Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ŞEİR YAZA BİLMİRƏM... Adalet.az | ŞEİR YAZA BİLMİRƏM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞEİR YAZA BİLMİRƏM...

(Lövhə)

34735    |   2013-11-02 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Axır vaxtlar şeir yazmaq istəyim o qədər şiddətlənib ki... Bir xəfif kövrəklik çulğayıb halımı. Bəzən lap uşaq kimi ağlamaq istəyirəm. Məni qınamayın. Bax, bu dumanlı-çiskinli payız səhərinə bir misra belə söz qoşmamaq adamın ruhunu incidər-incitməz?!. Təkcə payıza görə şair olmaq istərdim. Deyirəm, heç olmasa, Tanrı təbiətin bu bənzərsiz çağında şeir yazmaq bacarığı verəydi mənə, qalan vaxtlarda susmaq da olardı...
Şeir yaza bilsəydim...
Hər sığalına şeirlə cavab verərdim payızın. Yanağımı oxşayan, saçlarımın düzənini pozub yaprıxdıran nəm küləklərini öpə-öpə şeir pıçıldayardım. Ayaq altda çürüyən xəzəllərinə bir də ömür verə bilməsəm də, inləyən saatlarına misralar düzərdim. Budaqlarda qısılıb titrəşən quşların islaq canını söz nəfəsiynən isidərdim. Gəlin köçən qızların başına noğul kimi səpərdim sətirləri. Ayaq açan körpənin qədəmlərinə döşərdim ağrıdan, həsrətdən doğan bəndlərimi...
Şeir yaza bilsəydim...
Dolan ürəyimi boşaldardım. Həm də ürəyimin boş yerlərini doldurardım.
Bəlkə nəsə tamamlanar, bitərdi...

***
Bilmirəm niyə, payızı gözəllikləri pozan, rəngləri solduran kimi qələmə veriblər indiyəcən. Axı, onun təbiətə gətirdiyi rəngləri, yaratdığı ilahi mənzərələri heç bir fəsilinki ilə müqayisə etmək olmur. Kim deyir ki, onun qədəmlərində qüssə, kədər var?!. Yox, onun gətirdiyi kədər deyil, duyğularımızın qızıl suyuna bələnmiş şəklidi...
Özümə də pay saxlardım payıza qoşduğum şeirlərdən. Pay nədi, çoxunu özümə götürərdim. Özümdən yazardım, özümçün yazardım...
Bilirsiniz niyə?!.
Ona görə ki, mənim ömrümə bahar şeirləri yaraşmır. Bəlkə də "yaraşmır"ı düz tapmadım. "Uyğun gəlmir", "hədəfinə vurmur" yazsaydım, daha dəqiq olardı.
Axır vaxtlar anlamışam payıza tapınmağımın səbəbini... Ömrüm təkcə bir fəsildən-payızdan ibarətmiş mənim... Vəssalam. Başqası buna şeir nədi, dastan qoşardı.
Mənsə susuram...
***
Pəncərəmdən bir parçası görünür payızın. Mənim görə bildiyim qədər görünür. Ağacların ovqatı ayrılığa köklənib. Köksündən qırılıb düşür qızılı-narıncı yarpaqlar. Yamyaşıl qalan, bir yarpağı da düşməyən ağaclar da var. "Gəlmə" ağaclar, "gətirilən" ağaclar.
Nə çiçək açırlar, nə bar verirlər. Nə ətir yayırlar, nə göz oxşayırlar. Kölgə salmağa gətiriblər onları. Özümüzü öz günəşimizin istisindən, işığından qorumağa gətiriblər.
Yan-yörələrindəki ağaclara da qaynayıb-qarışmırlar. Özlərini çəkib durublar. Xeyirsiz-xeyirsiz uzanırlar...
Təbiət seçməyin fərqindədi, qarışdırmağın yox. Hər şey bir-birinə qarışanda düzəni pozulur dünyanın. İlkinliyi, fərqliliyi, bənzərsizliyi itir...
Özgə torpağında bitən ağaclar bədbəxtdi. Qəriblik acısı çəkirlər...
Heç payız da onlara yaxın durmur...
Hər torpağın öz payızı var...

***

İnnən belə qulağım səsdə olacaq. Durnaların köç edəcəyi sakit gecələrin birində ayağımın ucunda balkona çıxıb göylərin dərinliyində bir qatar etibarsızı axtaracam. Dallarınca baxıb duyğulanacaq, haldan-hala düşəcəyəm.
Ürəyimə o qədər söz yığılacaq ki...
Nə yazıq ki, o sözlərdən bir misra da şeir alınmayacaq...
Misra kimi düzülüb gedən durnalardan utanıb evə girəcəm. Üz tutacam şeir kitablarına.
Payızdan yazan şairlərin ruhuma uyuşan misralarını, Allah bilir, neçənci dəfə oxuyacam.
Durnalar köç edəndə payız həsrəti bir az da artır.

Başımın üstündən uçan durnalar
Yayın son şeirini yazıb gedəcək...

Təsəllim yoxdu. Ruhuma uyuşsa da, mənimki deyil.
Bu, Əziz Musanın duyğularıdı...
Mənim duyğularımı kim yazacaq?!
(Görən şairlər bilirlərmi hansı ucalıqda dayandıqlarını?! Bilib də qiymətləndirirlərmi?!.)
Şair olsaydım, bir də Şahmar Əkbərzadə kimi söz qoşardım durnalara. Deyərdim ki...
...Xəbər ver,
Cənuba köçən durnalar
Bu gecə də qəlbimdə
gecələsinlər.

***
Bilmirəm, bu qədər gözəlliyin qoynunda niyə adamların canı ağrıyır?!.
Bunu Zəlimxan Yaqub da duyub...

Bu da payız fəsli, bu da son bahar,
Nərəsi səngiyir dəli çayların.
Ana təbiətdə bir sozalma var,
Dənizdən üzülür əli çayların.

Daha ağrıların yönü bəridi,
Çeşidi çoxalır əzablarımın.
Saralan yarpaqlar nöqtələridi,
Varağı saralmış kitablarımın.

Varağı saralmış kitablar... Elə payız qədər, bəlkə ondan da artıq duyğulandırır adamı. Səndən əvvəl neçəsi oxuyub. Təsirlənib, duyğulanıb, xəyala dalıb. Xoşbəxt sənətkardı kitablarının vərəqləri xəzəl kimi saralanlar...
Bu səadətdən də mənə pay düşməyəcək...

***
Payızda da çiçəklər açır. Ürkək-ürkək, əsən yellərdən qorxa-qorxa. Nisgilli könüllərə təsəlli verməkçün açır bu çiçəklər. Ancaq xeyri yoxdu...
Payıza xəzəl yaraşır...
Budaqların, yarpaqların təlaşı bəllidi. Birincilər görkəmini, ikincilər ömrünü itirir hər meh əsəndə. Günəş də taqətdən düşüb sanki. Bütün yayı od ələməkdən heyini itirib, işığı da öləziyib. Gündən-günə daha erkən yatağına çəkilir. Bəzən günortadan da xeyli keçmiş üzünü göstərə bilir. Xəfif dumanın, narın çisəyin əlində də aciz qalıb...
Əvəzinə buludlar, şimşəklər at oynadır göylərdə...
Meydanı payıza buraxıb Günəş...

***
Günlərin də ömrü şam tək əriyib qısalır. Çöl-bayırdan əl-ayaq tez yığışır. Rahat, isti otaqlar çəkir adamı. Kimsəsiz qalır bağlar, bağçalar. Dəli küləklərin insafına buraxılır otlar, çiçəklər...
Pəncərələrdə işıqların ömrü artır...
Hərfləri tanımayan da əlinə qələm götürüb nəsə yazmaq istəyir payızın şəninə...
Mənsə... Bir misra da şeir yaza bilmirəm.
Bəlkə belə yaxşıdı. Sevgilər dilsiz olur, axı...
Mənim payız sevgim də ... şeirsizdi...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK