ANA SƏHİFƏ / YAZARLAR

AĞSAQQALSIZ OCAQ...

16653    |   2012-03-10 07:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Allah heç bir məmləkəti, heç bir əyaləti, heç bir kəndi və heç bir el-obanı ağsaqqalsız eləməsin. Belə bir ifadə var: "Allahsız evdə otur, böyüksüz yerdə oturma". Amma bu ifadə ilə də bir o qədər razılaşmıram. Ən azından ona görə ki, Allahsız yerdə oturmaq elə böyüksüz yerdə oturmaq kimi bir şeydi. Bir də ki, Ulu Yaradan bütün varlıqlardan daha üstündür. Çünki hər şey Allah-Təala tərəfindən yaradılıb...
   
   Məmləkətin günü-güzaranı və yaşayışı onda yaxşı olur ki, onun bir ağsaqqalı, böyük şəxsiyyəti hakimiyyətdə əyləşir. Təbii ki, bu hakimiyyətdə əyləşən siyasətçi və dövlət xadimi o ölkəni bütün bəlalardan, bütün təhlükədən və bütün müharibələrdən xilas eləyir. Bax onda o məmləkətin bəxti gətirir. Bizim də bəxtimiz ondan gətirib ki, Azərbaycanı bir neçə yerə bölmək istəyəndə Heydər Əliyev kimi dünya şöhrətli bir siyasətçi xalqın tələbi ilə hakimiyyətə gətirildi. Böyük şəxsiyyət olan Heydər Əliyev xalqın səsini eşitdi və onun istəyinə uyğun da addım atdı. Bu o vaxtlar idi ki, bir tərəfdə Lənkəranda vəziyyət mürəkkəbləşmişdi, bir tərəfdə Gəncədə it yiyəsini tanımırdı, digər tərəfdə də Şimal bölgəsində sadvalçılar fəallaşmışdılar. Yəni Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi Azərbaycan Qarabağı itirməklə yanaşı, yuxarıda adlarını sadaladığımız regionları da itirmək təhlükəsi qarşısında qalmışdı.
   
   Nə yaxşı ki, böyük öndər hakimiyyət başına gəldi və Azərbaycanı müstəqil dövlət kimi qoruyub saxladı. Nahaq yerə deməyiblər ki, müstəqil Azərbaycanın memarı Heydər Əliyevdir. Bunlar hamısı bir tarixdir və bunlar hamısı da yaddaşlara hopub. İndi məmləkətin məmə deyənindən, pəpə yeyəninə kimi hamısı yaxşı bilir ki, Azərbaycanı böyük təhlükədən Heydər Əliyev xilas eləyib. Bu məmləkətdə sabitliyi, əmin-amanlığı və sülhü heç də asanlıqla qoruyub-saxlamaq mümkün olmayıb. Ən azından ona görə ki, elə namərd qonşularımız çox vaxt bizim müstəqilliyimizə zərbə vurmaq istəyib, bu ölkəni parçalamağa çalışıblar. Amma hər şey onların gözündə qalıb və qalacaq.
   
   Bu gün Azərbaycan dünya siyasətində çox böyük nüfuza malikdir. Ona görə böyük nüfuza malikdir ki, Heydər Əliyev kimi böyük siyasətçi çox qüdrətli və iqtisadi cəhətdən güclü bir dövlət yaradıb. Bu dövlətin sükanı Heydər Əliyev kursunu davam etdirən prezident İlham Əliyev tərəfindən çox gözəl idarə olunur. Artıq Azərbaycan beynəlxalq təşkilatlarda və o cümlədən BMT-də söz sahibidir. Bütün bunlar ona dəlalət edir ki, dövlət başçısı böyük siyasətçi olanda o məmləkətin dərdləri və problemləri də zaman-zaman öz həllini tapır. O da öz həllini tapır ki, Azərbaycan ildən-ilə daha möhtəşəm və daha iri addımlarla gələcəyə doğru irəliləyir.
   
   Sözümüzün canı odur ki, bir millətin ağsaqqalı, ağılı adamı və böyük siyasətçisi olanda o millət bütün bəlalardan nicat yolu tapır. O yolu tapmaq, o yolu axtarmaq və o yola işıq salmaq o qədər də asan deyil. Məmləkətin ağsaqqalı olduğu kimi, böyüyü olduğu kimi el-obanın da ağsaqalları, ağbirçəkləri və böyükləri olub. Heç onların elə bir vəzifəsi, imkanları olmayıb. Amma sadəcə olaraq o adamlar xalq tərəfindən, camaat tərəfindən həmişə sevilib. Ona görə sevilib ki, bir qan davası düşəndə, bir çətin an yarananda heç kimin həll edə bilmədiyi və heç kimin yoluna qoya bilmədiyi məsələləri həmin insanlar sakitləşdiriblər. Bəzən elə olub ki, bir kəndlə digər kənd davaya qalxıb, hətta bu davada bir neçə cavan dünyasını dəyişib. Amma davanın böyüməsinin qarşısını el ağsaqqalları, el ağbirçəkləri vaxtında ala biliblər. Yəni həmin davanın böyüməsinə və gələcəkdə nəsil davasına keçməsinə imkan verməyiblər.
   
   İndiyə qədər yaxşı yadımdadır. Bizim kənddə bir qan davası düşmüşdü. İki nəsil bir-biri ilə əlbəyaxa olaraq dalaşmışdı. Davada isə hər iki tərəfdən ölən vardı. Təbii ki, onlar sakitləşə bilmir və növbəti qisas almaq haqqında fikirləşirdilər. Bax həmin vaxtlar bizim kənddə çox böyük hörmət sahibi olan və Zəngilanda yaşayan ağır seyid Seyidhəsən Ağa gəlmişdi. O, bizim kəndə elə-belə gəlmirdi. Yaxın və halal adamların qapısını açardı və onlara sevinc bəxş eləyərdi. Bizim kəndə gələndə də hamı onun qabağına qaçır və əlindən öpüb deyirdi ki, ağa, cəddinə qurban olum, xoş gəlmisən. Özü də Seyidhəsən Ağa kəndə gələndə ona camaat çoxlu nəzir-niyaz verərdi. O da nəzir-niyazların bəzilərini qəbul eləməzdi və deyərdi ki, aparın kəndin kasıb adamlarından birinə verin, qoy sevinsin.
   
   Ona nəzir kimi həm də çoxlu pul verirdilər. O da bu pulların qırağına, kənarına imzasını atıb camaata paylayardı. Qırx il bundan əvvəl cəddinə qurban olduğum Seyidhəsən Ağanın kənarına imza atdığı pul bu gün də bu sətirlərin müəllifində durur. O cümlədən bizim kənddə çox adamda Seyidhəsən Ağanın imza atdığı pullar var.
   
   Elə bil bir qədər mətləbədən uzaq düşdüm. Yəni həmin qan davasını yatıran və yoluna qoyan Seyidhəsən Ağa oldu. Seyidhəsən Ağa hansı qapıya və hansı iş üstə getsəydi heç kəs onun sözündən çıxa bilməzdi. Bir dəfə bizim kənddə bir dəllək tanımayıb Seyidhəsən Ağaya "bir qədər gözlə" deyib. Bu da Seyidin xətrinə dəyib və dəlləkxanadan çıxıb. Sonradan həmin dəllək gələn adamın Seyidhəsən Ağa olduğunu bilib və çölə çıxaraq seyidi səsləyib. O isə maşına minərək çıxıb gedib. Bu hadisə seyidin qəlbini qaraldıb. Bir neçə gündən sonra isə dəllək keçirtdiyi həyəcandan ağır xəstəliyə düçar olub. Düzdür, sonradan el-oba Seyidhəsən Ağanın yanına gedib və dəlləyin bağışlanmasını istəyib. Seyidhəsən Ağa da deyib ki, mən hər şeyi ona çoxdan bağışlamışam, qoy Allah kömək olsun. Amma Allah da heç dəlləyin köməyi olmayıb və bir müddətdən sonra o, dünyasını dəyişib...
   
   Yaxşı ağsaqqal, yaxşı ağbirçək olan yerdə heç vaxt qan davası düşə bilməz. Düşsə də onun qarşısını həmin ağsaqqallar vaxtında alarlar. Bizim kəddə indi ağır bir seyid də var - Seyidəli. O kişi o qədər nurlu, o qədər işıqlı adamdır ki, öz balaları ilə kəndin uşaqlarının heç birinə fərq qoymaz. Ən ağır və çətin gündə çoxları Seyidəli kişinin üstünə qaçır. Qaçır ki, Seyidəli əmi, cəddinə qurban olum, oda-alova düşmüşəm, məni bağışlamırlar, heç kimim də yoxdur, kömək elə. Təbii ki, o da elə bir ürək sahibidir ki, kim ona üz tutsa, qabağına düşür və o işi yoluna qoyur. Yəni qan davasıdırsa və yaxud avtomobil qəzası zamanı kimsə rəhmətə gedirsə, hər iki tərəfi bir-biri ilə barışdırır. Ağsaqqallar həmişə odun üstünə su töküblər, amma elə adamlar var ki, yanan ocağın üstünə su tökmək əvəzinə benzin səpirlər. Aydındır ki, belə adamlar el-oba arasında və camaat içində bir o qədər də nüfuz sahibi deyillər.
   
   Bəzən deyirlər ki, filan yerdə ona görə xeyir-bərəkət yoxdur ki, orda ağsaqqala hörmət qalmayıb. Bu fikirdə çox böyük həqiqət var. Ona görə həqiqət var ki, əgər bir kimsə ağsaqqalı, ağbirçəyi və bir nəslin sayılan adamını eşitmirsə, orda heç vaxt xeyir-bərəkət, ruzu və xətir-hörmət ola bilməz. Olsa da orda həmişə dava-şava, qırğın və ən nəhayət bütün günü dığ-dığ ola bilər. Yəni hər bir yurdun, hər bir elin və hər bir tayfanın sayılıb-seçilən ağsaqqalı, ağbirçəyi olmalıdır ki, kimsə yolunu azanda onu yoluna qaytarsın və pis addımlar atmağa imkan verməsin. Bax onda, bayaq dediyimiz kimi, o eldə, o obada hər şey rahat və sakit davam eləyər.
   
   Füzuli rayonunda da həmişə bir rahatlıq, bir sakitlik hökm sürüb. O sakitlik ki, kimin vəzifədə olmağından asılı olmayaraq insanlar həmişə onu eşidib və həmin şəxsə hörmətlə yanaşıblar. Ona görə hörmətlə yanaşıblar ki, həmin adam birinci özünə hörmət edib və sonra da camaata hörmət bəsləyib. Alı Alıyev bir ilə yaxındır ki, Füzuli rayonuna icra hakimiyyətinin başçısı təyin olunub. O əvvəllər də harda işləyibsə, öz ağayanalığı, mərdliyi və hörməti ilə hamının diqqətini çəkib. Daha doğrusu, hansı vəzifədə çalışıbsa, xalqa, dövlətə və prezidentə əməli işi ilə sadiqliyini göstərə bilib. Bir dəfə Alı müəllimlə əvvəlki iş yerində, yəni su idarəsində görüşəndə o çox maraqlı söhbətlər elədi. Dedi ki, bizim millət ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi böyük siyasətçisi və İlham Əliyev kimi gənc prezidenti var. Həm Heydər Əliyevin, həm də İlham Əliyevin Füzuli rayonuna çox böyük xidmətləri olub. İşğal olunmuş bir şəhərin və 22 yaşayış sahəsinin geri qaytarılması elə bilavasitə böyük öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir.
   
   Bu gün Füzulinin kəndləri və eləcə də Horadiz şəhəri möhtəşəm bir formada tikilir. Onların hamısı da ölkə prezidenti İlham Əliyevin Füzuliyə olan qayğısıdır. Alı Alıyevin sözünə qüvvət olaraq, prezident İlham Əliyevin Füzuli rayonunun Böyük Bəhmənli kəndində Tibb Mərkəzinin açılışında dediyi aşağıdakı sözlər yadımıza düşür: "... Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir. Çünki bu onu göstərir ki, işğaldan azad olunan ərazilərdə belə gözəl şərait yaratmaq mümkündür. Bunu biz etmişik, Azərbaycan xalqı Azərbaycan dövlətinin imkanları hesabını edib. Bu onu göstərir ki, bu gün işğal altında qalan torpaqlarımız azad olunandan sonra orada da belə, daha gözəl şərait yaradılacaqdı. Biz Füzuli şəhərini də mütləq bərpa edəcəyik...".
   
   Bəli bu gün Alı Alıyev həqiqətən də ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri Füzulidə çox məsuliyyətlə və şərəflə icra edir. Ona görə ki, o hər bir füzulilinin ürəyindən və qəlbindən gələn səsi dinləyir. Alı müəllim hamıya yaxın olan və hamıya doğma olan insandır. Əvvəllər vəzifədə olarkən nə qədər sadə və səmimi olubsa, bu gün də həmin səmimiyyəti qoruyur. Elə səmimiyyəti qoruduğuna görə də Füzuli camaatı onun ətrafında birləşib və quruculuq işlərinə təkan verir. Əlbəttə, bir rayona ağsaqqallıq eləmək, bir rayonun qayğısına qalmaq və problemlərini çözmək o qədər də asan deyil. Amma Alı müəllim bir el ağsaqqalı olaraq hamını başına yığmağı və quruculuq işlərinə başlamağı bacardı. Elə buna görə də bu gün Füzulidə Alı müəllimdən sadə isanlar daha çox razılıq edirlər. Deyirlər ki, o kişi gələndən bizim əlimiz-qolumuz daha da açılıb və işlərimiz də rəvan gedir. Görürük ki, o camaata can yandırır və biz də ona qahmar çıxırıq.
   
   Allah heç bir eli, heç bir yurdu ağsaqqalsız və böyüksüz eləməsin. Çünki ağsaqqalsız yurd və ağsaqqalsız ev suyu sovrulmuş dəyirmana bənzəyir. Gəlin ağsaqqallarımızı, ağbirçəklərimizi, böyüklərimizi qoruyaq ki, özümüz də yaşa dolanda və ağsaqqal olanda bizi qorusunlar. Ağsaqqalı qorumaq həm də Allahı sevmək, işığı sevmək və dünyanı sevmək deməkdir...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK