viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QAŞINMAYAN YER... Adalet.az | QAŞINMAYAN YER... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QAŞINMAYAN YER...

20107    |   2007-06-23 07:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, deməli belə. Artıq nə vaxtdan bəri reklamı gedən və yazı əhli üçün təzə-təzə mövzular verən konfrans öz işini başa çatdırdı. Konfrans deyəndə ki, YAP-ın təşəbbüsü ilə "Mətbuat və cəmiyyət" mövzusunda keçirilən geniş Dəyirmi Masanı nəzərdə tuturam. Çünki bu konfransda müzakirə olunan məsələlər bir mətbu orqan kimi çalışdığım "Ədalət"in və bir qələm adamı kimi də özümün diqqətini lap elə gündən çəkmişdi. Səbrlə oturub gözləyirdim ki, görüm bir araya gələn qütblər, cəbhələr, nə bilim day hansı yumşaq sözlə ifadə etsəm doğru olar, bir araya gələndə özlərini necə hiss edəcəklər, necə danışıb necə fikir mübadiləsi aparacaqlar. Şükürlər olsun, hər şey salamatçılıqla başa çatdı, qan tökülmədi, olsa-olsa bir balaca əsəb gərginliyi və bir də bir-iki xırda acı sözlər dilə gəldi, vəssalam.
   
   Bax, bütün bu dediklərimdən sonra əslində o konfrans barəsində düşünə bilərsiniz ki, daha nələr demək olar. Çünki hər şey yuxarıda söylədiyim bir-iki adda-budda cümlələrdə öz əksini tapıb, amma...
   
   Bəri başdan etiraf edək ki, indi nə 90-cı illərin əvvəlidi, nə ortası, nə də axırı. İndi əslində biz 2000-ci ilin birinci onilliyinin xeyli hissəsini yaşamışıq və yaşamaqda da davam edirik. Deməli, bu zaman kəsiyi bizi həm cilalayır, həm püxtələşdirir, həm də bülövləyib. Necə deyərlər, qəzetlərimiz kimi özümüz də işıq saçırıq. Nəyimiz var göz önündədi. Day gizlin, qaranlıq heç nə qalmayıb. Kimdən istəyirik, necə istəyirik yazırıq. Bu mətbuatın qazancı...
   
   ələk indi də iqtidarın qazancına. Deməli, iqtidar da bizə imkan verib ki, bildiyimizi, gördüyümüzü, hətta bilmədiyimizi də istədiyimiz, bacardığımız kimi yazaq. Və bunun da qarşılığında o da bildiyi kimi, istədiyi kimi bizi "eşşək sudan qayıdana kimi çırpıb" məhkəməyə verib, həbs edib və s. yollarla öz demokratik imicini qorumaq uğrunda mübarizə aparıb. Təbii ki, mübarizə qurban tələb eləyir, biz öz olanımızdan, hökumət də özününküdən güzəştlər də edib, qurbanlar da verib. Lap kəsə desəm, azdan az gedib, çoxdan çox...
   
   Bəli, böyük bir konfrans keçirildi və bu konfransda ölkənin çox nüfuzlu siyasilərindən tutmuş çox nüfuzlu yazarlarına qədər hamısı danışdı. Düzdü, arada xorla da danışdılar, tək-tək də. Hətta "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan da dedi ki, görürsünüz, bizlə oturmaq o qədər qorxulu, o qədər faciəli deyil və heç də təhlükə törətmir. Yəni buradan belə nəticəyə gəlmək olur ki, bu ölkədə hamı bir-biriylə üz-üzə oturub söhbət də edə bilər, "razborka" da. Sadəcə, bunun üçün istək lazımdı. Doğrudur, digər söyləyənlər də müxtəlif təkliflər səsləndirdilər və hətta Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dedi ki, bugünki mətbuatımız qəbul edəcəyimiz qanunları həzm etməyə, yəni onun tələblərinə cavab verməyə hələ ki, hazır deyil. Deməli, belə çıxır ki, biz hələ hazırlaşmalıyıq.
   
   Konfrans möhtəşəm bir zalda, möhtəşəm bir şəraitdə keçdi. Bütün telekanallarda nümayiş olundu, bütün əli qələm tutanlar öz münasibətlərini elə həmin gecə bu və ya digər formada oxuculara çatdırdılar. Çox yaxşı, bu özü operativlikdir. Lakin mənim üçün bir məqam qaranlıq qaldı. İndi gəlirəm həmin o qaranlıq məqama və deyəcəklərim də sizə nə gülməli, nə də təəccüblü gəlməsin.
   
   Qardaşlar, bacılar, bu konfransın bu qədər reklamından sonra konkret nəyi həll etdiyini anlaya bilmədim. Bu mənə bir növ qız elçiliyini xatırlatdı. Sanki hələ ağız aramağa gəlmişdilər və aradılar gördülər ki, hamının ürəyi doludur, danışmaq istəyir. Ona görə də şərait yaratdılar, hamı da danışdı. Amma "hə", deyən olmadı, yəni qız yenə qaldı dədəsinin küncündə. Bax belə. Düşünə bilərsiniz ki, işin siftəsidi, hələ adət var, elə ilk istəməklə qızı verməzlər. Bir gedib-gəlmək, him-cim eləmək, nə bilim saqqız oğurlamaq lazımdı. Olsun, başqalarını deyə bilmərəm, mənim səbrim çatır. 17 ildir Qarabağa qayıdacağım günü gözləyirəm, indi də üstəlik bu konfransın ikinci seriyasını, daha doğrusu, növbəti raundunun nə vaxt olacağını gözləyərəm. Ona kimi yəqin ki, nə isə olacaq. Olmasa da iqtidar tərpənməsə də biz qzetçilər qaşıyıb qan çıxardarıq. Bunu bacarırıq... ə
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK