hacklink Adalet.az | TƏZƏ BÜLBÜLLƏR Adalet.az | TƏZƏ BÜLBÜLLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏZƏ BÜLBÜLLƏR

22710    |   2008-03-01 05:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şənbələrin birində pəncərəsindən ulduzlu göydə üzü yuxarı süzən Ayı seyr edə bildiyim otağımda oturub "Ay işığı"na ( İTV) yığışmış beş-altı nəfərin sinirlərə sərinlik gətirən söhbətinə qulaq asıram...O beş-altı nəfərin nəfəs çəkmədən dinlədikləri, heç bir şeirini ürək döyüntüsüz oxuya bilmədiyim, şairlik adına özgə bir ucalıq gətirən Ramiz Rövşən vaxtilə "Vokruq sveta" jurnalında oxuduğu bir əhvalatı danışır... Orta Rusiyada qoca bülbüllər arasında xəstəlik yayılır. Mütəxəssislər cavan bülbüllərin xilası üçün qoca bülbülləri məhv etməyi qərara alırlar. Nəticədə nə olur, bilirsinizmi? Cavan bülbüllər daha cəh-cəh vurub nəğmə deyə bilmirlər. Çünki özləri təzə heç nə bilmirdilər. Bülbüllərlə bağlı bu söhbət tez-tez mətbuatda yer alan, özümün də qatılmaq,fikirlərimi ortaya qoymaq istədiyim bir mövzuda-atalar və oğullar mövzusunda yazmaq fikrimi qətiləşdirdi...
   
   
   
   ***
   
   Atalar və oğullar... Nəsillər arasında səngiməyən, həmişə açıq qalan, nöqtəsi qoyulmayan və yəqin ki, heç zaman da qoyulmayacaq mübarizə, mübahisə, lap elə dartışma mövzusu. Və bu problemin də fikirlərdə sabitləşmiş bir düsturu var ki, guya atalar mühafizəkar və köhnə fikirli, oğullar isə yenilikçi və zamanla ayaqlaşandılar. Proses də elə bu axınla davam edir. Əslində, hər şey deyildiyi kimidirmi?!
   
   Qətiyyən yox! Bütün dövrlərdə həm həyatda, həm də sənətdə işıqlı fikir və əməl sahibi olan atalar olub və olacaqlar. Və onlarla yanaşı, öz atalarıyla ayaqlaşa bilməyən, üstəlik əl-ayağa dolaşan dar düşüncəli, korazehin oğullar da həmçining mümiyyətlə, bu bölgü çox sərt və əsassızdır. İkincilər birinciləri bəyənmir, birincilərsə ikincilərə inanmır, onlardan narazıdır. Təzə şey deyil bu. Aristotel də cavanlardan narazıydı, "bu gənclərlə irəliyə getmək olmaz" deyirdi. Filosofla razılaşmasaq da, gəlin görək, Aristoteldən bəri çoxmu irəli getmişik?! Mən insan zəkasından deyil, insan münasibətlərindən danışıram.Və bu "irəliləməməyin" səbəbi də elə çox zaman cavanların özlərindən əvvəl yaradılan hər şeyi başı üstə çevirmək xəstəliyidir. Cavanlıqda hamımız elə bilirik ki, bəşəriyyətin dahisiyik. Bir barmağımızla Yer kürəsini məhvərindən oynadarıq. İş o yerə gəlib çıxır ki, kəşflər,ixtiralar edən insanlar öz aralarında sülh, anlaşma yarada bilmirlər. Dünənə aid olan hər şeyə arxa çevrilir...
   
   
   
   ***
   
   
   
   Gənclər şikayətlənir ki, onlara meydan verilmir. Düz deyil. Əksinə, ölkəmizdə gənclər siyasəti yeridilir. Yaşı qırxı-əllini ötənlərə artıq etimad göstərilmir. Bunun həyatla, təcrübə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə məmurlarımız öz övladlarını yerləşdirməkdən ötrü belə edirlər. Həm də bayağı şəkildə. Hansı ölkədə belə bir təcrübə var? Yaxud ölkəmizin Kostitusiyasında belə maddə varmı? Nəsillərin bir-birini əvəzləməsi sırf təbii prosesdir. Gedənin yerini gələn tutur. Daha bu işi zorla, siyasətlə eləməyin anlamı nədir? Xarici ölkələrdən gələn nümayəndələri görmürükmü? Doğrudanmı, bu qədər problemi, torpaqlarının 20 faizi işğalda olan, şəhid tabutlarının ardı kəsilməyən məmləkətdə hər şey o qədər qaydasındadır ki, hər işi cavanlara etibar eləmək olar?! Nə qədər bacarıqlı, yetərincə enerjili mütəxəssis öz işindən uzaqlaşdırıldı. Qalanları da danlaq altında işləyir... Gedənlərin yeri görünür, gələnlərsə özləriynən heç nə gətirmirlər. Bu, həm də onların günahı deyil. 15 ildir ki, işə götürülənlərin təqdim etdikləri diplomlardan heç nə anlaya bilmir, ixtisaslarını təyin edə bilmirəmg
   
   Ədəbiyyat, sənət aləmində baş verənlərdən də danışmaq istəyirəm.Bu gün heç kəsin kompüterindən Tolstoyun "Hərb və sülh"ü, Dostoyevskinin "Cinayət və cəza"sı çıxmır. Sanki hər iş ayaq üstə görülür, heç kəsin keçmişi öyrənməyə, ondan bəhrələnməyə həvəsi qalmayıb. Bəraəti də budur ki, indi cild-cild roman oxumağa heç kəsin marağı, səbri qalmayıb. Bu düşüncə ilə də publisistika və bədiilik arasında sərhəd itirilib.Əlimizi üzəkmi? Bəlkə dönüb arxaya baxaq?! Bəyənmədiklərimizin, qınadıqlarımızın hansı ictimai-siyasi dönəmdə yaşadıqlarının fərqinə varaq...
   
   Biri Mirzə İbrahimovu , o biri Səməd Vurğunu, digəri Rəsul Rzanı bəyənmir. Yalnız edam olunanlarla, Sibirə sürgün edilənlərlə heç kəsin işi yoxdur. Yəni əgər cəbhədən sağ-salamat dönmüsənsə, deməli, qəhrəman deyilsən.. Onda bəs niyə yuxarıda adlarını çəkdiklərimizin əsərlərində olan təsir gücü, sanballılıq,şirinlik, fikir genişliyi onları bəyənməyənlərin əsərlərində yoxdur? Müəllifin hansı ideyaya qulluq etməsinin onun yazdıqlarının bədii gücünə dəxli çox azdır. Firdovsi də sifarişlə yazırdı, Nizami də... Qərb bəstəkarlarının əksər operaları teatrların sifarişi ilə yazılırdı və həmin əsərlər öz dövrlərindən üzü bəri nəsilləri heyran edir, bəşər mədəniyyətinin incisi sayılırlar. Doğrudanmı, Ənvər Məmmədxanlının, İlyas Əfəndiyevin, İsa Hüseynovun hekayələri dünya ədəbiyyatının "tandartları"na uyğun gəlmir?! Bu yaxınlarda İsa Hüseynovun "Teleqram" povestini bir də oxudum. Əsərdə nə yoxdu? Rejissorlarımızsa Kann festivalına qatılmaq üçün modern mövzu axtarırlar. Görəsən, Avropa ödüllərini almaq mütləq vacibdirmi? Fellinidən, Berqmandan ötrü göz yaşı tökənlər filmləri SSRİ sərhədlərindən çıxıb beynəlxalq festivallara qatıla bilməyən rejissorlarımızı da bəyənmirlər. Halbuki, o rejissorların filmləri bu gün telekanallarımızı zəbt edən əcnəbi filmlərdən qat-qat dəyərli idilər.
   
   Dünyaya çıxa bilmirik nə deməkdir, görəsən? Minnəti olsun dünyanın. Dünyaya çıxmaq üçün nə etməliyik? z içimizdəki problemləri qoyub dünyanın şıltaqlarıyla oynamalıyıq, yoxsa? Yoxsa, sənət də "import" üçün yaradılır?.. Bəlkə öz dəyərlərimizə, tariximizə, dərdlərimizə arxa çevirək? Bu günlərdə qəzetdə Çingiz Aytmatovun Nobel mükafatına təqdim edildiyini oxudum. Mənə görə, o, bu mükafatı alanların əksəriyyətindən güclü yazıçıdı. Nobelsiz fərqli ucalıqda dayanan sənətkar bu mükafatı alanda adiləşəcək...
   
   
   
   ***
   
   
   
   Çox düşünürəm, oxuyuram, baxıram - anlamaq istəyirəm. Biz niyə beləyik?! Ən yaxın dünənimizi bəyənmirik, amma qonşularımız goreşən kimi burunlarıynan torpaqlarımızı şumlayır, bir parça sümük, saxsı qırığı tapan kimi dünyaya car çəkib öz adlarına çıxırlar.
   
   Sərhədin o üzündən gətirilən bir çit paltarın üstündə davadı, orta səviyyəli, bəzən lap zəif bir kitab, film şedevr sayılır.Bəlkə mən bir şey anlamıram?!.
   
   Bəlkə öz qoca bülbüllərimizi qoruyaq?! Əvvəl onlardan öyrənilməlini öyrənək, sonra öz səsimizlə oxuyarıq... Nə deyirsiniz?..


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK