deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "KİTAB MAĞAZALARI ÜÇÜN TƏŞNƏ OLMUŞAM" Adalet.az | "KİTAB MAĞAZALARI ÜÇÜN TƏŞNƏ OLMUŞAM" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"KİTAB MAĞAZALARI ÜÇÜN TƏŞNƏ OLMUŞAM"

"Bu millət təkərlər üstə yaşayır"

23472    |   2007-11-14 03:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günkü hər bir söz adamının özünəməxsus yeri olduğu kimi, özünəməxsus da yazı manerası, yaradıcılıq imkanları var. Təbii ki, bu, bir gündə, bir anda formalaşmır. İlk qələm təcrübəsindən tutmuş sonuncu yazıya qədər olan bir yolda cilalanma, zənginləşmə, püxtələşmə gedir. Mən bir oxucu olaraq Hüseynbala Mirələmovun imzasına 70-ci illərdə, yaşadığım Tuğ kəndindəki kitabxanadan əldə edib oxuduğum "Ulduz" jurnalında rast gəlmişəm. Qarabağ hadisələri başlayandan sonra yaddaşımda ilişib qalmış həmin imzanın sahibi ilə həyat məni qarşılaşdırdı. Açığı, heç onda ağlıma da gəlməzdi ki, Hüsenybala müəllimin təzə nələr yazdığını soruşum. örünür o sorğunun məqamı bu gün imiş və mən də bugünkü zaman kəsiyinin verdiyi fürsətdən istifadə edib millət vəkili, yazıçı Hüseynbala Mirələmovla həmsöhbət oldum.
   
   - Mənim düşüncəmə görə, söz adamının, yəni bizim nümayəndəmizin Milli Məclisdə təmsil olunması çox sevindirici bir haldır. Amma söhbət sözə, yazıya, yaradıcılığa gələndə isə zənnimcə, burda fikir haçalanır. Bu mənada siz yazı masanızdan uzaq düşməmisiniz ki?
   
   - Xeyr. Ola bilər ki, fiziki cəhətdən müəyyən gərginliklər, çətinliklər olsun. Seçicilərlə görüşlərdi, Milli Məclisin işində yaxından iştirak və bütövlükdə millət vəkilinin vəzifələri vaxtın böyük bir hissəsini özünə yönəldir. Amma bir şey də var ki, parlamentdəki iş şəraiti, burada cərəyan edən hadisələr yazıçı üçün həm də xammal mənbəyidir. Yazıçı nə qədər hadisələrin burulğanında, onun inkişafında təmsil olunarsa, bir o qədər də çox bilgilər əldə edər və bütün bunlar da sonda yeni bir əsərdə özünü büruzə verər. Bu mənada zənnimcə, yazı masasından uzaq düşmək fikrini yazı masası üçün yeni personajlar, yeni mövzular tapmaq kimi dəyərləndirmək daha doğru olar.
   
   - Onda bir təbii sual da ortaya çıxır. Bizim parlamentimizdə sizin gələcək personajlarınız varmı?
   
   - Doğrusunu deyim ki, çoxdandır ki, bir fikir məni tərk etmir. Ürəyimdə ötən əsrin 50-ci illərindən bu günlərimizə qədər davam edən hadisələrdən bəhs edən tarixi bir roman barəsində arzu yaşayır və mən hər gün demək olar ki, o istəyi, o arzunu reallaşdırmaq istiqamətində yeni-yeni bilgilər əldə edirəm. Hamımız yaxşı bilirik ki, Azərbaycan tarixi çox ziddiyyətli və rəngarəngdir. O da məlumdur ki, içərisində yaşadığımız bu tarix bir yerdə dayanmır, hadisələrin inkişafı bizim təkcə istəyimizlə səmtlənmir. Bizim mənəviyyatımıza, şəxsiyyətimizə təsir edən, onu formalaşdıran, bəzən onu eroziyaya uğradan təzadlar günümüzün reallığıdır. Bax, bütün bunları bir tarixi romanda əks etdirmək qərarındayam. Çünki yazılan hər şey gələcək nəsillər üçün bir bilgi mənbəyidir.
   
   - Hüseynbala müəllim, sizin yaradıcılığınızla mənim tanışlığım 70-ci illərə təsadüf edir. "Ulduz" jurnalında rast gəlmişdim...
   
   - Bəli, "Ulduz" jurnalının ilk nəşrə başladığı ildə, yəni 1967-ci ildə jurnalın 8-ci nömrəsində mənim "İzlər" adlı hekayəm çap olunmuşdu...
   
   - Bunu xatırlamaqda məqsədim odur ki, imzasını tanıdığım müəlliflə Qarabağda üz-üzə gəldim və bu gün də Qarabağ mövzusunda daha çox yazan müəlliflərdən biri də sizsiniz. Bir məmur kimi tanıdığım insanın yaradıcılıq dünyasına daxil olandan sonra onun hansı ürəyin, hansı dünyagörüşün sahibi olduğunu sanki özüm üçün kəşf etdim. Sizin "Xəcalət", "Bir tikə çörək", "Vicdanın cəzası" və digər əsərləriniz yaşanmış ömrün sanki fraqmentləridir. Amma ola bilsin ki, bu həm də sizin yazıçı təxəyyülünüzün Qarabağdan gətirdiyi xammaldır...
   
   - Özün də yaxşı bilirsən ki, hadisələr başlayanda mən Qarabağa tez-tez ezam edilirdim və Dövlət Yanacaq Komitəsində sədr müavini kimi Qarabağın bütün kəndlərini, bütün obaların gəzdim, adamlarla həm söhbət oldum, problemlərini gördüm, bütün gücüm çatan köməklikləri göstərdim. Bu səfərlərimdə aldığım təəssüratlar, yaşadığım hisslər yavaş-yavaş mövzulara çevrilir. Torpaqlarımız işğal edildikdən sonra içimdəki təəssüratlar, duyğular çevrilib haray oldu. Həmin vətəndaş harayı da məni yazı masama əyləşdirdi. İndi kasıbın olanından nəyi bacardımsa onları da yazdım və bu gün də yazıram. Özü də çalışmışam ki, əsərlərimdə adamların mübarizə ruhunu oyadım, insanlarımız Qarabağı unutmasın. Hər an o yerlərə, o torpağa olan sevgi ürəyimizdə, yaddaşımızda təzələnsin. Hər kəs bilsin ki, gec-tez öz torpağına, öz yurduna qayıdacaq. Mənim üçün həyatda ən dəhşətlisi - bunu "Yaddaş ağrısı" pyesində də qabartmağa çalışmışam- unutqanlıqdı. Biz Qarbağı bir an da olsun unutmamalıyıq.
   
   - Bu gün Azərbaycan ədəbiyyatını müxtəlif mövzulara görə qruplaşdırmağa çalışırlar. Bu sırada müharibə ədəbiyyatı deyilən bir məsələni də qabardırlar. Siz Qarabağ mövzusunu, müharibə mövzusunu daha çox qabardan, yaşadan, yazan müəlliflərdən birisiniz. Ümumiyyətlə, bu cür bölgülərə necə baxırsınız?
   
   - Əbülfət, zənnimcə, bu çox şərti bölgüdü və ədəbiyyatı bu cür müstəvilərə bölüb qruplaşdırmaq o qədər də zəruri bir şey deyil. Ədəbiyyatı zaman yaradıb. Mənim yaşadığım dövrdə Qarabağ problemi, Xocalı faciəsi varsa bu da mənim qələmimdə öz əksini tapmalıdır. Çünki hər bir yazar öz dövrünə, öz ətrafında cərəyan edən hadisələrə münasibət bildirməlidir. Ona görə də ədəbiyyatı bölməklə, qruplaşdırmaqla nəsə bir yenilik edildiyini düşünmürəm. Bunu yalnız şərti adlandırmaq mümkündür. Sabah biz Qarabağı azad edəndən sonra ən böyük arzum odur ki, "Qələbə" adlı roman yazım. Bunun özü də zamanın diqtəsi olacaq.
   
   - Hüseynbala müəllim, bugünkü Azərbaycan ədəbiyyatı və onun dünya ədəbiyyatı ilə eyni kontekstdə dayanması, görünməsi məsələsinə necə yanaşırsınız?
   
   - Doğrusu, dünya ədəbiyyatı ilə müqayisədə özümüzü çox zəif, çox primitiv görürəm.
   
   - Niyə?
   
   - Ona görə ki, mən özümü çox yaxşı bir oxucu hesab edirəm və demək olar ki, dünya ədəbiyyatının əksər nümunələri ilə tanışam. Həmin əsərlərin sambalı, səviyyəsi məni bəzən heyrətləndirir. Onda baxıb görürəm ki, bizim ədəbi düşərgəmizdə o səviyyədə əsərlər demək olar ki, yoxdur. Mən demirəm ki, heç yoxdur. Tək-tək yazılar var. Bütövlükdə bizim dünya oxucusunu bu gün heyrətləndirəcək nümunələrimiz yoxdur. Bunun da səbəbləri var. Hesab edirəm ki, yazıçını yazıçı edən, onu düşündürən, onu həvəsləndirən oxucudur. Bu problem Azərbaycanda bu gün özünü çox qabarıq göstərir. Bizim passivliyimiz, ruhdan düşməyimiz ilk öncə bununla bağlıdır. Adicə kitab mağazası məsələsini yada salaq. Sovet dönəmində nə qədər kitab mağazalarımız var idi. Saatlarla növbəyə dayanırdıq. İndi həmin mağazalarda müxtəlif içkilər, qadın paltarları, bir sözlə, hər şey satılır. Ancaq bir-iki mağaza var ki, onların nə iş prinsipi, nə şəraitləri oxucunu özünə çəkir. Mən tez-tez kitablarımın nəşri ilə bağlı yaxın, uzaq ölkələrdə oluram. Moskvada bütün sutkanı işləyən kitab mağazaları var və nə vaxt da o mağazalara üz tutursan oxucu bolluğunun içərisində heyrətlənirsən...
   
   - Hüseynbala müəllim, bu yanaşmanız məncə ziddiyyətlidir. Axı bizdə bu gün nəşriyyatlar ağına-bozuna baxmadan pulunu alıb hər şeyi çap edirlər. Oxucu da bu cızmaqaraların içərisində heç nə tapmadığından qapını çırpıb gedir...
   
   - Sənin dediklərində qismən həqiqət var. Amma kitabın təqdim edilməsi, kitabın yayımı, hətta onun nəşr keyfiyyəti yerində olsa mütləq diqqət çəkəcəkdir və oxucu o zəif əsərdə də nə isə tapa biləcək. Şəxsən mən kitab mağazaları üçün təşnə olmuşam. Sonuncu qəpiyimi kitab almağa xərcləmişəm. Bu gün şəhərimizin küçələri xarici maşınlarla doludur. İnsanlar elə bil təkər üstündə yaşayır, sağa, sola şütüyür. Bəzən bu şütümələr heç bir məna daşımır. Onun əvəzində hardasa yarımca saat mütaliə etmək o adamlara daha çox fayda verər, nəinki boş-boşuna sağa-sola maşın qovmaq. Ümumiyyətlə, oxucu-yazıçı münasibətləri, ədəbiyyata, mədəniyyətə münasibət kompleks şəklində həll edilməlidir. Düşünürəm ki, yeni büdcədə bu sahəyə ayrılacaq vəsait bəzi məsələlərin çözümünə təkan verəcəkdir. O ki qaldı zəif əsər barəsində dediklərinizə, oxucu oxumayandan sonra, tutaq ki, mənim əsərlərimi oxumayandan sonra mən yəqin ki, vicdanımın səsinə qulaq asıb başqa bir işlə məşğul olaram. Amma oxunanda yaradıcılıq həvəsi də artır və sənin ortaya qoyduğun məhsul da keyfiyyətinə, mövzusuna görə böyük dünyaya çıxmaq imkanı qazanır. Konkret onu qabartmaq, onu demək istəyirəm ki, bu xalq əvvəlki kimi yenə də kitaba olan sevgisinə, kitab mağazalarına qayıtmalıdır. Çünki mütaliəsi kasad olan, kitab oxumayan xalqın savadı həmişə problemli olur və olacaqdır.
   
   - Hüseynbala müəllim, bu gün ədəbi müstəvidə nəsil qarşıdurması yaşanır. Bu məsələdən yəqin ki, sizin də xəbəriniz var...
   
   - Mən konkret olaraq bu məsələni qarşıdurma yox, bir-birinə hörmətsizlik kimi dəyərləndirərdim. Hər kəs öz müəlliminə, öz valideyininə, onu öyrədənə ən azı bir ehtiram göstərməlidir. Bu mənada biz özümüzdən əvvəlkilərdən öyrənmişik, onlardan bəhrələnmişik və bugünkü yeni nəsil də öyrənə-öyrənə yaradıcılıq imkanlarını püxtələşdirir. Bir hal da ki, hər şey öyrənməklə bağlıdır, deməli, öz yaradıcılığımızda nəyə qadir olduğumuzu ortaya qoymaqla iddialarımızı büruzə verməliyik. Yoxsa heç nə ortaya qoymadan keçmişin, özündən yaşlı nəslin üstündən xətt çəkmək sadəcə tərbiyə məsələsidir.
   
   - Bu gün Hüseynbala Mirələmovun yazı masası nə ilə nəfəs alır və hansı yeni əsərlə öz oxucusunu gözləyir?
   
   - Bir məsələni deyim ki, bu yaxınlarda tanışlardan birinin qəribə fikri ilə rastlaşdım. Deyir ki, heç Allah bəndəsinə keçid dövründə yaşamaq qismət olmasın. İndi biz bu dövrü yaşayırıq və yavaş-yavaş sular durulur. Bu gün dörd kitabdan ibarət olan tarixi roman, yəni "Babagil əfsanəsi"nin artıq üç hissəsi hazırdır. Mən artıq tarixi mənbələrə söykənən əsərlərə qayıtmışam. Ürəyimdə, düşüncələrimdə xeyli əsərlərin eskizləri, xammalı var. Sadəcə zaman problemi onların reallaşmasını bir az çətinləşdirir. Amma inanıram ki, Allahın köməkliyi ilə yeni-yeni əsərlərlə dəyərli oxucuları sevindirəcəm.
   
   ... Biz Hüseynbala müəllimlə həmsöhbət olanda çox mətləblərə toxunduq. Sözarası onu da öyrəndim ki, Hüseynbala müəllimin Çingiz Aytmatovla dostluğu bu gün də davam edir və dünyaşöhrətli yazıçı özünün iki əsərinin əlyazmasını Hüseynbala müəllimə bağışlayıb. Bunlar müəllifin arxivinin ən qiymətli hədiyyəsidir. Hər halda mən bu söhbətdə Azərbaycanın bir yazıçısının ədəbiyyata, oxucuya həm sevgisini, həm yanğısını, həm çağırışını, həm də bütövlükdə özünün kimliyini gördüm.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK