ANA SƏHİFƏ / YAZARLAR

Yerevanı qarışdıranlar tapıldı

Ermənistanın çalxalanmasında bizim şou-biznes nümayəndələrinin də əli var

22018    |   2008-03-15 00:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xeyli vaxtı Yerevanda ara qarışıb, məzhəb itib. İt yiyəsini, camaat prezidentini tanımır. Serj Sarkisyanı it yerinə qoyan yoxdu, hələ mən Robert Koçaryanı demirəm. Fövqəladə vəziyyət, top-tüfəng, polis dəyənəyi də hökumətə kömək etmir. İqtidar müxalifətin, müxalifət isə iqtidarın anasını sözdə yaş yuyub quru sərir. Oralarda söyüşün biri bir qəpikdəndir. Hərdən lap pulsuz da olur.
   
   İndi dünyanın bir xeyli dövləti Ermənistandakı vəziyyəti müzakirə edir, çıxış yolları axtarır. Beynəlxalq təşkilatların nümayəndələri Yerevan yolunu yağır ediblər. Amma çıxış yolu tapmaq mümkün olmur, çünki ermənilər elə bir zibil qaynadıblar ki, nə özləri, nə əcnəbi diplomatlar baş açmırlar.
   
   Bizim politoloqlar da dinc durmurlar, prezident seçkilərindən sonra Yerevandakı ictimai-siyasi vəziyyəti eninə-uzununa təhlil edir, proqnozlar verirlər. Güclü futbolçularımız olmasa da görkəmli politoloqlarımız çoxdu. Nə işdirsə politoloq kimi görünmək indi biz tərəflərdə dəbə minib. Ginekoloq da, texnoloq da, kinoloq da politoloq qismində efirə çıxır, qəzetlərdə palaz-palaz müsahibələr verirlər. Amma heç biri incə bir məsələni vurğulamırlar. Görünür ki, politoloqların heç biri əsas məsələyə diqqət etməyiblər. Gərək onların diqqətini həmin vacib məsələyə yönəldim. Politoloq olmayanda adamın sözü keçmir?
   
   Ermənilər özlərinə təzə prezident seçən ərəfədə Azərbaycanda maraqlı bir hadisə baş verdi, yekə bir hay-küy düşdü. Narahat olmayın, siyasi məsələ deyildi. Bu dəfə də şou-biznes aləmi çalxalandı. Qəzetlərimiz erməni saytlarında açıq-saçıq şəkilləri yerləşdirilən müğənnilərimiz barədə yazdılar, siyahı dərc etdilər. Siyahıda kimlər yox idi - Aygün Kazımova, Röya, Rəqsanə, Bagira, Cəmilə...
   
   Barmağımı dişlədim, şou-biznes nümayəndələrinin həmin görüntüləri niyə məhz indi, Yerevanda vəziyyətin qarışdığı bir zamanda yayıldı? Çoxları, lap elə politoloqlar deyirlər ki, bizim müğənnilərin erməni saytlarında yayılan yarımlüt şəkillərinin Serj Sarkisiyanla Levon Ter-Petrosyanın kreslo savaşına nə aidiyyatı var? Mən belə hesab edirəm ki, var! zü də elə var...
   
   Tutaq ki, erməni seçki məntəqəsinə gedərək Ter-Petrosyana səs verib. Amma sonra məlum olub ki, ermənilərin MSK-sı başqa cür sayıb. Nəyi necə edibsə qutudan Sarkisyan çıxıb. Bunu eşidən erməni hirsilənib internetə qoşulur, saytları ələk-vələk edir. Və...
   
   Aygünün, Röyanın, Rəqsanənin, Bagiranın, Cəmilənin yarımlüt fotolarını saytda görən kimi beyni daha da qarışır. Küçəyə cuman erməni qarşısına çıxan maşını çevirir, mağazaların vitrinlərini sındırır, polisi təpiyinin altına salır. Bir belə, iki belə, Ermənistan paytaxtında vəziyyət urusca olur. İt yiyəsinin, camaat prezidentini tanımır. BMT ATƏT-ə, ATƏT Atçılar Birliyinə qarışır. Hamı da baş sındırır ki, görən yazıq ermənilərə nə oldu belə? Hardan bilsinlər ki, onları bizim şou-biznes nümayəndələri başdan çıxarıb...
   
   Aygünü, Röyanı, Cəmiləni və Bagiranı lüt görən erməni şəhəri dağıtmasın, polisi döyməsin, bəs neyləsin?
   
   Ermənləri dəli edib küçələrə salan şou-biznes nümayəndələrindən biri də Bagiradı. Deyilənə görə oxuyur. Amma mən onun oxuduğunu yox, elə həmişə soyunduğunu görmüşəm. Bir neçə gün öncə qəzetlərin birinə müsahibə verəndə deyib ki, mən çox vaxt altdan heç nə geyinmirəm. Yəqin elə ermənilər də onun altdan heç nə geyinmədiyi şəklinə tamaşa ediblər ki, Yerevan hələ də tüstülənir.
   
   Politoloqlar da baş sındırır, fərziyyələr yürüdür, gen-bol şərh verirlər. Amma bir də bilmir ki, Ermənistanı bizim oxumaqdan daha çox soyunmağa meyilli bəzi müğənnilər qarışdırıb.
   
   Deyilənə görə, Amerikanın təzyiqi ilə bir- iki günə Yerevandakı fövqəladə vəziyyət ləğv olunacaq. Amma ABŞ elə bilir ki, bununla da problem düzələcək. Ay düzəldi a... Bagira və Cəmilə soyunub bir dəfə də şəkil çəkdirəcəklər. Yerevanda daş üstə daş qalmayacaq. Röya isə həm soyunacaq, həm də "İrəvanda daş qalmadı" mahnısını oxuyacaq...


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK