Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İLANDAN QORXMAQ LAZIM DEYİL Adalet.az | İLANDAN QORXMAQ LAZIM DEYİL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLANDAN QORXMAQ LAZIM DEYİL

40521    |   2007-06-13 05:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yaxınlarda qəzetlərdə oxudum ki, Bakıda ilanlar çoxalıb, hətta ilan çalan iki nəfər xəstəxanaya aparılıb. Bir qəzetdə də yazmışdılar ki, Dənizkənarı Parkda kimisə ilan sancıb, gəzəndə ehtiyatlı olun. Sən bir işə bax ha, ilan sancanların hesabını aparan var, amma gündə bizim neçəmizi ilanlardan da betər adamlar çalır, onu sayan yoxdur. Bu statistikanı aparan olsaydı, biz ilanlara şükür edərdik. örərdik ki, əslində ilanlardan deyil, adamlardan qorunmaq lazımdır. Təbabətdə ilan zəhərinə çarə çoxdan tapılıb. Bəni-adəm zəhərinin məlhəmi isə hələ elmə məlum deyil. İlana dəyməsən, toxunmasan, quyruğunu tapdalamasan səninlə nə işi var? Deyirlər, ilana yaxın getmə, o da səni sancmasın. Adamlardan isə kimi yaxına buraxırsan, ürəyini açırsan, dar günündə ona yardım əlini uzadırsan, çox vaxt səni birinci o çalır, həm də necə çalır... Yuli Sezardan üzü bu yana nə qədər desən misal gətirmək olar. Odur ki, ilanlardan deyil, ilan xasiyyətli adamlardan qorunmaq lazım. İlanların çeşidi çoxdur, zəhəri də müxtəlif. Məsələn, koramal, gürzə, kobra... Zəhərli adamlar da müxtəlifdir. Paxıllıq, həsəd, ziyanavərlik, təbiətə murdarlıq, nakəslik, naqislik...
   
   Belələri sancmaqdan həzz alır, kiminsə mənəvi-fiziki əzabı, ağrısı ona ləzzət verir. Kiminsə mənliyini iflic etmək, kişiliyini tapdamaq ona zövq gətirir, yeni zəhər ifraz eləməyə ilhamlandırır. Təəssüf ki, aramızda bu ilanlar yaman çoxalıb. Bu ilanlardan qorunmalıyıq. Küçələrdə, iş yerlərində, dükan-bazarda ehtiyatlı olun, ilanlar var. Sizi bir-birinizə qarşı qoyub vuruşdurmaqdan, quldarlıq dövrünün qladiator döyüşlərindəki kimi ləzzət alan əyanlar var. Rastınıza çıxan bəzi qəzet səhifələrinə, televiziya verilişlərinə baxanda ehtiyatlı olun, orada da zəhər var. Adam öldürməyi, rəqibinə xüsusi zorakılıqla işgəncə verməyi, əxlaqsızlığı, əyyaşlığı bədii vasitələrlə və yüksək peşəkarlıqla gənclərə mütəmadi tədris edən, eybəcər həyat tərzini təlqin edən gözlüklü ilanlar var. Vaxtı ötən qida məhsullarını, keyfiyyətsiz geyim mallarını baha qiymətə bizə sırıyıb varlananlar, yalmanaraq yaşamağı bacaranlar da ilandır. üclülər önündə yaltaqlıq turniri düzənləyib birincilik qazananların özləri də əfi ilan, dedikləri sözlər, verdikləri vədlər, içdikləri sədaqət andları zəhərlidir, dəhşətlidir, yalandır!
   
   Qəzetlərin sayı çoxalsa da, oxucuların sayı xeyli azalıb. Mətbuatın qaldırdığı problemlər çox vaxt diqqətdən kənarda qalır. Daimi oxucular məsələ həll edən insanlar deyil, həmdərd axtaranlardır. Məsələ həll edən məmurların isə qəzet oxumağa vaxtı çatmır. Onlar o zaman qəzet oxuyurlar ki, yazı bilavasitə özlərinə aid olsun. Vay o gündən ki, ünvanlarına tənqid yazıla. Tez tapıb oxuyacaqlar. Müəllifinin kimliyi ilə, informasiyanın necə sızdığıyla maraqlanacaqlar. Belə halların qarşısını almaq üçün mükafat və ya cəza mexanizmi barədə düşünəcəklər. Odur ki, qəzetlərin bir qismi üz tutub böyüklərin, imkanlıların tənqidinə. Qeybətə, dedi-qoduya, hətta təhqirə, böhtana da gen-bol yer ayrılır. Bəzən də elə xırdaçılığa gedilir ki... Kim nə yedi, nə içdi, haraya və kiminlə getdi, kimi aldı, kimdən boşandı, maşınını neçə dəfə əzdi, təzələdi və s.
   
   Bir dəfə gənc jurnalist məscidlərdən birinin fəaliyyəti haqqında orada çalışan din xadimindən müsahibə almışdı. Yazı müəllifinin məscid nə zaman və kim tərəfindən inşa edilib sualına həmin adam nə qəribə də olsa doğru-dürüst cavab verə bilməmişdi. Sonrakı sualın cavabı məni lap təəccübləndirdi.
   
   Sual: Məscid nə zamandan fəaliyyət göstərir?
   
   Cavab: İranda Tehran konfransı keçirilirdi. Hitlerdən soruşurlar ki, sən Sovetləri niyə qırırsan? O da deyir ki, onlar dinsizdirlər, Allahlarını tanımırlar. Mən də onları ona görə qırıram. Stalin qayıdandan sonra təcili əmr verir ki, məscidləri açsınlar. Bizim məscid də ondan sonra fəaliyyətə başlayıb.
   
   Müsahibəni hazırlayan gənc jurnalistdən soruşdum ki, məgər Tehran konfransında Hitler iştirak edirdi? Dedi ki, bilmirəm, mən mollanın söylədiklərini olduğu kimi yazmışam. Müdaxilə etmək istəmədim. Ali təhsilli qələm sahibinə jurnalistikanın tələb etdiyi ən adi mətləbləri xatırlatmaq, qəlbini qırmamaq, onu ruhdan salmamaq üçün yazısına əl gəzdirmək istədim. İncidi, bu mənim üslubumdu, dedi. Mən sual verirəm, cavabın necə olacağı məni maraqlandırmır. Bəs oxucu, ona verdiyin məlumatın dəqiqliyi sənin üçün əhəmiyyət daşımır? deyə soruşdum. Susub üzümə mat-mat baxdı. Yəqin ki, mən onu başa düşə bilmədiyim kimi, o da mənim nə demək istədiyimi anlamadı. Həmin müsahibə qəzetdə çap olunmadı, amma həmin qız indi də mətbuat aləmindədir.
   
   İndiki qəzetçiliyin əsl bəlası bundadır ki, hamı hər mövzuya əl atır, nədən deyirsən yazır, heç bir araşdırmasız, dəqiqləşdirməsiz, hər deyiləni qələmə alır və mürəkkəbi qurumadan yazısını çap etdirməyə tələsir. Təəssüf ki, bəzən yazının dəst-xəttinə, jurnalist özgürlüyünə hörmət pərdəsi altında redaksiyalar materialları olduğu kimi oxucuya təqdim edirlər. Bu gün yüzlərlə baş redaktor, amma materialları savadlı redaktə edən tək-tük mütəxəssis tanıyıram. Bu gün jurnalistikanın yalnız sual verməkdən ibarət olduğunu zənn edən əli diktafonlu gənclər meydana çıxıb. Sual verənin özündən soruşmaq lzımdır ki, sənin bu mövzuya toxunmağa, bu problemi qaldırmağa professional hazırlığın, qabiliyyətin çatırmı? Bir də görürsən ki, həyatında iki tamaşanı axıra kimi seyr etməyən teatr sənətindən danışır, rezensiya yazır. Ömründə bir muzeyi ziyarət etməyən muzeylərin vəziyyətini şərh edir. Futbolu televiziya ekranlarında seyr edən AFFA-nın qeyri-professionalların cənginə keçməsini bəyan edir. Qarabağı, Zəngilanı, Qubadlını, Şuşanı xəritədə göstərə bilməyənlər millətin böyük dərdini, kiçik düşüncələrinin dar süzgəcindən keçirməklə murdarlayır, iyrənc ittihamlar, sərsəm fikirlər söyləməkdən çəkinmirlər. Qəzet səhifələrini dolduran səviyyəsiz krossvordlara belə cavab tapmayan bir sıravi vətəndaşdan Qarabağ probleminin həlli yollarını soruşurlar. O da jurnalisti görən kimi ağzını qoyur Allah yoluna. Müxalifətə xoş gəlmək istəyən bir cür çərənləyir, iqtidardan pay uman başqa cür. Kimsə fikirləşmir ki, sözüm yoxsa mən niyə danışım. Hamını narahat edən məsələləri də hamılıqla həll etmək olmaz. Məsələn, xərçəng xəstəliyi və yaxud SPİD XX əsrin ən böyük bəlalarındandır. Məgər hamı bunun çarəsini axtarmaqla məşğuldur? Ən zəif düşüncəli insan da bilir ki, bu mərəzlərin əlacını, ilacını tapmaq üçün həkim, tədqiqatçı alim olmalısan. Aylarla, illərlə laboratoriyalarda təcrübə aparmalı, nəticələri təkrar sınaqdan keçirməlisən. Amma elə ki, söz düşür siyasətdən, ölkənin problemlərindən, hamı olur mütəxəssis. Bu da bir yoluxucu mərəzdir. Bu mərəzdən də qurtulmağı bacarmalıyıq. Hərə öz işi ilə məşğul olsun deyə, hamıya bir iş tapılmalıdır. İndi ən böyük bəlamız işsizlikdir. Bu problem nə qədər tez həll olsa, bir o qədər yaxşıdır. Torpaqlarımızın itirilməsinin bir səbəbi də vaxtilə həmin rayonlarda mövcud işsizlik problemi ilə bağlıdır. Vaxtilə o bölgədə kənd təsərrüfatı, aqrar sənaye yetərincə inkişaf etdirilsəydi, əhalinin böyük bir qismi, xüsusən də gənclər hələ münaqişə başlamazdan əvvəl dədə-baba ocaqlarını tərk etməzdilər. Sahibsiz torpağa yiyə çıxan çox olar.
   
   Kiçik və orta biznesin inkişafına hər cür şərait yaradılsa, özəl sektora süni maneçilik törədilməsə kütləvi işsizliyin qarşısı bundan da çox alınar. Yeni iş yerləri açan hər bir iş adamının əməyini qiymətləndirmək, onu cəmiyyətdə saya salmaq vacib şərtdir. İş sahibinə şübhə ilə yox, hörmətlə yanaşılmalıdır.
   
   Ümumən götürəndə zəmanəylə ayaqlaşsaq da, bəzi məsələlərdə xeyli geri qalmışıq. Öz bazarlarımızı bütünlüklə özgələrə təslim etməmək üçün gecikmədən bu məsələyə münasibətimizi kökündən dəyişməliyik. Hər gün haqlı olaraq böyük təəssüflə qeyd edirik ki, torpaqlarımızın iyirmi faizi düşmən tapdağı altındadır. Bəs bazarlarımızın neçə faizi bizim əlimizdədir? Bununla maraqlanan varmı? Ən xırda şeylər belə yaxın-uzaq ölkələrdən gətirilir. Yerli istehsalın, aqrar sektorun inkişafına hələ də əngəl törədən məmurlar var. Bu sahədə çalışanları sözdə deyil, əməli işdə hər cür dəstəkləmək, bacarıqlı iş adamlarını daha çox qurub-yaratmağa təşviq etmək lazımdır. Kimsə yeni iş yeri açıb, on-on beş nəfərə ailəsini dolandırmaq imkanı yaradırsa, onun imkanlarını daha da artırmağı düşünmək zəruridir. Bizdə çox vaxt bunun əksinə olur. Paxıllıq, həsəd, fərasətlinin tikəsini əlindən almaq istəyi neçə-neçə iş adamının qəlbində təşəbbüs alovunu söndürüb, əl-qolunu işdən soyudur.
   
   Bir çox məkləkətlərdə iş yerlərinin kommunal xərcləri yaşayış yerlərinə nisbətən aşağıdır. Çünki dövlət ilk növbədə əlavə iş yerlərinin sayının artmasında maraqlıdır. Kaş bizdə də qardaş Türkiyənin bu təcrübəsindən istifadə oluna, iş yerlərinin kommunal xərcləri bir də nəzərdən keçirilə. Əsassız yoxlamaların qarşısının alınması üçün nə qədər rəsmi qərar qəbul edilsə də, yenə ən kiçik iş yerindən də yağlı pay uman zəlilər, fikri-zikri zəlillər var. Özəl sektorda durğunluğun əsas səbəblərindən biri budur. İş adamları sağlam rəqabətə deyil, qeyri-bərabər döyüşə tab gətirməyib kənara çəkilirlər. Müəyyən adamlara yaradılan istixana şəraitində uğurlu biznes aparmaq kimsədə özəl sektorun maneəsiz inkişafı təsəvvürü yaratmasın. Özümüzü aldatmayaq. Onlara baxıb yerli iş adamlarının nailiyyətlərindən danışmaq gülüncdür. Bir dəstə adamın həddən artıq varlanması xalqın maddi-rifah halının artmasının göstəricisi deyil. Kimsəyə sirr deyil ki, orta təbəqənin sayı sürətlə artmalıdır. Cəmiyyətdə inkişafın, sabitliyin, sosial ədalətin əsas göstəricisi bununla ölçülür. ə


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK