Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DİL ANLAMAQ XOŞBƏXTLİYİ Adalet.az | DİL ANLAMAQ XOŞBƏXTLİYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DİL ANLAMAQ XOŞBƏXTLİYİ

28385    |   2007-11-17 04:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Orta məktəbin aşağı siniflərində oxuyarkən müəllimlərimizin həmişə bizə bir nəsihəti olardı. Deyərdilər ki, insan neçə dil bilirsə, elə o sayda da adamdı. Yəni, tutaq ki, mən rus, ingilis, fars dillərini bilirəmsə, deməli, üstünə də öz dilimi gələndə eləyir 4 dil və bu da 4 adam deməkdi. Açığı, o vaxtlar məndə bir maraq yaranmışdı, istəyirdim ki, bir neçə dil öyrənim. Çünki dil bilmək həm dünyanı gəzib-dolanmaq, həmsöhbət olmaq üçün bir açardı, bir vasitədi, həm də baxma də, adam tay-tuşlarının yanında da forslana bilir. Elə buna görə də yaşadığım kənddə ermənilərin vasitəsilə erməni dilini öyrəndim, rus dilini də pis mənimsəmədim, amma ingilis dilini öyrənmək sarıdan bəxtim gətirmədi. Çünki ingilis dilində bizə dərs deyən müəllimə əvvəlcə hamımızın aşiq olduğumuz cavan bir erməni qızı idi, buna necə acgözlüklə baxırdıqsa bir də gördük qoşulub qaçıb, sonra da, yəni üstündən bir il ötəndən sonra qonşu kənddən bir cavan oğlan gəldi. O da bir ay gününü keçirəndən sonra müəllimliyi atıb getdi daş karxanasına... Dedi pulumu, çörəyimi daşdan çıxaracam. Nə isə...
   
   Hə, bizim sinfin uşaqları da ingilis-dili sarıdan "kor qaldı". Allah ümidinə kim nə öyrəndisə öyrəndi, hətta qəbul imtahanlarında da mənə avtomatik olaraq arıq, amma zırpı bir "3" yazdılar. O vaxt qanun belə idi. Deməli, bu da belə...
   
   Televizorun düyməsini basıb oturursan qarşısında... və hansı dildəsə danışırlar, amma Azərbaycan dili deyil. Sonra keçirsən o biri kanala, orda da həmin mənzərədi. Və beləcə məmləkətin özünəməxsus olan bütün kanallarında dil sarıdan bəxtimizin çiçəyi çırtlayıb, lap elə dilimizin də. Elmi-kütləvi verilişlərdən başlamış ta şouya qədər. Axırıncıda isə ümumiyyətlə dilimizdən əsər-əlamət yoxdur. Doğrudur, respublikada bu məsələ ilə mənim bildiyimə görə həm Teleradio Şurasında, həm də Mətbuat Şurasında dəyərli ziyalılarımız məşğul olurlar. Hətta eşitdiyimə görə, bəzi telekanallar dilimizi yaman günə qoyduqları üçün xəbərdarlıqlar da alıblar, cərimə də ediliblər, amma...
   
   Bu günlərdə İTV-də dillə bağlı veriliş yayımlanırdı. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da dəvətlilər sırasında idi. Hörmətli Sabir müəllim özünəməxsus yanğı ilə "dilin başında turp əkənlər haqqında" danışdıqca hiss edirdim ki, onunla həmsöhbət olanlar, yəni bu məclisin iştirakçıları özləri belə mövzunun nə olduğunu bildikləri halda belə, işlətdikləri, təbii ki, sözarası, digər dillərdən götürülmə sözlərin fərqinə varmırlar. Açığı, acı bi təbəssüm keçdi ürəyimdən... Bu bir az da təəssüf idi. Ona görə ki...
   
   Yadıma düşmüşkən bir haşiyəyə çıxım. Universitetdə oxuduğumuz illərdə bizə Kamil Əliyev adlı çox dəyərli bir ziyalı, bir müəllim dərs verirdi. Bir dəfə o sözarası dedi ki, bizim televiziyanın işi bir Allaha qalıb. Təəccüblə üzünə baxdıq. Bunu hiss etdi və fikrini belə tamamladı:
   
   - Yəqin "Sağlamlıq" verilişinə baxırsınız. Verilişin aparıcısı, başında and içməyə bir tükü olmayan həkim-professor saçın necə qorunmasından danışır...
   
   Bəli, hər məsələ bizə aydın idi. Öz saçını qorumağı bacarmayan millətə saçı qorumaqdan dərs keçir... İndi televiziyada ailəsini dağıdanlar, gündə bir eşq macərası yaşayanlar, üç gündən bir nikahlarını təzələyənlər, münəccimlər, yuxuyozanlar, fala baxanlar və sairələr, o cümlədən də dilin anasını ağladanlar əməlli-başlı dilçi olublar, müəllimlik xəstəliyinə tutulublar. Bu yerdə də mütləq bir haşiyə çıxmalıyam.
   
   HAŞİYƏ: Bir həmyerlim var, adı da Elşəndi. Şəhərin məlum guşələrinin birində qaçqınçılıq vaxtı özünə bir ev tikib, sağlığına qismət. Elşənə tanış olduğu insanlardan biri it bağışlayıb. Bu it də ovçarka cinsidi, sahibi də rus... Bədbəxt it də rus dilini bilirmiş. Elşən də ki, rus dilindən piyada olduğundan itlə dil tapa bilmir. Bu təlim görmüş itə nə qədər deyir ki, "gəl", "get", "otur", "dur" fərq etmir. Və Elşən keçir dədə-baba üsuluna. ötürür bir çomağı həmin sözləri təkrar elədikcə çırpır itin müxtəlif yerlərinə, iki saatdan sonra it Elşənlə əməlli-başlı danışır. İndi Elşənin həyətində iki dil bilən ovçarka var. Həm rusca başa düşür, həm də Elşənin dilini.
   
   Bir vaxtlar müəllimlərimizin bizə nəsihət etdiyi dil öyrənmək arzum efirlərimmizin bərbad dillərindən sonra ürəyimdə öldü. Ümumiyyətlə, ölən arzularım çoxdu. Amma doğulan, təzələnən arzular da var. Əslində bunların bir damarında ümid közərir. Və elə o ümid də mənə deyir ki, bəlkə də haqq yoluna qayıtdılar... Bəlkə də. özləyək, öyrənmək axı heç vaxt gec deyil...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK