yox imiş. Bəs, belə olan halda Səhiyyə Nazirliyi görəsən, xəstəyə düzgün diaqnoz qoymayan həkim haqqında hansı ölçü götürüb? Bir çox həkimlər haqqında lazımı ölçülər götürülmədiyinə görə və eləcə də onlar barəsində cinayət işi qaldırılmadığı üçün onların qurbanları azalmaq əvəzinə günbə-gün çoxalır. Hələ biz indiyə qədər görməmişik ki, bir xəstənin dünyasını dəyişməyində səhlənkarlıq göstərdiyinə görə, hansısa həkimi cinayət məsuliyyətinə cəlb eləsinlər.
   
   Bir neçə ay bundan əvvəl Tovuz rayonunun kəndlərinin birində qudurmuş it bir uşağı tutmuşdu. Həmin uşağa da lazımı vaksin vaxtında vurulmadığına görə və düzgün müalicə aparılmadığı üçün rəhmətə getmişdi. Tovuz rayon xəstəxanasının baş həkimi Paşa Muradov televizyadakı çıxışında bildirirdi ki, günah onun valideyinlərində olub, amma həkimin də səhlənkarlığı təsdiqlənib və buna görə həkimə töhmət vermişik. Bir xəstə ölür və bir töhmətlə həkim bu məsuliyyətin altından sudan quru çıxır. Nə üçün xəstənin taleyinə səhlənkar yanaşan, həkim haqqında cinayət işi qaldırılmayıb? İndi deyək ki, həmin xəstənin qohum-əqrəbası və sahibi imkansızdır deyin, bu xəstəyə səhlənkar münasibət göstərən həkim cinayət məsuliyyətindən yayınmalıdır?
   
   Bu yaxınlarda Sumqayıtda da doğum evlərinin birində ölüm hadisəsi baş verib. Xəstəxanaya gətirilən ana həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Həmin qadının həyat yoldaşı isə müxtəlif ünvanlara şikayət etməkdən və haqqını tələb etməkdən yorulub. Həkimlər ona deyiblər ki, sənin yoldaşın vərəm xəstəliyinə tutulbmuş. Ona görə də doğuşda dünyasını dəyişib. Xəstənin sahibi isə bildirir ki, xəstə dəfələrlə müayinə və mualicə olunub və heç kəs deməyib ki, bu xəstədə vərəm olub. Bəs indi necə oldu, doğuş prosesində bizim xəstənin üstünə olmayan xəstəliyi yazırlar? Həkimlərin səhlənkarlığı burda da özünü göstərib.
   
   Ona görə də öz işinə barmaq arası yanaşan və bir çox halda xəstələrdən "şirinlik" uman həkimlər bu şirinliyi ala bilməyəndə istər doğuş prosesində, istər cərrahiyyə əməliyyatı zamanı, istərsə də müalicədə xəstələrə diqqətsiz yanaşırlar. Təbii ki, bu da öz fəsadlarını müxtəlif formalarda üzə çıxarmalıdır. Onda belə çıxır ki, kasıb və imkansız adamlar xəstəxanalara düşəndə onları müayinə və müalicə eləyən həkimlər vicdanlı olmasa, belələrinin taleyi ipdən asılı vəziyyətdə qalır. Amma neynəmək olar ki, heç də hamının imkanı eyni səviyyədə deyil.
   
   Biz yazımızın əvvəlində qeyd elədik ki, məməkətimizdə kifayət qədər vicdanlı, namuslu və peşəkar səhiyyə işçiləri var. Təəssüf ki, heç də hər pasiyentin bəxti gətirib həmin həkimlərin xəstəsi ola bilmir.
   
   Bir çox halda isə pasiyentlərin hüquqları səhiyyə işçiləri tərəfindən kobud surətdə pozulur. Bu hüquq pozuntuları ən çox da təsərrüfat hesablı və özəl xəstəxanalarda müşahidə edilir. Məsələn, əgər xəstənin üzərində ürək, böyrək, qaraciyər və digər bahalı əməliyyatlar aparılırsa və bu əməliyyatlar uğursuz alınırsa, xəstənin verdiyi pul geri qaytarılmır. Özü də bu pullar cüzi məbləğ deyil, 10-12 min manat məbləğindədir. Bir çox xarici ölkələrdə pasiyentlərin hüquqları qanunla qorunur. Bizdə isə hələ də belə bir qanun qəbul edilməyib ki, xəstə pul keçirib cərahiyyə stolunda ölərsə və əməliyyat uğursuz alınarsa, verilən pulu geri qayatara bilmirlər. Qüvvədə olan qanunlarsa ya pasiyentlərin hüquqlarını təmin eləmir, ya da heç işləmir. Bir də işləməyən qanunu heç qəbuetməyə dəyməz. Onsuz da bizdə əksər halda qanunlar "donur" və işləmir.
   
   Təbii ki, bundan da ən çox müəyyən adamlar bəhrələnir və külli miqdarda pul qazanırlar. Milli Məclisdə oturub qanun qəbul edən millət vəkilləri tezliklə bu barədə düşünməli, pasiyentlərin hüquqlarını qoruya biləcək qanunun qəbul edilməsi barəsində Milli Məclisdə təşəbbüs qaldırmalıdırlar. Heç olmasa əldə bir qanun olsun ki, pasiyent günlərin birində özəl klinikalarda bu cür özbaşınalıqla rastlaşanda hüquqlarını tələb eləsin və ona dəymiş ziyanı ödətdirə bilsin.
   
   İmkanlı adamlar nə özlərini, nə də yaxınlarını Azərbaycandakı dövlət və özəl xəstəxanalarında müayinə və müalicə elətdirmirlər. Bir balaca imkanı olan adamlar Avropa ölkələrinə üz tuta bilməsə də özünü və xəstəsini ya Moskvaya, ya da İrana qaçırdır. Moskvanı deyə bilmərəm, amma İrandakı müalicələr bizim özəl klinikalardakı müalicələrdən qat-qat ucuz və düşərlidir.
   
   Bir yaxın qohumumuz var. Bu da özəl klinikaların birində xəstəsini müalicə elətdirdi, bir ətək də pulu çıxdı. Axırda həkimlər dedi ki, bu xəstə bizlik deyil. O da götürüb xəstəsini apardı İrana. Bir aya yaxın da müalicə elətdirdi, indi xəstə yaxşı vəziyyətdə evindədir. Həmin qohum da deyir ki, Bakıda özəl klinikada bir ətək pul xərcləyənə qədər, onun beşdə birini İrandakı həkimlərə verib, xəstəni sağaltdım. Deməli, camaatı da qınamalı deyil. Onların həm bizim həkimlərə inamı azalıb, həm də artıq pulları yoxdur ki, kimlərəsə versin.
   
   Təbii ki, 5-10 manat pul tapan adam yaxşı həkim axtaracaq və o pulu da o yaxşı həkimə verəcək. Bu yaxşı həkim isə Bakıda da var, xarici ölkələrdə də. Sadəcə olaraq, bizim həkimlərdə və özəl klinikalarda bir balaca insaf olsa, camaat dağa-daşa düşməz, xəstələrini xaricə aparmazlar. Elə öz xeyrimizi öz həkimlərimizə verərik.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK