warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ADSIZ DUYĞULAR Adalet.az | ADSIZ DUYĞULAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADSIZ DUYĞULAR

23263    |   2013-08-17 08:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə duyğular var ki, insan ömrü onlarsız heç nədi. Yaşam boyunca gah alovlanan, gah sönüküb közərən, ancaq heç bir zaman külə dönməyən bu hisslərin dəqiq adını da bilmirsən bəzən. Qoyulan adların da çoxu tam ehtiva eləmir duyğu və yaşantılarını, doyuzdurmur içindəki tamarzılığı. Bilmirsən sözlərin hansını seçəsən, cümlələri necə başlayıb, necə bitirəsən ki, için rahatlansın, "mən də nəsə dedim" fikriynən özünü sakitləşdirəsən...
Hərdən mənə elə gəlir ki, duyduqlarımızı ifadə eləmək, çatdırmaq, anlatmaqçın çox sözlər çatışmır. İşlətdiyimiz sözlərin, cümlələrin də gücü yetmir demək istədiklərimizin yükünü çəkməyə. Dilimiz də , yazımız da hələ korluq çəkir tutumlu sözlər sarıdan. İnsanlıq hələ çox sözlər yaratmalıdı. Yoxsa,... ürəyimizi boşaltmaq asan olmayacaq hələ-hələ...
Və... oxuduğumuz, baxdığımız çox şeylər də hələ doyurmur bizi. Ağlımız kəsəndən yaşadığımız aləmi öyrənirik. Sirrinə, ecazına, hikmətinə, məntiqinə dərindən bələd olmaqçın gecəli-gündüzlü əlləşib-vuruşuruq. Ancaq nə özümüzü, nə də bir addımlığımızda dayananı öyrənməyə çalışmırıq. Heç bunu istəmirik də. Bir addımlıq nədi, heç nəfəs-nəfəsə durduğumuzun, böyründə yatdığımızın, tikəsini bölüşənimizin iç dünyasına baş vurmağı, onu anlamağı, duymağı, dərdlərini paylaşmağı ağlımızın ucundan da keçirmirik...
Bunlarsız sevgilər ölməyə, dostluqlar yox olmağa, doğmalıqlar yadlaşmağa məhkumdu...
Biz də dadsız bir ömür yaşamağa...
Ətrafımızda hər şey insanı bəsitləşməyə, münasibətləri bayağılaşdırıb ucuzlaşdırmağa yönəlikdi... Hamı nəsə götürməyə, barınmağa, qazanmağa çalışır. Öz əzizindən, doğmasından da. Nəsə qazandırmağı, nəsə verməyi düşünən belə yoxdu...
Hərdən özümçün də qorxuram. Öyrənməli, götürməli, ruhu qidalandıran bir şey yoxdusa, kasıblaşmağa, bilgisizləşməyə, ruhsuzlaşmağa aparan yolları necə bağlayaram?!...
***
İçimdə boşluq hiss edəndə, dördbir yanım məni sıxanda uşaqlığıma dönürəm. Uşaqlığım özü gəlib əlimdən tutur, təsvir eləməyə söz tapa bilmədiyim aləmə aparır. Təzədən gözlərim dördbir yana heyrətlə dolanır, baxışlarım gördüklərimi həmişəlik özündə saxlamağa, ürəyim qəfəsindən çıxmağa çan atır...
Ancaq həmin gün uşaqlığım köməyimə gəlmədən də olduqca şirin, heyranlıq dolu dəqiqələr yaşadım. Yaxşı ki, barmağım həmin düymədə dayanmışdı. Daha bundan sonrası mənlik deyildi. Gözüm də, diqqətim də o adamın ixtiyarındaydı... "TRT Haber"in "Doğadakı insan" proqramının aparıcısı Sərdar Kılıcın ixtiyarında...
O, aparıcı deyil, bir dərvişdi sanki. Dəmir çarıq geyib, dəmir əsa götürərək ölkələri dolaşan, gördüklərindən, eşitdiklərindən şirin nağıllar söyləyən bir dərviş...
Bir kənddə olmuşdu. Uşağından tutmuş yaşlısınacan onu heyrətdə qoyan, əvəzsiz, bənzərsiz duyğular yaşadan bir kənddə. O qədər yaxınlaşıb doğmalaşmışdı ki, tamaşaçı onun bu yerlərdən heç uzaqlaşmasını istəmir, həmişəlik buralarda qalıb dadlı bir ömür yaşamasını arzulayırdı...
Niyə insan belədi?! Bir yerdə qərar tutmur, həmişə gəzmək, görmək istəyir. Və...gəzir də, görür də, öyrənir də... Son anda qazandığı nə olur?! Görüşlərdən və ayrılıqlardan ibarət bir ömür yaşamış olmurmu?! Elə Yer üzünün insanları hamısı bir-birinə oxşamırmı?! Həm hə, həm də yox...Fərqli ömürlər, fərqli talelər olmasaydı, dünyamız çox darıxdırıcı olardı, deyilmi?! Razılaşın mənimlə. Gəzəndə də bunu axtarırıq. Bizə oxşayanları və oxşamayanları tanımaq, zövq və təsəlli duymaq, bu dünyadan nəsə götürdüyümüzə özümüzü inandırmaq istəyirik. Sonda yenə nəticə birdi: İnsan doğulub böyüdüyü torpaqdı insandı. Özüdü. Güclüdü, arxalıdı, ürəyibütövdü...
Və insan həmişə gəldiyi yerə dönmək istəyir.
Bu da hər kəsə nəsib olmur...

***
Təkcə adamlarla deyil, ağaclarla, otlarla, buludlarla, küləklə uğraşmağı, dilləşməyi bacarır bu adam. Elə həmsöhbəti də onlardı; sözünü də kölgəsində oturduğu ağaca, qoxuladığı çiçəyə, sinəsini dolduran havaya danışır...
Ovcunda üdülmüş sünbüllər tutub. Ovxalayıb bir az hündürdən bir əlindən o birisinə ötürür. Nəfəsiynən təmizləyir. Buğdanın qılçıqları uçub gedir. Ağzına atıb çeynəyir, "bunun əkməyini özlədim" deyir...
Bu üç söz kifayətdi mənə. Daha otaqda-oturduğum yerdə deyiləm. Üdülmüş sünbüllərin qoxusu çoxdan gündüzlər belə çətinliklə gedib çatdığım kəndimizə, bir dəqiqə unuda bilmədiyim uşaqlığıma aparıb məni. Yolun uzaqlığı, gecənin qaranlığı da yolumu kəsə bilməyib...
Anam da danışardı öz uşaqlığından. İkinci Dünya savaşına tuş gəlib oyuncağı əl dəyirmanı, yavanlığı çöl tərəsi olan uşaqlığından. Kəndin ayağı yer tutanları zəmilərdən, xırmandan yerə tökülmüş sünbülləri yığmağa gedərmiş. "Başaq" deyərlərmiş buna. Camaatın əsas ruzisi başaqdan çıxarmış. Zəminin, xırmanın qarovulçusu çox vaxt buna da imkan verməzmiş. Aşkar-xəlvət yığdıqlarını kisəyə, çuvala doldurub ağacla döyər, külək qalxanda hündürdən tökməklə sovurarmışlar. Gecələr də əl dəyirmanlarını növbə ilə bu evdən o evə ötürüb səhərəcən un çəkərmişlər. Anam deyirdi ki, öz əlimizlə çəkdiyimiz unun çörəyi o qədər dadlı olardı ki, çox zaman yavanlıq dərdini də unudardıq...
Babamın da taxıl əkdiyini, yetişdirdiyi arpanı, buğdanı oraqla biçdiyini xatırlayıram. Biz uşaqlara dənin sovrulması daha çox xoş gələrdi. Əl-ayağa dolaşmaqdan başqa bir işə yaramasaq da, təbiətən sərt, qaşqabaqlı olan babam da nədənsə həmin günlər bizə acıqlanmazdı. Aşsüzənə bənzəyən iri, uzunsov dəmir qabı dörd dirəyin üstünə qoyub içini taxılla doldurur, sonra yavaş-yavaş yellədirdilər. Köhnə palazın üstünə tökülən buğda dənələri kəhrəba kimi işıldayırdılar...Sonra nənəm, bibim həmin yeri süpürüb samanını bağa-bostana səpirdilər...
Kəndimizdəki köhnə dəyirmanın payız-qış gecələrində səhərəcən kəsilməyən səsi hələ də qulaqlarımdadı. Hər dəfə "bərəkət" sözünü eşidəndə o səs qulağımda bir az da gurlaşır. Kəndin kişiləri növbə ilə dən üyütdürüb un dolu kisələri at-ulaq arabalarıynan evlərinə daşıyardılar...
Buğda ununun çörəyi bir epizodu da xatırladır mənə. Çingiz Aytmatovun "Ana tarla" romanındakı Tolqonay ananın torpağa, çörəyə sevgisini, sayğısını. Gecəli-gündüzlü əri, oğlanları ilə zəmidə işləyən bu əfsanə qadın buğda unundan bişirilmiş ilk çörəyi sinəsinə sıxıb Tanrıya, Torpağa, Günəşə dualar edir...
İnsan övladının ən qutsal ibadəti də elə budu...

***
Tütün yarpaqlarını düzən qız-gəlinlə söhbətləşir Sərdar bəy. Onlara qoşulub tütünü sapa düzməyə çalışır... Aralarında insanı duyğulandıran elə xoş, məhrəm münasibət var ki, kövrəlməməkçin qəlbin daşdan olmalıdı...
Kəndimizdə tütün becərilmirdi. Ancaq tut yarpağı yığardılar. Barama bəsləməkçin. Bütün günü həyətlərdən, yaxınlıqdakı meşədən dəhrə-balta səsi kəsilməzdi. (İndi nə o meşələr, nə ağaclar var, nə də geyinməyə əsl ipək tapırıq). Kişilər, oğlan uşaqları, bəzi kişisiz evlərin qadınları belə tut ağaclarının budaqlarını qırıb tökər, sonra şələləyib evə gətirərdilər. Budaqlardan yarpaqları təmizləmək, sonra onları körpə qurdların üstünə səpmək əsasən qadınların vəzifəsiydi. Barama bəsləmək olduqca incə, diqqət və təmizlik tələb edən bir işdi. Qırx gün qaranlıq yerdə saxlanılmalıydı körpə qurdlar. Yerləri təmiz, normal istilikdə olmalıydı...
Barama qurdlarının özlərinə ağ ipəkdən "ev" hörmələri, sonra kəpənəyə çevrilib uçmaları da Ulu Yaradanın hələ dərk olunmamış möcüzələrindəndi...

***
Bütün fikirlərini kənddən dönəndə söyləyirdi aparıcı. Görüntülərin köməyilə çatdırırdı gördüklərini, yaşadıqlarını. Özünün də içdən etkiləndiyi, kənddə olduğu sürəcə bənzərsiz, bir də yaşanmayacaq anlar keçirdiyi aşkar bəlliydi. Gəlmək, gəzmək, görmək nə qədər xoşdursa, gördüklərini gözünə, qəlbinə doldurub o yerlərdən, o adamlardan ayrılmaq, uzaqlaşmaq bir o qədər çətindi. Arxada qoyduqlarını bir də görə biləcəksənmi, qarşıda daha nələri görüb yaşayaqsan, kimsəyə bəlli olmaz bunlar.
Ömür deyilən şey də elə budu. Xatirələr və gözləntilər...
Özgə heç nə...
Sərdar bəy deyirdi ki, oğlumun da bu yerləri, bu adamları yaxından görərək, duyaraq tanımasını istəyirəm.
Çünki onların yaşatdığı dəyərləri itirsək, yaşaya bilmərik...
Onun dediklərinin heç bir əlavəyə ehtiyacı yoxdu...
Lap ürəyin dolub-daşsa da...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK