Hə, neçə gündür, üstünüzə sağlıq başım bərk ağrıyır. Yalan olmasın, gündə 5-6 dərman qəbul edirəm. Axşam evə çatan kimi də tay balaca bel bankaları işə yaramadığından, yarım kiloluq bankalara keçmişəm, Allah kiloluq balonlardan saxlasın. Belə getsə deyəsən Babək Yusifoğluyla, Oqtay Salamovun dediklərinə əməl edəsi olacam. Yəni arada başımı qızdıracam... Fikirləşməyin ki, özümü isti peçin yanına və yaxud elektrik sobasının yanına çəkib aparacam. Yox, bircə mərtəbə aşağı düşəcəm, gözünə döndüyüm Malik də adı Rusiyanın, özü Yasamalın məhsulu olan ağzıxamırlıdan birini göndərəcək stola, sonra üç qat qiymətini alacaq. Həm başım qızacaq, həm cibim. Deməli, baş qızdısa ya ağrı çəkiləcək, ya da can çıxacaq. İkisindən biri. Necə deyərlər, olum və yaxud ölüm...
* * *
Yəqin xəbəriniz var, Putin də qızdırıb. Özü də deyəsən o da başın qızdırıb, özü də çappayla. Rahat bir üçünü içəndən sonra rus ordusunun baş bilənləri, yəni generaltenti yığıb başına əvvəl onları danlayıb, sonra da göstəriş verib ki, Rusiyanın atom silahlarını, yəni arsenalını hazır vəziyyətə gətirin! Bəsdir, NATO (oxu ABŞ) bizim sərhədlərimizdə əzələ nümayiş etdirdi. Biz bəyəm ölüb eləmişik...
Allahçünə irad da haqlıdı. Elə Rusiyanın, yəni Putinin qızmasıdı. O boyda dövlətdi, bir tərəfində gün çıxanda bir tərəfində batır. Topu, tüfəngi, topxanası, su çıxışları, hava uçuşları, kosmosda ad günü keçirmək həvəsi, day nə bilim hər cür dəm-dəstgahı olan bir məmləktə NATO-nun buynuz göstərməsi bir az yatmış ayını, özü də ağ ayını oyatmaq deməkdir, bir az da arı yuvasına, özü də eşşək arı yuvasına çöp uzatmaq. İndi oğul istəyirəm bunun qarşısında dayansın. Deməli, Putinin başını qızdırması mənim başımı qızdırmağımdan daha təhlükəlidir. Allah axırını xeyir eləsin.
* * *
Rəhmətlik Nüsrət Kəsəmənlinin gözəl sevgi şerləri vardı. O şerlərin birində kövrək, səmimi, necə deyərlər, könül oxşayan misralardan ikisini bu gün də tez-tez təkrar edirəm.
Əllərin əlimin buz əlcəyidi,
Əllərin nə yaman soyuqdu gülüm...
Bəli, məşhur deyimlərdən birində əlin soyuqluğu ürəyin istiliyindən xəbər verir fikri ehtiva olunub. Hətta mən yazının başlığında bunun mənə məxsus atalar sözü olduğunu dilimə gətirəndə bilgisayar yazarımız Vüsalə xanım bir balaca etiraz etdi. Dedi ki, ay müəllim bunu mən çox eşitmişəm. Mən də geri çəkilmədim. İsrarla bildirdim ki, sən eşitdiyin elmi qaydadadı, mən də özüməməxsus deyirəm. Onsuz da bu gün o qədər başqasının fikirlərini öz adına çıxan, başqasının əsərinin üstünə öz adını yazdıran, başqasının elmi xidmətlərinin diplomunu gəzdirən insanlar var ki... Qoy bir gün də mən atalar sözümüzü öz adıma çıxım. Bir də bilmək olmaz, bəlkə nə vaxtsa məndən də sitat gətirdilər...
Hə, Vüsalə mənimlə razılaşdı. Qaldı qızdırmaq məsələsinə...
Çox hörmətli Misir Mərdanov mətbuata bildirib ki, bu il sinif otaqları keçən ildəkindən daha isti olacaq. Mən həqiqətən buna şübhə etmirəm. Amma gördüklərim hələlik bunu təsdiq etmir. Yəni öz qızımın oxuduğu məktəbdə hələlik (bəlkə sabah ayrı cür olacaq, onu deyə bilmərəm) otaqla bayırın fərqi ondadır ki, içəri yağış yağmır, amma soyuq bayırdakından bir az da sərtdir... Deməli, sinifləri qızdırmaq məsələsində ya gecikirlər, ya da... Ya da nəsə onlar yəqin ki, bir şey bilirlər. Bilməsələr... Hər halda bu qədər etinasız olmazlar...
* * *
Redaksiyamız nəşriyyatın 6-cı mərtəbəsində yerləşir. Mənim yaddaşımda qalan sovet qanunlarına görə, hər noyabrın 15-də şəhərin qızdırıcı sistemləri işə düşür. Yəni mənzillərə istilik verilir. Bu gün tanış-bilişlərdən bir neçəsinə üz tutdum. Evlərinə istilik verildiyini deyən də oldu, başını bulayan da. Hətta birisi əlini bizim iş otağındakı qızdırıcıya toxundurub göz vurdu. Sanki demək istəyirdi ki, "əl vurma yandırar!". Əslində bu ciddi bir ironiya idi. Çünki içəridə olanların hamısı, içi mən qarışıq əlimizi cibimizdə qızdırırdıq. Amma pəncərədən baxanda nəşriyyatın həyətindəki binaların damından havaya par yayılırdı. Bilmirəm haranı qızdırırdılar, şəxsən bizim otağımızda qızdırma məsələsi hələlik arzudu.
Hə, deməli, nəşriyyatın istiliklə problemi olmasaydı yəqin ki, otaqlar qızdırılardı, biz də əlimizi cibimizdən çıxarıb fərli bir işlə məşğul olardıq.