hacklink Adalet.az | NAQASAKİLİ MOGİKAN Adalet.az | NAQASAKİLİ MOGİKAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NAQASAKİLİ MOGİKAN

16990    |   2014-08-16 01:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Avqust kədərli aydı - mən deyirəm bunu. Həmsöhbətim qətiyyətlə başını bulayır:
- Hər şeyə öz yarlığını vurma. Sən nə tale yazansan, nə də dünyanı nizamlayan...
- Heç belə fikrim də yoxdu. Sadəcə, nəyi xoşlayıb, nəyi xoşlamadığımı demək haqqım var, axı...
- Bu başqa məsələ... Ancaq hökm vermək bizim işimiz deyil...
Razılaşıram. Çarəm nədi?! Adamlar dərd dinləməyi sevmirlər. Daha demir ki, bəlkə ürəyi dolub, söhbəti hansısa kövrək bir məqama aparmaq istəyir. Bəlkə bilə-bilə belə edir, nə demək istədiyimi anladığı üçün fikrimi yayındırır... Hər nə isə, susuram...
Ancaq ürəyimlə söhbətim bitmir...
Mən təbiətdə heç nəyi dəyişə bilmərəm. Ancaq onun gözəlliklərindən zövq almaq öz əlimdədi. Bəs, törətdiyi faciələrdən qorxmaq necə? Boynuma alıram, söhbət bu yerə çatanda heyranlığım azalır, varlığımı qəribə, anlaşılmaz duyğular bürüyür; anlayıram ki, heç nə öz əlimizdə deyil. Biz sadəcə tamaşaçıyıq, vəssalam...
Ancaq avqust haqqında düşüncələrimdə güzəştə getmək fikrində deyiləm. Tutaq ki, bu mənim şəxsi kədərimlə bağlıdı. Heç kəsə heç nəyi sübut eləmək fikrim olmasa da, özümçün nələrisə aydınlaşdırmalıyam. Bəlkə internet köməyimə çatdı?! Səhifəni açıram... qəflətən ağlıma gələn sözləri yazıram: Hirosima və Naqasaki. Və... sakitləşirəm. Ağlımda iki tarix qalıb-avqustun 6-sı və 9-u... Ay yarıdan keçsə də, nədən narahat olmağımın, nə axtardığımın səbəbini anlayıram. "Zeka.az" saytında qoca yaponun şəklini və aşağıdakı məlumatı görürəm:
"1945-ci ilin yayında ABŞ tərəfindən Hirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalan yeganə şəxs ölüb. 93 yaşlı Tsutomu Yamaquçi mədə xərçəngindən vəfat edib
ABŞ təyyarəsi Hirosima şəhərinə atom bombası atan zaman bir iş üçün bu şəhərə gələn Tsutomu Yamaquçinin dərisi yanıb. Bir gecə Hirosimada qalandan sonra doğma şəhəri Naqasakiyə gəlib. Avqustun 9-da ABŞ təyyarəsi Naqasakiyə də atom bombası atıb. O, bu dəfə də sağ qalmağı bacarıb.
Yapon hökuməti Tsutomu Yamaqaçini iki hücumdan sağ qalan yeganə şəxs kimi qəbul edib. BMT-də 2006-cı ildə çıxış edən (şərəfə bax!) Tsutomu Yamaqaçi başına gələn hadisələrlə bağlı kitablar və nəğmələr yazıb...
Tarixi xronika: 1945-ci il avqustun 6-sı saat 08.15-də ABŞ hərbi aviasiyasına məxsus təyyarədən Yaponiyanın Hirosima şəhərinə atom bombası atılıb..."
"Zeka.az"ın xəbəri düşündürücü bir sonluqla bitir:
"Doğrudan da, çox maraqlıdır. Özünü yaranmışların ən ağıllısı hesab edən insan necə də bu cinayətə əl atır. Alimlərin hesablamalarına görə, dünya dövlətlərində 3 mindən çox nüvə başlığı vardır. Dünyanı darmadağın etməyə isə təkcə bir neçə atom başlığı kifayətdir. Belə olan halda (dünya məhv olandan sonra) bəs, qalan atom başlıqları nəyə lazımdır?!"
Təsəvvür edin ki, bizdən min illər sonra yaşayacaq adamlar (çox maraqlıdı, görəsən, onlar necə olacaqlar; gözəlmi, çirkinmi?) qazıntılar zamanı istifadə olunmamış saysız-hesabsız atom başlıqları tapırlar...
Məlumatı birnəfəsə oxuyub, baxışlarımı qocanın şəklinə zilləyirəm. Təəccüblənirəm ki, niyə onun gözləri, baxışları hamınınkı kimidi. Belə olmamalıdı, axı... Bunca əzablar görmüş insan hökmən başqa cür olmalıydı. (Özümü unudub hökm verirəm, deyəsən...) Oxumuşdum ki, həmin hadisədən sonra o ərazidə bütün canlılar məhv olub, təkcə ilanbalıqlarından savayı. Bu qocanın immuniteti ilanbalıqlarından da güclüymüş, deməli. İmmunitet bir yana, doğmalı-yadlı bu qədər itkilərdən, yoxluqlardan sonra necə yaşaya bilib. Böyük bir şəhərdə yaşayasan, evin, ailən, dostların, iş yerin ola və günlərin birində bir göz qırpımında bunların hamısını itirəsən. Sağında, solunda, arxada, qabaqda bir ins-cins görməyəsən... İnsan ağlı tab gətirə bilərmi buna?! Tab gətirib də, yaşayıb da. Hələ onu eksponat kimi BMT-nin kürsüsünə də çıxarıb dünyaya nümayiş etdiriblər. Kitablar, nəğmələr yazıb... Yəqin ki, o nəğmələrin hər sətrinə qəlb parçalayan kədər hopub. Hər sözündən, kəlməsindən qan damır o nəğmələrin. Bəs, dünya necə? Necə dinləyib o nəğmələri? Kor gözləri, kar qulaqlarıynan bir şeylər duyub anlayıbmı?!
Yox, bu dünya düzəlməyəcək...
Qocanın şəklinə baxıram. Və qırmızı dərililər haqqında romanları xatırlayıram. Öz torpağında sonuncu mogikanı da məhv eləmişdilər. Bu qoca isə sağ qalıb. Lap kinodakı kimi. Kinolarda da bütün döyüşlərdən, soyqırımlardan mütləq bir nəfər sağ qalır...
Bu nədir? İlahi mesajmı? Əbədi həqiqətmi?...
Dünyanın qulağı hər şeyə açıqdı. Bircə həqiqətdən başqa...
Avqust kədəri haqqında söhbətimi bitirmək istəsəm də, hələ nəyisə demədiyimi hiss edirəm. O müdhiş günlər haqqında nəsə daha bir şeyi qeyd eləmək istəyirəm. Görəsən, hansı dəftərimdədi o xəbər?! Hə, budur. Yaxşı ki, tez tapdım. İki min yeddinci ildə bir qəzetdə oxuduqdan sonra məndə qeyri-adi təəssürat oyatdığı üçün dəftərimə yazmışam...
"Hirosimaya atom bombası atan pilot öldü. 2 ay xəstəlikdən yatıb, halı getdikcə pisləşib. O, "protest yerinə çevriləcək" qayğısıyla özəl bir cənazə mərasimi və məzar daşı istəməyib.
Atom bombasını daşıyan gəminin adı pilotun anasının şərəfinə "Enola Qay" imiş. 6 avqust 1945-ci ildə bombanı atıb. İlk anda 78 min adamın ölümünə səbəb olub.
Raul Tibbets 2005-ci ildə çəkilmiş "Hirosima" sənədli filmində deyir: "Təyyarə havaya qalxınca pilot kabinəsindən təyyarənin arxasına - əsgərlərin olduğu yerə keçdim. Özümüzə qəhvə tökdük və onlara əslində nə etdiyimizi, təyyarədə nə daşıdığımızı söylədim. İlk nöqtəmizdən bombanı buraxma nöqtəsinə gəldiyimizdə bunu adi ənənəvi bir iş kimi gerçəkləşdirdik... Mən duyğusal deyiləm. O anda düşündüyüm bir şey olsaydı, sizə nə olduğunu söylərdim. İşimi gördüm və uğurla nəticələndiyi üçün çox rahatlanmışdım. Siz bunu anlaya bilməzsiniz..."
Doğru deyir, biz bunları anlaya bilmərik...
Bunu anlamaqçın anadan adamyeyən doğulmaq lazımdı...
Bombardmançı təyyarənin ananın adıyla adlandırılması da sivil dünyanın müqəddəslik anlayışına yeni "çalarlar" qatır...
Fikrimcə, o təyyarəyə Eynşteynin və yaxud bombardman əmrini verənin anasının adını qoymaq daha "ədalətli" olardı...
Avqust kədəri barədə bu qədər...
Mənim nə hökm vermək, nə də dünyanı dəyişdirmək gücüm yoxdu. Amma uzun illərdən bəri başımda gəzdirdiyim cavabsız sualların ən böyüyünü bir də dilə gətirmək istəyirəm:
Günəş üfüqdən qalxanda, arılar çiçəyə qonanda, sakit göldə qurbağalar quruldayanda, cırcıramalar boğaz yırtanda, körpələr şirin yuxuda mələklərə gülümsəyəndə, sevənlər pıçıldaşanda, külək biçilmiş otun ətrini yayanda, göydə Ay bədrlənəndə... barmaqlar tətiyə necə yatır, tüfənglər necə açılır, toplar necə gurlayır?!.
Bircə bunu bilsəydim...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO