BASARAT

ƏBÜLFƏT MƏDƏTOĞLU
36325 | 2007-10-10 06:36
Öncə bu sözdən başlayaq. Yəqin bunun etimologiyası hər kəsə bəllidi. Ona görə də onun geniş şərhini vermədən, sadəcə bir məqamını vurğulayıram. Bu söz müəyyən mənada həm də bəxt, tale deməkdir. Hə, deməli, bu gün cəmi millətin, cəmi məmləkətin və bütövlükdə eni-boyu 4 saatlıq yol olan Azərbaycanın bəxt məsələsi, basarat adlanan yazısı çox qəribə bir durumdadı. Ona görə qəribə durumdadır ki, bu məmləkətdə sovet dövrünün məşhur şüarı köhnəliyin qalığı kimi təkcə yaddaşlardan deyil, elə bir çox yazılı səhifələrdən də çıxarılıb.
   
   İndi baş sındırmaq lazımdır ki, görək o hansı sözdür. Fikirləşən olsa, tapar. Buna əminəm, amma adamların indi o qədər saysız-hesabsız fikri, qayğısı, problemi var ki, istəmirəm mən də bu sualımla onlara əlavə başağrısı gətirim. Ona görə də sualın cavabını da özüm verirəm. Cavab da belədir:
   
   - Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!
   
   

TƏQVİM / ARXİV